Məhkəmə qərarları › İş №2(108)-197/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-197/2024

23.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-197/2024 23.11.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən - məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlaklardan istifadəyə olan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(110)-107/2024 nömrəli qərardadından verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə 06 dekabr 2023-cü ildə Cavabdeh qarşı Şərur Rayon Məhkəməsinə müraciət edərək Şərur rayon 1 saylı Notariat Ofisində bağlanmış AN-İ № ******* seriyalı, 4Ə-190 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı, 4Ə-191 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı, 4Ə-192 qeydiyyat nömrəli və AN-İ № ******* seriyalı, 4Ə193 qeydiyyat nömrəli alqı-satqı müqavilələrinə əsasən onun sahibliyində olan torpaq sahələrindən (daşınmaz əmlaklardan) istifadəyə Cavabdeh və başqaları tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(110)-107/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Şərur rayon 1 saylı Notariat Ofisində bağlanmış AN-İ № ******* seriyalı, 4Ə-190 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı, 4Ə-191 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı, 4Ə-192 qeydiyyat nömrəli və AN-İ № ******* seriyalı, 4Ə193 qeydiyyat nömrəli daşınmaz əmlak ların alqı-satqı müqavilələrinə əsasən Şərur rayonu, Yengicə kəndi ərazisində yerləşən İddiaçı sahibliyində olan torpaq sahələrindən istifadəyə Cavabdeh və başqaları tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdi. Məhkəmənin 03 aprel 2024-cü il tarixli, 2(110)-107/2024 nömrəli qətnaməsindən narazı qalan Maraqlı şəxs1, Maraqlı şəxs2 vəkili-nümayəndəsi Vəkil vasitəsi ilə 14 oktyabr 2024-cü ildə apellyasiya şikayəti verilmişdi. Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(110)-107/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmış və məhkəmə apellyasiya şikayətinin geri qaytarılması səbəbi kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə (apellyasiya şikayəti imzalanmam ışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə) əsaslanmış, yəni məhkəmə sözügedən şəxslərin belə bir hüququnun olmaması qənaətinə gəlmişdir. Məhkəmənin həmin qərardadı ilə razılaşmayan Maraqlı şəxs1, Maraqlı şəxs2 vəkilinümayəndəsi Vəkil vasitəsi ilə şikayətlə 24 oktyabr 2024-cü ildə Şərur Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin sözü gedən qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdi. Şikayəti əsaslandıraraq göstərmişdi ki, maraqlı şəxslərin apellyasiya şikayətinin ən başlıca dəlilini mübahisə predmeti qismində çıxış edən torpaq sahələrinin-Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Şərur rayonunda yerləşən 28 iyul 1998-ci il tarixli, 05 nömrəli cizgidə göstərilən sərhəd daxilində 0,76 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Maraqlı şəxs1 və ailə üzvlərinə, 0,84 hektar torpaq sahəsi kənd təsərrüfatı mallarının istehsalı üçün Maraqlı şəxs2h qızına ayrılması təşkil edir. Maraqlı şəxs1 adıçəkilən torpaq sahəsi üzərində mülkiyyət hüququ Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş Torpağa mülkiyyət hüququna dair 18 avqust 1999-cu il tarixli, JN 972 nömrəli dövlət aktına, Maraqlı şəxs2h qızının ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququ isə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş Torpağa mülkiyyət hüququna dair 14 mart 2000-ci il tarixli, JN-971 nömrəli dövlət aktına əsasən qeydə alınmışdır. Sonradan məlum olmuşdur ki, həmin torpaq sahələri kimliyi məlum olmayan şəxslər tərəfindən qanunsuz olaraq zəbt edilərək öz məqsədləri üçün istifadə olunmaqdadır. Əmlakın kimlərə, nə zaman, hansı əsasla verildiyinin müəyyən olunması məqsədilə Şərur rayon Yengicə bələdiyyəsinə müraciət olunsa da, müraciətə bələdiyyə tərəfindən əsaslı cavab verilməmişdir. Həmin əmlaklar barədə qanunsuz sərəncam verməklə, yəni onları özgəninkiləşdirməklə Seyidovun və Hüseynovanın mülkiyyət hüquqlarına qəsd edən Şərur rayon Yengicə bələdiyyəsinin hərəkətlərindən X3 maraqlı şəxs qismində cəlb edilməklə Şərur rayon Yengicə bələdiyyəsinə qarşı iddia tələbi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciə t olunmuşdur. Mübahisə predmeti olan əmlakla bağlı iş İnzibati Məhkəmənin icraatında olduğu müddətdə İddiaçı adlı şəxsin həmin əmlaka faktiki sahiblik etdiyi və hətta həmin torpaq sahələrindən istifadəyə Cavabdeh və başqaları tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbi ilə Şərur Rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmənin 03 aprel 2024-cü il tarixli, 2(110)-107/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdi. Belə qərarın mövcud olması həmin torpaq sahələrinə münasibətdə maraqlı şəxs qismində çıxış edən Seyidov və Hüseynovanın hüquqlarının və qanuni manefeyinin kobud şəkildə pozulmasına və hazırda davam edən iş üzrə icraatda iddia tələbinin təmin olunduğu təqdirdə məhkəmə qərarının icrası zamanı ciddi mübahisələr yaranmasına gətirib çıxarması və hətta məhkəmə q ətnaməsinin icrasının mümkünsüz edə bilməsi ehtimalını nəzərə alınaraq apellyasiya şikayəti verilmişdir. Şərur Rayon Məhkəməsi əsassız və qanunsuz olaraq apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad çıxarmaqla Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəməyə əlçatımlıq və məhkəmə müdafiəsi hüququna maneə olmuşdur. Məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, sözügedən torpaq sahələri İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və bu reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Belə olan halda Şərur Rayon Məhkəməsinin 2(110)-107/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsinin apellyasiya şikayəti vermiş şəxslərin hansı maraqlarına toxunması müəyyən edilmədiyindən, onlar apellyasiya şikayəti vermək hüququ olmayan şəxslər kimi qiymətləndirilməlidir. İddiaçı Vəliyevin iddia ərizəsində mübahisəli sahələrin onun adına rəsmiləşdirilə bilmədiyini qeyd etdiyi və məhkəməyə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim etmədiyi halda və işin birinci instansiya məhkəməsinin icraatında olduğu bir dövrdə müəyyən edilmədiyi halda, məhkəmənin maraqlı şəxslərin apellyasiya şikayətinin mümkünlüyü məsələsinə qiymət verilməsi zamanı qətnamədə müəyyən edilmiş hallardan kənara çıxmaqla guya mübahisəli torpaq sahələri ilə bağlı Vəliyevin adına dövlət reyestrindən çıxarış verilməsini hansı şəraitdə və necə müəyyən etməsi anlaşılan və qəbuledilən deyil. Görünən odur ki, məhkəmə iddiaçının təqdim etdiyi və iddia tələbində istinad etdiyi hallard an kənara çıxmış, mülki işə baxılması zamanı müəyyən etmədiyi halları iş üzrə qətnamə çıxardıqdan sonra öz təşəbbüsü ilə müəyyən etmişdir. Bu hal isə birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin yuxarı instansiya məhkəməsinə göndərilməsinin qarşısının alınmasına yönələn məqsədinə dəlalət edir. Digər bir tərəfdən məhkəmə qeyd edir ki, Seyidovun və Hüseynovanın Şərur Rayon Məhkəməsinin 2(110)-107/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququ yoxdur, bu əsasla da apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmənin bu mövqeyi də tamamilə qərəzli və əsassız xarakter daşımaqla vətəndaşların məhkəməyə çatımlılıq hüququnun qəsdən və qərəzli olaraq qarşısının alınmasına gətirib çıxarmışdır. Halbuki, iddiaçı Vəliyev torpaq sahələrini X1 ald ığını iddia edir. Mübahisə predmeti olan torpaqlarla bağlı işin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatında olması, həmin sahələrlə bağlı maraqlı şəxslərin mülkiyyət hüququnu təsdiq edən dövlət aktlarının mövcud olması, inzibati işdə Yengicə bələdiyyəsinin nümayəndəsinin torpaq sahələrinin X2 adına keçirilməsi zamanı təzyiqlər nəticəsində qanunsuzluqlara və saxtakarlıq hallarına yol verilməsini bəyan edən izahatları hazırki mülki işdə Seyidov və Hüseynovanın maraqlı şəxs qismində tanınması üçün kifayət qədər əsaslı dəlillərdir. Məhkəmənin şikayət olunan qətnamənin apellyasiya şikayəti verən şəxslərin hansı maraqlarına toxunmasını müəyyən edə bilməməsinə dair mövqeyi isə səriştəsiz və süründürməçilik xarakterli mövqe kimi qəbul edilməlidir. Apellyasiya şikayəti verən şəxsl ər öz mövqelərini, qətnamənin onların hansı maraqlarına toxunmasını kifayət qədər əsaslandırmış, bu dəlilləri təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə isə təqdim olunan sənədlərə qiymət vermək yerinə subyektiv mülahizələrdən çıxış edərək və səlahiyyətlərindən kənara çıxaraq “xüsusi araşdırma” aparmaqla yeni sübutlara istinad etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı Vəliyevin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın olması torpaq sahələri ilə bağlı mübahisənin başa çatması anlamına gəlmir. Maraqlı şəxslər Seyidovun və Hüseynovanın maraqlarına toxunan qətnamədən apellyasiya şikayət vermək hüququ Mülki Prosessual Məcəlləsinin 357.2-ci maddəsindən (həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxun an hallarda digər şəxslər də malikdir) irəli gəlir. İş üzrə məhkəmə qətnaməsi çıxarıldığından hazırki mübahisəyə yalnız maraqlı şəxslərin iştirakı təmin olunmaqla apellyasiya icraatında hüquqi qiymət verilə bilər. Mülki iş materiallarında olan Şərur Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(110)-107/2024 nömrəli qərardadından aydın olur ki, şikayət təmin edilməmiş, onun işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdır (iş vərəqə 125-126). Şikayət mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəmə mülki kollegiyanın icraatına 04 noyabr 2024-cü ildə daxil olmuşdur. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası ilk olaraq işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şik ayətə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxmışdır. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür. Şikayətin hüquqi həllinə gəldikdə kollegiya mülki iş m ateriallarını verilmiş şikayətlə birlikdə tədqiq edərək, onun mahiyyətindən İddiaçı Cavabdeh qarşı daşınmaz əmlaklardan istifadəyə olan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə baxılması zamanı Maraqlı şəxs1 və Maraqlı şəxs2 işə cəlb edilmədiyini, həmin mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(110)-107/2024 nömrəli qətnaməsinin onların maraqlarına toxunduğunu qeyd etdiklərini və həmin məhkəmə aktını apellyasiya qaydasında mübahisələndirmək istədiklərini müəyyən edir. Yəni ümumilikdə şikayətin predmetini Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə müdafiəsi hüququ təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məh kəmədə müdafiəsinə təminat verilir. Əsas Qanunun 71-ci maddəsinin Vİ və Vİİ hissələrinə əsasən, Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının həd ləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı). Şikayət edən şəxslər Şərur Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(110)107/2024 nömrəli qətnaməsinin onlarının maraqlarına toxunduğunu qeyd etdiklərindən kollegiya bildirir ki, Mülki Prosessual Məcəllənin: -15.4-cü maddəsinə əsasən məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir; - 357.1 və 357.2-ci maddələri ilə müəyyən edilir ki, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. İşdə iştirak etməyə cəlb olunmamış, lakin qəbul edilmiş məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətləri “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azə rbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə bu əlamətlər kimi: - şəxsin məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsini; - iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunmasını; - öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olmasını qeyd etmişdi. Mülki iş materiallarını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında formalaşdırdığı hüquqi meyarlar daxilində tədqiq etdikdə kollegiya müəyyən edir ki, Şərur Rayon Məhkəməsi tərəfindən İddiaçı Cavabdeh qarşı daşınmaz əmlaklardan istifadəyə olan maneələrin aradan qaldırılmas ı tələbinə dair mülki işə baxılarkən şikayətçilər-Maraqlı şəxs1 və Maraqlı şəxs2 işə cəlb edilməmişlər. Şikayət edən şəxslərin məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi əlamətinin mövcudluğunu təsdiq edir. Digər əlamətin mövcudluğunun yoxlanılmasına gəldikdə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən Şərur rayonu, Yengicə kəndində yerləşən sahəsi 0.25 hektar olan, **********70 reyestr nömrəli, sahəsi 0.5253 hektar olan, **********42 reyestr nömrəli, sahəsi 0.26 hektar olan, **********69 reyestr nömrəli və sahəsi 1.0854 hektar olan, **********98 reyestr nömrəli daşınmaz əmlakların-torpaq sahələrinin X2 xüsusi mülkiyyətində olması və həmin daşınmaz əmlakların 15 sentyabr 2021-ci ildə alqı-satqı müqavilələri əsasında İddiaçı satılması müəyyən edilir (iş vərəqə 3-14). Şikayətçilər isə müraciətində Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Şərur rayonunda yerləşən 28 iyul 1998-ci il tarixli, 05 nömrəli cizgidə göstərilən sərhəd daxilində 0,76 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Maraqlı şəxs1 və ailə üzvlərinə, 0,84 hektar torpaq sahəsinin kənd təsərrüfatı mallarının istehsalı üçün Maraqlı şəxs2h qızına ayrılmasını qeyd edərək, bu faktın təsdiqi üçün məhkəməyə JN 971 və JN 972 nömrəli, 10207018 kod nömrəli Dövlət aktlarının surətini təqdim etmişdi (iş vərəqə 86-100). Kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci və 89.3-cü maddələrinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Prosessual normanın tələbindən görünür ki, məhkəməyə yazılı sübutun ya əsli, ya da qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surəti əlavə edilməlidir. Bu həmin sübutun həqiqiliyi və mötəbərliyini şübhə altına almamaq üçün qanunla müəyyənləşdirilmiş prosessual təminatdır. Lakin şikayətçilərin təqdim etdiyi hüquq müəyyənedici sənədlər surət olmaqla və qanunvericiliyin tələbinə cavab verməməklə yanaşı, onların həmin daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun olmasını sübut etmir. Şikayət edən şəxslər tərəfindən apellyasiya şikayətin ə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 15 avqust 2023-cü il tarixli, 02/217 və 02/520 nömrəli məktublarından aydın olur ki, Şərur rayonu, Yengicə kəndində yerləşən, sahəsi 0.76 hektar olan torpaq sahəsi Maraqlı şəxs1, 0.84 hektar torpaq sahəsi isə Maraqlı şəxs2 adına dövlət reyestrində qeydə alınmayıb (iş vərəqə 102-103). İddia tələbində İddiaçı alqı-satqı müqavilələri əsasında əldə etdiyi daşınmaz əmlakların maddi vəziyyəti, yəni rəsmiləşdirməyə görə ödənilməli olan dövlət rüsumunun çoxluğu ilə bağlı olaraq dövlət reyestrində qeydiyyatdan keçirə bilmədiyini qeyd etsə də, “Elektron məhkəmə” informasiya sistemində onun adına olan mülkiyyət məlumatlarından görünür ki, onun X1 alqı-satqı müqavilələri ə sasında əldə etdiyi **********70, **********42, **********69 və **********98 reyestr nömrəli torpaq sahələri iddiaçının mülkiyyətindədir (iş vərəqə 165). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdı. Həmçinin həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Şikayətçilərin mübahisə predmeti olan daşınmaz əmlaklar üzərində hər hansı hüquqa malik olması (baxılan tələb üzrə Cavabdeh sahibliyində torpaq sahəsinin olması ilə bağlı olaraq xüsusilə şikayətçilərin sərəncam hüququnun mövcudluğu) və ya onlarla Cavabdeh arasında torpaq sahələrinə münasibətlə hər hansı bir hüquqi bağlılığın olması (məs: icarə, tapşırıq, əvəzsiz istifadə və s. müqaviləsi) ilə əlaqədar məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, bu özlüyündə Maraqlı şəxs1 və Maraqlı şəxs2 baxılan mülki iş üzrə qəbul edilmiş məhkəmə aktının onların hər hansı hüquqlarına və qanuni maraqları na toxunduğunu müəyyən etməyə imkan vermir. “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, işə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət edir. Müraciətə, qeyd edilən hüquqi əsasdan yanaşıldıqda və şikayətçilərin apellyasiya şikayəti vermək hüququnun tanınmasını fərz etdikdə görünür ki, apellyasiya baxışında qaldırılan iddia tələbi həddində onların hansı hüququnun bərpa edilməli olmasını mülki iş materialları əs asında müəyyən etmək olmur. Maraqlı şəxs1 və Maraqlı şəxs2 isə bunu onların mənafeyinin kobud şəkildə pozulması, hazırda davam edən iş üzrə icraatda iddia tələbinin təmin olunduğu təqdirdə məhkəmə qərarının icrası zamanı ciddi mübahisələr yaranmasına gətirib çıxarması və hətta məhkəmə qətnaməsinin icrasının mümkünsüz edə bilməsi ehtimalı, həmçinin işə baxan hakimin səriştəsizliyi ilə əsaslandırmışdı. Məhkəmə şikayətçilərin nəzərinə çatdırır ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumu qəbul edilən məhkəmə aktı ilə hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunmasının əsaslandırılmasını bunu iddia edən şəxsin üzərinə qoyur. Bu səbəbdən də toxunulmazlığı Ali Qanunla təminat altına alınmış hakimin qəbul etdiyi məhkəmə aktını mübahisələndirərkən özünün üzərinə düşən sübut etmə vəzifəsini tam və hərtərəfli yerinə yetirməyib, bunu ümumi sözlərlə ifadə etmək, həmçinin həmin vəzifəni hakimdən gözləmək, habelə qəbul edilmiş məhkəmə aktının hüquqi əsaslılığını maddi və prosessual hüquq normalarının tələbi çərçivəsində deyil, hakimin fərdi xüsusiyyəti və ya iş texnikası ilə əlaqələndirmək qanunvericiliyin tələbinə cavab vermir. Şikayətçilərin müraciətlərində daşınmaz əmlakların onlara məxsus olması, həmin əmlakların Yengicə bələdiyyəsi tərəfindən qanunsuzluqla X2 adına keçirilməsini, bununla bağlı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində iddia qaldırmalarını qeyd etməsindən də görünür ki, onların mülkiyyət hüquqlarının bərpası İddiaçı Cavabdeh qarşı daşınmaz əmlaklardan istifadəyə olan maneələrin aradan qaldırılması tələbinin predmeti olmamaqla yanaşı, mülki məhkəmə ic raatında baxılmalı mübahisə deyil. Elə şikayətçilər də bunu bildiyi üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində aidiyyətə şəxslərə qarşı iddia tələbi ilə müraciət ediblər (iş vərəqə 80-85). Şikayətçilərin müraciətində qeyd etdiyi Şərur Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(110)-107/2024 nömrəli qətnaməsinin mövcud olması həmin torpaq sahələrinə münasibətdə maraqlı şəxs qismində çıxış edən Seyidov və Hüseynovanın hüquqlarının və qanuni mənafeyinin kobud şəkildə pozulmasına və hazırda davam edən iş üzrə icraatda iddia tələbinin təmin olunduğu təqdirdə məhkəmə qərarının icrası zamanı ciddi mübahisələrin yaranmasına gətirib çıxarması və hətta məhkəmə qətnaməsinin icrasının mümkünsüz edə bilməsi ehtimalının olması ilə bağlı kollegiya əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139-1.1 və 139-1.1.1-ci maddələrinin mahiyyətinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir; -146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; -152.5-ci maddəsi ndə qeyd edilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; -157.8-ci maddəsinin tələbinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd edilən maddi hüquq normalarını mülki iş materialları ilə əlaqəli şəkildə yoxlayan kollegiya bildirir ki, İddiaçı iddia tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş əşya-hüquqi iddia olmaqla, qanuni əsaslarla sahiblik etdiyi torpaq sahəsinə cavabdeh tərəfdən olan maneənin aradan qaldırılmasıdır. Onun tələbində göstərdiyi mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaması isə (baxmayaraq ki, mülki iş materiallarından hüququnun mövcudluğu öz təsdiqini tapır) İddiaçı belə bir iddia ilə məhkəmə müraciət etmək imkanını istisna etmir. İddiaçı belə bir hüquqa alqı-satqı müqaviləsindən başqa digər müqavilə, məsələn icarə müqaviləsi əsasında, icarəçi kimi hər hansı bir üçüncü şəxsə qarşı da ola bilər. İcarəçinin isə belə bir tələbi onun mənafeyinə cavab verməklə yanaşı, icarəyə verən hüququna birbaşa toxunmur. Bundan başqa İddiaçı Cavabdeh qarşı daşınmaz əmlaklardan istifadəyə olan maneələrin aradan qaldırıl ması tələbi ilə bağlı qəbul edilmiş və qanuni qüvvəyə minmiş Şərur Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(110)-107/2024 nömrəli qətnaməsi yalnız cavabdehə münasibətdə onu mübahisə predmeti olan daşınmaz əmlakdan istifadə və sahiblik imkanından məhrum edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli qərarlar). Əlavə olaraq kollegiya Şərur Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(110)107/2024 nömrəli qətnaməsinin qanuni qüvvəyə minərək icraya yönəlməsini də nəzərə alaraq qeyd edir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aid olsa da, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədal ət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir (“Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2017-ci il 12 aprel tarixli Qərarı). Belə mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yeku n qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2017-ci il 12 aprel tarixli Qərarına istinadən). Avropa Məhkəməsinin bu hüquqi mövqeyini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq kollegiya belə hesab edir ki, Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü i l tarixli, 2(110)-107/2024 nömrəli qərardadından Maraqlı şəxs1, Maraqlı şəxs2 vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - Maraqlı şəxs1 və Maraqlı şəxs2 vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli; - Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(110)-107/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Kolle giya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: Maraqlı şəxs1 və Maraqlı şəxs2 vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(110)-107/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev. Vera Kuimova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar