Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-22/2024 13.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X2 (sədrlik edən və məruzəçi), Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Cavabdeh2 vəkilnümayəndəsi Vəkil iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər - Cavabdeh2 və Əmanətlərin Sığortalanması Fonduna qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbi barədə mülki iş üzrə Şərur Rayon Məhkəməsinin e-2(110)-889/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19 ) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər - Cavabdeh2 və Əmanətlərin Sığortalanması Fondundan zərərçəkmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 8894,00 manat məbləğində vəsaitin, 108,94 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-yə məxsus, Cavabdeh2 tərəfindən idarə olunan ** JS *** dövlət qeydiyyat nişanlı, “SHAAN XİSX3314DR366” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanm ış ** PB *** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 təqsirli bilinmişdir. Sığortalı ** PB *** dövlət qeydiyyat nişanlı, “Toyota Hilux” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. ** PB *** dövlət qeydiyyat nişanlı, “Toyota Hilux” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 8894,00 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən sığortalı d əymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 8894,00 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası olmadığından 8894,00 manat cavabdeh(lər)dən tələb olunmuşdur... Göründüyü kimi "xxxx" ASC tərəfindən nəqliyyat vasitəsinin bərpası üçün ödənilmiş 8894,00 manat məbləğində vəsait "xxxx" ASC-nin əmlakı ilə onun işçisi tərəfindən vurulduğundan və "xxxx" ASC ləğv olunduğundan Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 tərəfindən geri qaytarılmalıdır. İddiaçı iddia ərizəsində Azərbaycan Respubikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.2, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1099.1 və 1108.1-ci maddələrinə istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şərur Rayon Məhkəməsinin (hakim Seymur Qarayev) e-2(110)-889/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 8894 manat sığorta ödənişi, 108.94 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 9003.34 (doqquz min üç manat otuz dörd qəpik) manat məbləğində pulun alınaraq iddiaçı "Paşa Sığorta” ASC-yə ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, "Toyota Hilux” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. 133245 nömrəli sığorta aktın dan görünür ki, Cavabdeh2 idarə etdiyi "SHAAN XİSX3314DR366” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomobillə "KALYON RSY İNŞAAT ADİ ORTAKLİĞİ TİCARİ İŞLETMESİ” şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus "Toyota Hilux” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil Füzuli rayonunun Horadiz qəsəbəsində toqquşmuş və Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində İnzibati tənbeh vermə haqqında qərara əsasən 40 manat inzibati cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı "Toyota Hilux” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın təmiri üçün çəkilmiş xərclər 8894.00 manat müəyyən edilmişdir. "PAŞA Sığorta” ASC tərəfindən həmin məbləğin ödənməsi təmin edilmişdir. Beləliklə d ə, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "PAŞA Sığorta” ASC-nin iddia tələbi vurulmuş ziyanın əvəzi kimi sığortalıya etdiyi sığorta ödənişi həcmində pulun subroqasiya qaydasında Cavabdeh2 tutulması hissəsində əsaslıdır. Eyni zamanda məhkəmə iddia tələbi üzrə vurulmuş ziyanın əvəzi kimi sığortalıya etdiyi sığorta ödənişi həcmində pulun digər cavabdeh qismində cəlb etdiyi Əmanətlərin Sığortalanması Fondundan tutulması ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə tədqiqatı zamanı Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, Cavabdeh2 idarə etdiyi "SHAAN XİSX3314DR366” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomobil 26 may 2016-cı il tarixli, 12/16 saylı alqı-s atqı müqaviləsi əsasında "DəmirBank” ASC tərəfindən 4000 manata X1, sığorta hadisəsi baş verən zaman artıq həmin avtomobil ləğv edilmiş "DəmirBank ASC-nin mülkiyyətində olmadığından ləğv edilmiş "DəmirBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hazırki iddia tələbinə cavab verəcək şəxs deyildir. Ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir... İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 108.94 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla, ümumilikdə 109.34 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir”. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 və 23.1.6-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1108.1 və 1114.1-ci, Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 14.2, 77.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh2 vəkil-nümayəndəsi Vəkil apelyasiya şikayəti verməklə həmin şikayətin təmin olunaraq Şərur Rayon Məhkəməsinin e-2(110)-889/2023 nömrəli, 25 oktyabr 2023cü il tarixli qətnaməsinin tamamilə ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “cavabdeh çıxarılmış olan bu qətnamə ilə qəti şəkildə razılaşmır. Belə ki, onun idarə etdiyi yük avtomobili FüzuliCebrayıl rayonlarında aparılan tikinti işləri üçün istifadə edilmişdir. Nü mayəndəsi olduğu şəxs də həmin avtomobillə həmin tikinti işlərində iştirak etmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi baş verən yolda heç bir yol nişanı olmamış və bunu həmin əraziyə gələn polis əməkdaşları da görmüşlər. Hadisə təxminən 2 il əvvəl baş vermiş, polis əməkdaşları tərəfindən məsələnin həll edildiyi nümayəndəsi olduğu şəxsə bildirilmiş və o da bu məsələnin bağlandığını bilmişdir. Lakin iki ildən sonra müvafiq iddia tələbi ilə məhkəməyə müraciət olunmuş, sığortalı sığorta aktına əsasən müəyyən olunmuş dəymiş ziyan məbləği ilə razı olmadığndan avtomobil təmirə yönəlmiş və nəticə etibarı ilə də müvafiq sığorta şirkəti həmin məbləği subroqasiya gaydasında ondan tələb edir. Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər): “Yol hərəkəti haq qında” Azərbaycan Respublikasının Qanunu - Maddə
7. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri və əsas istiqamətləri 1) yol hərəkətinin təşkilində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi; 4) avtomobil yollarında yol hərəkəti üçün sərfəli və rahat şəraitin yaradılması; 5) avtomobil, şəhər yerüstü elektrik nəqliyyatının və yol təsərrüfatı fəaliyyətinin nizama salınması. Belə ki, işə baxan birinci instansiya məhkəməsi hadisənin baş verməsini ümumiyyətlə araşdırmamış (hansı ki, tərəflərin heç biri mülki işin gedişində heç bir məhkəmə prosesində iştirak etməmişlər) həmin yolda yol nişanlarının olub-olmaması məsələsinə aydınlıq gətirilməmiş, bunun üçün müvafiq polis idarəsinə heç bir sorğu göndərməmiş, sadəcə bir neçə maddi hüquq normasına əsaslanmaqla qətnamə qəb ul etmişdir. Yəni hadisə necə baş verib, sığortalı "sığorta aktı” na əsasən müəyyən olunmuş məbləğlə nə üçün razılaşmamış və s. kimi hallar araşdırılmamışdır. Yuxarıda qeyd etdiyi kimi müvafiq qanuna əsasən yol nişanları olmayan yerlərdə hadisə baş verən zaman təqsirin kimdə olması müəyyən oluna bilmir və bu səbəbdən də həmin məbləğin sığorta şirkəti tərəfindən nümayəndəsi olduğu şəxsdən tələb edilməsi fikirlərincə əsassızdır”. Güründüyü kimi apelyator maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin İİ hissəsinin “1”, “4” və “5”-ci bəndlərinə istinad etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatl arı, sübutların tədqiqi İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, iddiaçının və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri, Cavabdeh2 heç bir məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki-Prossesual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə həmin şəxslərin iştirakları olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən imzalanaraq 2 fevral 2024-cü il tarixdə elektron qaydada kollegiyaya daxil olmuş ərizədə göstərilmişdir ki, “İş üzrə verilmiş şikayətlə tanış olduq, verilmiş şikayətlə razı deyilik. Belə ki, tərəfimizdən verilmiş iddia ərizəsi baş vermiş yol-nəqliyyat hadisəsinin həqiqiliyini əks etdirən mövcud sübutlara əsaslanmışdır. Cavabdeh baş vermiş hadisə ilə bağlı m üvafiq dövlət orqanının əməkdaşları tərəfindən inzibati xəta törətdiyinə görə təqsirli bilinmiş və cərimə edilmişdir. Qərar üzrə cərimə cavabdeh tərəfindən ödənilmişdir. Hazırda məhkəmədə olan iddiamız üzrə tərəf həmin qərarı mübahisələndirə bilməz. Ona görə də hesab edirik ki, birinci instansiya məhkəməsi tam əsaslı qətnamə çıxararaq iş üzrə əlavə olunmuş sübutlara əsaslanmaqla iddianı cavabdehə münasibətdə təmin etmişdir. Xahiş edirik verilmiş şikayəti təmin etmədən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamənin dəyişdirilmədən saxlanması barədə qətnamə çıxarasınız”. Cavabdeh2 vəkil-nümayəndəsi Vəkil apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verməklə göstərdi ki, işə baxarkən birinci instansiya məhkəməsi tərəfindən hadisə yerində yol işarələrinin olub-olmaması, həmin va xt hadisə baş verən yerin təmir-tikinti ərazisi olması, orada - tikintinin getdiyi yerdə ərazinin torpaqlı olması, ümumiyyətlə asfalt örtüyünün olmaması, bu səbəblərdən heç bir yol-nəqliyyat hadisəsinin gözlənilməməsi nəzərə alınmamış, digər maşına ziyan dəyməsi araşdırılmamışdır. Cavabdeh2 ona dediyinə görə o, yük avtomobilini saxlayıb yükünü boşaltdıqdan sonra hərəkətdə olan bir avtomobil onun avtomobilinə çırpılmış və həmin avtomobilin sürəti də çox olmuşdur. Hadisə yerində polis əməkdaşları tərəfindən protokol tərtib edilərkən cavabdehə bununla da məsələnin bağlandığı, yalnız inzibati xəta olduğu, yol-nəqliyyat hadisəsinə xitam verildiyi bildirilmiş, cavabdeh də həmin protokolla razılaşaraq 200 manat cəriməni ödəmiş və elə bilmişdir ki, hadisə yerində bu məsələ öz həllini tapmışdır. Hə min vaxt cavabdeh işlədiyinə və əmək haqqı aldığına görə inzibati protokolu da mübahisləndirməmiş və şikayət də etməmişdir. Həmin hadisənin üstündən 2 il keçdikdən sonra iddiaçı tərəf cavabdehə qarşı iddia qaldırmışdır. Bu müddət ərzində cavabdeh tərəf, əgər həmin hadisədən sonra ziyanın olduğunu bilsəydi, həmin protokolla razılaşmazdı və ən azından qarşı tərəfə - digər avtomobilin sürücüsünə qarşı iddia qaldırmış olardı. Ona görə bu hadisədən 2 ildən sonra "xxxx" tərəfindən bu iddianın qaldırılması cavabdehə məlum deyil. Onlar bu səbəbdən Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apelyasiya şikayətinin təmin olunmasını xahiş edirlər. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdi r. Həmin sənədlərin məzmununa istinad olunur. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınm aqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən,... və i.a. istifadə edilməsi;...) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Sığorta haqqında Azərbaycan Respublikasının Qanunu; Maddə
23. Sığorta olunanın və ya sığorta ödənişi almış başqa şəxsin dəymiş zərər üçün məsul şəxs barəsində tələb hüququ əmlak sığortası üzrə sığort a əvəzini ödəmiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu; Maddə 23.1 və 23.1.6. Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç b ir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apelyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələ ndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0-384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 392.2 Apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə
393. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şi kayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 405.0-405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 406.1. Kassasiya şikayəti yazılı formada apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi belədi r ki, “Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki-Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəl illərə əsasən mübahisənin predmeti bölünməz olduqda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Hazırkı halda Cavabdeh2 vəkil-nümayəndəsi Vəkil apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya şikayətinə münasibətdə şikayətin dəlilləri üzrə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından Cavabdeh2 vəkil-nümayəndəsinin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəf indən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri, Cavabdeh2 vəkil nümayəndəsinin izahatı və iddiaçının nümayəndəsinin ərizəsi üzrə araşdıraraq bu qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin Cavabdeh2 münasibətdə ləğvinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə 11 sentyabr 2021-ci il tarixdə Füzuli rayunu, Horadiz qəsəbəsinin ərazisində Cavabdeh2 idarə etdiyi “SHAAN XİSX3314DR366” markalı ** JS *** dövlət qeydiyyat nişanlı y ük avtomobili ilə “Kalyon RSY X8 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus “Toyota HİLUX” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil arasında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sonuncuya yetirilmiş zərərin müqabilində iddiaçı tərəfindən ödənilmiş 8894,00 manat pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması ilə bağlıdır. İş materiallarından aydın olur ki, 07 sentyabr 2021-ci il tarixli “Avtonəqliyyat vasitələrinin tam sığortası” şəhadətnaməsinə əsasən, “Kalyon RSY X8 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus “Toyota HİLUX” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı tərəfindən 06 sentyabr 2022-ci il tarixədək sığortalanmışdır. 11 sentyabr 2021-ci il tarixdə Cavabdeh2 idarə et diyi “SHAAN XİSX3314DR366” markalı ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Füzuli rayunu, Horadiz qəsəbəsinin ərazisində yol hərəkəti qaydalarını pozaraq qeyd olunan “Toyota HİLUX” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra, yol polisinin “İnzibati tənbeh vermə haqqında” 11 sentyabr 2021-ci il tarixli qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 40 manat cərimə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin müdafiəsinin ən əhəmiyyətli vasitələrindən biri olan sığorta institutu mülki qanunverici lik normalarında (Mülki Məcəllə, L Fəsil) təsbit olunmuşdur. Sığorta - insanların maddi və şəxsi maraqlarının, onların həyatının, sağlamlığının, əmlakının və digər mənafelərinin mühafizəsinin təmin edilməsində mühüm iqtisadi-hüquqi kateqoriyadır. Mülki Məcəllənin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Belə ki, sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (Mülki Məcəllə, 922.1 və 922.2-ci maddələr). İş materiallarında olan “Avtonəqli yyat vasitələrinin tam sığortası” şəhadətnaməsindən (İ cild, iş v.14) görünür ki, sığorta riskləri bölməsində oğurluq, yanğın, partlayış, yolnəqliyyat hadisəsi, hər hansı predmetlə toqquşma, üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan və təbii fəlakətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları”nda da eyni müddəalar əks olunmuşdur. Həmin “Qaydalar”ın 28.1-ci maddəsində göstərilmişdir ki, sığortalıya bu Qaydalar əsasında aşağıdakı bəndlərin birində və ya bir neçəsində qeyd olunan risklər nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatı verilir: avtonəqliy yat hadisəsi; atılmış və ya düşmüş əşya; üçüncü şəxsin qanunazidd hərəkəti; oğurluq, quldurluq, qaçırma və soyğunçuluq; yanğın və partlayış; təbii fəlakət; heyvanların hərəkəti. Məlumdur ki, subroqasiya (latınca “subrogatio”) sözü - etimoloji anlamda “əvəz etmə”; hüquqi mənada isə müəyyən hüquqların bir şəxsdən başqasına keçməsi; şəxslərin əvəzlənməsi anlamında işlədilir. Mülki Məcəllənin 936.1-ci maddəsində sığorta münasibətlərində subroqasiya hüququnun anlayışı verilmişdir. Həmin maddənin tələblərinə görə subroqasiya hüququ bəzi istisnalarla sığorta ödənişi almış şəxsin zərər vurmuş şəxsə qarşı yaranmış hüquqlarından, həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Nəzərə alınmalıdır ki, subroqasiya hüququ - şəxs sığortalının yalnız sığorta ödənişi almış olduğu müqavilə üzrə sığortalanmış mənafelərinə zərər vurulduğu halda yaranır. Subroqasiya hüququna yalnız sığorta ödənişi vermiş sığortaçı ödəmiş olduğu sığorta ödənişi məbləğində malikdir. Belə ki, sığortaçı sığorta ödənşini sığorta məbləği həddində ödəyir. Hazırki halda Cavabdeh2 təqsiri üzündən “Toyota HİLUX” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərərin dəyməsi, dəymiş maddi zərərə görə hüquqlardan və vasitələrdən istifadə etmək hüququnun bilavasitə iddiaçıya keçməsi işin mübahisə olunmayan halları olmaqla qanunla tənzimlənir. Mülki Məcəllənin 936.2-ci maddəsinin məzmun və mənasına görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun ver diyi sığorta ödənişi məbləğində keçsə də, bu növ iddialara baxılarkən ilk növbədə zərərvuran şəxsin faydalanan şəxsə vurduğu zərərin məbləği mötəbər yazılı sübutlarla müəyyən edilməli və mülki iş materialları ilə təsdiq edilməlidir. "xxxx" MMC tərəfindən tərtib olunmuş 26 noyabr 2021-ci il tarixli sənədə və elektron qaiməyə, 6 yanvar 2022-ci il tarixli sığorta aktına və 12 yanvar 2022-ci il tarixli ödəniş sənədinə əsasən, “Toyota HİLUX” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir, bərpa xərcləri 8894 manat təşkil etmiş və həmin miqdarda sığorta məbləği iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh2 vəkil-nümayəndəsi apelyasiya şikayətində birinci instansiya məhkəməsinin işə baxılarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissə sinin “1”, “4” və “5”-ci bəndlərinin tələblərinin pozulduğunu, hadisənin necə baş verməsinin araşdırılmadığını, həmin yolda yol nişanlarının olub-olmaması məsələsinə aydınlıq gətirilmədiyini, bunun üçün müvafiq polis idarəsinə heç bir sorğu göndərilmədiyini, sığortalının "sığorta aktı” na əsasən müəyyən olunmuş məbləğlə nə üçün razılaşmadığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Digər tərəfdən apelyatorun apelyasiya şikayətində və məhkəmə iclasında göstərdiyi dəlillər baş vermiş yol-nəqliyyat hadisəsinə görə inzibati xətalar üzrə icraat aparılan zaman mübahisələndirilə bilərdi. Həmin yol-nəqliyyat hadisəsi üzrə Cavabdeh2 (hazırkı iş üzrə cavabdehin) İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib ona 40 manat inzibati cərimə tətbiq olunması barədə TP ******* nömrəli, 11 sentyabr 2021-ci il tar ixli qərar qəbul olunmuşdur və bu qərar mübahisələndirilməyərək hazırda qüvvədədir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddianı mübahisələndirilən hissədə qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsində qəbul edilən qətnamənin əsaslılığı apelyasiya şikayətinə müvafiq olaraq yoxlanılmış və Cavabdeh2 və onun vəkil-nümayəndəsi tərəfindən qətnamənin əsassızlığına dair heç bir sübut təqdim edilməmişdir, ona görə də apelyasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq bu nətic əyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına riayət etmiş və iddiaçının cavabdehlərə qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddiasını qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. e-2(110)-889/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnamə qanuni, əsaslı və ədalətlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0-384.0.1, 392, 393, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh2 vəkil-nümayəndəsi Vəkil apelyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin e-2(110)-889/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh2 vəkil-nümayəndəsi Vəkil apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanıl sın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla nəzərdə tutulan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.