Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-198/2021 25.11.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(111)-86/2021 saylı qətnaməsindən mülki iş üzrə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı 05 aprel 2021-ci il tarixdə kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə mürac iət edərək cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 müştərək qaydada “Yelo Bank“ ASC-nin xeyrinə 11 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3560,57 manat əsas borc, 113,11 manat məbləğində faiz borcu və kredit müqaviləsi üzrə 11.02.2021-ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 18,95 manat əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3692,63 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Kəngərli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(111)-86/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3310.81 (üç min üç yüz on, səksən bir) manat əsas borc, 42.26 (qırx iki, iyirmi altı) manat faiz borcu və 17.47 (on yeddi, qırx yeddi) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla ümumilikdə 3370.54 (üç min üç yüz yetmiş, əlli dörd) manat borcun və 27.38 (iyirmi yeddi, otuz səkkiz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin (“NİKOYL” X3) xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı ASC-nin nümayəndəsi 17 sentyabr 2021-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Kəngərli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(111)-86/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iddia tələbi təmin edilməyən hissədə qanunsuz və əsassız olduğu üçün aşağıdakı əsaslarla ləğv edilərək həmin hissədə tələbin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 bankdan 11 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 24 ay müddətinə illik 23 faizlə 20000 manat məbləğində kredit götürmüşdür və iddia tələbi üzrə 19.03.2021-ci il tarixə Cavabdeh1, X4 və Cavabdeh3 banka 3560,57 manat əsas borc, 113,11 manat məbləğində faiz borcu və 18,95 manat əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3692,63 manat borcu olmuşdur. Lakin kredit müqaviləsi üzrə ödənişləri vaxtında etməmiş, ödənişləri etdiyi zaman isə dəbbə borcuna da silinmələr aparılm ışdır. Məhkəmə qətnamədə ekspert rəyini əsas və faiz borcunun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul etsə də, dəbbə borcuna silinmələrin aparılmasını sual kimi ekspert qarşısında qoymamış və dəbbə borcuna silinmələr ekspert rəyində nəzərə alınmamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və borcalanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən iddia tələbləri məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablanması öhdəlik tam icra olunanadək davam etdirilməlidir. Məhkəmə cavabdehin borcunun məbləğini müəyyən edərkən iş material larında olan ekspert rəyinə istinad etsə də, ekspert cavabdehin borcunu düzgün hesablamamışdır. Belə ki, ekspert cərimə borcu üzrə hesablama aparmamışdır. Bununla da əsas və faiz borcunun və əldən çıxmış fayda borcunun hesablanmasında yanlışlığa yol vermişdir. Hesab edirlər ki, təkrar ekspertiza təyin edilməli və ekspert dəbbə borcuna silinmələri də nəzərə alaraq, təqdim etdikləri digər sübutlarla yanaşı qiymətləndirməlidir. Həm də onların təqdim etdikləri sübutlar da ekspert rəyi ilə qarşılıqlı şəkildə analiz edildiyində yekun nəticəyə gəlmək mümkündür. Qeyd olunanlara əsasən cavabdehin faiz borcunun məbləği onun bankdan götürdüyü 20000 AZN-ə münasibətdə müəyyən edilməli idi. Lakin ekspert rəyi ilə cavabdehin əsas borcunun 3310,81 manat və faiz borcunun 42,26 manat, əldən çıxmış faydanın 17,47 manat kimi müəyyən edilməsi isə anlaşılmazdır və ekspert tərəfindən düzgün tədqiqatın aparılmamasının nəticəsi olaraq səhvdir. Göründüyü kimi məhkəmə cavabdehin borcunun məbləğini azaltmaqda haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya şikayətinə qarşı heç bir etiraz daxil olmamışdır. İddiaçı təşkilat İddiaçı ASC-nin nümayəndəsi İsa Hacıyev 19 noyabr 2021-ci il tarixdə teleqramla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək 25.11.2021-ci il tarixə, saat 11.00-a təyin olunmuş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia ərizəsini müdafiə etdiklərini, bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını, növbəti məhkəmə baxışı iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini qeyd edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə qabaqcadan məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakları olmadan baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 bankdan 11 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 24 ay müddətinə illik 23 faizlə 20000 manat məbləğində kredit götürmüşlər və 19.03.2021-ci il tarixədək banka ödənişlər etmişlər. Kollegiya apellyasiya şikayətində qeyd olunan kredit müqaviləsi üzrə ödənişləri vaxtında etməməsi, ödənişləri etdiyi zaman isə dəbbə borcuna da silinmələrin aparılması, məhkəmənin qətnamədə ekspert rəyini əsas və faiz borcunun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul etsə də, dəbbə borcuna silinmələrin aparılmasını sual kimi ekspert qarşısında qoymaması və dəbbə borcuna silinmələrin ekspert rəyində nəzərə alınmaması, tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə müqavilənin bağlandığı andan q üvvəyə minməsi və borcalanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklərin yerinə yetirilməsinədək qüvvədə qalması, bu səbəbdən iddia tələbləri məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablanmasının öhdəlik tam icra olunanadək davam etdirilməli olması, məhkəmə cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etsə də, ekspertin cavabdehin borcunu düzgün hesablamaması, belə ki, ekspertin cərimə borcu üzrə hesablama aparmaması, bununla da əsas və faiz borcunun və əldən çıxmış fayda borcunun hesablanmasında yanlışlığa yol verməsi, təkrar ekspertizanın təyin edilməli olması və ekspertin dəbbə borcuna s ilinmələri də nəzərə alaraq, təqdim etdikləri digər sübutlarla yanaşı qiymətləndirməli olması, həm də onların təqdim etdikləri sübutların da ekspert rəyi ilə qarşılıqlı şəkildə analiz edildiyində yekun nəticəyə gəlməyin mümkün olması, məhkəmənin cavabdehin borcunun məbləğini azaltmaqda haqlı olmaması və qətnamədə səhv nəticəyə gəlməsi dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı qeyd olunan dəlillərlə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı apellyasiya şikayətində dəbbə borcuna silinmələri qeyd etsə də iş üzrə materiallarda olan sübutlarla belə silinmələrin aparılması müəyyən olunmur. Həmçinin iddiaçı təşkilat tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ərizədə cavabdehlərə münasibətdə cərimə borcu hesablanmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 739.1-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin i cra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 463.2-ci maddəsinə uyğun olaraq yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Qeyd olunan normaların məzmunundan məlum olur ki, kredit müqaviləsi bağlanarkən dəbbə pulunun hesablanması, tutulması qaydası ilə bağlı razılıq yazılı formada tərtib olunmalıdır. Ekspert rəyi ilə bağlı apellyasiya şikayətində qeyd olunan dəlillərə münasibətdə kollegiya qeyd edir ki, ekspert rəyi cavabdehlərin borcunu düzgün hesablamış, iddiaçı təşkilat tərəfindən məhkəm əyə təqdim olunmuş iddia ərizəsi və digər sənədlər əsasında ekspert qarşısında qoyulmuş suallara cavab vermişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 30 iyul 2021-ci il tarixli, 174 saylı rəyinə əsasən cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları və 11 fevral 2019-cu il tarixli, 11-BİZ-1-0-238-19 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 İddiaçı ASC-yə 11.02.2021-ci il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borcu 3310,81 (üç min üç yüz on) manat, faiz borcu 42,26 (qırx iki) manat, sualda qoyulan 11.02.2021-ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanması şərtinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 17,47 (on yeddi) manat olması müəyyən edilmişdir. Kollegiya belə hesab edir ki, təkrar ekspertizanın keçirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Qeyd olunan normanın məzmunundan da məlum olduğu kimi ilkin ekspert rəyi məhkəmə tərəfindən əsassız hesab edildikdə təkrar ekspertiza keçirilə bilər. Hazırki mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 30 iyul 2021ci il tarixli, 174 saylı rəyinin əsassız olmasına səbəb olacaq hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə birinci instansi ya məhkəməsi təkcə ekspert rəyinə deyil, iş üzrə tərəflərin təqdim etdikləri sübutlara da qiymət verərək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması qeyd olunsa da hansı maddi və prosessual hüquq normasının pozulması göstərilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe ilə razılaşaraq belə nəticəyə gəlir ki, Kənəgərli Rayon Məhkəməsi İddiaçı ASC-nin iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərini iddiaçının subyektiv mülahizələri təşkil edir və bu dəlillər Kəngərli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(111)-86/2021 saylı qətnaməsinin ləğvi üçün əsas təşkil etmir. Kollegiya tərəfindən apellyasiya şikayətinə baxılarkən Kəngə rli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(111)-86/2021 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində müəyyən edilmiş hər hansı əsas müəyyən edilməmişdir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(111)-86/2021 saylı qətnaməsindən mülki iş üzrə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Kəngərli Rayon Məhkəməsinin 18 avqust 2021-c i il tarixli, 2(111)-86/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Şərh edilənlərə əsasən və Mülki Prosessuаl Məcəllənin 382, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(111)-86/2021 saylı qətnaməsindən mülki iş üzrə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəngərli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(111)-86/2021 sayl ı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-198/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-198/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver