Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-182/2021 22.10.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(078)-163/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14350 (on dörd min üç yüz əlli) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(078)-163/2021 nömrəli qətnaməsi ilə (sədrlik edən X1) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 2750 (iki min yeddi yüz əlli) manat pulun, Cavabdeh2 11600 (on bir min altı yüz) manat pulun alınaraq, ümumilikdə 14350 (on dörd min üç yüz əlli) manat pulun alınaraq iş üzrə İddiaçı verilməsi, İddiaçı tərəfindən “Kapital Bank” Nəsimi filialına 01 oktyabr 2020-ci il tarixdə 52655 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya qaytarılması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müra ciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(078)-163/2021 nömrəli qətnaməsinin qismən ləğv edilərək, cavabdehlərdən müştərək qaydada 14350 manat pulun tutulub ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamə ilə qismən razılaşmaq olmaz, bu səbəbdən də apellyasiya şikayəti verib. İlk növbədə qeyd edir ki, mübahisəli işin faktiki hallarına əsasən cavabdehlərin barəsində cinayət işinin başlanması ilə əlaqədar 102 çağrı mərkəzinə və Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinə ərizə ilə müraciət etsə də göstərilən faktlar mülki xarakterli olduğundan və cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə 09.12.2019-cu il tarixli qərarla cinayət işinin başlan masının rədd edilməsi haqqında qərardan görünür ki, cavabdehlərin məqsədi torpaq və ev satmaq olmayıb, birgə onu aldadaraq 14350 manatı əldə etmək olub. Belə olan halda cavabdehlərdən müştərək qaydada 14350 manat tutulub ona ödənilməlidir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8, 385,387-ci maddələrinə, həmçinin “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 2.4-cü bəndinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İş üzrə tərəflər məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı kollegiyaya teleqram ünvanlayaraq 22 okty abr 2021-ci il tarixdə keçiriləcək məhkəmə prosesində apellyasiya şikayətini müdafiə etdiyini, iştirakı olmadan şikayətinə baxılmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda if adə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə araşdırılmış materialları, apellyаsiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb apellyasiya şikayətinin təmin olunmaması və Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(078)-163/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. Belə ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən müştərək qaydada 14350 manat tutulub ona ödənilməli hissəsində mübahisələndirilir. İş materiallarına əsasən isə İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14350 (on dörd min üç yüz əlli) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh2 iş materiallarında olan 28 iyun 2021-ci il tarixli ərizəsində göstərmişdir ki, onun Abşeron rayonu Ramana qəsəbəsində yerləşən evinə Cavabdeh1 Sabunçu Rayon İcra Hakimiyyətindən Sevinc xanımın adına saxta sənət almışdır və Sevinc xanımdan pul almışdır. Onun xəbəri olmamışdır. Onun bir neçə nəfərə borcu olduğu üçün həmin adamlar polisə vermişdirlər. Cavabdeh1 qohum olduğu üçün ona 31500 (otuz bir min beş yüz manat) pul vermişdir ki, şikayətçilərə versin, ona açılan cinayət işi ləğv olunsun. Amma Elşən o pulu mənimsəyib heç kimə pul vermədi. Həmin açılan cinayət işinə görə 4 il azadlıqdan məhrum etmə qərarı verildi. Hazırda Xəzər rayonu Binə qəsəbəsində yerləşən 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. İddia ərizəsinə əlavə edilmiş 23 iyul 2019-cu il tarixli aktın surətindən isə aydın olur ki, Sabunçu rayonu Ramana qəsəbəsində Cavabdeh2 7000 AZN ilkin olaraq pul ödəyərək ona məxsus fərdi yaşayış evinin qiyməti 25000 AZN razılaşdıqları, bütün sənədlər hazırlandıqdan sonra alqı-satqı edib pulu ödəmək şərtilə İddiaçı adına keçirilmək şərtilə şahidlərin yanında akt tərtib edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 01 oktyabr 2019-cu il tarixli aktın surətindən aydın olur ki, Cavabdeh1 sənədləri düzəltmək üçün aldığı 2750 manatı və Cavabdeh2 İddiaçı verdiyi 11600 manatı 10 oktyabr 2019-cu il tarixədək birdəfəlik verəcəkləri barədə a kt tərtib edərək imzalamışlar. Eyni zamanda birinci instansiya məhkəməsində işə baxılarkən 31 mart 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, hüquqşünasdır və Bakı şəhərində yaşayır. Hələ nümayəndəlik institutu mövcud olduğu Büro açaraq nümayəndəlik fəaliyyəti ilə məşğul olmuşdur. Daha sonra isə torpaq və evlərin sənədləşmə işlərinin düzəldilməsi üçün qeyri-peşakər şəkildə fəaliyyət göstərmişdir və hazırda da fəaliyyət göstərir. İddiaçının yoldaşı Nizamini tanıyır və onunla tanışlığı qonşuları vasitəsilə olmuşdur. Nizamiyə 99 illik icarə müqaviləsi ilə verilən torpaq sahəsinin sənədlərinin düzəldilməsi üçün arvadı Sevinc ona 1750 manat pul vermişdir. Həmin torpaq sahəsinin təyinatı dəyişdirilməli və onların adına sənə dləşməli idi. Daha sonra qohumu olan Samiq ona iki mərtəbəli evini satdığını bildirmiş və bu vaxt Sevinclə əri Nizami də onların yanında olmuşdur. Samiq evini 25000 manata satdığını deyəndə Sevinc demişdir ki, həmin torpaq sahəsinin sənədləşməsini aparmasın və evi baxıb bəyənsələr onlar alsın. Özləri gedib evə baxıb bəyənmişlər. Samiqin dəfələrlə dələduzluqla polisdə işinin olmasını və tutulmasını da bildiyindən Nizamiyə demişdir ki, evin sənədlərini görmədən alqı-satqı aparmasın. Samiq evin onun adına olmasına dair bələdiyyə arayışı gətirmiş və demişdir ki, 2-3 günə daşınmaz əmlakdan da sənədləri alacaqdır. Nə qədər Nizamiyə desə də xeyri olmamışdır. Onun yanında Samiqə 7000 manat bir dəfə, 2000 manat bir dəfə pul vermişlər. Ona verdikləri 1750 manatı özü aparıb onların yanında Samiqə ver mişdir. Samiqi onun vasitəsi ilə tanıdıqlarından və Samiqin də necə biri olduğunu bildiyindən akt tərtib edilmiş və nə qədər pul verilməsi aktda göstərilmiş o, Samiq və iştirak edənlər aktı imzalamışlar. Daha sonra Samiq ona öz avtomobilini vermiş və o da fikirləşmişdir ki, maşını satıb özünün Samiqdə olan borcunu və Samiqin Sevincə olan borcunu verəcəkdir. Lakin səhəri günü məlum olmuşdur ki, Samiq onu aldadaraq renta cardan maşını götürüb ona vermişdir. Samiq hazırda dələduzluqla bağlı cəzasını çəkir. Samiq tutulduqdan sonra məlum olmuşdur ki, onun evi olmamış, həmin evi Samiq daha əvvəl 2-3 şəxsə satmışdır və buna görə də şikayət əsasında tutulmuşdur. Ona pul verilməmişdir. O pulun qaytarılması ilə bağlı öhdəlik götürməmişdir. Bu sözləri Sevincin şikayəti polis şöbəsində araşdırılan zam an da bildirmişdir. Həmin vaxtdan sonra onu axtarmadıqlarından Samiqin Sevincin pulunu verdiyini düşünmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İş üzrə Cavabdeh1 verdiyi izahatında sözügedən aktların həqiqətən tərtibatında iştirak etdiyini və aktı imzaladığını bildirmiş, lakin İddiaçı sənədlərin düzəldilməsi üçün 2750 manat yox, 1750 manat almış və həmin pulu qaytarmışdır. Kollegiya cavabdehin öz izahatında qeyd etdiyi halları nəzərə alaraq hesab edir ki, belə olan halda iş üzrə İddiaçı iddia tələbini sübutetmə vəzifəsindən azad edilməlidir. Cavabdeh1 sənədlərin düzəldilməsi üçün ona 1750 manat p ul verildiyini və həmin pulu qaytardığını bildirsə də bununla bağlı öz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi iş materiallarına əsasən İddiaçı Cavabdeh1 2750 (iki min yeddi yüz əlli) manat pul, Cavabdeh2 isə 11600 (on bir min altı yüz) manat pul verdiyi öz təsdiqini tapmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin maddənin dispozitiv şərtinə görə pulun və ya digər əvəz edilən əşyanın verilməsinə münasibətdə sübutetmə yükü iddiaçının, pulun və ya eyni növlü əşyanın qaytarılmasına münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə məcmu şəkildə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinə, iddia ərizəsində qeyd olunan dəlillərə və təqdim olunmuş sübutlara uyğun olaraq çıxarılmışdır, eləcə də birinci instansiya məhkəməsi tərəfindən işə iddia tələbi çərçivəsində baxılmış, iddiaçı və cavabdehlərin qarşılıqlı münasibətlərinə uyğun olaraq iddia tam təmin olunmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsi üçün iş üzrə əsaslar mövcud deyildir. Qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbindən də aydın olduğu kimi birinci instansiya məhkəməsi mübahisə üzrə qanuni və əsaslı nəticəyə gəldiyindən kollegiya Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(078)-163/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh1 2750 (iki min yeddi yüz əlli) manat pulun, Cavabdeh2 11600 (on bir min altı yüz) manat pulun alınaraq, ümumilikdə 14350 (on dörd min üç yüz əlli) manat pulun alınaraq iş üzrə İddiaçı verilməsi, İddiaçı tərəfindən “Kapital Bank” Nəsimi filialına 01 oktyabr 2020-ci il tarixd ə 52655 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya qaytarılmasına dair gəldiyi nəticə ilə razılaşır. Beləliklə kollegiya iş materiallarını işin həqiqi halları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir, həmçinin mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə Cavabdeh1 2750 (iki min yeddi yüz əlli) manat pulun, Cavabdeh2 11600 (on bir min altı yüz) manat pulun alınaraq, ümumilikdə 14350 (on dörd min üç yüz əlli) manat pulun alınaraq iş üzrə İddiaçı verilməsi barədə qərar qəbul etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsinin icraatda olan mübahisə üzrə hüquqi mövqeyi ilə r azılaşmaqla onun gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(078)-163/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(078)-163/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri adlanan 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya həmçinin qeyd edir ki, icraatda olan iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edildiyindən Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(108)-182/2021 nömrəli müvafiq qətnaməsindən kassasiya şikayəti verilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə əri zəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392, 393, 403.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(078)-163/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(078)-163/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-182/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-182/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver