Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-205/2021 24.11.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxrəddin Rüstəm oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Əli Kərim oğlundan ibarət tərkibdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun alınması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə 18 oktyabr 2021-ci il tarixli, 2(079)517/2021 nömrəli qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “18” oktyabr 2021-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bankl a Cavabdeh1 arasında bağlanmış 13 oktyabr 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh1 və Cavabdeh2 bankın xeyrinə 9202,03 (doqquz min iki yüz iki manat, üç qəpik) manat əsas, 1019,84 (bir min on doqquz manat, səksən dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10222,77 (on min iki yüz iyirmi iki manat, yetmiş yeddi qəpik) manat borcun və ödənilmiş 121,50 (bir yüz iyirmi iki manat, əlli qəpik) manat miqdarında dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin (sədrlik edən: Z.X.Əliyev)18 oktyabr 2021-ci il tarixli, 2(079)-517/2021 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddia ərizəsinin və ona əlavə ed ilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Babək Rayon Məhkəməsinin qərardadından narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyəti "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi 01 noyabr 2021-ci ildə həmin Məhkəməyə şikayətlə müraciət edərək Babək Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(079)-517/2021 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(079)-517/2021 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun alınması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin “iddia ərizəsinin geri qaytarılması” barədə 18 oktyabr 2021-ci il tarixli, 2(079)-517/2021 nömrəli qərardadından iddiaçının nümayəndəsi X1 ve rdiyi şikayət əsaslı hesab edilməyərək, şikayət mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti şikayəti onunla əsaslandırmışdır ki, şikayətdə qeyd olunanlara əsasən hesab edirlər ki, məhkəmənin 18 oktyabr 2021-ci il tarixli qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə ərizəni geri qaytararkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə istinad etmişdir. Lakin iddia ərizəsi və əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tə rəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Göründüyü kimi, məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılarkən prosessual hüquq norması düzgün tətbiq edilməmiş Azərbaycan Respublikası MPM-nin 9.1-ci və 152-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284- 5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün ça ğırılmadan baxılır Kollegiya mülki iş materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Babək Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə 18 oktyabr 2021-ci il tarixli, 2(079)-517/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forması və məzmununa dair tələblər qeyd olunmuşdur ki, həmin maddənin 149.2.3-cü bəndinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin iddia ərizəsində ərizənin məzmununa dair qeyd olunan maddənin tələblərinə əməl edilməmiş, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, eyni zamanda onları təsdiq edən sübutların siyahısı göstərilməmişdir. Həmçinin kollegiyaya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh1 və Cavabdeh2 bankın xeyrinə 9202,03 (doqquz min iki yüz iki manat, üç qəpik) manat əsas, 1019,84 (bir min on doqquz manat, səksən dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10222,77 (on min iki yüz iyirmi iki manat, yetmiş yeddi qəpik) manat borcun və ödənilmiş 121,50 (bir y üz iyirmi iki manat, əlli qəpik) manat miqdarında dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etsə də, cavabdehlərin hər birinə qarşı yönələn konkret tələbin miqdarını qeyd etməmişdir. Kollegiya şikayətdə göstərilmiş iddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməsi dəlilini müzakirə etməklə əsassız hesab edir və bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tərkibi iddia ərizəsinin forması və məzmununa dair tələblərdən ibarətdir. Şikayətdə mübahisləndirilməklə qeyd edilən iddia ərizəsinə əlavə edilmiş sənədlər isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsinin (İddia ərizəsinə əlavə edilən sənədlər) tərkibinə aiddir. Azə rbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Lakin iddiaçı tərəfindən qeyd edilən maddənin tələbinə riayət edilməyərək yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa r iayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd edilənləri nəzərə almaqla kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasına dair qərardad qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Buna görə də şikayət təmin olunmamalı, Babək Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə 18 oktyabr 2021-ci il tarixli, 2(079)-517/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkə məsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənləri və Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 402-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara a l ı r: Babək Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(079)-517/2021 nömrəli qərardadından iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin olunmasın. Babək Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(079)-517/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-205/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-205/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver