Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-208/2021 22.11.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(110)-482/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü yoxlayıb müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Şərur rayon M.Mehrab kənd sakini Cavabdeh 25000 ABŞ dolları məbləğində verdiyi pulun və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çı xarılmasını məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(110)-482/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Şərur rayon M.Mehrab kənd sakini Cavabdeh 5000 (beş min) ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla tutularaq Babək rayon Sirab kənd sakini İddiaçı ödənilməsi, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz bir) manat dövlət rüsumunun 6 (altı) manatının da Şərur rayon M.Mehrab kənd sakini Cavabdeh alınaraq iddiaçıya ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasın a müraciət edərək Şərur Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(110)-482/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddiasının tam təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə 22 noyabr 2021-ci il tarixə, saat 11:00-a təyin edilmiş məhkəmə baxışı iclasındakı izahatında İddiaçı verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməklə məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə mülki iş materiallarını araşdırarkən aydın olur ki, iş üzrə İddiaçı tərəfindən Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına 08 oktyabr 2021-ci il tarixdə apellyasiya ş ikayəti verilmiş və apellyasiya şikayəti ilə müraciət edən zaman buraxılmış müddətin bərpası haqqında ərizə üzrə 15 (on beş) AZN manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun keçid müddəalarına görə bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir və bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinin tələbinə görə isə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Göründüyü kimi, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə yuxarıda qeyd edilmiş əlavə və dəyişikliklər qanuni qüvvəyə mindikdən sonra verilmişdir. Ona görə də, hazırki iş üzrə apellyasiya şikayətinin mümkünlük məsələsi həll edilərkən Mülki Prosessual Məcəlləyə edilmiş yuxarıda qeyd olunan əlavə və dəyişikliklərin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilən zaman qanunvericiliyin tələbinə əsasən müəyyən edilmiş 217, 5 ( iki yüz on yeddi manat beş qəpik) manat miqdarında dövlət rüsumunun 50 faizi həcmində, yəni 108, 75 (bir yüz səkkiz manat yetmiş beş qəpik) manat miqdarında dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi iddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən qanunvericiliklə müəyyən edilmiş miqdardan az məbləğdə dövlət rüsumu ödənilmişdir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən apellyasiya şikayəti verilən zaman ödənilən 15 manat miqdarında dövlət rüsumunun təyinatı olaraq “buraxılmış müddətin bərpası haqqında ərizə” qeyd edilmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən dövlət rüsumunun təyinatı olaraq apellyasiya şikayəti qeyd edilməli idi. Azərbaycan Respublikası MP M-in 363.1.1-1 və 363.1.2-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, biri nci instansiya məhkəməsi verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan həmin maddənin tələbinə cavab verməyən apellyasiya şikayətini baxılması üçün göndərmişdir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərinə əməl edilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyil və buna görə də apellyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 358.0.3, 365, 366 və 405.0. 2-ci maddələrini rəhbər tutaraq kollegiya qərara a l ı r: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(110)-482/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-208/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-208/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver