Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-188/2021 01.11.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bağırova Sahilə Hümbət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(080)-142/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək, Ordubad Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(080)-124/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdar ının dəyişdirilməsi, Cavabdeh 16 iyul 2003-cü ildə doğulmuş X3, 23 iyul 2005-ci ildə doğulmuş X2 və 29 mart 2009-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 175 manat olmaqla hər ay 525 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(080)-142/2021 nömrəli qətnaməsi ilə (sədrlik edən X5 ) İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Ordubad Rayon Məhkəməsinin 2(080)-124/2019 nömrəli, 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 23 iyul 2005-ci ildə doğulmuş X6 və 29 mart 2009-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 100 manat olmaqla, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Ordubad Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(080)-142/2021 nömrəli qətnaməsinin qismən dəyişdirilərək, uşaqların saxlanılması üçün bir uşağa 175 manat aliment olmaqla, iki uşağın saxlanılması üçün hər ay 350 manat alimentin müəyyən olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamə ilə aşağıdakı əsaslara görə razılaşmır. Belə ki, məhkəmə yalnız cavabdeh Zeynalov Asimanın mövqeyindən çıxış edərək iddiaçının göstərdiyi arqumentlərə fikir belə verməyərək, aşağı məbləğdə - hər uşağa 100 (bir yüz) manat olmaqla iki uşağın saxlanılmasına 200 (iki yüz) manat alimenti təmin etmişdir. Uşaqlar üçün müəyyən edilmiş aliment məbləği yaşayış minimumundan aşağıdır, uşaqların yaxşı saxlanması, sağlamlığı, yaşamağı və təhsili üçün hər uşağa 175 manat olmaqla iki uşağın saxlanılmasına 350 manat aliment ödəməlidir. Övladı ilə birlikdə kirayədə qalır. Heç bir yerdə işləmir. Ara işlər olanda təmizlik üçün günlük yaşamağına kömək niyyəti ilə evlərə təmizliyə gedir. Ordubad Rayon Məhkəməsinin 25.12.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi ilə əlaqədar yenidən məhkəməyə müraciət etmişdir. Ordubad Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixi 2(080)-142/2021 nömrəli qətnaməsi ilə ali ment miqdarının dəyişdirilməsi tələbi qeyri-qənaətbəxş təmin olunmuş və alimentin miqdarı 20 manat artırılaraq hər uşaq üçün 100 (bir yüz) manat olmaqla iki uşağa toplamda 200 (iki yüz) manat hesablanmışdır. Belə ki, böyük oğlu - X7 2020-ci ilin sentyabrından tibb kollecində ödənişli əsaslarla təhsil alır və bu xərc 400 manat müəyyən olunurdu və hal-hazırda oğlu 16 iyul 2021 -ci ildə 18 yaşı tamam olduğundan təhsilini yarımçıq qoymuş, hərbi xidmətə getmişdir. Ortancıl oğlu - X6 hərbi liseyin 2-ci kursunda oxuyur. Balaca oğlu - X4 7-ci sinif şagirdidir və 5 fənndən hazırlığa gedir. Kiçik oğlunun təhsil xərcləri aylıq ortalama 150 (bir yüz əlli) manat təşkil edir.Uşaqların saxlanılması üçün ödənilən aliment miqdarı çox azdır. Azərbaycan Respublikasının 2021-ci il üçün “Yaşayış minimumu haqqı nda” Azərbaycan Respublikasının qanunuda uşaqlar üçün 175 manat məbləğ müəyyən edilmişdir. Məhkəmə cavabdehin məhkəmə prosesində qərəzli şəkildə aliment artırılarsa, heç nə ödəməyəcəyi barədə dediklərini əsas götürməklə 200 manat məbləğində alimentin kəsilməsini təmin etmişdir. Məhkəmədə 200 (iki yüz) manat alimentlə iki uşağın saxlanılmasının, təhsilinin və təhsil haqlarının, tərbiyəsinin və on səkkiz yaşı tamam olsa da, böyük oğlunun təhsil haqqını qarşılaya bilməyəcəyinin mümkünsüzlüyünü əsas göstərsə də, məhkəmə işə onun yanaşma tərzindən yanaşmamış və fikirincə ədalətsiz qərar çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci (Ailə və dövlət) maddəsinin İ və İİ hissəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onl arı tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmaqla onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz ümid yaratmağı öz öhdəsinə götürür. Həmin qanunun 13-cü maddəsində isə göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ va rdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclası zamanı iş üzrə İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, hər uşağa 100 (bir yüz) manat olmaqla iki uşağın saxlanılmasına 200 (iki yüz) manat alimentin az olduğunu göstərərək Ordubad Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(080)-142/2021 nömrəli qətnaməsinin qismən dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı iş üzrə Cavabdeh apellyasiya şikayətinin təmin olunmadan, Ordubad Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(080)-142/2021 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellya siya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-c i il tarixli qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadının 60-cı bəndində qeyd e dilmişdir ki, apellyasiya ve kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiya məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidir. Kollegiya iş üzrə məruzəçinin məruzəsini və mülki iş üzrə araşdırılmış materialları, iddiaçının və cavabdehin izahatlarını nəzərdən keçirib, apellyаsiya şikayətinin dəlillərini müzakirə edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Apellyasiya şikayətindən məlum olur ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi alimentin sabit pul məbləğinin miqdarına dair hissədə mübahisələndirilərək həmin miqdarın artırılması tələb olunur. Göstərilənlərə müvafiq olaraq da birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı aliment məbləğinin miqdarının artırılmasına dair hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ordubad Rayon Məhkəməsinin 10 avqust 2021ci il tarixli, 2(080)-142/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, iş üz rə düzgün nəticəyə gəlinmişdir. Belə ki, Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu bоrcun yеrinə yеtirilməsinə dövlət nəzаrət еdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3.1-ci maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülə n bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəll ənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Kollegiya iddiaçının apellyasiya şikayətində istinad etdiyi dəlilləri işin halları ilə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin dəyişdirilməsinə dair qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətində göstərilənlər alimentin artırılması üçün deyil, daha çox yaranmış xərclərin ödənilməsinə dair olan dəlillərdir. Eləcə də iddiaçı məhkəmə baxışı zamanı verdiyi izahatında cavabdehin maddi imkanının yetərli olduğunu bildirsə də, bu imkanın tələb edilən alimentin ödənilməsini təmin edəcək dərəcədə olmasına dair nə birinci, nə də apellyas iya instansiyası məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin, yuxarıda qeyd olunan normalara istinadən məhkəmə kollegiyası belə halda irəli sürülən iddia tələbinin dəstəklənməsinə əsas verən halların, məsələn, cavabdehin aylıq qazancının və digər gəlirlərinin iddia tələbini ödəyəcək məbləğdə olmasını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilməsini, həmçinin uşağın minimum yaşayış tələbatının təmin olunmasının zəruriliyini nəzərə alır. Göründüyü kimi qanunvericiliyin də əsas tələbi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilm əsidir. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi sabit pul məbləğinin miqdarını müəyyən edərkən iddianı qismən təmin edərək, bir uşaq üçün tutulacaq aliment məbləğini 100 (bir yüz) manat məbləğində müəyyən etməklə uşaqların mənafelərini kifayət qədər nəzərə almış alimentin miqdarı artırılmışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunvericiliyin sadalanan normasının mənasına görə sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması müəyyənləşdirilir. Bu zaman müəyyənləşdiriləcək məbləğ uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına kifayət etməklə yanaşı respublika ərazisində uşaqlar üçün müəyyən olunan yaşayış minimumuna uyğun olmalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı ilə gəlmiş olduğu nəticəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, həmin Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməli və göstərilən hallara qiymət verərkən məhkəmənin həmçinin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının müvafiq Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat müəyyən edilmişdir Kollegiya həmçinin icraatda olan mübahisə üzrə verilmiş apellyasiya şikayətinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş y oxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Kon vensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərd ən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Kollegiya xeyrinə aliment tutulan uşaqların yaşını, buna mütənasib olaraq onların maddi tələbatlarını, sabit pul məbləğinin miqdarının müəyyənləşdirilməsi üçün əhəmiyyətli olan halları, o cümlədən tərəflərin maddi vəziyyətini və ailə qanunvericiliyi tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq birinci instansiya məhkəməsin in alimentin sabit pul məbləğinin miqdarı ilə əlaqədar gəldiyi nəticə ilə razılaşmır və hеsаb еdir ki, məhkəmənin qətnaməsinin həmin hissədə dəyişdirilməsi üçün işdə əsаslаr mövcuddur. Kollegiya belə nəticəyə gəlir ki, iş üzrə müəyyənləşdirilmiş aliment məbləğinin artırılması qanunvericilik normalarının tələblərinə və yuxarıda göstərilən məhkəmə qərarlarında ifadə olunmuş hüquqi mövqelərə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsin in qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin dəyişdirilməai üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İcraatda olan iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2021-ci il tarixli, 2(108)-188/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(080)-142/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ordubad Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(080)-142/2021 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən sax
Məhkəmə qərarları › İş №2(108)-188/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-188/2021
01.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver