Məhkəmə qərarları › İş №2(108)-189/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-189/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-189/2021 18.11.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxrəddin Rüstəm oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Süleyman oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(079)-318/2021 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh verdiyi apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə 10 iyun 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 16500 (on altı min beş yüz) manat məbləğində pulun və ödəniş etdiyi 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 16530 (on altı min beş yüz otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin (sədrlik edən X1) 26 avqust 2021-ci il tarixli, 2(079)318/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 4400 (dörd min dörd yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, həmçinin Cavabdeh 8 (səkkiz) manat, 10 (on) qəpik miqdarında dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə əsaslı sayılmadığından rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək apellyasiya şik ayətinin təmin edilməsini, Babək Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(079)-318/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. 18 noyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında apellyasiya şikayətindən imtina etməsi ilə bağlı 18.11.2021-ci il tarixli ərizəsini kollegiyaya təqdim edərək izahatında apellyasiya şikayətindən imtina etdiyini bildirərək imtinasının qəbul olunması və apellyasiya şikayətinə münasibətdə mülki işin apellyasiya icraatına xitam verilməsini kollegiyadan xahiş etmişdir. İddiaçının vəkili Vəkil iddiaçının apellyasiya şikayətindən imtinasının nəzərə alınmasını və qanuni qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh iddiaçının apellyasiya şikayətindən imt inasının nəzərə alınmasını və iddiaçının apellyasiya şikayətinə münasibətdə mülki işin apellyasiya icraatına xitam verilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiya məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Kollegiya İddiaçı apellyasiya şikayətindən imtina etməsi ilə əlaqədar 18 noyabr 2021-ci il tarixli ərizəsini müzakirə edərək belə hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçı İddiaçı apellyasiya şikayətindən imtinasının rədd edilməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləs inin 191-ci maddəsində nəzərdə tutulmuş əsasların olub-olmaması kollegiya tərəfindən yoxlanılmış və həmin maddədə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilərək şikayətdən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verir. Kollegiya qeyd edir ki, həmin Məcəllənin 369.1-ci maddəsinə uyğun olaraq işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qüvvəyə minməs inə səbəb olur. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.6cı maddəsinə əsasən həmin Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılırsa və ya apellyasiya icraatına xitam verilirsə ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda İddiaçı Süleyman oğlunun apellyasiya şikayəti verərkən 24 sentyabr 2021-ci il tarixdə "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsi ilə 14366 nömrəli qəbzlə ödədiyi 15 (on beş) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərar verdi: İddiaçı Süleyman oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(079) -318/2021 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətindən iddiaçının imtinası qəbul edilsin və İddiaçı münasibətdə mülki işin apellyasiya icraatına xitam verilsin. İddiaçı Süleyman oğlu apellyasiya şikayəti verərkən 24 sentyabr 2021-ci il tarixdə "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsi ilə 14366 nömrəli qəbzlə ödədiyi 15 (on beş) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar