Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-212/2021 13.12.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin qaytarılması barədə Şərur Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(110)-419/2021 nömrəli məktubuna baxaraq müəyyən etdi: İddiaçı ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Şərur rayon Çəmənli kənd sakini Cavabdeh 4 illik məhsulun qarşlığı olan 32000 manat məbləğində pulun, 30000 manat məbləğində bağın artan dəyərinin və dövlət rüsumu olaraq ödədiyi 30 manat olmaqla, ümumilikdə 62030 manat məbləğində pulun alınıb ona verilməsi, ödəyə bilmədiyi təqdirdə isə dəyər artımı kompensasiya edilənədək icarə hüquq münasibətlərinin əvvəlki şərtlər əsasında davam etdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin (sədrlik edən S.Ə.Qarayev) 15 oktyabr 2021-ci il tarixli, 2(110)-419/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Şərur rayon Çəmənli kənd ərazisində yerləşən JN-119 Kod 10205058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdeh mülkiyyətinə verilmiş 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin artan dəyəri olan 18000 (on səkkiz min) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, dəyər artımı kompensasiya edilənədək icarə hüquq münasibətlərinin əvvəlki şərtlər əsasında davam etdirilməsi, İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ö dənilmiş 30 manat dövlət rüsumunun 8.70 (səkkiz manat yetmiş qəpik) manatının da Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, lakin Şərur Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli qərardadı ilə şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Məhkəmənin qətnaməsindən narazı qalan digər tərəf-İddiaçı apelyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət etmiş, mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuş, mülki kollegiyanın 10 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət mümkün hesab edilmişdir. Şərur Rayon Məhkəməsinin mülki kollegiyaya ünvanlanmış və 10 dekabr 2021-ci il tarixdə daxil olmuş 07 dekabr 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etdiyindən vəsatətə baxılması üçün mülki işin Şərur Rayon Məhkəməsinə göndərilməsi xahiş olunur. Kollegiya həmin məktubu nəzərə alaraq qeyd edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(110)-419/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 10 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş Şərur Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından ç ıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. İşin hazırkı hallarından görünür ki, cavabdeh apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpası ilə bağlı vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmişdir (qanunvericiliyin tələbinə əsasən apellyasiya şikayəti də vəsatətlə birlikdə birinci instansiya məhkəməsinə verilməlidir). Belə olan təqdirdə birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilibedilməməsi məsələsinin həll edilməsi ilə bərabər müvafiq apellyasiya şikayətinin də baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilib-göndərilməməsi məsələsini də həll etməlidir. Bu hal həmin vəsatətə baxılmadan iş üzrə apellyasiya instansiyasında növbəti prosessual hərəktlərin həyata keçirilməsini mümkünsüz edir. Odur ki, işin icraata qəb ul edilməsini özündə ehtiva edən Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(110)-419/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 dekabr 2021-ci il tarixli qərardadı apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsinin müəyyən edilməsi əsası ilə ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmaqla mülki iş Şərur Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsində apellyasiya şikayətinin icraata qəbul qərardadının digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsinin müəyyən edilməsi ə sası ilə ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilməsi imkanı nəzərdə tutulmur. Kollegiya göstərilənlərə əsaslanıb və Azərbaycan Respublikası MPM-in 263, 264 və 402-ci maddələrini rəhbər tutub qərara alır: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(110)-419/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə 10 dekabr 2021-ci il tarixli, 2(108)-212/2021 nömrəli qərardadı ləğv edilsin və iş apellyasiya baxışından çıxarılsın. Mülki iş Şərur Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-212/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-212/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver