Məhkəmə qərarları › İş №2(108)-21/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-21/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-21/2025 07.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Mehman Dünyamalı oğlu və X1 ibarət tərkibdə İddiaçı cavabdehlər X3 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması tələbi”nə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(078)-1561/2024 nömrəli qərardadından Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 ASC-nin Naxçıvan MR Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 23 oktyabr 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh2 ASC-nin Naxçıvan MR Baş İdarəsi arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 04 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, cavabdehlər X2 və Cavabdeh2 ASC-nin Naxçıvan MR Baş İdarəsinə qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, iddia ərizəsində texniki səhvlik nəticəsində digər cavabdehin Cavabdeh2 ASC-nin Naxçıvan filialı əvəzinə Cavabdeh2 ASC-nin Naxçıvan MR Baş İdarəsi kimi göstərildiyini, digər cavabdehin Cavabdeh2 ASC-nin Naxçıvan filialı olaraq nəzərə alınmasını xahiş etmişdir. Həmçinin Naxçıvan Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tar ixli, 2(078)1561/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər X3 və Cavabdeh2 ASC-nin Naxçıvan filialına qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Cavabdeh2 ASC-nin Naxçıvan filialının əsl Cavabdeh2 ASC ilə əvəz edilməsi qərara alınmışdır. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 16 noyabr 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə müraciət edərək mülki işin ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(078)-1561/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər X3 və Cavabdeh2 ASC-nin Naxçıvan filialına qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 ərazi aidiyyətinin dəyişdirilməsi barədə vəsatəti rədd edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(078)-1561/2024 nömrəli qərardadından cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 tərəfindən 12 dekabr 2024-cü il tarixdə şikayət verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(078)-1561/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər X3 və Cavabdeh2 ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Cavabdeh2 ASC-nin nümayəndəsi X4 Naxçıvan Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(078)-1561/2024 nömrəli qərardadından verdiyi şikayət əsaslı hesab edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh "xxxx" ASC-nin n ümayəndəsi X6 tərəfindən 12 dekabr 2024-cü il tarixdə verilmiş şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi Nümayəndə 04 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, cavabdehlər X2 və Cavabdeh2 ASC-nin Naxçıvan MR Baş İdarəsinə qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, iddia ərizəsində texniki səhvlik nəticəsində digər cavabdehin Cavabdeh2 ASC-nin Naxçıvan filialı əvəzinə Cavabdeh2 ASC-nin Naxçıvan MR Baş İdarəsi kimi göstərildiyini, digər cavabdehin Cavabdeh2 ASC-nin Naxçıvan filialı olaraq nəzərə alınmasını xahiş etmişdir (barəsində şikayət verilən qarardadın 1-ci səhifəsi). Bundan başqa ba rəsində şikayət verilən qərardadın əsaslandırma hissəsində o da qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsindən də görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsində cavabdeh qismində Cavabdeh2 ASC-nin Naxçıvan filialını göstərmişdir. Məhkəmə qeyd olunan halı nəzərə alaraq haqlı olaraq iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul etmişdir. Göründüyü kimi iddia ərizəsi icraata götürülərkən cavabdehin ünvanı məlum olmuşdur....Qeyd olunan halı nəzərə alan məhkəmə cavabdehin diqqətinə çatdırır ki, qanunvericiliyin tələbinə əsasən hüquqi şə xsin ünvanının olduğu yer üzrə məhkəmənin icraatına daxil olmuş mülki iş icraatda olarkən cavabdehin əsl cavabdehlə əvəz olunması həmin mülki işin əsl cavabdehin hüquqi ünvanı üzrə məhkəməyə göndərilməsi üçün əsas deyildir (barəsində şikayət verilən qərardadın 2-ci səhifəsi). Barəsində şikayət verilən qərardadın 3-cü səhifəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Barəsində şikayət verilən qərardadda işin faktiki halları düzgün tədqiq edilməmiş, qərardad əsaslandırılarkən qanunvericiliyin tələbləri pozulmuşdur. İddia ərizəsində cavabdeh qismində Babək şəhəri Cəhri kəndində yaşayan X5 formal olaraq qeyd edilsə də, iddiada Şəfa İsmayılovaya qarşı heç bir tələb yoxdur. Bu isə o deməkdir ki, iş üzrə real cavabdeh yalnız Cavabdeh2 ASC olmalıdır. Digər cavabdeh qismində isə Cavabdeh2 ASC-nin Naxçıvan MR Baş İdarəsi göstərilmişdir. Elektron məhkəmə kabinetinə cavabdeh olaraq Cavabdeh2 ASC-nin Naxçıvan filialı” qeyd edilsə də, həmin sözlərin bütün hərfləri böyük hərflə yazılmayıb. Bu isə ona görə baş verib ki, elə adlı prosessual fəaliyyət qabiliyyətli şəxs yoxdur və bu səbəbdən də sistem elə adlı şəxs tapmayıb. Bu isə onu göstərir ki, məhkəmə işi icraata qəbul edəndə artıq mövcud olmayan cavabdehin olduğunu bilirdi və bu səbəbdən də iş icraata qəbul ediləndə məhkəmə aidiyyat qaydalarına riayət etməmişdir. Bundan başqa məhkəmə qərardadında hadisənin törəmə müəssədə baş verdiyini rəhbər tutaraq, vəsatəti təmin etməmişdir. Qeyd edirlər ki, MM-nin 53.2-ci maddəsində qeyd edilir ki, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. MM-nin 67.1-ci maddəsində isə qeyd edilir ki, təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olur. Göründüyü kimi qanunvericilik filial və törəmə cəmiyyət anlayışlarını fərqləndirir və MM-nin 35.2-ci maddəsi isə məhz törəmə müəssisəni istisna etmişdir. İndiki halda isə müqavilə filialda bağlanılmışdır. Bundan başqa cari iddia ərizəsində mübahisələndirilən müqavilə bağlanılması Naxçıvan filialının deyil, bütün Cavabdeh2 ASC-nin fəaliyyətindən irəli gəlmişdir. Belə ki, həmin tip müqavilələrin müddəaları bütövlüklə Bankın siyasəti nəticəsində müəyyən edilir. Göründüyü kimi iddia məhkəməyə daxil olandan məhkəməyə iddianın cavabdeh ola bilməyəcək struktur bölməsinə qarşı yönəldiyini, cavabdehinsə ünvanın Bakı şəhərində olduğunu və iddianın icraata götürülərkən aidiyyatın pozulduğunu (cavabdehlərdən birinə qarşı tələb yoxdur, digər cavabdehinsə ünvanı fərqlidir) bilirdi. Barəsində şikayət verilən qərardadda o da qeyd edilmişdir ki, cavabdeh əsl cavabdehlə əvəz edildiyi hallarda ərazi aidiyyəti dəyişdirilmir. MPM-nin 54-cü maddəsi cavabdehin dəyişdirilməsi məsələsini tənzimləyir. Həmin maddədə də qeyd edilib ki, cavabdehin dəyişdirilməsi bir şəxsin digər şəxslə əvəz edilməsi hallarında baş verir. Cari iddia ərizəsində isə cavabdeh kimi qeyd edilmiş Cavabdeh2 ASC-nin Naxçıvan MR Baş İdarəsi, nə də Cavabdeh2 ASC-nin Naxçıvan filialı qanunvericilik baxımından şəxs sayıla bilməz. Buradan da aydın olur ki, cari iş üzrə ümumiyyətlə cavabdehin əvəz edilməsi qanunvericilik prizmasından mümkün deyil. Şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2, 44, 54.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi verilən qərardaddan şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər X3 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün izahat və sübutların bildirişdə göstərilən tarixədək təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı və cavabdeh tərəf sübut və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 şikayətində göstərdiyi dəlilləri mülki işin materialları ilə əlaqəli şəkildə yoxlayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan kredit müqaviləsindən göründüyü kimi iddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixdə GTK3935217A500 saylı kredit m üqaviləsi bağlanılmış və iddiaçıya istehlak məqsədləri üçün kredit verilmişdir. Eyni zamanda müqaviləyə əsasən icra yerinin də Naxçıvan şəhəri olduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmçinin, həmin Məcəllənin 36.11-ci maddəsinə uyğun olaraq icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Qeyd edilməlidir ki, vəsatət rədd edilərkən birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə, “Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.” Müddəasına istinad edilmişdir. Kollegiya bununla əlaqədar qeyd edir ki, iddia qaldırılarkən ərazi aidiyyəti düzgün seçilmiş və məhkəmənin işi icraata götürən zaman ərazi aidiyyəti qaydalarının pozulması halları baş verməmişdir və sonradan da ərazi aidiyyatının dəyişdirilməsinə səbəb olacaq hər hansı hal mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kоllеgiyа yuxarıda qeyd olunanları nəzərə аlаrаq bеlə hesab edir ki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd edilən müddə alarına uyğun olaraq hazırki iddia tələbinə Naxçıvan Şəhər Məhkəməsində baxılması qanuna uyğundur və birinci instаnsiyа məhkəməsi İddiaçı cavabdehlər X3 və Cavabdeh2 ASC-nin Naxçıvan filialına qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 ərazi aidiyyətinin dəyişdirilməsi barədə vəsatətini rədd etməkdə haqlı olmuşdur. Qeyd olunanları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması tələbi”nə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(078)-1561/2024 nömrəli qərardadından Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıv an Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(078)-1561/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması tələbi”nə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(078)-1561/2024 nömrəli qərardadından Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(078)-1561/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar