Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-194/2024 20.11.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, iddiaçı Nümayəndə Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(078)-1306/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 750 manat əsas borcun, bundan əlavə gecikdirilmiş 80 manat penya pulunun, nəticə etibarilə ümumilikdə 830 (səkkiz yüz otuz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(078)-1306/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 17 aprel 2023-cü il tarixdə 169 nömrəli kredit-satış müqaviləsi üzrə 750 (yeddi yüz əlli) manat əsas borc və 37.50 (otuz yeddi manat əlli qəpik) manat gecikdirilmiş penya pulu olmaqla, ümumilikdə 787.50 (yeddi yüz səksən yeddi manat əlli qəpik) manat məbləğində borcun iddiaçı Nümayəndə xeyrinə tutulması, iddia tələbinin qalmış hissədə rədd edilməsi, Nümayəndə tərəfindən 14 avqust 2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Məhkəmənin h əmin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(078)-1306/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, qətnamənin təsviri hissəsində pretenziya göndərildiyi qeyd olunsa da, iddiaçı tərəfindən heç vaxt ona hər hansı pretenziya göndərilməmişdir. Digər yandan "nüfuzlu iş adamı" kimi özünü məhkəməyə təqdim etmiş iddiaçı Nümayəndələ onun arasında heç bir yazılı müqavilə imzalanmamış, bundan başqa şifahi razılaşmalarına əsasən iddiaçı tərəfindən 6 (altı) metr divan hazırl anacağı halda 5,30 metr uzunluğunda divan təhvil verilmişdir. Bu hal iddiaçının diqqətinə dəfələrlə çatdırılsa da, sərf olunmayan materialın pulunu malın qiymətindən çıxmaqdan imtina etmişdir. O, iddiaçıya istehsal elədiyi yataq dəstində problemlər olduğu üçün təmir etməsi barədə müraciət etmiş, iddiaçı isə təmir etməkdən imtina etmişdir. İddia ərizəsində ondan tələb olunan məbləğ şişirdilmiş formada məhkəməyə təqdim edilmiş, yəni onun "nüfuzlu iş adamı" Nuriyevə həmin məbləğdə borcu olmadığı halda, məhkəmə əsas borcu tam təmin etməklə yanlış nəticəyə gəlmişdir. Qeyd olunan halları nəzərə almadan əsassız iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd olunan h alları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir. Beləliklə də, nəticə etibarı ilə iş üzrə materiallar məhkəmə tərəfindən tam hərtərəfli və obyektiv araşdırılmadan heç bir hüquqi əsası olmayan ədalətsiz bir qətnamə çıxarmışdır. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2(078)-1306/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmiş, şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 339.1, 339.4, 379.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1 və 88-ci maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kolle giyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərba ycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bu Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə koll egiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin əd alətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan: - Nümayəndə ilə Cavabdeh arasında bağlanmış 17 aprel 2023-cü il tarixli, 169 nömrəli Kredit-satış Müqaviləsindən (səh.13) aydın olur ki, satıcı alıcının mülkiyyətinə 2850 manat dəyərində mebel dəstini kredit-satış qaydasında verməyi, alıcı isə aldığı malın dəyərini ilkin ödəniş 1000 manat olmaqla, qalan 1850 manat məbləği 6 aylıq müddətə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə hər ay 309 manat, xx.xx.2023-cü il tarixdə isə 305 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Borclu borcunu gecikdirdiyi halda hər keçən gün üçün 10 manat həcmində penya ödənilir. - 17 aprel 2023-cü il tarixli, 169 nömrəli Kredit-satış Müqaviləsinə 1 nömrəli əlavəyə (səh.14) əsasən, iş üzrə Cavabdeh mebel dəstini tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. - 05 avqust 2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, (səh.12) Cavabdeh Nümayəndə 17 aprel 2023-cü il tarixli, 169 nömrəli müqaviləyə görə 750 manat əsas borc və 80 manat penya pulu olmaqla, ümumilikdə 830 manat məbləğində ödənilməmiş borcu mövcuddur. - 23 mart 2024-cü il tarixli ərizənin surətindən (səh.5) aydın olur ki, borcalan Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmi şdir. Beləliklə, mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Nümayəndə ilə Cavabdeh arasında bağlanmış 17 aprel 2023-cü il tarixli, 169 nömrəli Kredit-satış Müqaviləsinə əsasən satıcı alıcının mülkiyyətinə 2850 manat dəyərində mebel dəstini kredit-satış qaydasında verməyi, alıcı isə aldığı malın dəyərini ilkin ödəniş 1000 manat olmaqla, qalan 1850 manat məbləği 6 aylıq müddətə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə hər ay 309 manat, xx.xx.2023-cü il tarixdə isə 305 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, 17 aprel 2023-cü il tarixli, 169 nömrəli Kredit-satış Müqaviləsinə 1 nömrəli əlavəyə (səh.14) əsasən, iş üzrə Cavabdeh mebel dəstini tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh pre tenziya göndərilərək borcun ödənilməsinə dair xəbərdarlıq edilmiş, bundan sonra iddiaçı Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 750 manat əsas borcun, bundan əlavə gecikdirilmiş 80 manat penya pulunun, nəticə etibarilə ümumilikdə 830 (səkkiz yüz otuz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(078)-1306/2024 nömrəli qətnaməsi ilə sözügedən qərar qəbul olunmuşdur. İş üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərində mülki işin mübahisəli halı kimi “...qətnamənin təsviri hissəsində pretenziya göndərildiyi qeyd olunsa da, iddiaçı tərəfindən heç vaxt ona hər hansı pretenziya göndərilmədiyini, digər yandan "nüfuzlu iş adamı" kimi özünü məhkəməyə təqdim etmiş iddiaçı Nümayəndələ onun arasında heç bir yazılı müqavilə imzalanmadığını, bundan başqa şifahi razılaşmalarına əsasən iddiaçı tərəfindən 6 (altı) metr divan hazırlanacağı halda 5,30 metr uzunluğunda divan təhvil verildiyini, bu halın iddiaçının diqqətinə dəfələrlə çatdırılsa da, sərf olunmayan materialın pulunu malın qiymətindən çıxmaqdan imtina etdiyini, onun iddiaçıya istehsal elədiyi yataq dəstində problemlər olduğu üçün təmir etməsi barədə müraciət etdiyini, iddiaçının isə təmir etməkdən imtina etdiyini, iddia ərizəsində ondan tələb olunan məbləğin şişirdilmiş formada məhkəməyə təqdim edildiyini, məhkəmənin əsas borcu tam təmin etməklə yanlış nəticəyə gəldiyini, qeyd olunan halları nəzərə almadan əsassız iddianın təmin edilmə si barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab etdiyini” göstərmişdir ki, kollegiya həmin dəlilləri işin mövcud halları ilə qarşılıqlı araşdıraraq qeyd edir ki, göstərilən bu dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Belə ki, kollegiya ilk olaraq qeyd edir ki, apellyator şikayətinin dəlillərində iddiaçı tərəfindən 6 (altı) metr divan hazırlanacağı halda 5,30 metr uzunluğunda divan təhvil verildiyini, bu halın iddiaçının diqqətinə dəfələrlə çatdırılsa da, sərf olunmayan materialın pulunu malın qiymətindən çıxmaqdan imtina etdiyini, onun iddiaçıya istehsal elədiyi yataq dəstində problemlər olduğu üçün təmir etməsi barədə müraciə t etdiyini, iddiaçının isə təmir etməkdən imtina etdiyini bildirsə də, bu halı təsdiq edəcək hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. Halbuki birinci instansiya məhkəməsində işə baxılması ilə əlaqədar 30 avqust 2024-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 03 sentyabr 2024-cü il tarixdə Cavabdeh bildiriş göndərilərək 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (sübutları) məhkəməyə göndərə bilməsi hüququ izah olunmuş, həmçinin cavabdehin diqqətinə çatdırılmışdır ki, işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Buna baxmayaraq iş üzrə Cavabdeh tərəfindən iddiaya qarşı hər hansı bir əsaslandırılmış etiraz və sübut məhkəməyə göndərilməmişdir. Eyni zamanda tədqiq olunmuş iş materiallarından o da aydın olmuşdur ki, 17 aprel 2023-cü il tarixli, 169 nömrəli Kredit-satış Müqaviləsinə 1 nömrəli əlavəyə (səh.14) əsasən, iş üzrə Cavabdeh mebel dəstini tam qüsursuz şəkildə satıcıdan təhvil alaraq buna dair müvafiq imza etmişdir. Cavabdehin apellyasiya şikayətində “...qətnamənin təsviri hissəsində pretenziya göndərildiyi qeyd olunsa da, iddiaçı tərəfindən heç vaxt ona hər hansı pretenziya göndərilmədiyinə” dair göstərdiyi dəlilə münasibətdə kollegiya qeyd edir ki, tədqiq olunmuş iş materiallarına əsasən 23 mart 2024-cü il tarixli ərizənin surətindən (səh.5) aydın olur ki, borcalan Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Lakin buna dair də iş üzrə Cavabdeh tərəfindən hər hansı bir əsaslandırılmış etiraz və sübut məhkəməyə göndərilməmişdir. Apellyasiya şikayətində göstərilən “...qeyd olunan halları nəzərə almadan əsassız iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsinin məhkəmə tərəfindən işin dəqiq araşdırılmamasının nəticəsində verilmiş bir qərar olduğunun hesab edilməsinə, məhkəmənin qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəldiyinə, beləliklə də nəticə etibarı ilə iş üzrə materialların məhkəmə tərəfindən tam hərtərəfli və obyektiv araşdırılmadan heç bir hüquqi əsası olmayan ədalətsiz bir qətnamə çıxarmasına” dair cavabdehin göstərdiyi dəlillərə gəlincə, məhkəmə kollegiyası göstərilən bu dəlilləri mülahizə xarakterli hesab edir və qeyd edir ki, mübahisələndirilən qətnamə forma və məzmuna dair şərtlərə əməl olunmaqla maddi və prosessual normalara uyğun olaraq əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktl ar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisəl əndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərə flər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məblə ğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək v əzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşy anın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Kollegiya qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında alğı-satqı müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, iddiaçı Nümayəndə ilə Cavabdeh arasında bağlanmış 17 aprel 2023-cü il tarixli, 169 nömrəli Kredit-satış Müqaviləsinə əsasən satıcı alıcının mülkiyyətinə 2850 manat dəyə rində mebel dəstini kredit-satış qaydasında verməyi, alıcı isə aldığı malın dəyərini ilkin ödəniş 1000 manat olmaqla, qalan 1850 manat məbləği 6 aylıq müddətə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə hər ay 309 manat, xx.xx.2023-cü il tarixdə isə 305 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, borclu borcunu gecikdirdiyi halda hər keçən gün üçün 10 manat həcmində penya ödənilməsi müqavilədə öz əksini tapmış, iş üzrə Cavabdeh mebel dəstini tam qüsursuz şəkildə satıcıdan təhvil alaraq buna dair müvafiq imza etmiş, lakin cavabdeh müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq mülki məsuliyyəti yaranmışdır. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd ed ir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün yuxarıda sadalananları nəzərə alan kollegiya belə nəticəyə gəlir ki, iddiaçı Nümayəndə Cavabdeh qarşı borc tələbi barədə kiç ik iddialara dair iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(078)-1306/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(078)-1306/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən “ Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan,..... az olan iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..” Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Nümayəndə Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(078)-1306/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(078)-1306/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-194/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-194/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver