Məhkəmə qərarları › İş №2(108)-202/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-202/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-202/2024 26.11.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(080)-185/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün açıq məhkəmə iclasında yoxlayıb müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 10800 (on min səkkiz yüz) manat borcun və dövlət rüsumu olaraq ödədiyi 122.40 (bir yüz iyirmi iki manat, qırx qəpik) pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(080)-185/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 10800 (on min səkkiz yüz) manat məbləğində pul tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 122.40 (bir yüz iyirmi iki manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Ordubad Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(080)-185/2024 nömrəli qətnaməsininin tamamən ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmiş, mülki iş apellyasiya şikayətinə əsasən Naxçıvan Muxta r Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birli kdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-366.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360-cı (apellyasiya şikayətinin ver ilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmiş müddət keçdikdən sonra verilmiş və buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmiş, nəticədə də apellyasiya şikayəti verilməsi üçün b uraxılmış prosessual müddət bərpa edilmədən apellyasiya şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Hazırkı iş üzrə verilmiş apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə riayət edilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyil və buna görə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin: - 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla mü əyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; - 129.1-ci maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; - 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; - 363.1.3-cü maddəs inə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Mülki iş materialları nəzərdən keçirilərkən aydın olur ki, Ordubad Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(080)-185/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh 10800 (on min səkkiz yüz) manat məbləğində pul tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 122.40 (bir yüz iyirmi iki manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş məktubdan (iş vərəqə 110) göründüyü kimi həmin iş üzrə yekun məhkəmə qərarı xx.xx.2024-cü il tarixdə iddiaçının yaşayış yeri üzrə Babək rayon Yarımca kəndinə göndərilmişdi. Həmçinin iş materiallarına əlavə o lunmuş sifarişli poçt göndərişinin çatdırılması haqqında xəbərnamədən (iş vərəqə112) görünür ki, yekun məhkəmə qərarı xx.xx.2024-cü il tarixdə etibarnamə ilə Hacıyeva Leylan tərəfindən imza edilərək qəbul edilmişdir. Mülki iş materiallarından və elektron məhkəmə sistemindən göründüyü kimi qətnamənin qəbul olunmasından 1 aydan artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən şikayət verilərkən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmiş, buna baxmayaraq birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin məcburi tələblərini nəzərə almamış, müəyyən olun muş müddət keçdikdən sonra verilmiş apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq hazırki qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair şikayətə ərizə əlavə olunmalı, müddətin bərpasına dair apellyatorun dəlilləri araşdırılmalı, buraxılmış müddətin üzrlü hesab olunması üçün əsaslar mövcud olduğu halda müddət bərpa olunmalı və şikayət apellyasiya instansiya məhkəməsinə göndərilməli idi. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin müd dətlə bağlı tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün qeyri-mümkün sayılmalı və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402.2.1, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(080)-185/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və o iddiaçıy a geri qaytarılması üçün mülki işlə birlikdə Ordubad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar