Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-216/2024 09.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, iddiaçı “Azər-Türk Bank“ Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun alınması” tələbi barədə mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, e-2(110)-969/2024 nömrəli qərardadından iddiaçı “Azər-Türk Bank“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı “Azər-Türk Bank“ Açıq Səhmdar Cəmiyyəti 17 sentyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10162.55 (on min yüz altmış iki manat əlli beş qəpik) manat əsas, 0.88 (səksən səkkiz qəpik) manat faiz, cəmi 10163.43 (on min yüz altmış üç manat qırx üç qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 120.89 (bir yüz iyirmi manat səksən doqquz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, e-2(110)-969/2024 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun alınması” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmış, ərizə baxılmamış saxlanıldığından İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə Hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 120.49 (bir yüz iyirmi manat qırx doqquz qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılmışdır. Şərur Ra yon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, e-2(110)-969/2024 nömrəli qərardadından narazı qalan iş üzrə İddiaçı ASC xx.xx.2024-cü il tarixdə şikayətlə Şərur Rayon Məhkəməsinə müraciət edərək Şərur Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, e-2(110)-969/2024 nömrəli qərardadının ləğv edilməsini, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(110)-969/2024 nömrəli qərardadı ilə iddiaçı “Azər-Türk Bank“ Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun alınması” tələbi barədə mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 01 noyabr 2024cü il tarixli, e-2(110)-969/2024 nömrəli qərardadından iddiaçı “Azər-Türk Bank“ Açıq Səhmdar Cəmiyyətinin n ümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət 7 gün müddətində 2(110)-969/2024 saylı mülki iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. İddiaçı “Azər-Türk Bank“ Açıq Səhmdar Cəmiyyəti şikayətdə qeyd etmişdir ki, AR MPM-nin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Məhkəmə cavabdehin də mövqeyini öyrənmək onların iştirakını təmin etmək üçün müvafiq tədbirlər görə bilərdi. Beləliklə, məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 4 iyun 2018-ci il tar ixli Qərarı ilə əsaslandırmışdır. Həmin qərarın nəticəvi hissəsində göstərilmişdir ki, vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında kreditora zaminə və ya vərəsəyə qarşı iddia qaldırmaqda seçim hüququ verilmişdir. Qanunvericilikdə kreditorun vərəsələrə qarsı iddia qaldırmadan zaminə qarsı tələb irəli sürməsini qadağan edən norma yoxdur. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Məhkəmə tərəfindən MPM-nin 51-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə işin faktiki hallarını araşdırmadan düzgün nəticəyə gəlməmişdir. Apellyator şikayətin hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 11.5-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 9.3, 51.1 və 259.0.1-ci maddələrinə, AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilm əsinə dair 4 iyun 2018-ci il qərarına istinad etmişdir. Apellyator sonda Şərur Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, e-2(110)-969/2024 nömrəli qərardadının ləğv edilməsini, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla tərəfə verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutu lmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlill ərini mülki işin materialları ilə qarşılıqlı tədqiq edib, onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Şərur Rayon Məhkəməsinin 01 noyabr 2024cü il tarixli, e-2(110)-969/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya iş üzrə iddiaçı “Azər-Türk Bank“ Açıq Səhmdar Cəmiyyətinin verdiyi şikayətdə qeyd etdiyi AR MPM-nin 9.3-cü maddəsinə əsasən hakimin bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli olması, məhkəmənin cavabdehin də mövqeyini öyrənmək onların iştirakını təmin etmək üçün müvafiq tədbirlər görə bilməli olması, beləliklə, məhkəmə tərəfindən çəkişmə prinsipinin pozulması, Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında kreditora zaminə və ya vərəsəyə qarşı iddia qaldırmaqda seçim hüququnun verilməsi, qanunvericilikdə kreditorun vərəsələrə qarşı iddia qaldırmadan zaminə qarşı tələb irəli sürməsini qadağan edən normanın olmaması, iddianın müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilməsi, iddiaçıların və ya cavabdehlərin hər birinin digər tərəfə dair prosesdə müstəqil çıxış etməsi, məhkəmə tərəfindən MPM-nin 51-ci maddəsinin tələblərinin pozulması, məhkəmənin işin faktiki hallarını araşdırmadan düzgün nəticəyə gəlməsi dəlillərini əsassız hesab edərək ilk öncə qeyd edir ki, iş materiallarına nəzər yetirdikdə gör ünür ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh ünvanına məhkəmə bildirişləri, həmçinin mobil telefon nömrəsinə SMS göndərilərək məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Kollegiya birinci instansiya məhkəməsinin ərizənin baxılmamış saxlanılması barədə gəldiyi nəticə ilə razılaşaq qeyd edir ki, iddiaçı “Azər-Türk Bank“ Açıq Səhmdar Cəmiyyəti zaminə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməmişdən əvvəl ölmüş əsas borclunun vərəsələrinin dairəsini müəyyən edərək ilk öncə kredit müqaviləsi üzrə yaranmış borcu borclunun vərəsələrindən tələb etməli, vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, bundan sonra iddiaçı pozulmuş mənafeyinin təmin edilməsi üçün zaminə qarşı məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı bu qaydaya əməl etməmiş, bu qaydanı tətbiq etmək imkanını itirməmişdir. Belə ki, AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılır; Beləliklə, kollegiya hesab edir ki, iddiaçı “Azər-Türk Bank“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir. Məhz bu səbəbdən və şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Şərur Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, e2(110)-969/2024 nömrəli qərardadı dəyişdir ilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı “Azər-Türk Bank“ Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun alınması” tələbi barədə mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, e-2(110)-969/2024 nömrəli qərardadından iddiaçı “Azər-Türk Bank“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin olunmasın. Şərur Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, e-2(1 10)-969/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-216/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-216/2024
09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver