Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-201/2021 13.12.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(090)-140/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı və onun vəkili Vəkil Cavabdeh qarşı 16 iyul 2021-ci il tarixdə pul tələbinə dair iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 3800 (üç min səkkiz yüz) manat borc məbləğinin, ödəmiş olduğu vəkil xərc i 350 (üç yüz əlli) manat və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 4180 (dörd min yüz səksən) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şahbuz Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(090)-140/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iş üzrə Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın təmin olunmuş hissəsinə uyğun 10,30 (on manat, otuz qəpik) manat dövlət rüsumu və vəkil xidməti haqqı olaraq 120 manat olmaqla, cəmi 130,30 (br yüz otuz manat, otuz qəpik) manat məhkəmə xərcinin Cavabdeh alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalmış hissədə rədd olunması qət edilmişdir. Şahbuz Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(090)-140/2021 nömrəli qətnaməsində n narazı qalan İddiaçı 24 sentyabr 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(090)-140/2021 nömrəli qətnaməsini ləğv edərək iddiasının tam təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, aralarında münasibətlər yaxşı olduğundan bir dəfə Elvinin bankdan götürdüyü kredit üzrə Elvinə zaminlik etmişdir. Cavabdeh və yoldaşı Güldanə yaşadığı evə gələrək ona dedilər ki, onlara təcili pul lazımdır, onlara pul borc verilməsini xahiş etdilər. O da aralarındakı münasibətə, inam və etibara arxayın olub ilkin olaraq 300 manat borc pulu Elvinə verdi. Pulu bankdan götürü b onun pullarınının hamısını bir dəfəyə verəcəyini bildirdi. O da aralarındakı səmimiyyətə və etibara inandığından 2018-2019-cu illərdə müxtəlif zamanlarda Elvin gəlib istədikcə ona pul verməklə ümumilikdə 3800 (üç min səkkiz yüz) manat pulu borc verdi. Sonralar Elvindən dəfələrlə ona verdiyi pulu tələb etsə də o, pulunu ona vermir. Bununla bağlı Şahbuz Rayon Məhkəməsində qaldırdığı iddia əsasında aparılan araşdırmanı və verilmiş qərarı ədalətli hesab etmir. Belə ki, məhkəmə cavabdehin, şahidlərin və onun ifadələrinə düzgün hüquqi qiymət verməmiş, aparılan araşdırmaya birtərəfli mövqedən yanaşmışdır. Çünki məhkəmədə qaldırdığı iddiada ilk növbədə o, göstərmişdir ki, verdiyi borc puldan 1050 manatını cavabdeh qaytarmışdır və sonda yekun olaraq 3800 manat borcu qalmışdır və o, borcu qaldığ ı 3800 manat pulunu geri istəyir. Bundan başqa şahid X7 məhkəmədə verdiyi ifadəsində dəfələrlə bildirmişdir ki, Nailənin tərtib etdiyi 3800 manat borc məbləği olan kağızı görüşərkən Cavabdeh vermiş, o da öz növbəsində həmin rəqəmə heç bir etiraz etməmiş və Nailəyə 3800 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə şahid ifadələrini dəyişdirərək məhkəmə qətnaməsində cavabdehin xeyrinə cümlələr yazmış, cavabdehin demədiyi sözləri cavabdehin izahatı kimi göstərmiş və heç bir məhkəmə prosesində səslənməyən fikirləri qətnamədə göstərmişdir. Şahbuz Rayon Məhkəməsi nə onun, nə şahidlərin verdiyi ifadələrə düzgün hüquqi qiymət verməmiş, düzgün araşdırma aparmayaraq düzgün nəticəyə gəlməmişdir. İddiaçı məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək Şahbuz Rayon Məhkəməs inin 08 sentyabr 2021-ci il tarixli, 2(090)-140/2021 nömrəli qətnaməsinin dəyişdirilərək iddiasının rədd olunan hissədə təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasındakı izahatında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsini və Şahbuz Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(090)-140/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiy a instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Hazırki mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı və Cavabdeh arasında şifahi formada borc müqaviləsi bağlanmışdır və cavabdeh iddia tələbini qismən-1300 manatlıq hissədə qəbul edir. İddiaçı da birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə mübahisələndirmir. Apellyasiya şikayətində qeyd olunan Cavabdeh və yoldaşı Güldanənin yaşadığı evə gələrək onlara pul borc verilməsini xahiş etmələri, onun da aralarındakı münasibətə, inam və etibara arxayın olub ilkin olaraq Elvinə 300 manat borc pulu verməsi, Elvinin pulu bankdan götürüb onun pullarınının hamısını bir dəfəyə verəcəyini bildirməsi, onun da aralarındakı səmimiyyətə və etibara inandığından 2018-2019-cu illərdə müxtəlif zamanlarda Elvin gəlib istədikcə ona pul verməklə ümumilikdə 3800 (üç min səkkiz yüz) manat pulu borc verməsi, sonralar Elvindən dəfələrl ə ona verdiyi pulu tələb etsə də pulunu ala bilməməsi dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. İş materiallarında olan Cavabdeh 26 avqust 2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasındakı izahatından məlum olur ki, tərəflər arasında 2018-ci il tarixdən başlayaraq şifahi formada borc müqaviləsi bağlanmış, cavabdeh dəfələrlə iddiaçıdan müxtəlif məbləğlərdə borc pul götürmüş, həmin borc məbləğindən müxtəlif vaxtlarda 700 manat, 200 manat və 150 manat olmaqla taksi şoferi X8 vasitəsi ilə iddiaçıya geri qaytarmışdır. İddiaçı 10 avqust 2021-ci il tarixdə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə baxışı iclasındakı izahatında da 2018-ci il tarixdən başlayaraq cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə borc pul verdiyini, cavabdehin həmin borcdan müxtəlif vaxtlarda 200 manat, 700 manat və 150 manat olmaqla borcunun bir hissəsini qaytardığını, lakin 3800 manat borcu nun qaldığını qeyd etmişdir. Bununla da Cavabdeh iddiaçıdan götürdüyü borc məbləğinin hamısını deyil, yalnız yuxarıda qeyd olunan hissəsini geri qaytardığı sübut olunur. Eyni zamanda apellyasiya instansiya məhkəməsində 07 dekabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında cavabdeh ərizə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət etmiş, ərizəsində İddiaçı müxtəlif vaxtlarda 300 manat, 400 manat, 100 manat, 500 manat, 800 manat, 300 manat məbləğlərində olmaqla, ümumilikdə 2400 manat borc aldığını, bu pulların üstündə faiz olmaqla qaytardığını qeyd etmişdir. Lakin, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsində cavabdeh ərizəsində qeyd etdiyi məbləğləri geri qaytarmasını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqd im etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Cavabdeh iddiaçıya ümumiyyətl ə hər hansı borcunun qalmaması ilə bağlı irəli sürülən arqumentlə bağlı kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə bu hal da yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır; lakin məhkəməyə bu cür sübutlar təqdim edilməmişdir. Bu halla bağlı məhkəməyə sübut qismində təqdim olunan yeganə sənəd – cavabdehin iddiaçıya 1300 manat borcunun olması barədə ərizəsidir ki, həmin sənədə görə də Cavabdeh tərəfindən qalan 1100 manat məbləğinin də iddiaçıya qaytarılması ilə bağlı nəticəyə gəlmək mümkün deyil. Belə ki, iş materialları ilə iddiaçının Cavabdeh müxtəlif vaxtlarda 6000 manat pulu borc verdiyi mübahisəsiz şəkildə sübut olunur. Lakin məhkəmə kollegiyası yalnız cavabdehin bildirdiklərinə istinadla cavabdehin iddiaçıya 1300 manat borcunun qaldığı barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə və eyni zamanda iddiaçının cavabdehin ona 3800 manat borcunun qalması tələbi ilə razılaşmayaraq qeyd edir ki, nə iddiaçı, nə də cavabdeh həmin halları məhkəmədə sübut edə bilməmişlər. Belə ki, iddiaçı cavabdehin ona 3800 manat borcunun qaldığını təsdiq edəcək möhtəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya olan borcunu tam qaytardığını təsdiq edəcək heç bir sübut təqdim edilməmişdir. Tərəflərin irəli sürdükləri arqumentləri təsdiq edəcək hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu isə o deməkdir ki, Cavabdeh iddiaçıya geri ödəməli olduğu qalıq məbləğ – 2400 manat həddində məsuliyyət daşıya bilər. Birinci instansiya məhkəməsində şahid ifadələrinə münasibətdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, şahid X5 iddiaçının qardaşı, şahid X6 iddiaçının keçmiş həyat yoldaşının əmisi oğlu, şahid X2 iddiaçının qızı, şahid X7 isə iddiaçının qızı X1 müəllimi olmuşdur. Yəni şahidlərdən üçünün iddiaçının qohumu olması, digərinin iddiaçının qızının müəllimi olması onların izahatlarının sübut kimi nəzərə alınmasını şübhə altına alır. Belə ki, bu həmin şəxslərin işə baxılmasında bitərəf olmadığını göstərir. Həmçinin iddiaçı tərəfindən Cavabdeh borc pul qeyd olunan şahidlərin yanında verilməyib, onlar yalnız iddiaçının onlara dediklərinə əsaslanaraq izahat veriblər. Bunu həmin şahidlərin birinci instansiya məhkəməsində verdikləri izahatları da təsdiq edir. Apellyasiya şikayətində qeyd olunan məhkəmənin şahid ifadəl ərini dəyişdirərək məhkəmə qətnaməsində cavabdehin xeyrinə cümlələr yazması, cavabdehin demədiyi sözləri cavabdehin izahatı kimi göstərməsi və heç bir məhkəmə prosesində səslənməyən fikirləri qətnamədə göstərməsi, Şahbuz Rayon Məhkəməsinin nə onun, nə şahidlərin verdiyi ifadələrə düzgün hüquqi qiymət verməməsi, düzgün araşdırma aparmayaraq düzgün nəticəyə gəlməməsi dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Lakin nə iddiaçı, nə də iddiaçının vəkili tərəfindən bi rinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarına hər hansı qeyd verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh alınaraq İddiaçı verilməli pul məbləği hissəsində dəyişdirilməlidir. Bu nəticəyə gələrkən kollegiya onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, Şahbuz Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(090)-140/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(090)-140/2021 nömrəli qətnaməsi iş üzrə Cavabdeh tutulmalı olan borc məbləğinə, dövlət rüsumuna və məhkəmə xərclərinin cəminə aid hissədə dəyişdirilməli, Cavabdeh iddia tələbi üzrə 2400 (iki min dörd yüz) manat, iddianın təmin olunmuş hissəsinə uyğun dövlət rüs umu 18,9 (on səkkiz manat, doxsan qəpik) manat, vəkil xidmət haqqı da daxil olmaqla cəmi məhkəmə xərci olaraq 138,90 (bir yüz otuz səkkiz manat doxsan qəpik) manat pul alınaraq İddiaçı verilməli, İddiaçı apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, Şahbuz Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(090)-140/2021 nömrəli qətnaməsi digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan.... az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392 və 393-cü maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(090)-140/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(090)-140/2021 nömrəli qətnaməsi iş üzrə Cavabdeh tutulmalı olan borc məbləğinə, dövlət rüsumuna və məhkəmə xərclər inin cəminə aid hissədə dəyişdirilsin. Cavabdeh iddia tələbi üzrə 2400 (iki min dörd yüz) manat, iddianın təmin olunmuş hissəsinə uyğun dövlət rüsumu 18,90 (on səkkiz manat, doxsan qəpik) manat, vəkil xidmət haqqı da daxil olmaqla, cəmi məhkəmə xərci olaraq 138,90 (bir yüz otuz səkkiz manat doxsan qəpik) manat pul alınaraq İddiaçı verilsin. İddiaçı apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(090)-140/2021 nömrəli qətnaməsi digər hissədə dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-201/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-201/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver