Məhkəmə qərarları › İş №2(108)-2/2024

Ali Məhkəmə Qətnamə — İş №2(108)-2/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-2/2024 19.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər X3 və Allahverdiyev Mehman Dünyamalı oğlunun heyətində, Məmmədov Qərib Rəşid oğlunun katibliyi, İddiaçı-Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2(078)-1052/2023 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(006)-93/2024 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilən apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi:

1. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Q.N.Məmmədov) 23 av qust 2023-cü il tarixli, e-2(078)-1052/2023 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 2995 (iki min doqquz yüz doxsan beş) manat əsas borc və 447.50 (dörd yüz qırx yeddi manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 3442.50 (üç min dörd yüz qırx iki manat əlli qəpik) manat məbləğində borc və ödənilmiş 54.43 (əlli dörd manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim C.Ə.Tağıyev) 17 yanvar 2024-cü il tarixli, 2(006)-93/2024 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh "xxxx" KB ASC-yə qarşı “borcun silinməsi, öhdəlik münasibətlərinə xitam verilməsi və kredit xətti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları: Cavabdeh 28 fevral 2023-cü ildə cavabdeh "xxxx" KB ASC-yə qarşı “borcun silinməsi, öhdəlik münasibətlərinə xitam verilməsi və kredit xətti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" KB ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi üzrə əsassız olaraq hesablanmış borc məbləğinin silinməsi; "xxxx" KB ASC ilə aralarında olan borc üzrə öhdəlik münasibətlərinə xitam verilməsi; xx.xx.2022-ci il tarixli, 6010sSUMb/22 saylı kredit xə tti müqaviləsi üzrə "xxxx" KB ASC tərəfindən pulun tələb edilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda 14 iyul 2023-cü ildə "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-in xeyrinə 2995 AZN əsas overdraft borc, 447.50 AZN hesablanmış cərimə faizi borcu olmaqla, cəmi 3442.50 AZN borcun və 54.43 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2(078)-1052/2023 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası təmin edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il t arixli 2(006)1687/2023 nömrəli qərardadı ilə Cavabdeh "xxxx" KB ASC-yə qarşı “öhdəlik münasibətlərinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2(078)-1052/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 13 sentyabr 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv edilməklə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 xx.xx.2023-cü i ldə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə təqdim edərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(006)-1687/2023 nömrəli qərardadının ləğv edilərək mülki işin baxılmasının davam etdirilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(006)1687/2023 nömrəli qərardadı ilə həmin məhkəmənin 12 sentyabr 2023-cü il tarixli, 2(006)1687/2023 nömrəli qərardadı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2(108)-149/2023 (mülki iş hazırda 2(108)-2/2024 nömrəsi ilə qeydiyyata alınmışdır) nömrəli qərardadı ilə iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işin apellyasi ya baxışı ilə əlaqədar icraatı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh "xxxx" X11 Səhmdar Cəmiyyətinə qarşı “öhdəlik münasibətlərinə xitam verilməsi və s.” tələbinə dair 2(006)1687/2023 nömrəli mülki iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(006)-93/2024 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh "xxxx" KB ASC-yə qarşı “borcun silinməsi, öhdəlik münasibətlərinə xitam verilməsi və kredit xətti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsi” tələbinə dair iddiası isə əsassız olduğundan təmin edilməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(006)-93/2024 nömrəli qətnaməsindən narazı qalan iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil 2 07 mart 2024-cu il tarixdə apellyasiya şikayəti ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv edilməklə iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə əsasən Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 may 2024-cü il tarixli, 2(103)-2903/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair e-2(078)-1052/2023 nömrəli və iddiaçı Cavabdeh "xxxx" KB ASC-yə qarşı “borcun silinməsi, öhdəlik münasibətlərinə xitam verilməsi və kredit xə tti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsi” tələbinə dair 2(006)-93/2024 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirildiyindən “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə 2(108)-2/2024 nömrəsi ilə qeydə alınmış (iş üzrə icraat dayandırılarkən qeydiyyat nömrəsi 2(108)-149/2023) mülki işlə eyni icraat daxilində baxılması qərara alınmışdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2(078)-1052/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 13 sentyabr 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv edilməklə iddianın rədd olunması barədə ye ni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" Kommersiya Bankı ASC ilə cavabdehin arasında xx.xx.2022-ci il tarixində 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə “X7” ASC tərəfindən cavabdehə 35 (otuz beş) ay müddətinə, xx.xx.2025-ci il tarixinədək illik 29 (iyirmi doqquz) faiz ödəmək şərti ilə 3000 (üç min) manat məbləğində kredit xətti ayrılmışdır. Daha sonra, xx.xx.2022-ci il tarixində həmin xəttin bağlanması ilə bağlı cavabdeh tərəfindən “X7” ASC-yə müraciət olunmuşdur. Bank əməkdaşı cavabdehə xx.xx.202 2-ci il tarixli, UB-SUM-RB/1156 nömrəli arayış təqdim edərək bildirmişdir ki, kredit xətti bağlanmışdır və bank qarşısında borc öhdəliyi yoxdur, kartı isə debet kart kimi istifadə edə bilər. Lakin daha sonra həmin kart hesabından 3-cü şəxslər tərəfindən 2900 manat ilk dəfə, 85 manat isə daha sonra əsassız olaraq silinmişdir. Cavabdehin əldə etdiyi məlumata əsasən həmin məbləğ “X12 Pos&Service Gates” saytından istifadə olunmuşdur və bununla bağlı hal-hazırda hüquq mühafizə orqanlarında da araşdırma aparılır. Həmçinin, onlar tərəfindən "xxxx" Kommersiya Bankı ASC-yə qarşı iddia ərizəsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuşdur və hazırda həmin mülki iş həmin məhkəmənin icraatındadır (işin nömrəsi: 2(006)-1687/2023). Bundan əlavə, Sumqayıt Şəhər Prokurorluğunun 13 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərarından göründüyü kimi Cavabdeh müraciəti üzrə toplanmış ilkin yoxlama materialı üzrə fakta görə AR Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmışdır və işin araşdırılması Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinə həvalə edilmişdir. Belə olan halda aydın olur ki, həm hüquq mühafizə orqanlarında aparılan araşdırma, həm də Nəsimi Rayon Məhkəməsinin icraatında olan iş yekunlaşmadığına görə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul oluna bilməzdi. Buna görə də, hazırda həmin qətnamənin ləğv olunması zərurəti vardır. Qeyd olunan maddələrin dispozisiyasından göründüyü kimi borclu üzərinə götürdüyü öhdəlikləri tam və lazımi şəkildə icra etməlidir. Hazırki işdə də "xxxx" Kommersiya Bankı ASC tərəfində n kredit xəttinin bağlanılması ilə bağlı üzərinə götürülən öhdəlik icra olunmamışdır. Buna görə də, onlar tərəfindən Nəsimi Rayon Məhkəməsinə müraciət olunaraq, məhkəmədən "xxxx" Kommersiya Bankı ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi üzrə əsassız olaraq hesablanmış borc məbləğinin silinməsi; "xxxx" Kommersiya Bankı ASC ilə aralarında olan borc üzrə öhdəlik münasibətlərinə xitam verilməsi; xx.xx.2022-ci il tarixli, 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi üzrə "xxxx" Kommersiya Bankı ASC tərəfindən pulun tələb edilməsinin qadağan edilməsi barədə qətnamənin qəbul olunması xahiş olunmuşdur. Həmin məhkəmə mübahisəsi davam etdiyinə görə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən eyni məsələ ilə bağlı qətnamənin qəbul olunması qeyri-mümkündü r və buna görə də həmin qətnamə ləğv olunmalıdır. Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 23 avqust 2023-cü il tarixli, e-2(078)-1052/2023 saylı qətnamə qəbul olunan zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsi kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən eyni tərəflər arasında, eyni mübahisə predmeti ilə bağlı Nəsimi Rayon Məhkəməsinin icraatında məhkəmə mübahisəsinin olması nəzərə alınmadan əsassız qətnamə qəbul olunmuşdur. Bundan əlavə, həmin məsələ ilə bağlı hüquq mühafizə orqanlarında da araşdırma aparılır və həmin işdə də hələ yekun qərar qəbul olunmamışdır. Həmçinin məhkəmə tərəfindən hansı sübutlar əsasında cavabdehdən pul tutulması ilə bağlı qənaətə gəlinməsi əsaslandırılmamışdır. Belə ki, qarşı tərəf cavabdehin hansı hərəkəti nəticəsində kart hesabından pulun 3-cü şəxslər tərəfindən ələ keçirilməsi əsaslandırıla bilməmişdir. Bundan başqa məhkəmə iddiaçı tərəfin cavabdehə hər hansı borcunun olmaması barədə təqdim etdiyi rəsmi məktubu araşdırmamış, həmin məktub nəticəsində cavabdehin kartı artıq debet kartı kimi istifadə etməyi ilə bağlı hissəyə də rəy verməmişdir. Bundan başqa kartda yaranan overdrafta cavabdehin hər hansı müdaxilə imkanı olmadığı halda, bankın texniki səhvinə görə iddianın təmin edilməsi də, tamamilə əsassızdır. Mülki Prosessual Məcəllənin 254-cü maddəsində məhkəmənin icraatı dayandırmaq vəzifəsi olduğu hallar sadalanmışdır. Göründüyü kimi başqa məhkəmənin icraatında mülki mübahisə olduqda həmin məhkəmə iş üzrə icraatı dayandırmaq vəzifəsi daşıyır. Lakin buna baxmayaraq, Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsi 23 avqust 2023-cü il tarixində e-2(078)1052/2023 saylı qətnamə qəbul etmişdir. Odur ki, hesab edir ki, həmin qətnamə ləğv olunmalıdır və Nəsimi Rayon Məhkəməsinin icraatında baxılan 2(006)-1687/2023 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin icraatında olan iş üzrə araşdırmanın aparılması yekunlaşana qədər Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan iş üzrə icraat dayandırılmalı idi. Qeyd edir ki, xx.xx.2022-ci il tarixində həmin xəttin bağlanması ilə bağlı cavabdeh tərəfindən "xxxx" Kommersiya Bankı ASC-yə müraciət olunmuşdur. Bank əməkdaşı Cavabdeh arayış təqdim etmişdir və bildirmişdir ki, kredit xətti bağlanmışdır və bank qarşısında borc öhdəliyi yoxdur, kartı isə debet kart kimi istifadə edə bilər. Bu isə onu gö stərir ki, bank həmin kredit xəttinin bağlanılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Yəni əgər “X7” ASC kredit xəttini bağlasa idi, Cavabdeh kart hesabından 3-cü şəxslər tərəfindən 2900 manat ilk dəfə, 85 manat isə daha sonra əsassız olaraq silinməzdi. Göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2(078)1052/2023 saylı qətnaməsini ləğv edərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 07 mart 2024-cü il tarixli apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(006)-93/2024 saylı qətnaməsinin ləğv edilməklə iddianın təmin ol unması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 may 2024-cü il tarixli, 2(103)-2903/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair e-2(078)-1052/2023 nömrəli və iddiaçı Cavabdeh "xxxx" KB ASC-yə qarşı “borcun silinməsi, öhdəlik münasibətlərinə xitam verilməsi və kredit xətti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsi” tələbinə dair 2(006)-93/2024 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirildiyindən “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə 2(108)-2/2024 nömrəsi ilə qeydə alınmış (iş üzrə icraat dayandırılarkən qeydiyyat nömrəsi 2(108)-149/2023) mülki işə eyni icraat daxilində baxılması qərara alındı ğından apelyasiya şikayəti baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh nümayəndəsi-vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin həmin qətnaməsi qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, "xxxx" Kommersiya Bankı ASC ilə aralarında xx.xx.2022-ci il tarixində 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə "xxxx" Kommersiya Bankı ASC tərəfindən ona 35 (otuz beş) ay müddətinə, xx.xx.2025-ci il tarixinədək illik 29 (iyirmi doqquz) faiz ödəmək şərti ilə 3000 (üç min) manat məbləğində kredit xətti ayrılmışdır. Daha sonra, xx.xx.2022-ci il tarixində həmin xəttin bağlanm ası ilə bağlı tərəfindən "xxxx" Kommersiya Bankı ASC-yə müraciət olunmuşdur. Bank əməkdaşı ona xx.xx.2022-ci il tarixli, UB-SUM-RB/1156 nömrəli arayış təqdim edərək bildirmişdir ki, kredit xətti bağlanmışdır və bank qarşısında borc öhdəliyi yoxdur, kartı isə debet kart kimi istifadə edə bilər. Lakin daha sonra həmin kart hesabından 3-cü şəxslər tərəfindən 2900 manat ilk dəfə, 85 manat isə daha sonra əsassız olaraq silinmişdir. Əldə etdiyi məlumata əsasən həmin məbləğ “X12 Pos&Service Gates” saytından istifadə olunmuşdur və bununla bağlı halhazırda hüquq mühafizə orqanlarında da araşdırma aparılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, tərəfindən xx.xx.2023-cü il tarixində cavabdehə xəbərdarlıq məktubu göndərilərək aralarında bağlanmış müqavilə üzrə əsassız olaraq hesablanmış borc məblə ğinin slinməsi, borc üzrə öhdəlik münasibətlərinə xitam verilməsi və pulun tələb edilməsinin dayandırılması xahiş olunmuşdur. Lakin "xxxx" KB ASC tərəfindən bununla bağlı heç bir tədbir görülməmişdir. Bundan əlavə, Sumqayıt Şəhər Prokurorluğunun 14 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərarından göründüyü kimi, onun müraciəti üzrə toplanmış ilkin yoxlama materialı üzrə fakta görə AR Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmışdır və işin araşdırılması Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinə həvalə edilmişdir. Məlum olduğu kimi xx.xx.2022-ci il tarixində "xxxx" Kommersiya Bankı ASC ilə aralarında 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Lakin, bundan sonra xx.xx.2022-ci il tarixində həmin xəttin bağlanması ilə bağlı t ərəfindən "xxxx" Kommersiya Bankı” ASC-yə müraciət olunmuşdur. Bank əməkdaşı ona xx.xx.2022-ci il tarixli UB-SUM-RB/1156 nömrəli arayış təqdim edərək bildirmişdir ki, kredit xətti bağlanmışdır və bank qarşısında borc öhdəliyi yoxdur, kartı isə debet kart kimi istifadə edə bilər. Bu isə onu göstərir ki, bankın həmin kredit xəttinin bağlanılması öhdəliyi yaranmışdır. Lakin "xxxx" Kommersiya Bankı ASC bu öhdəliyi lazımi şəkildə yerinə yetirmədiyinə görə, daha sonra onun kart hesabından 3-cü şəxslər tərəfindən 2900 manat ilk dəfə, 85 manat isə daha sonra əsassız olaraq silinmişdir. Yəni əgər bank tərəfindən üzərinə götürülən öhdəliklər tam şəkildə icra olunsa idi, onun kartından da qanunsuz olaraq vəsait məxaric olunmaz idi. Qeyd olunan maddələrin dispozisiyasından göründüyü kimi borclu üzərin ə götürdüyü öhdəlikləri tam və lazımi şəkildə icra etməlidir. Hazırki işdə də "xxxx" Kommersiya Bankı ASC tərəfindən kredit xəttinin bağlanılması ilə bağlı üzərinə götürülən öhdəlik icra olunmamışdır. Buna görə də, tərəfindən Nəsimi Rayon Məhkəməsinə müraciət olunaraq, məhkəmədən "xxxx" Kommersiya Bankı ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi üzrə əsassız olaraq hesablanmış borc məbləğinin silinməsi; “X7” ASC ilə aralarında olan borc üzrə öhdəlik münasibətlərinə xitam verilməsi; xx.xx.2022-ci il tarixli, 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi üzrə "xxxx" Kommersiya Bankı ASC tərəfindən pulun tələb edilməsinin qadağan edilməsi barədə qətnamənin qəbul olunması xahiş olunmuşdur. "xxxx" Kommersiya Bankı ASC xx.xx.2022-ci il tarixli, UB-SUM-RB/1156 nömrəli arayış təqdim edərək bildirmişdir ki, kredit xətti bağlanmışdır və bank qarşısında borc öhdəliyi yoxdur, kartı isə debet kart kimi istifadə edə bilər. Bununla da onun Bankın qeyd etdiyi kimi borc qaytarma öhdəliyi istisna olunur. Belə ki, yuxarıda qeyd etdiyi arayışa əsasən, kredit xətti bağlanmış və bank qarşısında borc öhdəliyi qalmamışdır. Bu o deməkdir ki, arayış təqdim olunduğu müddətdən bu günə kimi onun "xxxx" Kommersiya Bankı ASC qarşısında heç bir kredit öhdəliyi qalmamışdır. Həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin icraatında olan iş üzrə araşdırmanın aparılması yekunlaşmış və yekun qərar olaraq cinayət təqibi üzrə icraat dayandırılmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunaraq Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2024-cü i l tarixli, 2(006)93/2024 saylı qətnaməsini ləğv edərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı-Cavabdeh nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında apellyasiya şikayəti vermələrinin səbəbinin məhkəmənin qərarı ilə razılaşmadıqlarını, 09 avqust 2022-ci il tarixində "xxxx" X11 Səhmdar Cəmiyyəti ilə aralarında 6010sSUMb/22 nömrəli kredit xətti müqaviləsinin bağlandığını, "xxxx" KB ASCdən isə həmin vaxt əri çox xəstə olduğundan, həmçinin digər banklar onlara kredit vermədiyindən məcbur qalaraq ağır şərtlərlə kredit götürməyə razı olduqlarını, ərinin iş yoldaşlarının onlara “Rabitə” bankın da kredit verdiyini və onların verdiyi krediti daha aşağı faiz dərəcəsi ilə təklif etdiklərini bildirdiklərini, habelə " xxxx" KB ASC ilə aralarında bağlanmış kredit müqaviləsini oxuduqları zaman müqavilə üzrə overdraftın və digər xərclərin müştərinin üzərinə qoyulduğunu, həmçinin faiz dərəcəsinin çox yüksək olduğunu görüb müqaviləyə xitam vermək istədiklərini, 25 avqust 2022-ci il tarixində həmin xəttin bağlanması ilə bağlı “X7” ASC-yə müraciət etdiklərini, bank əməkdaşının onlara 25 avqust 2022-ci il tarixli, UB-SUM-RB/1156 nömrəli arayışı təqdim edərək kredit xəttinin bağlandığını, bank qarşısında borc öhdəliklərinin olmadığını, kartı isə debet kart kimi istifadə edə biləcəklərini bildirdiyini, bu isə öz növbəsində bankın qarşısında həmin kredit xəttinin bağlanılması öhdəliyini yaratdığını, müqaviləyə xitam verilməsinə dair onlarda olduğu kimi bankda da çıxarışların mövcud olduğunu, kredit xətti müqavil əsinə xitam verildikdən sonra overdraftın yaranmadığını, kart hesabları bağlı olduğundan onlara göndərilən 3000 manat pul vəsaitinin həmin kartdan geri çəkilmədiyini, pulu kart hesabından çəkmədikləri barədə həm əvvəldən mövcud olan, həm də yeni sübutlarının olduğunu, əvvəllər Qadir işləmədiyindən onun müalicəsini həyata keçirmək üçün üçüncü şəxslərə geyim əşyalarından bir qismini satmaq istədiyini, həmin paltarları alması üçün üçüncü şəxslərin onlara karta pul köçürülməli olduğunu və pulu köçürmək üçün kart məlumatlarını atmalarını bildirdiklərini, onlar da "xxxx" KB ASC tərəfindən onlara verilmiş və debet kart kimi istifadə edə biləcəkləri kimi bildirilmiş kartı boş bilib kartın şəkilini çəkib üçüncü şəxslərə atdıqlarını, həmçinin 3 rəqəmli kodun tam kartın nömrəsinin yanında verildiyini n bankın səhvliyi olduğunu, onlar da kartı boş bilib, içərisindən heç bir vəsaitin çəkilə bilməyəcəyinə arxayın olduqlarından pulun həmin kart hesabına göndərilməsini bildirdiklərini, sonra üçüncü şəxslər tərəfindən onlara kartın dəqiq onların olub-olmamasını bilmək üçün kod göndərildiyi və həmin koda baxıb dəqiq həmin kod olması barədə məlumat verilməsinin deyildiyi, onlar da koda baxıb təsdiqlədiklərini, daha sonra nə qədər çalışsalar da mobil tətbiqə daxil ola bilmədiklərini, dəfələrlə cəhd etsə də alınmadığını, 03 sentyabr 2022-ci il tarixdə kart hesabından pul vəsaiti oğurlandığından işin araşdırılması üçün onlar tərəfindən ilk olaraq Sumqayıt Şəhər Prokrorluğuna müraciət edildiyini, prokurorluqda cinayət işinin başlanması haqqında qərar qəbul edilərək cinayət işi üzrə ibtidai istinta qın aparılmasının Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə həvalə olunduğunu, işin araşdırılması Sumqayıt Şəhər Prokrorluğuna həvalə edildikdən sonra, yəni 05 sentyabr 2022-ci il tarixdə bank sistemi üzrə kart əməliyyatlarında oynamanın baş verdiyini, hansıki həmin vaxt onların kart məlumatlarına əlçatanlığının qeyri-mümkün olduğunu, çünki bununla bağlı şikayətinin olduğunu, polis orqanında iş aparıldığını, bank tərəfindən 5 sentyabr 2022-ci ildə kart hesabı üzrə 5 dəfə əməliyyatın aparıldığını, 2995 manat tam oğurlanan məbləğin onların kart hesablarına məlumatları olmadan bank tərəfindən əlavə olunduğunu, həmin gün ərzində də 2995 manat pul vəsaitinin kart hesabından geri çəkildiyini, oğurluq olarkən kart hesabına 86 manat necə əlavə edilmişdirsə, həmin gün, yəni 05 sentyabr 2 022-ci ildə də 86 manatın yenidən kart hesabından eyni qaydada çəkildiyini, onların kart məlumatlarına əlçatanlığının qeyri-mümkün olmaqla müqaviləyə xitam verildiyi halda, kart məlumatlarında oynama olmaqla hesabdan pul oğurlandığı üçün polisə, prokurora şikayət etdikləri bir vaxtda 10 yanvar 2023-cü il tarixdə kart əməliyyatlarında yenidən oynama baş verdiyini, onların kart hesabına 2995 manatın yükləndiyini, overdraftın ödənilməsi qeyd edildiyini, sonra həmin kartdan yenidən pul çəkildiyini, bankın onları qərəzli olaraq borclu göstərməyə çalışdıqlarını, yekun balansda overdraft mənfi göstərilməli olduğu halda, onların kart hesabında overdraftın müsbət görsəndiyini, yəni bankın bunu nəzərə almadığını, bank tərəfindən onlara müqaviləyə xitam verildikdən sonra guya kart hesabından pulun çə kildiyinin bildirdiyini, kart hesabında oynama olan hissənin mənfiyə düşən pul olduğunu, yəni kart hesabında olmayan pul çəkildiyini, hesabda mənfi yarandığını, nəticədə overdraft olduqlarını, halbuki müqaviləyə xitam verildiyi üçün overdraft ola bilməyəcəklərini, çünki müqaviləyə xitam verildiyindən onların yenidən kart hesabından mənfiyə pul çəkməklərinin mümkün olmadığını, kart hesabından pul vəsaitinin silinməsi barədə telefona çəkilmiş görüntülərə baxarkən hesabdan 2900 manat pulun çəkildiyini, balansda 91 manatın qaldığının göründüyünü, bu o deməkdir ki, onların kart hesabından sıfırdan pul çəkmədiklərini, bankın onlara kart hesabının tam bağlanması barədə sənəd təqdim etsədə bankın texniki səhvlik edərək kart hesabında olan pul vəsaitini silmədiklərini, məhz hesabdan pul vəsaitinin qaytarılmasının onların öhdəliyi olmadığını, əsl həqiqətdə isə kredit xətti müqaviləsinə xitam verməyi öz öhdəsinə götürən bankın öhdəliyini yerinə yetirmədiyini, bankın kart hesabında olan pul vəsaitini geri çəkmədiklərini, əgər bank xitamı tam verib öhdəliyini yerinə yetirmiş olsaydı onların heç kəsə borc öhdəliyinin yarana bilməyəcəyini, bank tərəfindən onlara kartın boş olmaqla debet kart olduğunun bildirildiyini, onların öz cari balansları üçün kartın kodunu çəkib üçüncü şəxsə veriklərini, hazırki mübahisə ilə bağlı onlar tərəfindən Azərbaycan Respublikasının Prezidentinə teleqram göndərdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankı vasitəsilə "xxxx" X11 Səhmdar Cəmiyyətinə sorğu göndərildiyini, sorğunun nəticəsində bankın onlara “09 avqust 2022-ci il tarixində bağlanan kredit x ətti müqaviləsinə 25 avqust 2022-ci il tarixində tam xitam verildiyi, müqaviləyə xitam verildikdən sonra bankın işçisi tərəfindən yaranan səhvə görə oğurluq hadisəsinin baş verdiyi, ancaq kredit borcunu ödəməyin müştərinin borcu olduğu” məzmunlu məktub göndərdiklərini, bankın işçisinin texniki səhvliyinin məsuliyyətini cavabdeh olaraq onların daşımalı olmadıqlarını, bankın kredit xətti müqaviləsi üzrə qaytardıqları borcu yenidən banka ödəmələri barədə onları məcbur etdiklərini, bankın hər dəfə kredit müqaviləsinin şərtlərini əsas gətirərək borcun qaytarılmasını tələb etdiyini, ancaq müqavilənin şərtləri xitam edildiyindən hüquqi əsas yaratmadığını hesab etdiklərini, pulun kart hesabından telefon vasitəsilə çəkildiyini, onlar polis, prokurorluq orqanlarına müraciət etdikdən bir müddət sonra tətbiqə daxil ola bildiklərini, kartın içərisində vəsaitin olmadığını, boş olduğunu gördüklərini, sonra isə Qadirin mobil tətbiqi sildiyini, çünki artıq tətbiqin onlara gərək olmadığını, bankın kredit xətti müqaviləsinə xitam verdiyini, ancaq kartdan pulu geri çəkmədiyini, onlar əvvəl kartın balansında pulun olduğunu bilmədiklərini, əgər kartda pulun olduğunu bilsəydilər öz paltarlarını satmaq üçün elan verməyib kart hesabında olan puldan istifadə edə biləcəklərini, kart hesabından oğurluq ediləndən sonra kartın içərisinin boş olduğunu, oğurluq ərəfəsində kart hesabına daxil ola bilmədiklərini, oğurluq olandan sonra kart hesabına daxil olan zaman bankın çəkmədiyi 3000 manat pulun kart hesabında olduğunu, lakin oğurluqdan sonra isə orada olmadığını, onlara məxsus əlavə "xxxx" ASC-dən banko mat kartlarının olduğunu, həmin kartı bağlatdırdıqdan sonra kart hesabında olan məbləğin göründüyünü, ancaq aktiv olmadığını, "xxxx" KB ASC tərəfindən onlara verilmiş kartda da eyni forma olduğunu, yəni məbləğin göründüyünü, lakin istifadənin aktiv olmadığını, kart hesabının bağlandığını hesab etdiklərini, hətta kredit kartı müqaviləsinə xitam verdikləri zaman bankın işçisindən dəfələrlə kartın bağlanıb-bağlanmadığını soruşduqlarını, bank işçisinin də artıq kart hesabının bağlandığını onlara bildirdiklərini, pul oğurlanandan sonra karta gəlmiş SMS-dən kart hesabından pulun çıxarıldığını və hesabın aktiv olduğunu gördüklərini, əgər əvvəldən bunu bilmiş olsaydılar yenidən banka kart hesabının bağlanması üçün müraciət edə biləcəklərini, kart hesabından pulun çəkildiyini və balansın azaldığını Qadirin telefonuna çəkdiyini, çünki onların kart balansında pul olmadığını düşündüyünü, Qadirin ürək xəstəsi olduğunu, müqaviləyə xitam verildikdən təxminən 8-9 gün sonra kart hesabında oynama baş verdiyini, həmin vaxta kimi kart hesabına baxmadıqlarını, çünki müqaviləyə xitam verildiyini düşündüklərini, belə olan halda müqavilənin şərtlərinin onlara münasibətdə keçərsiz olduğunu, onlara bank tərəfindən verilmiş arayışda müqaviləyə xitam verildiyi, sadəcə yaranmış texniki səhvlik nəticəsində müştərinin kredit limitinin kartdan ayrılmadığının qeyd olunduğunu, belə olan halda məsuliyyətin yalnız banka məxsus olduğunu hesab etdiklərini, kart hesablarında pul vəsaiti olmasaydı kart məlumatlarında mənfi görsənməli olduğunu, kartdan oğurluq olana kimi kart hesablarında pul olduğunu bilmədikləri ni, adətən daimi istifadədə olan kartın balans məlumatlarına baxıldığını, onlar müqaviləyə xitam verildikdən sonra bank tərəfindən kartın bağlandığını düşünüb balans məlumatlarına baxmadıqlarını, kartın kodunu verdikdən sonra isə balansdan pul vəsaitinin çıxdığını görmədiklərini, kart hesabında pul olduğunu bilsəydilər ehtiyacları olduğu üçün həmin kartdan pul götürüb xərcləyəcəyini, ancaq oğurluq hadisəsi baş verənə qədər bankında müştəri qarşısında öhdəliyinin olduğunu, əgər bank kart hesabından kredit limitini müqaviləyə xitam verdiyi vaxt ayırsaydı bu hadisələrin heç birinin baş verməyəcəyini, bankın texniki səhvlik adlandırdığı hərəkətsizliyinin qurbanı olduqlarını, bankın dəfələrlə onlardan özlərinin səhlənkarlığı nəticəsində kart hesabından oğurlanmış kredit vəsaitini tələb etdiyini, ancaq ilk olaraq onlar banka qarşı borcun silinməsi, öhdəlik münasibətlərinə xitam verilməsi və kredit xətti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsi tələbi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etdiklərini, bankın isə onlar iddia qaldırdıqdan sonra Qadirə qarşı Naxçıvan Şəhər Məhkəməsinə borcun qaytarılmasına dair iddia ilə müraciət etdiyini bildirərək kollegiyadan göstərdiklərinin nəzərə alınmasını və apellyasiya şikayətlərinin təmin olunmaqla Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2023-ci il tarixli, e-2(078)-1052/2023 nömrəli qətnaməsinin ləğv edilməklə iddianın rədd olunması barədə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(006)-93/2024 nömrəli qətnaməsinin isə ləğv edilməklə iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməs ini xahiş etdi. Cavabdeh-iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 göndərdiyi xx.xx.2024-cü il tarixli etirazında mülki iş üzrə baxış iclasının iştirakı olmadan keçirilməsini, 2(078)-1052/2023 nömrəli iş üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 və 2(103)2903/2024 nömrəli iş üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(078)-1052/2023 nömrəli və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2903/2024 nömrəli qətnamələrinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə iddiaçı-Cavabdeh və onun vəkili-nümayəndələri Vəkil1 və Vəkil2 işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilmələrinə baхmayaraq məhkəmə iclasına g əlməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdeh-iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin nümayəndəsinin, iddiaçı-Cavabdeh və onun vəkili-nümayəndələri Vəkil1 və Vəkil2 iştirakı olmadan apellyasiya şikayətləri üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya iddiaçı-Cavabdeh "xxxx" Kommersiya Bankı ASC ilə onun arasında xx.xx.2022-ci il tarixində 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi bağlanması, həmin müqaviləyə görə “X7” ASC tərəfindən ona 35 (otuz beş) ay müddətinə, xx.xx.2025-ci il tarixinədək illik 29 (iyirmi doqquz) faiz ödəmək şərti ilə 3000 (üç min) manat məbləğində kredit xətti ayrılması, xx.xx.2022-ci il tarixində həmin xəttin bağlanması ilə bağlı onun tərəfindən “X7” ASC-yə müraciət olunmas ı, bank əməkdaşının ona xx.xx.2022-ci il tarixli, UB-SUM-RB/1156 nömrəli arayış təqdim edərək kredit xəttinin bağlanmasını bildirməsi, bank qarşısında borc öhdəliyinin olmaması, kartı isə debet kart kimi istifadə etməsi, daha sonra həmin kart hesabından 3-cü şəxslər tərəfindən 2900 manat ilk dəfə, 85 manat isə daha sonra əsassız olaraq silinməsi, onun əldə etdiyi məlumata əsasən həmin məbləğin “X12 Pos&Service Gates” saytından istifadə olunması, bununla bağlı hal-hazırda hüquq mühafizə orqanlarında da araşdırma aparılması, Sumqayıt Şəhər Polis İdarəsinin icraatında olan iş üzrə araşdırmanın aparılmasının yekunlaşması, yekun qərar olaraq cinayət təqibi üzrə icraatın dayandırılması ilə əlaqədar dəlillərinə məcmu halında qiymət verərək aşağıdakı nəticəyə gəlir. Belə ki, işin araşdırılmış ha lları ilə müəyyən edilmişdir ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-in xeyrinə 2995 AZN əsas overdraft borc, 447.50 AZN hesablanmış cərimə faizi borcu olmaqla, cəmi 3442.50 AZN borcun və 54.43 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə iddiaçı Cavabdeh "xxxx" KB ASC-yə qarşı “borcun silinməsi, öhdəlik münasibətlərinə xitam verilməsi və kredit xətti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" KB ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi üzrə əsassız olaraq hesablanmış borc məbləğin in silinməsi; "xxxx" KB ASC ilə aralarında olan borc üzrə öhdəlik münasibətlərinə xitam verilməsi; xx.xx.2022-ci il tarixli, 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi üzrə "xxxx" KB ASC tərəfindən pulun tələb edilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2(078)-1052/2023 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası təmin edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(006)-93/2024 nömrəli qətnaməsi ilə isə iddiaçı Cavabdeh "xxxx" KB ASC-yə qarşı “borcun silinməsi, öhdəlik münasibətlərinə xitam verilməsi və kredit xətti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edil məmişdir. İşə əlavə edilmiş tərəflər arasında bağlanmış 09 avqust 2022-ci il tarixli, 6010sSUMb/22 nömrəli Kredit Xətti Müqaviləsinə əsasən, borcverən borcalana 35 (otuz beş) ay müddətinə 09 iyul 2025-ci il tarixədək illik 29% ödəmək şərti ilə, 3000 (üç min) manat məbləğində kredit xətti ayırır. Borcalan isə, həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. İşin kiollegiyada araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh 28 fevral 2023-cü ildə cavabdeh "xxxx" KB ASC-yə qarşı “borcun silinməsi, öhdəlik münasibətlərinə xitam verilməsi və kredit xətti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə mürac iət edərək, "xxxx" KB ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi üzrə əsassız olaraq hesablanmış borc məbləğinin silinməsi; "xxxx" KB ASC ilə aralarında olan borc üzrə öhdəlik münasibətlərinə xitam verilməsi; xx.xx.2022-ci il tarixli, 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi üzrə "xxxx" KB ASC tərəfindən pulun tələb edilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh xx.xx.2023-cü ildə cavabdeh “X7” ASC-nə sifarişli məktubla göndərdiyi ərizəsində xəbərdarlıq məktubunda aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2022-ci ildə həmin xəttin bağlanması ilə bağlı müraciət etdiyini, bank əm əkdaşının ona xx.xx.2022-ci il tarixli, UB-SUM-RB/1156 nömrəli arayış təqdim edərək kredit xəttinin bağlandığını və bank qarşısında borc öhdəliyi olmamasını, kartdan isə debet kart kimi istifadə edə bilməsinin bildirildiyini, daha sonra onun kart hesabından 3-cü şəxslər tərəfindən 2900 manat ilk dəfə, 85 manat isə daha sonra əsassız olaraq silindiyini bildirib 3 gün ərzində aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi üzrə əsassız olaraq borc məbləğini silməklə, borc öhdəlikləri münasibətlərinə xitam verməklə pulun tələb edilməsinin dayandırılmasını xahiş etmişdir (iş 2(006)-93/2024 vərəq 6-9). İşin 8-9-cu vərəqində olan Cavabdeh adına tərtib olunma tarixi xx.xx.2022-ci il olan Azərbaycan Kredit Bürosundan çıxarışın borcalanın bağlanmış öhdəlikl ərini göstərən 4.1-cü bəndinin 6-cı abzasında “kredinin statusu” sözü qarşısında “tam ödənilmiş, xx.xx.2022-ci il tarixli UB-SUM-RB/1156 nömrəli “X7” Sumqayıt filialının müdirinin imzaladığı arayışda isə “əsas məbləğ üzrə 0, faiz borcu 0, cəmi öhdəlik 0, müqavilənin statusunun bağlı” olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Аzərbаycan Respublikası MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsi n iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Аzərbаycan Respublikası MM-in 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyy ən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Azərbaycan Resp ublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2 023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır;..... - ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "N.Məmmədovanın şikayəti üzrə məhkəmə akt larının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İşin araşdırılmış hall arı ilə müəyyən edilmişdir ki, iddiaçı-Cavabdeh kredit borcunu bağladıqdan sonra 25 avqust 2022-ci ildə ərizə ilə "xxxx" KB ASC-yə müraciət edərək müqavilədən imtina barədə iradə ifadəsini qarşı tərəfə bildirməklə müqaviləyə xitam verilməsini xahiş etmiş və həmin tarixdə qeyd olunan müqaviləyə xitam verilmişdir. 2(006)-93/2024 nömrəli işin 195-ci vərəqində olan bankın idarə heyətinin sədri tərəfindən xx.xx.2024-cü ildə X4 iş departamentinin direktor müavininə və Qadir İşmayılova ünvanlanmış İMŞİEŞ/02535-2024 nömrəli məktubla qeyd olunan müqaviləyə xitam verilməsi, yaranmış texniki səhv səbəbi ilə, müştərinin kredit limitinin kartından ayrılmadığı bildirilmişdir. Yəni həmin məktubdan da göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə xitam verilmiş və texniki səhv məhz cavabdeh-iddiaç ı "xxxx" KB ASC tərəfindən yaranmışdır. Azərbaycan Respublikası MPM-in 207.1-ci maddəsinə əsasən zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. Həmin Məcəllənin 207.2-ci maddəsinə görə mütəxəssisin yazılı formada verdiyi məsləhət məhkəmə iclasında elan edilir və işə əlavə olunur. Mütəxəssisin şifahi məsləhəti və şərhi məhkəmə iclasının protokoluna yazılır. Azərbaycan Respublikası Mərkəzi X8 Respublikası İdarəsinin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət şöbəsinin aparıcı məsləhətçisi X2 təqdim etdiyi mütəxəssis məsləhətində bildirmişdir ki, "xxxx" KB ASC-in X9 imzası ilə təsdiq olunmuş xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının İstehlakçılarla iş departamentinin direktor müavininə ünvanlanan cavab məktubunda Cavabdeh mövcud kredit xəttinə xitam verilməsi üçün banka müraciət etmiş, lakin bankın yaranmış texniki səhv ucbatından müştəriyə kredit xəttinə xitam verilməsi və müqavilənin statusunun bağlı olması haqqında arayış təqdim olunmasına baxmayaraq, müştərinin kredit limiti kartdan ayrılmamışdır. Vətəndaşın müqaviləsinə xx.xx.2022-ci il tarixdə UB-SUM-RB/1156 nömrəli arayışla xitam verildiyi təsdiq edildikdən sonra bank tərəfindən hər hansı bir əməliyyatın icrasına şərait yaradılmamalı idi. Bu h alda, bankın səhvi ucbatından hesab üzrə baş vermiş “fişinq” əməliyyatına görə vətəndaş öhdəlik daşımamalıdır. İşə əlavə olunmuş (iş № e-2(078)-1052/2023 vər 82-83, iş № 2(006)-93/2024 vər 5152) Cavabdeh adına olan hesab üzrə çıxarış tədqiq olunarkən müəyyən edilmişdir ki, tərəflər arasında 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi 25 avqust 2022-ci ildə ləğv edildikdən sonra bank tərəfindən xx.xx.2022-ci ildə saat 04:51:14-də müştərinin bank kartına 2909.00 manat, həmin gün saat 04:52:04-də 86 manat balans artımı edilmiş, xx.xx.2022-ci ildə 04:51:14-də 2900 manat və əlavə 09 manat, həmin tarixdə 04:52:04-də 85 manat və 01 manat məxaric edilmiş, xx.xx.2023-cü ildə 2995 manat karta mədaxil edilməklə balans artırılmış və həmin cədvəldə ödənişin təyinatı sütununda texniki overdraftın silin məsi qeydi aparılmış, xx.xx.2023-cü il tarixi olan ödənişin təyinatı sütununda xx.xx.2022-ci ildə 04:51:14-də 2900 manat və 04:52:04-də 85.00 manat, həmin tarixdə cədvəlin məbləğin göstərən 18-ci sətirində 2909 manat məxaric olunması, balansda (saldo) həmin tarixə 86 manat qalması, həmin tarixdə cədvəlin məbləği göstərən 19-cu sətrində 86 manat məxaric olması və cədvəlin sonunda çıxış qalıq (final balance): 0.00 olması göstərilmişdir. Kollegiya belə hesab edir ki, cavabdeh-iddiaçı "xxxx" KB ASC tərəfindən yol verilmiş texniki səhvə görə tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış 6010sSUMb/22 saylı və 25 avqust 2022-ci ildə xitam verilmiş kredit xətti müqaviləsi üzrə “X12 Pos&Service Gates” saytından istifadə edilməklə ilk dəfə 2900 manat daha sonra isə 85 manat məbləğindən pul silinməsinə görə iddiaçı-Cavabdeh "xxxx" KB ASC qarşısında məsuliyyət daşıya bilməz. Bu isə onu deməyə əsas verir ki, əgər bank tərəflər arasında bağlanmış müqavilə ləğv olunduqdan sonra müştərinin kredit limitini kartdan ayırmayıbsa və bununla əlaqədar pul vəsaitindən istifadənin qarşısını almaq məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu texniki səhvə görə qeyd olunan pul məbləğlərinin silinməsi onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Göstərilənlərə əsasən kollegiya işin yuxarıda qeyd olunan hallarına hüquqi qiymət verərək belə hesab edir ki, işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla əsassız olaraq 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı ümum i oferta (bank xidmətlərinə dair) müqaviləsinin 2.2.7-ci, 2.2.8-ci, 6.1.8-ci, 6.4.1-ci və 6.4.4-cü bəndlərinə istinad edərək iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Kollegiya cavabdeh-iddiaçı "xxxx" KB ASC-in iddiaçı-Cavabdeh 2995 AZN əsas overdraft borcunun, 447.50 AZN hesablanmış cərimə faizi borcu olmaqla, cəmi 3442.50 AZN borcun alınması tələbinə dair iddiasına münasibətdə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsində işə baxılarkən işin halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla əsassız olaraq iddianın təmin olunması nəticəsinə gəlinmişdir. Belə ki, işin (iş nömrə e-2(078)-1052/2023) 1-3-cü vərəqində olan iddia ərizəsindən də göründüyü kimi iddiaçı "xxxx" KB ASC iddia ərizəsində overdraft məbləğindən qismən ödəniş edilsədə, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə yerinə yetirmədiyinə görə Cavabdeh yuxarıda qeyd olunan məbləğin alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi cavabdehin təqdim etdiyi ərizəsi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığına əsasən 25 avqust 2022-ci ildə həmin müqaviləyə xitam verilmişdir. Kollegiyada işə baxılarkən müəyyən edilmişdir ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən işin halları hərtərəfli və tam araşdırılmamış, iddia ərizəsində qeyd olunan borcun hansı tarixi əhatə etdiyi və yaranma əsası göstərilmədiyi, Azərbaycan Respublikası MPM-in 284-4.1.3-cü maddəsində göst ərilən əsasla işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyi ilə əlaqədar hallar olduğu və işə iddia icraatı qaydasında baxılmalı olduğu halda işin bu mühüm əhəmiyyət kəsb edən hallarına düzgün hüquqi qiymət verməmişdir. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh adına tərtib olunma tarixi xx.xx.2022 olan Azərbaycan Kredit Bürosundan çıxarışın borcalanın bağlanmış öhdəliklərini göstərən 4.1-cü bəndinin 6-cı abzasında “kredinin statusu” sözü qarşısında “tam ödənilmiş, xx.xx.2022-ci il tarixli UB-SUM-RB/1156 nömrəli “X7” Sumqayıt filialının müdirinin imzaladığı arayışda isə “əsas məbləğ üzrə 0, faiz borcu 0, cəmi öhdəlik 0, müqavilənin statusunun bağlı” olması müəyyən edilmişdir (iş № 2(006)-93/2024 vər 8-9, 12 və iş № e-2(078)-1052/2023 vər 63). Kollegiya q eyd edir ki, işə baxan Naxçıvan Şəhər Məhkəməsi işin yuxarıda sadalanan və işin qanuni həlli üçün mühüm əhəmiyyət kəsb edən bu hallarını nəzərə almayaraq tərəflər arasında müqavilə üzrə öhdəlik münasibətlərinə xitam verildiyi halda gəldiyi nəticəni əsaslandırmayaraq əsassız olaraq iddia tələbinin təmin olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarınd a İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllind ə milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərt ərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya qeyd edir ki, iddiaçı-Cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, cavabdeh-iddiaçı "xxxx" KB ASC isə öz etirazı və tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsı MPM-in 217.4-cü maddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhk əmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən ap ellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq ed ilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi və Naxçıvan Şəhər Məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmayaraq işə düzgün nəticə verilməmişdir. Kollegiya cavabdeh-iddiaçı Cavabdeh və onun vəkil-nümayəndələri Vəkil1 və Vəkil2 apellyasiya şikayətlərində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsaslı olduğundan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(006)-93/2024 nömrəli və Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2(078)-1052/202 3 nömrəli bu iş üzrə qəbul etdiyi qətnamələri tamamilə ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməlidir. "xxxx" X11 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh adına CARD:xxxxxxxxxxxx8333 TRANSACTİON DETAİLS:xx/xx/2022 04:51:14 944 2900.00 AZE BAKU uBank C2C (overdraft məbləği: 2909.00 (9.00 AZN köçürmə üzrə komissiya haqqı) və CARD:xxxxxxxxxxxx8333 TRANSACTİON DETAİLS:xx/xx/2022 04:52:04 944 85.00 (overdraft məbləği: 86.00 AZN (1.00 AZN köçürmə üzrə komissiya haqqı) plastik kart üzrə xx.xx.2023-cü il tarixinə hesablanmış ümumi overdraft borc 3207.50 AZN (hesablanan cərimə 212.50 AZN) silinməlidir. Kollegiya iddiaçı Cavabdeh tələbinin digər hissəsi olan qarşı “öhdəlik münasibətlərinə xitam verilməsi və kredit xətti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsi”-nə münasibətdə qey d edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi 25 avqust 2022-ci ildə ləğv olunduğundan, o cümlədən hesablanmış borcun silinməsi nəticəsinə gəlindiyindən və beləliklə pulun tələb olunması halı aradan qaldırıldığından iddiaçının həmin iki tələbi iddianın təmin olunmuş hissəsi ilə əhatə olunmuşdur. Ona görə də həmin iddia tələbi qismən təmin edilməklə iddia “öhdəlik münasibətlərinə xitam verilməsi və kredit xətti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsinə dair hissədə təmin edilməməlidir. Kollegiya "xxxx" KB ASC-in iddiaçı-Cavabdeh "xxxx" KB ASC-in xeyrinə 2995 (iki min doqquz yüz doxsan beş) manat əsas borc, 447.50 (dörd yüz qırx yeddi manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 3442.50 (üç min dörd yüz qırx iki manat əlli qəpik) manat məbləğində borcun və ödənilmiş 54.43 (əlli dörd manat qırx üç qəpik) manat dövlət rüsumunun əvəzinin ödənilməsinə münasibətdə belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd olunmalıdır. İddiaçı-Cavabdeh vəkil-nümayəndələri Vəkil1 şikayəti tamamilə, Vəkil2 apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.2, 392, 393 və 402-cı mаddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı-Cavabdeh vəkil-nümayəndələri Vəkil1 şikayəti tamamilə və Vəkil2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(006)93/2024 nömrəli iddiaçı Cavabdeh "xxxx" KB ASC-yə qarşı “borcun silinməsi, öhdəlik münasibətlərinə xitam verilməsi və k redit xətti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsi” tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsinə dair qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh "xxxx" X11 Səhmdar Cəmiyyətindən “borcun silinməsi” tələbinə dair iddiası əsaslı olduğundan təmin edilsin. İddiaçı Cavabdeh adına hesablanmış ümumi overdraft borc 3207.50 (üç min iki yüz yeddi manat əlli qəpik) manat silinsin. İddia borc üzrə “öhdəlik münasibətlərinə xitam verilməsi və kredit xətti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsinə” dair hissədə təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2(078)-1052/2023 nömrəli Cavabdeh 2995 (iki min doqquz yüz doxsan beş) ma nat əsas borc və 447.50 (dörd yüz qırx yeddi manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 3442.50 (üç min dörd yüz qırx iki manat əlli qəpik) manat məbləğində borc və ödənilmiş 54.43 (əlli dörd manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin Cavabdeh 2995 (iki min doqquz yüz doxsan beş) manat məbləğində əsas overdraft borc və 447.50 (dörd yüz qırx yeddi manat əlli qəpik) manat hesablanmış cərimə faizi borcu olmaqla, cəmi 3442.50 (üç min dörd yüz qırx iki manat əlli qəpik) manat məbləğində borc və ödənilmiş 54.43 (əlli dörd manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar