Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-206/2024 03.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), X1 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh2 Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, e2(078)-29/2024 nömrəli qərardadından verdiyi şikayətə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddia çı "xxxx" ASC-nin xeyrinə 166İK/2018 nömrəli xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsas borc üzrə 112275.1 (yüz on iki min iki yüz yetmiş beş manat on qəpik) manat, faiz borcu üzrə 40599.24 (qırx min beş yüz doxsan doqquz manat iyirmi dörd qəpik) manat olmaqla, cəmi 152874.34 (yüz əlli iki min səkkiz yüz yetmiş dörd manat otuz dörd qəpik) manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 30 (otuz) manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 443.33 (dörd yüz qırx üç manat otuz üç qəpik) manat dövlət rüsumu və 1.06 (bir manat altı qəpik) manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 60 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmlaka (Seriya RX, № 1362056, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, Cavabdeh2 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 60 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onun məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, ipoteka predmet inin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutularaq tələblərə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Problemli Kreditlərlə İş Departamentinin direktoru X3 Məhkəmə İnformasiya Sistemi vasitəsilə 12 fevral 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə göndərərək ərizədə Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 166İK/2018 nömrəli xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsas borc üzrə 112275.1 manat, faiz borcu üzrə 45138.24 manat olmaqla, cəmi 157413.34 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 30 manat məbl əğində rüsumun və xidmət haqqının, eyni zamanda 449.02 manat dövlət rüsumu və 1.46 manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 60 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmlaka (Seriya RX, № 1362058, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ei il,yüklü edilən əmlakın reyestr nömrəsi: **********7210301) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, Cavabdeh2 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 60 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmlakdan (Seriya RX, № 1362056, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 17,08.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onun məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutularaq tələblərə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(078)-29/2024 saylı qərardadı ilə ərizənin təmin edilməsi qərara alınmışdır. 22 oktyabr 2024-cü il tarixdə Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış 166İK/2018 n ömrəli, xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinin və 166İK/2018 nömrəli, xx.xx.2018-ci il tarixli İpoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, e-2(078)-29/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh2 verdiyi qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 06 noyabr 2024-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-29/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və tərəfindən "xxxx" Açı q Səhmdar Cəmiyyətinə qarşı verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 166İK/2018 nömrəli xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsas borc üzrə 112275.1 (yüz on iki min iki yüz yetmiş beş manat on qəpik) manat, faiz borcu üzrə 40599.24 (qırx min beş yüz doxsan doqquz manat iyirmi dörd qəpik) manat olmaqla, cəmi 152874.34 (yüz əlli iki min səkkiz yüz yetmiş dörd manat otuz dörd qəpi k) manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 30 (otuz) manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 443.33 (dörd yüz qırx üç manat otuz üç qəpik) manat dövlət rüsumu və 1.06 (bir manat altı qəpik) manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 60 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmlaka (Seriya RX, № 1362056, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, Cavabdeh2 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 60 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmlakdan (Seriya RX, № 1362056, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onun məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutularaq tələblərə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Problemli Kreditlərlə İş Departamentinin di rektoru X3 Məhkəmə İnformasiya Sistemi vasitəsilə 12 fevral 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə göndərərək ərizədə Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 166İK/2018 nömrəli xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsas borc üzrə 112275.1 manat, faiz borcu üzrə 45138.24 manat olmaqla, cəmi 157413.34 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 30 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 449.02 manat dövlət rüsumu və 1.46 manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 60 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmla ka (Seriya RX, № 1362058, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ei il,yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, Cavabdeh2 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 60 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmlakdan (Seriya RX, № 1362056, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 17,08.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onun məcburi qaydada çıxarılması və mənzilin boşal dılması, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutularaq tələblərə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(078)-29/2024 saylı qərardadı ilə ərizənin təmin edilməsi, iddia tələbinə Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 166İK/2018 nömrəli xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsas borc üzrə 112275.1 manat, faiz borcu üzrə 45138.24 manat olmaqla, cəmi 157413.34 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 30 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 449.02 manat dövlət rüsumu və 1.46 manat xidmət haqqının tutulması, tu tmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 60 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmlaka (Seriya RX, № 1362058, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ei il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, Cavabdeh2 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 60 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmlakdan (Seriya RX, № 1362056, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 17,08.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********7210301) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onun məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalanməbləğin Cavabdeh2 tutularaq tələblərə ödənilməsi həddində baxılması qərara alınmışdır. Tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış 166İK/2018 nömrəli, xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinin və 166İK/2018 nömrəli, xx.xx.2018-ci il tarixli İpoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-29/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə qarşılıql ı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-29/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı qanunsuz və əsassızdır və bu səbəbdən ləğv olunmalıdır. Belə ki, məhkəmə qərardadını MPM-nin 154-cü maddəsi ilə əsaslandıraraq, qarşılıqlı iddia vermə müddətinin ötürüldüyünü bildirmiş və qarşılıqlı iddianı geri qaytarmışdır. Məhkəmə ona bildiriş göndərildiyini bildirsə də, qeyd edilən məhkəmə bildirişləri ona çatmamışdır. Belə bir məhkəmənin olduğundan yalnız xx.xx.2024-cü il tarixdə asan imza əldə etdikdən sonra məlumatı olmuşdur ki, xx.xx.2024-cü il tarixdə də, yəni 1 gün sonra tərəfindən qarşılıqlı iddia verilmişdir. Göründüyü kimi, tərəfindən prosessual müddət ötürülməmişdir. Lakin məhkəmə bunu nəzərə almamış və pros essual hüququnu pozmuşdur. Bundan başqa məhkəmə bildirmişdir ki, “Cavabdeh2 tərəfindən qarşılıqlı iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə göndərilsə də pdf formatında yerləşdirilmişdir.” Məhkəmənin bunu nəyi əsaslandırmaq məqsədi ilə yazdığını anlamasa da, bildirir ki, “Elektron məhkəmə” informasiya sistemində qarşılıqlı iddianın verilməsi adi iddianın verildiyi forma kimi olmadığından, qarşılıqlı iddianı yalnız əlavə sənəd yükləmək kimi pdf formatında yerləşdirmək mümkündür. Ərizəçi Cavabdeh2 şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267, 268 və 269.2-cu maddələrinə istinad edərək sonda Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-29/2024 saylı xx.xx.2024-cü il tarixli, qərardadının ləğv edilərək tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 7 noyabr 2024-cü il tarixli, e-2(078)-29/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, mülki işin materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası mə hkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla ərizəçi Cavabdeh2 verilmiş şikayətlə bağlı izahatını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilsə də, ərizəçi tərəfindən kollegiyaya şikayətə dair izahat daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki-Pros essual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155.1-ci maddəsinin məzmununa görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surəti ni aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156-cı maddəsinə əsasən qarşılıqlı iddianın məhkəmə tərəfindən qəbul edilməsinin üç şərti müəyyən olunmuşdur: a) qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməli: b) qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmalı: c) qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnərsə. Göründüyü kimi, həmin normalar qarşılıqlı iddianın qəbul edilməsinin şərtləri ni müəyyən etmişdir. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Kollegiyada işin araşdırılması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 07 sentyabr 2023-cü il tarixli, e-2(078)-1285/2023 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmiş, ona iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 154-cü maddəsinin tələblərinə cavab verən iddiaya etirazını, ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddia ya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etməsi, qarşılıqlı iddianı da həmin müddət ərzində verməli olması izah olunmuş, buna baxmayaraq cavabdehin onlara qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu, həmçinin qarşılıqlı iddia ərizəsi məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsil ə həyata keçirilir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 tərəfindən qarşılıqlı iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilmədiyini, həmçinin Cavabdeh2 tərəfindən qarşılıqlı iddia ərizəsinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə göndərilsə də pdf formatında yerləşdirilməsini nəzərə alaraq qarşılıqlı ərizənin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. İş materiallarından da aydın olmuşdur ki, Cavabdeh2 tərəfindən qarşıqlı iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə göndərilsə də pdf formatında yerləşdirilmişdir. Kollegiya şikayətin dəlillərinə məcmu şəklində qiymət verərək qeyd edir ki, ərizəçi Cavabdeh2 şikayətdə Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-29/2024 saylı xx.xx.2024-cü il tarixli, qərardadının ləğv edilməsinə dair gətirdiyi dəlillər həmin qərardadın ləğv edilməsi üçün əsas sayıla bilməz. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi 24 oktyabr 2024-cü il tarixli, e-2(078)-29/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh2 verdiyi qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasının qərara alınmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.0 və 398.0.2-ci maddələrinə əsasən apellyasiya insta nsiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən kollegiya, Naxçıvan Şəhər Məhkəməsinin cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin geri qaytarılması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, e-2(078)-29/2024 nömrəli qərardadından ərizəçi Cavabdeh2 tərəfindən verilmiş şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmədiyindən və şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, e-2(078)-29/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərаrverdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh2 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasına dair Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli e-2(078)-29/2024 nömrəli qərardadından verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli e-2(078)-29/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-206/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-206/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver