Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-196/2025 13.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi (Açar sözlər: Tapşırığın icrasının başqa şəxsə həvalə edilməsi, etimada əsaslanan hüquqi əlaqə, hüquqdan sui-istifadə, tapşırığın sahibinə çatdırılmaması, şifahi razılaşmanın mahiyyətindən irəli gələn icra tərzi və zərərin iddiaçıya deyil, üçüncü şəxsə aid olması səbəbindən iddia hüququnun olmaması) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə d air mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(079)-405/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı
1. İddiaçı “27” may 2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh dəymiş maddi ziyan olan 18354 (on səkkiz min üç yüz əlli dörd) manat pulun, vəkil üçün ödənilmiş xidmət haqqı olan 270 (iki yüz yetmiş) manat xidmət haqqının və 146 (bir yüz qırx altı) manat dövlət rüsumunun, ümumilikdə isə 18770 (on səkkiz min yeddi yüz yetmiş) manat məbləğində pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş et mişdir (mülki iş İ cild, iş vərəqə 1-5).
2. Bundan başqa iddiaçı tərəf 15 sentyabr 2025-ci ildə işə baxan birinci instansiya məhkəməsinə müraciət edərək şahidin dindirilməsi ilə bağlı çəkdiyi 587,75 (beş yüz səksən yeddi manat, yetmiş beş qəpik) manat məbləğində məhkəmə xərcinin də cavabdehdən tutulmasını xahiş etmişdi (mülki iş İ cild, iş vərəqə 197).
3. Babək Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(079)-405/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdi (mülki iş İİ cild, iş vərəqə 11-21). b) Məhkəmə aktından verilən apellyasiya şikayəti
4. İddiaçı 27 oktyabr 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəmə sinin 29 sentyabr 2025-ci il tarixli, 2(079)-405/2025 nömrəli qətnaməsinin tamamilə ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (mülki iş İİ cild, iş vərəqə 29-38). c) Apellyasiya şikayətinin əsaslandırılması
5. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdehi məktəb vaxtlarından tanımış, onunla sinif yoldaşı olmuşdur. Təxminən 2022-ci ilin may ayında iddiaçının tanışı X3 3500 (üç min beş yüz) manat pul lazım olduğundan cavabdehə müraciət etmiş, sonuncu da ona kömək edə biləcəyini bildirmişdir. Belə ki, cavabdeh iddiaçıya “Muğan Banka” lombarda qızılları qoymaqla pul götürülə bilmə imkanını, özünün də bu vasitə ilə bankdan pul götürdüyünü bildirmişdir.
6. Bundan sonra 04 may 2022-ci il tarixdə cavabdehlə birlikdə X1 yaşadığı Bakı şəhəri, X8 küçəsi, 19/69, ev 34, mənzil 6 ünvanına getmiş, orada X4 qızılları lombarda qoymaqla pul götürülməsinə razılıq vermiş, X3 məxsus 1 ədəd dəst brilyant sırğa-üzük, 1 ədəd 3 qaşlı brilyant üzük, 1 ədəd qırmızı qaşlı qızıl üzük, 1 ədəd bantik qızıl üzük, 1 ədəd xırda qaşlı brilyant üzük, 1 ədəd qızıl qədimi 5-lik klon (sikkə), 1 ədəd qızıl qədimi 10-luq klon 1 ədəd qədimi qızıl klon, 1 ədəb uşaq üçün qızıl qolbaq, 1 ədəd italyan istehsalı qızıl qolbaq, 1 ədəd italyan istehsalı qızıl sepi götürmüş və həmin tarixdə "Muğan Bank"ın Neftçilər filialında cavabdehə vermişdir. Həmin vaxt cavabdeh adları qeyd olunan qızılları qeyd edilən banka lombarda qoyaraq öz adına girov qoymuş və bunun qarşılığında isə 3864 (üç min səkkiz yüz altmış dörd) manat bankdan pul götü rmüş və ona 3500 (üç min beş yüz) manat miqdarında pul vermiş, yerdə qalan məbləğin isə bank xərclərinə çıxıldığını bildirmişdir. Həmin şərtlərə görə isə 24 aylıq müddətə hər ayın 4-də 208 (iki yüz səkkiz) manat banka pul ödənilməli idi.
7. Bundan sonra iddiaçı 13 iyun 2022-ci il tarixdən 09 oktyabr 2023-cü il tarixədək 18 ay müddətində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialına hər ay 210 (iki yüz on) manat olmaqla, ümumilikdə 3780 (üç min yeddi yüz səksən) manat pul ödəmişdir (ödənişləri iddiaçı ödəmişdir). Cavabdeh həmin bankın müvafiq filialına gedərək borcu bağlanmış, qızılları 5521 (beş min beş yüz iyirmi bir) manat qiymətləndirmiş və özünə aid olan borcu da bağlayaraq qızılları ondan xəbərsiz götürmüşdür.
8. İddiaçı yuxarıda adı qeyd olunan və qızılları lombarda qoyulan Gü lnarə xanımın qarşısında pis vəziyyətdə qalmış, həmin şəxs qızıllarını tələb etmiş, lakin qızıllar olmadığından (cavabdeh tərəfindən götürüldüyündən) onların qaytarılması qeyri-mümkün olmuşdur.
9. Gülnarə xanımın övladının toyu olacağından təkrar lombarda qızıl girov qoymuş, aylıq ödənişlər iddiaçı tərəfindən ödənilmiş, 4600 (dörd min altı yüz) manat iddiaçı tərəfindən lombarda ödənilmiş, borc bağlanılmış, bundan sonra isə ümumi qızıllar (hər iki dəfə lombarda qoyulan) qızıllar Gülnarə xanım tərəfindən qiymətləndirilmiş, 12990 (on iki min doqquz yüz doxsan) manat iddiaçı tərəfindən Gülnarə Kərimovaya ödənilmişdi. Həmçinin yuxarıda qeyd olunduğu kimi lombardın aylıq ödənişləri də iddiaçı tərəfindən ödənilmişdir (3780+1200+384). Ümumilikdə hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçıya qeyd edilən məsələ ilə bağlı 18354 (on səkkiz min üç yüz əlli dörd) manat maddi ziyan vurulmuşdu ki, bunun da məhkəmə qaydasında ona qaytarılmasını istəyir.
10. Bunun üçün hüquq mühafizə orqanlarına müraciət etmiş, lakin nəticəsi olmamışdır.
11. Babək Rayon Məhkəməsinin işə baxması nəticəsində isə iddia təmin olunmamışdı. Həmin qətnamə ilə aşağıdakı səbəblərə görə razılaşmır.
12. Məhkəmə qətnaməsində (9-cu səhifə 4 və 5-ci abzaslar) “iddiaçı cavabdehin üçüncü şəxsə vurduğu ziyana görə sonuncuya ümumilikdə 12990 manat pul verməklə ziyana düşdüyünə istinad etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdi” deyə qeyd edilmişdi. Bununla qəti şəkildə razılaşmır.
13. Belə ki, mülki işin materiallarına fikir verən zaman bütün sübutlar (bank qəbzləri, ödəmələrə dair sənədlər, müvafiq lomb ard sənədləri, ləğv olunmuş banka dair müvafiq sənədlər) iddia qaldırılan zaman tərəflərindən məhkəməyə təqdim olunmuşdu. Hətta onun hazırkı işdə şahid kimi dindirilmiş Şahid2 ödədiyi pul (hansı ki, həmin məbləği məhz hazırkı iş üzrə cavabdehin ona vurduğu maddi ziyana görə ödəyib) həmin şəxsin məhkəmədə verdiyi ifadə ilə də öz təsdiqini tapmışdır. Həmçinin cavabdehin mübahisə predmeti olan qızılları onun tərəfindən götürülməsi həm onun izahatı, həm də digər sübutlarla (sənədlərlə) də öz təsdiqini tapmışdır.
14. Məhkəmə qətnamənin 9-cu səhifəsində şahidin ifadəsini "öyrədilmiş ifadə" kimi qəbul etdiyini qeyd etmişdir. Bununla da qəti şəkildə razılaşmaq olmaz. Çünki, həmin şahid qeyd edilən mübahisənin birbaşa iştirakçısı olmuş, bu işin faktiki halları, tərəflərin izahatları ilə öz təsdiqin i tapmışdır. Həmin şəxs həm məhkəməyə özü iradə ifadəsi nümayiş etdirərək ərizə göndərmiş, eyni zamanda məhkəmədə özü şahid qismində iştirak etmişdir.
15. Yuxarıda qeyd etdiyi kimi həmin şəxsin müraciəti əsasında cavabdeh lombarda həmin şəxsin qızıllarını qoymuş və pul götürmüşdür. Eyni zamanda cavabdehin həmin qızılları özünün götürməsi və qaytarmaması da mülki işin gedişində öz təsdiqini tapmışdır. Həmçinin məhz sonradan növbəti dəfə Şahid2 ona olan təkidi nəticəsində özünün ona dəymiş zərəri ödəməyinin səbəbi də cavabdehin götürülən qızılları mənimsəməsi və qaytarmaması olmuşdur. İşə baxan məhkəmə şahid qismində ifadə vermiş və mübahisənin iştirakçısı olan şəxsin ifadəsinə sübut kimi düzgün hüquqi qiymət verməmişdi.
16. Məlumdur ki, delikt dedikdə məhz mülki hüquqa görə birbaşa ziyanı v ə ya zərər vurula bilən, ona gətirib çıxaran təqsirli, hüquqa zidd davranışı ifadə edir. Məhz istinad etdiyi maddi hüquq normalarına görə Cavabdeh təqsirli hərəkətləri nəticəsində ona qeyd edilən məbləğdə maddi ziyan vurulmuşdu. Belə ki, ləğv olunmuş müvafiq bankdan qızılların götürülməsinə dair müvafiq sənəd buna əyani sübutdur.
17. Həmçinin məhkəmədə ona ünvanlanan suallarda o, qızılları götürdüyünü etiraf etmiş, lakin almasına istinad etsə də, buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə buna düzgün hüquqi qiymət verməmişdir.
18. Hüquqa zidd əməlin olması açıq-aşkar ortadadır. Məhkəməyə təqdim olunmuş sənədlə və şahid ifadəsi ilə cavabdehin qızılları götürməsi və qaytarmaması öz təsdiqini tapmışdır.
19. İkincisi həmin əməlin təqsirli olaraq törədilməsi onunla sübuta yeti rilir ki, qızılların dəyəri məcbur qalınaraq onun tərəfindən qızılların sahibinə ödənilmişdir.
20. Üçüncüsü cavabdehin həmin qızılları qaytarmaması nəticəsində o, Şahid2 iddia tələbində qeyd edilən məbləğdə pul ödəməyə məcbur olmuş və nəticədə cavabdeh tərəfindən maddi ziyana məruz qalıb.
21. Dördüncüsü isə tərəflərindən təqdim olunmuş sənəd və hazırkı mübahisənin iştirakçısının məhkəmədə şahid kimi verdiyi ifadə ilə səbəbli əlaqə öz təsdiqini tapmışdır.
22. Şikayət edən apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76-cı və 80-ci maddələrinə istinad etmişdi.
23. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “09” dekabr 2025-ci ildə daxil olmuşdur. İİ. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Apellyasiya şikayətinə baxılmasında iştirak və işdə iştirak edən şəxslərin verdiyi izahatlar.
25. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, verdiyi izahatında bildirmişdi ki, Babək rayonu, Cəhri kəndində yaşayarkən iddiaçı ilə sinif yoldaşı olub və eyni zamanda uzaq qohumdur. Şahid2 ona 3500 manat pul lazım olduğunu, qızılları banka girov qoyaraq pul götürmək istədiyini bildirib. Buna görə o, Ravilə zəng edib. Cavabdeh bankda işlədiyindən tanışları çox idi. Ravil eyni zamanda “Günay Bank”da da işləmişdi. Ravil özünün də “Muğan Bank”a anasının qızıllarını girov qoyaraq pul götürdüyünü və orada işləyən Elcan adlı şəxslə danışacağını, onunla görüşüb qızılları girov qoyaraq pul götürməyin mümkünlüyünü deyib. Gülnarə xanım bu təkliflə razılaşıb. Ravillə Gülnarə xanımın evinə gəldikdən sonra, o, bahalı qızılları seçib daha çox pul almağın mümkünlüyünü bildirib. Həmin qızılların fotoşəkilləri iş materiallarında mövcuddur. Cavabdeh həmin qızılları seçdikdən sonra onunla “Muğan Bank”ın Neftçilər filialına gedib. Özü Yasamal rayonunda qaz-istismar idarəsində işləyən zaman “Dəmir Bank”a məxsus olan kredit kartında ödənişlərdə gecikmələr olduğundan bank qızıllar qarşılığında sadəcə 2500 manat verilə biləcəyini deyib. Lakin Ravil orada girov qoyduğu qızıllar olduğunu və Gülnarə xanıma məxsus olan qızılları da həmin qızılların üzərinə əlavə edərək 3500 manat pul verə biləcəklərini deyib. Özü cavabdehlə əvvəllər yaxın münasibət olduğu üçün bununla razılaşıb və qızılları onun adına girov qoyublar. Daha sonra cavabdeh ona 3500 manat pul verib. Qəbzə baxarkən bankdan girov qarşılığında 3864 manat verildiyi məlum olub. Cavabdeh həmin 364 manatı özünə götürüb. Özü 3500 manatı Gülnarə xanıma verib. Bankda ona hər ay 208 manat ödəyəcəyi deyilib, Ravil isə 261 manat ödəniş edəcəkdi. Gülnarə xanım həmin borcun ödənilməsi üçün 210 manat pul verirdi. Qarışıqlıq yaranmasın deyə 210 manat ödəniş edilirdi. Bununla bağlı qəbzlər və fotoşəkillər mövcuddur. 2024-cü ilin noyabr ayında cavabdeh zəng vuraraq “Muğan Bank”ın bağlandığını, ödəni şlərin sistemdə görsənməyəcəyini, hesabların “Bank Respublika”ya göndəriləcəyini bildirib. Özü qalan 1200 manat pulu ödəyib qızılları götürərək Gülnarə xanıma qaytarmaq istədiyini dedikdə, Ravil 3-4 ay içində hər şeyin qaydasına düşəcəyini, narahat olmamağı bildirib. Bu danışıqdan bir il keçdikdən sonra o, Ravilə zəng vuraraq Gülnarə xanımın polisə şikayət edəcəyini bildirib. Bundan sonra tərəflər Əmanətlərin Sığortalanması Fonduna gediblər. Cavabdeh orada qızılları götürmədiyi və olanlardan xəbəri olmaması ilə bağlı ərizə yazıb. Ravil həmin Fondda da işlədiyi üçün işçiləri tanıyırdı. Daha sonra “Muğan Bank”ın baş filialına getdikdə, orada girov qoyulan qızılların 11 oktyabr 2023-cü il tarixdə Ravil tərəfindən təhvil alındığı bildirilib. Jurnalda qızılları Ravilin alması barədə imzalar təq dim edilib. Lakin cavabdeh qızılları götürmədiyini deyib. Bir müddət sonra Ravil qızılları etibarnamə əsasında başqa şəxsin götürdüyünü bildirib. Həmin şəxs qızılları Gəncə şəhərinə apararaq orada girov qoyub pul götürdüyünü deyib. Sentyabr ayında həmin şəxslə və Ravillə əlaqə saxlamaq mümkün olmadığı üçün o, cavabdehin yaşadığı ünvana gedib, lakin o orada olmayıb.
26. Apellyasiya şikayəti verən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, Gülnarə xanımın Babək Rayon Məhkəməsində verdiyi izahatında ona nəyə görə 3000 manat pul verildiyini deməsi məlum deyil. Gülnarə xanım 5000 manat pul itirsə belə, qızılları satmaq istəmədiyini bildirib. Qızılların ümumi lom dəyərinin 5521 manat olmasına baxmayaraq, Gülnarə xanıma qızılların satış dəyəri olan 12990 manat ödənildiyi üçün cavab dehdən iddia ərizəsində qeyd edilən pul tələb olunur. Gülnarə xanıma qeyd edilən məbləğin ödənilməsi ilə bağlı hər hansı şahid və ya sübut mövcud deyil. Gülnarə xanım ilə iddiaçı arasında dəymiş ziyanı tələb etmək hüququnun güzəşt edilməsi ilə bağlı heç bir müqavilə yoxdur. Dəymiş ziyanla bağlı iddia pulu iddiaçı ödəniş etdiyi üçün qaldırılıb. İlk başda iddianı Gülnarə xanımın adına qaldırmaq nəzərdə tutulsa da, sonradan pulu iddiaçı ödəniş etdiyi üçün iddianı öz adına qaldırmaq qərarına gəlib. İş materiallarında olan sübutlardan başqa digər sübut mövcud deyil.
27. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasınd a iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi.
28. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. İV. İşin halları:
29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş: 30. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı tərəfindən verilmiş 08 fevral 2022-ci ildən 19 aprel 2024-cü ilədək dövrü əhatə edən hesabdan çıxarışdan bank tərəfindən Cavabdeh 04 may 2022-ci il tarixdə 3864 (üç min səkkiz yüz altmış dörd) manat, 12 may 2022-ci il tarixdə isə 8806 (səkkiz min səkkiz yüz altı) manat lombard kreditinin verilməsi (mülki iş İ cild, iş vərəqə 12-16); 31. - 12 may 2022-ci il tarixli, LBP/22/030/000010 nömrəli kredit müqaviləsinin surətindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı ilə Cavabdeh arasında müqavilə bağlanması, müqavilə şərtlərinə görə bankın ona illik 25 faizlə, 24 ay müddətinə 8806 (səkkiz min səkkiz yüz altı) manat məbləğində kredit verilməsi barədə müqavilə tərəflərinin razılaşması, müqavilə bağlandıqdan sonra kredit məbləğinin bank tərəfindən borcalanın AZ78MUGA**********08145AZM30 saylı hesabına köçürülməsi (mülki iş İ cild, iş vərəqə 97-101); 32. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialına girov qoyulmuş qiymətlilərin, dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından Cavabdeh 12 may 2022-ci il tarixdə qarş ısında 900 əyar, 13 qram, 583 əyar, 19,5 qram, dəyəri 1638 manat yazılmış 1 ədəd qızıl 10-luq sikkəni, 1 ədəd 5-lik sikkəni (cədvəl üzrə sıra sayı 1), qarşısında 750 əyar, 9,6 qram, 583 əyar, 12 qram, dəyəri 1008 manat yazılmış 1 ədəd qolbağı (cədvəl üzrə sıra sayı 2), qarşısında 583 əyar, 22 qram, dəyəri 1800 manat yazılmış 1 ədəd kom (yəni qızıl dəstini) və 4 ədəd üzüyü (cədvəl üzrə sıra sayı 3), qarşısında 583 əyar, 12.8 qram, dəyəri 1075 manat yazılmış 1 ədəd sepi, 1 ədəd qolbağı, 1 ədəd klonu (cədvəl üzrə sıra sayı 4), qarşısında 583 əyar, 19 qram, dəyəri 1520 manat yazılmış 2 ədəd kom (yəni qızıl dəstini), 1 ədəd üzük, 1 ədəd klonu (cədvəl üzrə sıra sayı 5), qarşısında 583 əyar, 26.4 qram, dəyəri 2217 manat yazılmış 1 ədəd sepi, 1 ədəd üzüyü (lom) (cədvəl üzrə sıra sayı 6), qarşısınd a 750 əyar, 7.7 qram, 583 əyar, 9.6 qram, dəyəri 806 manat yazılmış 1 ədəd üzüyü (br) (cədvəl üzrə sıra sayı 7) girov qoyması (mülki iş İ cild, iş vərəqə 34); 33. - tərəflərin birinci instansiya məhkəməsində verdiyi izahatlardan təhvil-təslim aktında göstərilən cədvəl üzrə sıra 1-4-də olan qızıl-zinət əşyalarının Şahid2 məxsus olması, həmçinin həmin aktdan sözügedən qızılların ümumilikdə 5521 (beş min beş yüz iyirmi bir) manat məbləğində dəyərləndirilməsi (mülki iş İ cild, iş vərəqə 174). 34. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı tərəfindən verilmiş 08 fevral 2022-ci il tarixdən 19 aprel 2024-cü ilədək dövrü əhatə edən hesabdan çıxarışdan, həmçinin iddiaçı tərəfin təqdim etdiyi ödəniş qəbzlərindən 01 avqust 2022-ci il tarixdə 302 manat, 12 avqust 2022-ci il tarixdə 210 man at, 03 oktyabr 2022-ci il tarixdə 30 manat, 06 oktyabr 2022-ci il tarixdə 200 manat, 12 oktyabr 2022-ci il tarixdə 200 manat, 14 noyabr 2022-ci il tarixdə 210 manat, 12 dekabr 2022-ci il tarixdə 210 manat, 01 yanvar 2023-cü il tarixdə 210 manat, 10 fevral 2023-cü il tarixdə 210 manat, 09 mart 2023-ci il tarixdə 210 manat, 06 aprel 2023-cü il tarixdə 210 manat, 06 may 2023-cü il tarixdə 210 manat, 12 iyun 2023-cü il tarixdə 210 manat, 26 iyul 2023-cü il tarixdə 210 manat, 23 avqust 2023-cü il tarixdə 210 manat, 25 sentyabr 2023-cü il tarixdə 210 manat və 07 oktyabr 2023-cü il tarixdə 210 manat olmaqla, ümumilikdə isə 3462 (üç min dörd yüz altmış iki) manat kreditin ödənişi kimi Cavabdeh adından "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi (mülki iş İ cild, iş vərəqə 140-156 və 160-1 62); 35. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialına girov qoyulmuş qiymətlilərin, dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından onun üzərində əlyazmada "borc yoxdur. xx.xx.2023" sözlərinin yazılması, qarşısında 900 əyar, 13 qram, 583 əyar, 19,5 qram, dəyəri 1638 manat yazılmış 1 ədəd qızıl 10-luq sikkə və 1 ədəd 5-lik sikkəni, qarşısında 583 əyar, 12 qram, dəyəri 1008 manat yazılmış 1 ədəd qolbağı, qarşısında 583 əyar, 22 qram, dəyəri 1800 manat yazılmış 1 ədəd kom, 4 ədəd üzüyü, qarşısında 583 əyar, 12.8 qram, dəyəri 1075 manat yazılmış 1 ədəd sepi, 1 ədəd qolbağı, 1 ədəd klonu, qarşısında 583 əyar, 19 qram, dəyəri 1520 manat yazılmış 2 ədəd kom, 1 ədəd üzük, 1 ədəd klonu, qarşısında 583 əyar, 26.4 qram, dəyəri 2217 manat yazılmış 1 ədəd sepi, 1 ədəd üzüyü (lom), qarşıs ında 750 əyar, 7.7 qram, 583 əyar, 9.6 qram, dəyəri 806 manat yazılmış 1 ədəd üzüyün (br) 11 oktyabr 2023-cü ildə Cavabdeh təhvil verilməsi (mülki iş İ cild, iş vərəqə 34); 36. - Əmanətlərin Sığortalanması Fondunun 05 iyun 2025-ci il tarixli, 12-5/2-A-34xx-xx9478/2025 nömrəli məktubunda Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-3(103)-54/2023 nömrəli məktubundan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi, onun iflas prosesinə başlanılması və Əmanətlərin Sığortalanması Fondunun onun ləğvedicisi təyin edilməsinin qeyd edilməsi (mülki iş İ cild, iş vərəqə 96); 37. - Cavabdeh Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı 19 aprel 2024-cü il tarixli ərizədə onun "2022-ci ilin aprel ayında "xxxx" Neftçilər filialından qızıl girov qoyaraq pul götürmüşəm. Son ödəni şi 2022-ci ilin oktyabr ayının 7-də 210 manat ödəniş etmişəm. Yanvar ayı X7 Bankın Baş ofisinə yaxınlaşdım. Mənə dedilər ki, sizin ödənişiniz və girovda olan qızıllar Bank Respublikaya köçəcək. Bank Respublikaya mart ayı yaxınlaşdım, mənə dedilər ki, sistemdə adın yoxdu. Mart ayı Əhməd Rəcəblidə yerləşən Muğan Bankın baş ofisinə yaxınlaşdım. Orada mənə dedilər ki, 12 oktyabr 2023-cü ildə sizin kredit ödəniş olaraq girovda olan qızılınız təhvil verildi. Mən Cavabdeh yazaraq Sizdən xahiş edirəm ki, girovda olan qızılları götürməmişəm və krediti bağlamamışam. Sizdən xahiş edirəm ki, qızılı geri götürməkdə mənə köməklik edəsiniz" ifadələrini qeyd etməsi (mülki iş İ cild, iş vərəqə 10); 38. - "ƏİX" seriyalı, 621212 nömrəli girov biletinin surətindən Şahid2 19 aprel 2024-cü ildə 3000 (üç min) ma nat məbləğində kredit əldə etməsi, həmin müqavilə üzrə 19 may 2024-cü ildən 19 mart 2025-ci ilədək (on bir ay) hər ay 120 (bir yüz iyirmi) manat məbləğində pulun ödənilməsi (ümumilikdə 1320 manat) (mülki iş İ cild, iş vərəqə 41 və 43); 39. - "ƏİX" seriyalı, 664415 nömrəli girov biletinin surətindən Şahid2 15 oktyabr 2024-cü ildə 1600 (bir min altı yüz) manat məbləğində kredit əldə etməsi, həmin müqavilə üzrə 15 noyabr 2024-cü ildən 15 aprel 2025-ci ilədək (altı ay) hər ay 64 (altmış dörd) manat məbləğində pulun ödənilməsi (ümumilikdə 384 manat) aydın olur (mülki iş İ cild, iş vərəqə 42 və 44).
40. Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində iddiaçının onun işəgötürəni olmadığını, sadəcə orada işçi kimi adının getdiyini, Leysanın tanışı ol duğunu, 5 ildir dostluq münasibətində olduqlarını, ona çox güvəndiyini, qızının nişan, xına və toy mərasimi olduğundan pul lazım olduğunu, bunu Leysana dediyini, Ravili isə Leysana görə tanıdığını, Leysanın ona Ravilin bankda işlədiyini dediyini, Leysanın pul götürə bilmədiyini, heç vaxt lombarda qızıl qoymadığını və qaydasını bilmədiyini, həmçinin Ravilin bankda işlədiyindən ona güvənib qızılı Ravilin adına banka qoyduğunu, deyəsən Ravilin öz qızıllarını da birləşdirib banka qoyduqlarını, 2022-ci ilin aprel-may ayları qızılı götürməyə onun evinə Leysan və Ravilin gəldiyini, Ravilin özünün bir-bir qızılları seçib götürdüyünü, qızılları seçəndə ondan nə qədər pul lazım olduğunu soruşduğunu, ona 3000-3500 manat pul lazım olduğunu dediyini, ondan birinci 01 ədəd 5lik klon, 01 ədəd 10-luq klon, 01 ədəd başqa klon, 1 dəst komplekt qızıl, 05 ədəd üzük, 01 ədəd qolbaq, 01 ədəd boyunbağı və 01 ədəd uşaq qolbağı götürüldüyünü, komplektə sırğa və üzük daxil olduğunu, komplektin üzüyü ilə birlikdə 5 ədəd üzük olduğunu, qızılların salonda stolun üzərində fotoşəklinin çəkildiyini, bir dəfə boş stolda, bir dəfə isə örtüyün üzərində olmaqla iki dəfə qızılların fotoşəkilinin çəkildiyini, həmin fotoşəkilləri Leysanın çəkdiyini, qızılları evdən Ravilin seçib salfetə büküb birlikdə çıxdıqlarını, evdən çıxarkən kimin götürdüyünü bilmədiyini, Ravilin qızılları seçdikdən sonra dəyərini dediyini, pulu həmin gün Leysanın gətirdiyini, Ravilin gətirmədiyini, ona 3500 manat pul verdiklərini, Leysanın həmin vaxt ona “mənə blok qoyulub deyə öz adıma götürə bilmədim, Ravilin başqa qızılları da var, onun qızıllarını da qoyub çox pul götürdü” dediyini, pulun 3000 manatını ona verdiklərini, qalanını isə Ravilin götürdüyünü, aylıq 210 manat ödəniş etdiyini, götürdüyü pul ilə bağlı hər ay Leysana 210 manat pul verdiyini, pulu ödəyib qəbzləri ona verdiyini, 18 ay ödəniş etdikdən sonra Leysanın yanında olduğu vaxt Ravilin zəng edib bankın bağlandığını və ödəniş edilməməsini dediyini, 3 ay gözlədikdən sonra Leysandan qızılları maraqlanmağını istədiyini, daha sonra banka getdiklərini, bankda Ravilin ərizə yazıb qızılları götürmədiyini və xəbərinin olmadığını dediyini, sonra qızının nişan və toy mərasimi olduğu üçün ikinci dəfə Leysana dediyini, Leysanın ona “bacının qızıllarını banka qoy, pul götür aylığını özüm ödəyəcəyəm” dediyini, 2023-2024-cü ildə pul götürərkən qızıllarını satdığından və az qızılı qaldığından bacısına məxsus qızılları adını bilmədiyi lombarda qoyub 3000 manat pul götürdüyünü, lombarda Leysanla birlikdə getdiyini, lakin qızılları öz adına qoyduğunu, özündə 1600 manat dəyərində 1 dəst komplekt və əlavə 2-3 ədəd qızıl qaldığını, sonra yenidən pul lazım olduğu üçün 1600 manat yenidən pul götürdüyünü və həmin pulun ödənişini Leysanın etdiyini, Leysanın onun əvəzindən 4600 manat pulun ödənişini etdiyini, toyda isə birinci dəfə verdiyi qızılları Leysandan tələb etdiyini, Leysanın isə gətirib ona 13000 manat pul verdiyini, Leysanın 4600 manatdan əlavə ona 13000 manat pul verdiyini, Ravillə onu Leysanın tanış etdiyini, bu səbəbdən də pulu Ravildən yox, Leysandan tələb etdiyini, Leysanın evə gəlib şəxsən pulu verdiyini, Naxçıvana gəlmək üçün bilet pulunu Leysanın ödədi yini, Leysan ona qızılların pulunu qaytardığını, sonra Ravilin qızılları götürdüyünü bildirmişdi (mülki iş İİ cild, iş vərəqə 6-8).
41. Digər Şahid1 birinci instansiya məhkəməsində verdiyi izahatında tərəfləri tanıdığını, onlarla həmkəndli olduğunu, heç biri ilə qohumluq və ədavətinin olmadığını, hadisənin 2022-2023-cü illərdə olduğunu, lakin tam xatırlamadığını, Leysanla düşmənçiliyi olmadığını, lakin aralarında kiçik anlaşılmazlıq olduğunu, 2014-cü ildə Leysanla aralarında mübahisə olduğunu, hazırda da Leysanla danışmadığını, xatırladığına görə Goradildən qızılı 2022-2023-cü ildə götürdüklərini, 2024-cü ilin yanvar ayı da Ravil ilə Sahil metrosunun yanına gedib lombarda qızıl qoyduqlarını, Ravilin avtomobilinin 2-3 il olar ki, nasaz olduğunu, bu səbəbdən də özünün avtomobilindən istifadə etdiklərini, Binəqədi rayonu, Govadlı kəndindən qızılları götürüb “Muğan banka” qoyduqlarını, özünün avtomobildə gözlədiyini, özünün lombardda iştirak etmədiyini və içəri daxil olmadığını, Ravilin isə 8200 manat və ya 9200 manat pul götürdüyünü, qızılların kimin olduğunu bilmədiyini, Ravilin telefon işi ilə məşğul olduğunu və pulu aparıb 28-də Dubaya göndərdiyini, Ravilin pulu başqa bir şəxsə verdiyini, onun pulu göndərdiyini, başqa heç nə olmadığını, başqa heç nədən xəbərinin olmadığını, Ravilin qızılları anasıgilin yaşadığı Goradildən götürdüyünü, tərəflər arasında olan mübahisədən 2024-cü ilin yay aylarında Binəqədi rayonunda polis şöbəsində məlumatı olduğunu, Ravillə çox vaxt birlikdə olduqlarını, onunla birlikdə iş gördüklərini, dost olduqlarını, eyni gündə Bakı şəhərinə getdikləri ni, həmin vaxtdan dostluq münasibətlərinin yarandığını, şöbədə olarkən tərəflərin yuxarıda olduğunu, özünün aşağıda gözlədiyini, onların səslərini eşitdiyini, həmin vaxt Leysanın Ravilə “sən mənim qızılımı götürmüsən” Ravilin isə ona “mən pulumu verib qızılı almışam” dediyini, zalda əyləşən xanımı orada görmədiyini, Ravil Leysanı polisə şikayət etdiyi vaxt “ayıbdır, həmkəndlisiniz, bir-birinizi polisə verirsiniz” dediyini, Leysanın isə ona “qızılları gətirib qaytarsın söhbətə son qoyaq” dediyini, polis şöbəsində olarkən özünün onlara yaxınlaşdığını, çünki, onların hərəkətinin utancverici olduğunu, Leysanla danışmasa da, ona yaxınlaşdığını və ona “ayıbdır, gəlin söhbətinizi kənarda həll edin” dediyini qeyd etmişdi (mülki iş İİ cild, iş vərəqə 8-9). V. Apellyasiya instansiyası məhkəməsində i şə baxılmasının hədləri
42. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şi kayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya i nstansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların t ələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Babək Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(079)-405/2025 nömrəli qətnaməsini İddiaçı mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının iddiaçı tərəfdən mübahisələndirilən hissəsi təşkil edir. Onun verdiyi apellyasiya şikayətindən aydın olur ki, iddiaçı sözügedən qətnaməni tam mübahisələndirir. İddiaçının verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddianın təmin edilməsinə yönəldiyindən, həmin qətnamə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır. Vİ. Tətbiq edilən hüquqi aktlar. a) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 45. - 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən zərərin ə vəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 46. - 193.1 və 193.3-cü maddələrinə görə güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur; 47. - 194.1, 194.2 və 194.4-cü maddələrində qeyd edilir ki, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir; 48. - 269.1 və 270.1-ci maddələrinin tələbinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir; 49. -285.3-cü maddəsinə əsasən girov saxlayan girov predmetinin ona verildiyi zaman hansı məbləğdə qiymətləndirildiyindən asılı olmayaraq girov predmetinin itirilməsinə görə onun həqiqi dəyəri məbləğində, zədələ nməsinə görə isə dəyərinin azaldığı məbləğdə məsuliyyət daşıyır; 50. -294.1 və 294.1.1-ci maddələrinin məzmununa görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir; 51. - 294.2-ci maddəsinin tələbinə görə girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur; 52. - 300.0 və 300.0.2-ci maddələrinin mahiyyətindən görünür ki, girovun növlərindən biri əşyanın lombardda girovudur; 53. - 302.1 - 302.3-cü maddələrinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Saxlanca qoyulan əşyalar lombarda verilir; 54. - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 55. - 459.1-ci maddəsinə görə zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir; 56. - 560.1 və 560.2-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolver ilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 57. - 560.3 və 560.3.4-cü maddələrinin mahiyyətindən görünür ki, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır; 58. - 777.1 və 777.2-ci maddələrinin tələbinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 59. - 778.1 və 778.2-ci maddələri ilə müəyyən edilir ki, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur; 60. - 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət da şıyır; 61. - 780.1-ci maddəsinin mahiyyətindən aydın olur ki, vəkalət alan vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil edilməsi, tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəlməsi və icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəlməsi halları istisna olmaqla tapşırığı şəxsən özü icra etməlidir; 62. - 780.3-cü maddəsinə əsasən əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin; 63. - 780.4-cü maddəsinə görə hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər; 64. -782.1-ci maddəsinin tələbindən müəyyən edilir ki, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur; b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 65. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; 66. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 67. - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 68. - 76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir; 69. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir; 70. - 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 71. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 72. - 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Vİİ. Apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və onun həllinə dair mövqeyi apellyasiya şikayətini
73. Kollegiya iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatlarını qarşılıqlı əlaqədə təhlil edərək müəyyən edir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 18.354 (on səkkiz min üç yüz əlli dörd) manat maddi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
74. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun vasitəçiliyi ilə üçüncü şəxs Şahid2 məxsus qızıl-zinət əşyalarını banka girov qoyaraq kredit götürmüş, lakin sonradan həmin kredit öhdəliyini bağlayarkən qızılları bankdan geri götürərək sahibinə qaytarmamış və mənimsəmişdir. İddiaçı qeyd etmişdir ki, cavab dehin bu hərəkətləri nəticəsində o, üçüncü şəxs qarşısında yaranmış vəziyyətə görə məsuliyyət daşıyaraq, qızılların dəyərini, yəni Şahid2 ödənilmiş məbləğləri və bank ödənişlərini öz hesabına ödəmək məcburiyyətində qalmış və bununla da ona maddi ziyan dəymişdir.
75. İşə baxan Babək Rayon Məhkəməsi 29 sentyabr 2025-ci il tarixli, 2(079)-405/2025 nömrəli qətnaməsi ilə iddiaçının iddiasını əsassız hesab edərək rədd etmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia edilən maddi ziyanın məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yaranması, habelə iddiaçının üçüncü şəxsə 12.990 manat məbləğində vəsait ödəməsi faktı mötəbər yazılı sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə, həmçinin iş üzrə dindirilmiş Şahid2 ifadəsini "öyrədilmiş ifadə" kimi qiymətləndirərək, həmin ifadəni sübut kimi qəbul etməkdən imtina etmiş və iddiaçının üçüncü şəxs qarşısında öhdəliyi yerinə yetirməsini (ziyanı ödəməsini) təsdiq edən kifayət qədər sübut təqdim olunmadığı qənaətinə gəlmişdir.
76. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməsi üçün ilkin olaraq iş üzrə mübahisəsiz halların, həmçinin İddiaçı, Cavabdeh və şahid qismində iştirak edən Şahid2 arasında yaranmış faktiki hüquq münasibətlərinin xarakterinin müəyyən edilməsindən başlamaq məqsədəmüvafiqdir. Belə ki, iş materiallarında toplanmış rəsmi sənədlərin – kredit müqaviləsinin, girov biletlərinin, təhviltəslim aktlarının və ödəniş qəbzlərinin məzmunu, eləcə də tərəflərin izahatları iş üzrə aşağıdakı faktların mübahisəsiz olduğunu təsdiq edir: 7 7. - Cavabdeh 04 may 2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı ilə kredit müqaviləsi bağlayaraq 3864 (üç min səkkiz yüz altmış dörd) manat məbləğində kredit götürmüş və həmin kreditin təminatı qismində müxtəlif çeşidli qızıl-zinət əşyalarını (sikkələr, qolbaqlar, üzüklər, seplər və s.) banka girov qoymuşdur; 78. - Cavabdeh 11 oktyabr 2023-cü il tarixdə banka müraciət edərək kredit borcunun tam bağlanması ilə əlaqədar girovda saxlanılan həmin qızıl-zinət əşyalarını şəxsən imza etməklə təhvil-təslim aktı əsasında bankdan geri götürmüşdür; 79. - cavabdehin adına olan kredit borcunun ödənilməsi məqsədilə 2022-ci ilin avqust ayından 2023-cü ilin oktyabr ayınadək həyata keçirilmiş ümumilikdə 3462 (üç min dörd yüz altmış iki) manat məbləğində ödənişlərə dair qəbzləri n əsli İddiaçı olmuş və məhkəməyə təqdim edilmişdi.
80. Kollegiya qeyd edilən faktlara əsaslanaraq tərəflər arasındakı hüquq münasibətlərinin xarakterini təhlil edərkən müəyyən edir ki, iddiaçının məhkəmədə verdiyi izahata görə, Şahid2 ona pul lazım olduğunu bildirmiş, o da öz növbəsində bu ehtiyacın qarşılanması üçün Cavabdeh məlumat vermişdir. İddiaçının bu hərəkəti, yəni Şahid2 xahişini (iradəsini və ya təklifini) qəbul edərək, məsələnin həlli üçün hərəkət etməsi onu deməyə əsas verir ki, İddiaçı faktiki olaraq Şahid2 tapşırığını qəbul etmiş və nəticədə onlar arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777-ci maddəsinin məzmununa uyğun olaraq şifahi formada tapşırıq müqaviləsi münasibətləri yaranmışdır.
81. Kollegiya qeyd edir ki, Cavabdeh işə baxılarkən iddia tələbini qəbul etm əyərək, mübahisə predmeti olan qızıl-zinət əşyalarını iddiaçı və Şahid2 faktiki olaraq satın aldığını bildirmişdir. Kollegiya hesab edir ki, cavabdeh ilə Şahid2 və vasitəçi qismində iştirak edən iddiaçı arasındakı hüquq münasibətlərinin xarakterinə tam aydınlıq gətirilməsi üçün ilk növbədə cavabdehin bu dəlilinə hüquqi qiymət verilməlidir. İş materiallarının təhlili cavabdehin bu arqumentinin tamamilə əsassız olduğunu və aşağıdakı səbəblərdən rədd edilməli olduğunu göstərir.
82. Birincisi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh qızılları məhz satın alması barədə məhkəməyə heç bir mötəbər sübut-alqı-satqı müqaviləsi, qəbz və s. təqdim edə bilməmişdir.
83. İkincisi, cavabdehin öz izahatındakı ziddiyyətlər onun "satınalma" mövqeyini təkzib edir. Belə ki, cavabdeh izahatında "Mən Leysana dedim ki, qızılları qiymətləndirin, dəyəri neçə olsa, mən sizdən onu bir az baha alacam" fikrini səsləndirmişdir. Lakin iş materiallarındakı 12 may 2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, şahidə məxsus qızıllar bank tərəfindən 5521 (beş min beş yüz iyirmi bir) manat dəyərində qiymətləndirilmişdir. Əgər cavabdeh qızılları bu dəyərdən "bir az baha" və ya elə bu dəyərdə almış olsaydı, o, qarşı tərəfə həmin məbləği ödəməli idi. Halbuki, rəsmi sənədlər və tərəflərin izahatları təsdiq edir ki, cavabdeh bankdan cəmi 3864 (üç min səkkiz yüz altmış dörd) manat kredit götürmüş, ondan iddiaçıya 3500 (üç min beş yüz) manat vermiş, iddiaçı i sə öz növbəsində şahidə 3000 (üç min) manat ödəmişdir. Qızılların real dəyəri (5521 manat) ilə ödənilən məbləğ (3500 manat) arasındakı bu kəskin fərq, tərəflər arasında alqı-satqı münasibətinin olmadığını, əslində qızılların girov qoyulması müqabilində kredit götürülməsi əməliyyatının baş verdiyini sübut edir.
84. Üçüncüsü, kredit ödənişlərinə dair qəbzlərin əslinin iddiaçıda olması faktı cavabdehin arqumentini tamamilə qüvvədən salır. Mülki dövriyyənin adətlərinə görə, əgər cavabdeh qızılları satın almış olsaydı, həmin əşyalar və onlar üzərindəki kredit öhdəliyi ona məxsus olacaqdı və kreditin ödənilməsi yükünü də o daşımalı idi. Lakin ödənişlərin faktiki olaraq iddiaçı tərəfindən aparılması və ya şahidin vəsaiti ilə iddiaçı vasitəsilə ödənilməsi onu göstərir ki, qızıllar hələ də Şahid2 m ülkiyyətində qalmış, cavabdeh isə sadəcə rəsmi borcalan qismində çıxış etmişdir.
85. Kollegiya işin hallarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 780.1-ci maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, hazırkı mübahisədə tapşırığın icrasının üçüncü şəxsə həvalə edilməsi faktı mövcuddur. Həmin maddənin mahiyyətinə görə, vəkalət alan tapşırığı şəxsən icra etməlidir, lakin tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə və ya vəkalət verənin maraqlarına xidmət etdikdə bu, qanunla yol verilən hal hesab edilir.
86. İşin faktiki hallarından göründüyü kimi, ilkin olaraq Şahid2 (vəkalət verən) pul əldə etmək məqsədilə qızıllarını İddiaçı (vəkalət alana) etibar etmişdir. Lakin iddiaçı yaranmış şəraitdən irəli gələrək (öz adından kredit götürmək imkanı olmadığınd an), vəkalət verənin tapşırığını icra etmək məqsədilə həmin tapşırığın faktiki icrasını üçüncü şəxs qismində Cavabdeh həvalə etmişdir.
87. Cavabdeh qızılları qəbul edərək banka təqdim etməsi, öz adına kredit müqaviləsi bağlaması və əldə olunan vəsaiti (və ya onun bir hissəsini) iddiaçıya verməsi, onun faktiki olaraq bu tapşırığın icraçısı funksiyasını üzərinə götürdüyünü sübut edir. Beləliklə, İddiaçı ilə Cavabdeh arasında Mülki Məcəllənin 780.1-ci maddəsi anlamında tapşırığın icrasının üçüncü şəxsə həvalə edilməsi barədə hüquq münasibətləri yaranmışdır.
88. Kollegiya həmçinin qeyd edir ki, Şahid2 ona məxsus qızıl-zinət əşyalarının məhz Cavabdeh adına rəsmiləşdirilməsi, bankdan kreditin Ravilin adına götürülməsi və kredit vəsaitinin ona verilməsi barədə məlumatlı olmuşdur. Şahidin uzun m üddət ərzində bu hallara etiraz etməməsi, əksinə, kredit üzrə aylıq ödənişləri (iddiaçı vasitəsilə) həyata keçirməsi və əldə olunan pul vəsaitindən istifadə etməsi, onun cavabdehin bu hərəkətlərini bəyəndiyini və qəbul etdiyini təsdiq edir.
89. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm yazılı, həm də şifahi formada bağlana bilər. Həmçinin həmin Məcəllənin 329.3-cü maddəsinin məzmununa görə isə, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
90. Hazırkı halda Şahid2 Cavabdeh gördüyü işin nəticəsini (pulu) qəbul etməsi və kredit öhdəliyinin icrasında iştirak etməsi, onun İddiaçı vasitəçiliyi ilə cavabdeh ilə faktiki tapşırıq müqaviləsi münasibətlərinə girdiyini sübut edir. Yə ni, şahid öz hərəkətləri ilə təsdiq etmişdir ki, Cavabdeh məhz onun (şahidin) tapşırığı və maraqları üçün hərəkət etmişdir. Bu isə cavabdehin üzərinə Mülki Məcəllənin 778.1-ci (tapşırığı vicdanla icra etmək) və 782.1-ci (icra nəticəsində əldə olunanların hamısını vəkalət verənə qaytarmaq) maddələrində nəzərdə tutulmuş öhdəlikləri qoyur.
91. Kollegiya nəzərə alır ki, Cavabdeh adına rəsmiləşdirilmiş 3864 (üç min səkkiz yüz altmış dörd) manat məbləğində kredit öhdəliyinin tam icra olunması (ödənilməsi) iş üzrə mübahisələndirilməyən haldır. Bu halın mövcudluğu isə cavabdehin üzərinə qanunvericiliklə müəyyən edilmiş konkret vəzifələr qoyur.
92. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294.1-ci və 294.1.1-ci maddələrinin məzmununa görə, girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova da xitam verilir. Yəni, kredit borcu tam ödənildiyi andan etibarən bankın həmin əşyalar üzərində girov saxlayan kimi hüquqları sona çatır.
93. Həmin Məcəllənin 294.2-ci maddəsinin imperativ tələbinə görə isə, girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində girova xitam verildikdə, girov qoyulmuş əşyanı saxlamış girov saxlayan (Bank) onu dərhal girov qoyana qaytarmağa borcludur.
94. İş materiallarından (təhvil-təslim aktından) göründüyü kimi, bank qanunvericiliyin bu tələbinə riayət edərək əşyaları sənəd üzrə girov qoyan şəxsə – Cavabdeh qaytarmışdır. Lakin cavabdeh, yuxarıda təhlil edilən tapşırıq münasibətlərindən irəli gələn öhdəliyini pozaraq, qanunla ona qaytarılmış özgənin əmlakını (faktiki sahibinə) təhvil verməmiş və bununla da hüquqazidd hərəkətə yol vermişdir.
95. Kolleg iya Cavabdeh qızılları bankdan götürdükdən sonra onları faktiki sahibinə və ya tapşırıq verənə qaytarmamasını mülki qanunvericiliyin əsas prinsiplərindən olan hüquqdan sui-istifadə edilməməsi prinsipi ilə qiymətləndirir.
96. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci və 560.2-ci maddələrinin tələblərinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hazırkı işdə cavabdeh rəsmi sənədlərdə "girov qoyan" kimi qeyd olunmasından irəli gələn "əşyanı bankdan tələb etmək" hüququndan istifadə edərək əmlakı əldə etmiş, lakin bu hüququndan dərhal sonra üçüncü şəxslərə (iddiaçı və şahidə) maddi ziyan vurmaq məqsədilə istifadə etmişdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzəri ndə həyata keçirilən hərəkətlər isə hüquqi müdafiəyə layiq deyildir.
97. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, cavabdehin bu hərəkətləri Mülki Məcəllənin 560.3-cü maddəsinin mahiyyəti ilə də ziddiyyət təşkil edir. Həmin normaya əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır.
98. İşin hallarından göründüyü kimi, cavabdeh ilkin mərhələdə kreditin götürülməsi, pulun iddiaçıya verilməsi və ödənişlərin qəbul edilməsi zamanı özünü vicdanlı "vasitəçi" kimi aparmış və bununla da qarşı tərəfdə, həmçinin Şahid2 etibar yaratmışdır. Lakin sonradan bu etibardan sui-istifadə edərək, əvvəlki davranışı ilə tam ziddiyyət təşkil edən mövqe tutmuş və qızılları mənimsəmişdir. Qanunvericilik şəxsin bu cür ziddiyyətli davr anışını (venire contra factum proprium - "özünün əvvəlki hərəkətinin əleyhinə gəlmək") qadağan edir və bunu hüquqdan sui-istifadə kimi qiymətləndirir.
99. Kollegiya yuxarıda şərh edilənlərə əsasən belə nəticəyə gəlir ki, Cavabdeh hüquqazidd hərəkətləri, yəni qızılları bankdan götürüb qaytarmaması nəticəsində Şahid2 real maddi ziyanın dəyməsi faktı sübuta yetirilmişdir. Lakin hazırkı işdə ziyanın əvəzinin ödənilməsi tələbi bilavasitə zərərçəkmiş (mülkiyyətçi) tərəfindən deyil, İddiaçı tərəfindən irəli sürülmüşdür. İddiaçı öz tələbini üçüncü şəxs qarşısında öhdəliyi icra etməsi və ona dəymiş ziyanı faktiki olaraq öz hesabına ödəməsi ilə əsaslandıraraq, həmin vəsaitin cavabdehdən tutulmasını xahiş edir.
100. Kollegiya hesab edir ki, cavabdehin ümumi əsaslarla məsuliyyət daşıması müəyyən edils ə də, iddiaçının tələb etdiyi konkret məbləğin əsaslılığı, onun zərərçəkmiş qarşısında ödəniş öhdəliyinin həqiqi mahiyyəti və tələb olunan məbləğin real zərər meyarlarına uyğunluğu mütləq araşdırılmalıdır. Məhz bu xüsusatların təhlili zamanı iddiaçının mövqeyində və təqdim etdiyi hesablamalarda ciddi ziddiyyətlər və hüquqi uyğunsuzluqlar aşkar edilmişdir.
101. Belə ki, kollegiya iş üzrə müəyyən edilmiş faktları (Ravilin qızılları götürməsini) İddiaçı tələb etdiyi 18354 (on səkkiz min üç yüz əlli dörd) manat maddi ziyan məbləği ilə müqayisə edərkən ciddi ziddiyyətlər və hüquqi uyğunsuzluqlar aşkar edir. Kollegiya hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ real zərər anlayışına uyğun gəlmir, iqtisadi cəhətdən əsaslandırılmamışdır və Mülki Məcəllənin tapşırıq müqaviləsinə dair imperativ no rmaları ilə ziddiyyət təşkil edir. Bu nəticə aşağıdakı hüquqi və faktiki arqumentlərə əsaslanır:
102. Birincisi, İddiaçı üçüncü şəxs Şahid2 ödədiyi pulları cavabdehdən "dəymiş ziyan" kimi tələb edir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 780.4-cü maddəsinə əsasən, hər bir halda vəkalət verən (Şahid2) vəkalət alanın (İddiaçı) üçüncü şəxslərə (Cavabdeh) qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. Qanunvericiliyin bu norması onu göstərir ki, qızıllar faktiki olaraq qaytarılmadığı təqdirdə, onların sahibi olan Şahid2 birbaşa zərərvuran Cavabdeh tələb etmək hüququna malikdir. İddiaçının bu prosesdə özünü "zərərçəkmiş" kimi təqdim edərək, qanunla birbaşa tələb hüququ olan şəxsin əvəzinə çıxış etməsi və könüllü ödəmələr etməsi mübahisəlidir. 10
3. İkincisi, iddiaçının Şahid2 qarşısında məsuliyyət daşıdığı üçün ona vəsait ödəməsi barədə arqumenti Mülki Məcəllənin 780.3-cü maddəsi ilə təkzib olunur. Qanunvericiliyin həmin normasına əsasən, vəkalət alan şəxs (Leysan) icranı başqasına (Ravilə) həvalə etdikdə, o, yalnız üçüncü şəxsin seçilməsində vicdanlılıq üçün məsuliyyət daşıyır. İşin hallarından görünür ki, iddiaçı Cavabdeh seçərkən onun gələcəkdə hər hansı hüquqazidd əməl törədəcəyini əvvəlcədən proqnozlaşdıra bilməzdi. Bu səbəbdən də "seçimdə vicdanlılıq" meyarı pozulmamışdır. Beləliklə, iddiaçının Şahid2 qarşısında qanuni maddi məsuliyyəti yaranmadığı halda, ona ödədiyi iddia olunan vəsaitləri cavabdehdən reqress qaydasında tələb etməsi hüquqi əsasdan məhrumdur. Əlavə olaraq, tapşırıq mahiyyət etibarilə Şahid2 məxsus əmlakın gi rov qoyulmasına yönəldiyindən və cavabdeh icra prosesində birbaşa mülkiyyətçi ilə əlaqədə olduğundan, iddiaçı bu münasibətlərdə yalnız "vasitəçi" statusundadır. Əmlakın real sahibi olmayan və üzərində hüquqi öhdəlik daşımadığı vəsaiti öz iradəsi ilə ödəyən iddiaçının cavabdehdən müstəqil hesabat və ya zərər tələb etmək hüququ qəbul edilə bilməz.
104. Üçüncüsü, zərərin hesablanmasında ciddi qiymət fərqləri mövcuddur. İş materiallarında olan rəsmi 12 may 2022-ci il tarixli qiymətləndirmə aktına əsasən, mübahisə predmeti olan qızıl-zinət əşyaları ixtisaslaşmış bank mütəxəssisi tərəfindən 5521 (beş min beş yüz iyirmi bir) manat dəyərində qiymətləndirilmişdir. Mülki məsuliyyətin məqsədi əvvəlki vəziyyətin bərpa edilməsidir (restitusiya). Qızıllar olmadığı halda, zərərçəkmişə həmin qızılların real bazar dəyəri ödənilməlidir. İddiaçının rəsmi dəyəri 5521 (beş min beş yüz iyirmi bir) manat olan əşyalar üçün Şahid2 12.990 (on iki min doqquz yüz doxsan) manat, yəni real dəyərdən 2.3 dəfə artıq vəsait ödəməsi heç bir rəsmi sənədlə (qiymətləndirmə aktı, ekspert rəyi) əsaslandırılmamışdır. Kollegiya hesab edir ki, əgər söhbət əvvəlki vəziyyətin bərpasından gedirsə, ödənilən məbləğ real dəyərə uyğun olmalı idi.
105. Dördüncüsü, iddiaçının "Gülnarənin götürdüyü yeni kreditlərə görə ona 4600 (dörd min altı yüz) manat ödəmişəm" iddiası riyazi hesablamalar və işin faktiki halları ilə ziddiyyət təşkil edir. Şahid2 izahatına (Leysanın aylıq ödənişləri ödəməyi bildirməsi) və işə əlavə edilmiş lombard müqavilələrinə əsasən, o, 3000 manat və 1600 manat məbləğində iki yeni kredit götürmüşdür. Bi rinci kredit (3000 manat) üzrə ödənilən faiz 11 ay x 120 manat = 1320 manat, ikinci kredit (1600 manat) üzrə ödənilən faiz 6 ay x 64 manat = 384 manat olmaqla, bu kreditlər üzrə faiz xərclərinin cəmi 1704 manat təşkil edir. Əsas borc məbləğləri (3000 və 1600 manat) Şahid2 özü tərəfindən götürülərək şəxsi ehtiyaclarına sərf edildiyi halda, iddiaçının bu əsas məbləğləri də "zərər" kimi hesablayaraq cavabdehdən tələb etməsi məntiqsizdir. Buna müvafiq olaraq faiz xərci cəmi 1704 manat olduğu halda, 4600 manatın hansı əsasla hesablanması və ödəmənin zərurəti iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
106. Beşincisi, iddiaçının ziyanın məbləğini hesablayarkən istifadə etdiyi metodologiya hüquqi məntiqlə və riyazi hesablamalarla uzlaşmır, həmçinin ziyanın süni şəkildə şişirdilməsinə (ikiqat hesab lanmasına) gətirib çıxarır. Belə ki, iddiaçı bir tərəfdən əldən çıxmış qızılların rəsmi dəyərini (5521 manat), digər tərəfdən isə həmin qızılların əvəzini ödəmək üçün üçüncü şəxs tərəfindən götürüldüyü iddia edilən yeni borc məbləğlərini (əsas borc və faizləri) toplayaraq ümumi məbləğ çıxarır. Lakin sadə riyazi hesablama göstərir ki, hətta iddiaçının gətirdiyi rəqəmləri topladıqda belə, onun tələb etdiyi 18.354 manat məbləği yaranmır. Belə ki, əldən çıxmış qızılların rəsmi dəyəri 5521 manat, iddia edilən ikinci kreditin əsas məbləği 3000 manat, ikinci kredit üzrə faizlər 1320 manat, iddia edilən üçüncü kreditin əsas məbləği 1600 manat, üçüncü kreditlə bağlı iddia edilən xərclər 384 manat, olmaqla ümumi məbləğ 11.925 manat təşkil edir.
107. Göründüyü kimi, hətta bütün bu xərc maddələrini (k i, bunların hamısının cavabdehdən tələb edilməsi hüquqaziddir) topladıqda belə, yekun məbləğ iddia tələbindən xeyli aşağıdır. Bundan əlavə, kollegiya hesab edir ki, ziyanın hesablanmasında həm "əldən çıxmış əşyanın dəyəri", həm də "götürülən borcun əsas məbləği" eyni vaxtda tələb edilə bilməz. Bu, mülki hüquqda yolverilməz olan "ikiqat hesablama"ya səbəb olur. Zərərçəkmiş ya əşyanın dəyərini, ya da onun bərpası üçün çəkdiyi real əlavə xərcləri (faizləri) tələb edə bilər, hər ikisini cəmləmək qanunsuzdur.
108. Altıncısı, iddiaçının banka ödənilmiş kredit ödənişlərini (aylıq ödənişləri) dəymiş ziyan kimi cavabdehdən tələb etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanma normaları ilə ziddiyyət təşkil edir. İşin halları ilə mübahisəsiz müə yyən edilmişdir ki, Cavabdeh adına rəsmiləşdirilən kreditdən əldə olunan vəsaitin 3500 (üç min beş yüz) manat hissəsi nağd şəkildə İddiaçı verilmiş, o da öz növbəsində həmin vəsaiti üçüncü şəxs Şahid2 təqdim etmişdir. Yəni, iddiaçı və üçüncü şəxs həmin pul vəsaitini faktiki olaraq əldə etmiş və öz ehtiyaclarına sərf etmişlər. İddiaçı tərəfindən banka ödənildiyi sübuta yetirilən 3462 manat (aylıq ödənişlər cəmi) əslində onların əvvəlcədən (kreditin əvvəlində) əldə etdikləri və xərclədikləri 3500 manatın geri qaytarılmasıdır. Əgər məhkəmə iddiaçının tələbini təmin edərək, bu ödənişləri cavabdehdən təkrar tutub iddiaçıya verərsə, bu o demək olacaq ki, iddiaçı və üçüncü şəxs həm kreditdən götürdükləri 3500 manatı özlərində saxlayır, həm də banka qaytardıqları pulu geri alırlar. Bu isə birbaş a əsassız varlanmadır. Cavabdeh yalnız mənimsədiyi qızılların dəyərinə görə məsuliyyət daşımalıdır, qarşı tərəfin istifadə etdiyi və banka qaytardığı kredit məbləğinə görə məsuliyyət daşıya bilməz.
109. Mülki kollegiya hesab edir ki, yuxarıda sadalanan ciddi riyazi uyğunsuzluqlar, məntiqi ziddiyyətlər və hüquqi əsassızlıqlar Şahid2 ifadəsinin xüsusilə dəymiş ziyanın İddiaçı tərəfindən ödənilməsinə dair hissədə mötəbərliyini şübhə altına alır. Şahidin real faktlara deyil, iqtisadi cəhətdən əsaslandırılmamış rəqəmlərə istinad etməsi və işin nəticəsində maraqlı şəxs qismində çıxış etməsi diqqətə alınmalıdır. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən, pulun ödənildiyini təsdiq edən mötəbər yazılı sübut təqdim edilmədiyi üçün, kollegiya şahidin yalnız şifahi ifadəsinə istinadən ödəniş f aktını sübut olunmuş hesab etmir. Mülki prosessual qanunvericiliyə görə, məhkəmə qərarı ehtimallara və ya şübhəli ifadələrə deyil, dürüst və təkzib olunmaz sübutlara əsaslanmalıdır. Şahid ifadəsindəki bu ziddiyyətlər fonunda, İddiaçı üçüncü şəxsə guya 12.990 manat və ya 4600 manat ödəniş etməsi faktı sübuta yetirilmiş hesab edilə bilməz. İddiaçı onun tərəfindən bu ödənişləri təsdiq edən hər hansı rəsmi bank köçürməsi, notarial qaydada təsdiqlənmiş qəbz və ya digər obyektiv yazılı sübut təqdim etməmişdir. Yalnız tərəfkeşliyi şübhə doğuran şahidin sözlərinə əsaslanaraq belə bir ödənişin qəbul edilməsi mümkün deyildir.
110. Kollegiya Şahid2 ifadəsinin obyektivliyinə və səmimiliyinə şübhə yaradan digər həlledici faktoru – onun iddiaçı ilə olan sıx xidməti və şəxsi bağlılığını da xüsusi diqqətə alır. Belə ki, "Elektron Məhkəmə" informasiya sistemində mövcud olan rəsmi məlumatların təhlili göstərir ki, Şahid2 İddiaçı işlədiyi yerdə və ya onun tabeliyində "operator, məlumatlar bazasının daxil edilməsi-tabulyator" vəzifəsində əmək fəaliyyəti göstərir. Şahidin iddiaçıdan xidməti və maddi asılılığının olması, onun işəgötürənin və ya rəhbərinin mənafeyinə uyğun ifadə vermə ehtimalını əhəmiyyətli dərəcədə artırır.
111. Bundan əlavə, məhkəmə baxışı zamanı həm şahidin özü, həm də tərəflər (iddiaçı) aralarında uzunmüddətli və yaxın münasibətlərin olduğunu etiraf etmişlər. Məhkəmə hesab edir ki, şahidin iddiaçıdan həm xidməti asılılığı, həm də şəxsi yaxınlığı onun məhkəmədə sərbəst və qərəzsiz ifadə vermək imkanlarını məhdudlaşdırır. Məhz bu səbəbdən, birinci instansiya məhkəməsinin şahidi n ifadəsini tənqidi qiymətləndirməsi və onu iddiaçının təsiri altında formalaşmış ifadə kimi qəbul etməsi işin faktiki hallarına və ədalət mühakiməsinin maraqlarına tam uyğundur.
112. Kollegiya işin həlli üçün həlledici əhəmiyyətə malik olan digər bir hüquqi məqamı – tələb hüququnun subyekti məsələsini xüsusilə vurğulayır. Kolegiya tərəfindən müəyyən edilmişdir ki, əldən çıxan qızıl-zinət əşyalarının mülkiyyətçisi üçüncü şəxs Şahid2dır. Buna görə də, Cavabdeh qızılları qaytarmaması nəticəsində pozulmuş hüququn bərpasını və ya dəymiş real ziyanın ödənilməsini tələb etmək hüququ bilavasitə və yalnız mülkiyyətçiyə, yəni Şahid2 məxsusdur.
113. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.1-ci və 194.1-ci maddələrinə əsasən, kreditor (tələb sahibi) borclunun razılığı olmadan tələbi üçüncü şəx sə güzəşt edə bilər. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Həmin Məcəllənin 194.4-cü maddəsinin imperativ tələbinə görə isə, sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir.
114. İş materiallarının tədqiqi göstərir ki, qızılların mülkiyyətçisi olan Şahid2 ilə İddiaçı arasında Cavabdeh qarşı olan tələb hüququnun güzəşt edilməsinə, yəni İddiaçı ötürülməsinə dair müqavilə bağlanmamışdır. Mülki qanunvericiliyə görə, belə bir müqavilə olmadan iddiaçı başqa şəxsin - Şahid2 pozulmuş hüququnu öz adından müdafiə edə və ona dəymiş ziyanın özünə ödənilməsini tələb edə bilməz. İddiaçının "mən onun yerinə ödədim, indi əvəzini istəyirəm" arqumenti tələbin güzəşti müqaviləsi ilə rəsmiləşdirilmədiyi üçün hüquqi qüvvəyə malik deyildir və cavabdeh qarşısında tələb hüququ yaratmır.
115. Kollegiya iddiaçının tələbinin tərkib hissəsi olan və kredit öhdəliyinin bağlanması üçün banka ödənildiyi iddia edilən 3462 (üç min dörd yüz altmış iki) manat məbləğində vəsaitin cavabdehdən tutulması tələbini də araşdırmış və onun rədd edilməsi üçün kifayət qədər hüquqi əsaslar müəyyən etmişdir.
116. Belə ki, iddiaçı tərəf həmin ödənişləri təsdiq edən bank qəbzlərinin əslini məhkəməyə təqdim etsə də, məhkəmə baxışı zamanı həm Şahid2, həm də İddiaçı öz izahatlarında təsdiq etmişlər ki, həmin vəsaitlər faktiki olaraq şahid Gülnarəyə məxsus olmuşdur. Onlar bildirmişlər ki, şahid Gülnarə hər ay lazımi məbləği nağd şəkildə iddiaçı Leysana vermiş, o isə sadəcə icraçı qismində həmin və saiti banka mədaxil etmişdir.
117. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Hazırkı halda İddiaçı öz əmlakından heç bir vəsait çıxmamış, o, sadəcə başqasına məxsus vəsaiti banka çatdırmışdır. Pulun mənbəyi iddiaçı olmadığından, onun bu əməliyyatdan hər hansı maddi zərər çəkməsi istisna olunur. Zərərçəkmiş faktiki olaraq Şahid2 olduğundan, bu məbləği (Mülki Məcəllənin 285.3-cü maddəsinə görə girov qoyulmuş qızılların həqiqi dəyərini və ya qızılları) tələb etmək hüququ iddiaçıya deyil, yalnız ona məxsus ola bilərdi.
118. Kollegiya qeyd olunan halları – iddiaçının ziyan çəkdiyini sübut edən mötəbər dəlillərin olmamasını, şahid ifadələrinin etibarsız lığını, tələb hüququnun keçməsini təsdiq edən güzəşt müqaviləsinin yoxluğunu və vəsaitin faktiki sahibinin üçüncü şəxs olmasını nəzərə alaraq iddiadan imtina edilməsi qənaətinə gəlir. Cavabdeh hərəkətlərində hüquqazidd əməllərin (özgə əmlakını qaytarmama) mövcudluğuna baxmayaraq, mülki prosessual qanunvericiliyə əsasən məhkəmə yalnız hüququ pozulmuş şəxsin tələbinə baxır. Belə ki, İddiaçı maddi hüquq baxımından iddia qaldırmaq hüququ yoxdur və o, başqa şəxsə-Şahid2 dəymiş ziyanı öz adından tələb edə bilməz
119. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək kollegiya belə hesab edir ki, iddiaçının tələbinin rədd olunması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdi. Bu səbəbdən də kollegiya İddiaçı Babək Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(079)-405/2025 nömrəli q ətnaməsindən verdiyi apellyasiya şikayətini əsassız hesab edir.
120. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışı ndan çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.
121. Məhkəmə xərclərinə münasibətdə kollegiya bildirir ki, Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
122. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
123. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 124. - İddiaçı Babək Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(079)-405/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməməli; 125. - Babək Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(079)-405/2025 nömrəli qətnaməsi İddiaçı tərəfindən mübahisələndirilən hissədə (tam mübahisələndirmə) dəyişdirilmədən saxlanılmalı; 126. - məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş 74 (yetmiş dörd) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.
127. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
128. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Vİİİ. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə qətetdi: Babək Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(079)-405/2025 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(079)-405/2025 nömrəli qətnaməsi İddiaçı tərəfindən mübahisələndirilən hissədə (tam mübahisələndirmə) dəyişdirilmədən saxlanılsın. Məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı İddiaçı tərəfin dən ödənilmiş 74 (yetmiş dörd) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.