Məhkəmə qərarları › İş №2(108)-202/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-202/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-202/2021 16.11.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(078)-458/2021 nömrəli qərardadından cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Naxçıvan Şəhər Məhkəməsinin (Q.N.Məmmədov) 27 sentyabr 2021-ci il tarixli, 2(078)-458/2021 nömrəli qərardadı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə Cavabde h Naxçıvan Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(078)-458/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh şikayət ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, şikayətdə Naxçıvan Şəhər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(078)-458/2021 nömrəli qərardadının ləğv edilməsi və onun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına verdiyi apellyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin şikayətə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 20 oktyabr 2021-ci il tarixdə baxılmış və verilmiş şikayət təmin olunmadığından şikayət iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına g öndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardaddan narazıdır və qərardadda göstərilən qüsurlar aradan götürülmüş və qanunla nəzərdə tutulan müddət ərzində həmin qərardaddan şikayətin verilməsi təmin edilmişdir. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 2845, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əhatəli şək ildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.K.Əliyeva) 20 avqust 2021ci il tarixli, 2(078)-458/2021 nömrəli qətnaməsi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, lakin şikayəti imzalamış şəxsin səlahiyyətlərini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması səbəbindən birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan verdiyi şikayətdə göstərilən nöqsanları aradan qaldırdığını qeyd etsə də səlahiyyətlərini təsdiq edən sənədi (Azərbaycan Respublikası MPM-in 69.3 və 73.1-ci maddələrinə əsasən bu sənədlər qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamə, xidməti vəzifəni bildirən sənəd və ya təsis sənədləridir) yenə də məhkəməyə təqdim etməmişdir və belə sənədlər iş materiallarında da mövcud deyil. Azərbaycan Respublikası MPM-in 363.1.və 363.1.1-ci maddələrinin tələbinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, y axud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətdə apellyasiya şikayətinin verilməsi zamanı yol verilmiş nöqsanların ardan qaldırılması qeyd edilsə də, kollegiya qeyd edir ki, apellyasiya şikayətinin verilməsi zamanı yol verilmiş nöqsanların ardan qaldırılması şikayətin qaytarılması barədə qəbul olunmuş qərardadın ləğv edilməsi üçün əsas deyil. Bu hal, yəni nöqsanların aradan qaldırılması apellyasiya şikayətini vermiş şəxsə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququnu verir. Belə ki, Azərbaycan Respublikası MPM-in 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Kollegiya göstərilənləri nəzərə alaraq belə hesab edir ki, şikayətdə göstərilmiş dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir və bu səbəbdən şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(078)-458/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası MPM-in 398.0 və 398.0.1-ci maddələrinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Аzərbaycan Respublikası MPM-in 263, 264, 400 və 402ci maddələrini rəhbər tutaraq kollegiya qərаr verdi: Cavabdeh şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(078)-458/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar