Məhkəmə qərarları › İş №2(108)-24/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-24/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-24/2022 04.04.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(110)-419/2021 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Şərur rayon Çəmənli kənd sakini Cavabdeh 4 illik məhsulun qarşılığı olan 32000 manat məbləğində pulun, 30000 manat məbləğində bağın artan dəyər inin və dövlət rüsumu olaraq ödədiyi 30 manat olmaqla, ümumilikdə 62030 manat məbləğində pulun alınıb ona verilməsi, ödəyə bilmədiyi təqdirdə isə dəyər artımının kompensasiya edilənədək icarə hüquq münasibətlərinin əvvəlki şərtlər əsasında davam etdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin (sədrlik edən S.Ə.Qarayev) 15 oktyabr 2021-ci il tarixli, 2(110)-419/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Şərur rayon Çəmənli kənd ərazisində yerləşən JN-119 Kod 10205058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdehn mülkiyyətinə verilmiş 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin artan dəyəri olan 18000 (on səkkiz min) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, dəyər artımı kompensasiya edilənədək icarə hüquq münasibətlərinin əvvəlki şərtlər əsasında davam etdirilməsi, İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 8.70 (səkkiz manat yetmiş qəpik) manatının da Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı və Cavabdeh apellyasiya şikayətləri ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişlər. İddiaçı verdiyi apellyasiya şikayətində Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2021ci il tarixli, 2(110)-419/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə verdiyi apellyasiya şikayətində Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(110)-419 /2021 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin 27.08.2021-ci il tarixli 211 nömrəli rəyinə görə Şərur rayon Çəmənli kəndində yerləşən 1.20 ha torpaq sahəsində salınmış bağdakı 180 ədəd şaftalı ağacı 9900 manat, 516 ədəd alma ağacının dəyərinin isə 23220 manat olmaqla, bağdakı ağacların ümumi dəyərinin təxminən 33120 manat olması müəyyən edilmişdir. İddiaçı iddia tələbində bağın artan dəyərini 30000 manat həcmində göstərmişdir. Məhkəmə Şərur rayon Çəmənli kəndində 1.2 ha torpaq sahəsinin bazar dəyərinin, yəni 12000 manatın ağacların ümumi dəyərindən çıxılması yolu ilə bağın artan dəyə rinə aid iddia tələbini qismən, yəni 18000 manat məbləğində təmin etmişdir. Bu yalnşdır. Ekspertizanın rəyində bütövlükdə torpaq qarışıq bağın deyil, yalnız ağacların ümumi dəyərinin təxminən 33120 manat olması müəyyən edilmişdir. Bu isə o deməkdir ki, bağın artan dəyəri iddiada göstərildiyi 30000 manat həcmində təmin edilməlidir. Məhkəmə iddia tələbinin əvvəlki 4 illik qarşılığı olan 32000 manat məbləğində pul tələbinə dair iddiaçının hər hansı bir mötəbər sübut təqdim etmədiyini göstərərək, həmin hissədə iddianın rədd edilməsi qənaətinə gəlir. Halbuki qətnamədə iş materiallarında olan "Naxçıvan Məhsulları” X14 "Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” MMC və “Araz-33 MMC-yə 2020-ci ildə iddiaçı tərəfindən həmin bağdan satılan məhsulun miqdarı və dəyərinə dair göstərilən müəssisələrin rəsmi mək tubları qeyri-mötəbər sübutlar hesab edilmişdir. Bağdakı ağacların məhsuldarlığına dair məhkəmə tərəfindən işə cəlb edilmiş ekspertin - Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin böyük məsləhətçisi- aqronomun rəyindən görünür ki, iddiaçının məhkəmə baxışındakı izahatında göstərildiyi kimi, digər illərdə da ən azı bu sənədlərdə göstərildiyi qədər məhsul əldə edilmişdir. Məhkəmə bunları nəzərə almadan iddiaçının 4 əvvəlki il ərzində ona dəymiş ziyana görə 32000 manat məbləğində pulun ödənilməsinə dair tələbinin tamamilə rədd edilməsini qət etmişdir. Məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və birtərəfli baxılmiş, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. İddia tələbinin qismən təmin edilməsi barədə qətnaməni qanunsuz və ədalətsiz sayır. İddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Məhkəmə qeyd edilən halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. İşin faktiki halları, həmçinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2021-ci il tarixli 211 nömrəli ekspertin rəyi ilə müəyyən edilmiş nəticələr tam aydınlaşdırılmamışdır. iddia tələbində qeyd olunan əvvəlki dörd il üçün, hər il üçün 8000 (səkkiz min) manat gəlirin əldə olunmasını ağlabatan hesab etməməklə yanlış nəticəyə gəlmiş, ehtimal əsasında tələb təmin edilməmi şdir. Apellyasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası MM-in 421.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad olunmuşdur. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfi baxılmiş, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnaməsində onunla İddiaçı arasında bağlanılmış 18.12.2012-ci il tarixli icarə müqaviləsinə istinad edilmişdir və hətta qətnamədə dəyər artımı kompensasiya edilənədək icarə hüquq münasibətləri əvvəlki şərtlər əsasında davam etdirilməsi qət edilmişdir. Lakin həmin müq avilənin şərtlərini tərəflər tərəfindən yerinə-yetirilib yetirilməməsi məsələsinə baxılmamış və araşdırılmamışdır. İcarə müqaviləsinin 4-cü bəndinə əsasən icarə haqqı hər ay üçün 20 (iyirmi) manat müəyyən edilməsinə və icarə haqqının növbəti ayın 1-dən gec olmayaraq ödəniləcəyi göstərilməsinə baxmayaraq İddiaçı tərəfindən 8 (səkkiz) il ərzində müqavilə şərti bir dəfə də icra edilməmişdir. Bundan əlavə həmin icarə müqaviləsinin 6-cı bəndinə əsasən "Obyektin işlədilməsi ilə əlaqədar bütün xərclər icarə götürənin öhdəsinə düşdüyü halda, İddiaçı müqavilənin bu bəndində nəzərdə tutulmuş şərtləri icra etməmiş və torpaqdan məcburi dövlət sosial sığorta haqqı onun tərəfindən ödənilmiş və bu barədə müvafiq qəbz və arayışlar məhkəməyə təqdim edilmişdir. Beləliklə sözü gedən müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilməmişdir, bu səbəbdən də məhkəmə qətnaməsində göstərildiyi "Dəyər artımı kompensasiya edilənədək icarə hüquq münasibətləri əvvəlki şərtlər əsasında davam etdirilməsi" mümkünsüzdür. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd edilən torpaq sahəsində iddiaçının göstərdiyi kimi 200-dən artıq şaftalı tingləri və 1000-ə yaxın alma tingləri yox, cəmi 180 ədəd şaftalı və 516 ədəd alma ağacları əkilib becərilmişdir. Eyni zamanda iddiaçı göstərmişdir ki, 26.12.2012-ci il tarixdə "xxxx" ASC-dən 48 ay müddətinə kredit götürmüş və həmin pulu da meyvə bağının becərilməsinə sərf etmişdir və iddia edir ki, 8 il ərzində bağın məhsulunu satmamışdır, lakin təqdim edə biləcəyi şahidlər də təsdiq edə bilər ki, iddiaçı həmin bağın meyvəsinin satışından əld ə etdiyi pul vəsaitinə Bakı şəhəri Binə qəsəbəsində böyük bir həyat evi inşa etdirmişdir. İddia tələbinin qismən təmin edilməsi barədə qətnaməni qanunsuz və ədalətsiz sayır. İddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Məhkəmə qeyd edilən halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. İddiaçı (bundan sonra - iddiaçı) ona qarşı “4 illik məhsulun qarşılığı olan 32000 manat məbləğində pulun, 30000 manat məbləğində bağın artan dəyərinin və dövlət rüsümu olaraq ödədiyi 30 manat olmaqla, ümumilikdə 62030 manat məbləğində pulun alınıb ona verilməsi, ödəyə bilmədiyi təqdirdə isə dəyər artımı kompensansiya edilənədək icarə hüquq münasibətlərinin əvvəlki şərtlə r əsasında davam etdirilməsi tələbi üzrə” artan dəyərin hansı mənbə hesabına yaranması tam sübuta yetirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci, 1091.2ci, 1096.1-ci maddələrinə istinad etmişdir ki, həmin hüquq normalarının mövcud mübahisənin məzmununa aidiyyatı yoxdur. Apellyasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1, 685.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə istinad olunmuşdur. Apellyasiya icraatı zamanı məhkəmə baxışı iclasındakı izahatında İddiaçı verdiyi apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini, Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(110)-419/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddianın tam təmin olunması, cavabdehin verdi yi apellyasiya şikayətinin isə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya icraatı zamanı məhkəmə baxışı iclasındakı izahatında Cavabdeh verdiyi apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini, Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(110)-419/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd olunması, iddiaçının verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşə apellyasiya qaydasında baxılması zamanı kollegiya tərəfindən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ünvanlanmış sorğuya müvafiq olaraq kollegiyaya (X3 Sistemi vasitəsilə) göndərilmiş Torpağa mülkiyyət hüququna dair JN-119, Kod 10205058 dövlət aktından görünür ki, Ş ərur rayon Çəmənli kəndində yerləşən 1.20 ha torpaq sahəsi Şərur Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 9 nömrəli qərarı ilə Cavabdeh ilə birlikdə onun ailə üzvlərinin-X4, X7, X8, X6 və X5 birgə mülkiyyətinə verilmişdir. “Elektron məhkəmə” X2 Tofiq Abbasəli oğlunun qohumluq məlumatlarından çıxarışdan məlum olur ki, Torpağa mülkiyyət hüququna dair JN-119, Kod 10205058 dövlət aktında Cavabdeh ailə üzvləri kimi göstərilmiş X4 onun arvadı, digər şəxslər isə uşaqlarıdır. İddiaçı cari iddia üzrə mübahisə predmeti olan həmin torpaq sahəsi üzərində saldığı bağın torpaq sahəsinin maddi dəyərini artırdığını iddia edərək həmin artan dəyərin məbləğinin cavabdeh qismində Cavabdeh alınaraq ona verilməsini xahiş etmiş, işə birinci instansiya məhkəməsində baxılması zamanı mübahisə li torpağın mülkiyyətçisi qismində tərəflər arasındakı mövcud icarə müqaviləsinin tərəfi kimi cavabdeh qismində yalnız Cavabdeh cəlb olunmuş, torpağın digər mülkiyyətçiləri isə cəlb olunmamışlar. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə (iddia qaldırılan vaxt qüvvədə olmuş redaksiyasında) əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 165-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Həmin Məcəllənin 167.1.4-cü maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında birgə cavabd ehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir. İş materiallarından tərəflər arasındakı mübahisənin predmeti olan torpaq sahəsinin Cavabdeh ailə üzvləri ilə birgə mülkiyyətində olması müəyyən olunsa da, iş üzrə bütün birgə mülkiyyətçilər cavabdeh qismində cəlb olunmayıb və Cavabdeh həmin torpaq sahəsindəki payının (hissə ilə və ya naturada) da müəyyən olunması ilə bağlı mülki işin materiallarında təsdiqedici sənədlər mövcud deyil. Həmçinin mübahisəli torpaq sahəsinin digər birgə mülkiyyətçilərinin iş üzrə cavabdeh qismində cəlb olunması apellyasiya baxışının predmetinə aid deyil. Belə ki, həmin şəxslərin də cavabdeh qismində cəlb edilməsi halında iddia ərizəsinin surətinin onlara göndərilməsi v ə s. prosessual hərəkətlər icra olunmalıdır ki, həmin prosessual hərəkətlərin həyata keçirilməsi işə apellyasiya qaydasında baxılarkən həyata keçirilməli hərəkətlərə aid deyil. Odur ki, kollegiya hesab edir ki, hazırkı iş üzrə torpağın mülkiyyətçilərindən yalnız biri işin baxılmasına cəlb olunmuş, mübahisə maraqlarına toxunulan digər şəxslərin iştirakı təmin olunmadan həll olunmuşdur. Həmçinin mübahisənin məhkəməyə qədərki həlli qaydasına riayət edilməmiş, dəyər artımı tələbi və iddia tələbində göstərilən digər tələblər bütün torpaq sahəsinə münasibətdə irəli sürüldüyü halda mübahisəli torpaq sahəsinin mülkiyyətçisi qismində torpaq barəsində müqavilə bağlayan Cavabdeh əmlakda konkret payı müəyyən olunmamışdır ki, sadəcə həmin paya münasibətdə Cavabdeh qarşı iddia irəli sürülə bilsin. Yəni bu nöqteyi-nəzərdən mübahisənin məhkəmədən kənar həlli qaydasına əməl olunmamış və həmin qaydanı tətbiq etmək imkanı da itirilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən əsaslarla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli, 3 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Apellyasiya i nstansiyası məhkəməsində işlərə baxılarkən nəzərə alınmalıdır ki, MPM-in 259-cu maddəsində sadalanan bütün əsaslar həmin mərhələdə qətnamənin ləğvi və ərizənin baxılmamış saxlanılması üçün əsas ola bilməz. Apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin elə qətnamələri MPM-in 259-cu maddədə sadalanan əsaslarla ləğv oluna bilər ki, həmin maddədə sadalanan halların mövcudluğuna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edilməklə və ya işə baxılmaqla prosessual hüquq normalarının pozuntusuna yol verilmiş olsun. Bu baxımdan apellyasiya icraatı qaydasında işə baxan məhkəmələr tərəfindən yalnız MPM-nin 259.0.1-259.0.4-cü və 259.0.8.-259.0.10-cu maddələrində sadalanan əsaslar olduqda məhkəmənin qətnaməsi tam və ya qismən ləğv edilməklə ərizə tam və ya qismən baxılmamış saxlanıla bilər. MPM-in 259-cu maddəsində sadalanan digər əsaslar apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsini ləğv etmək üçün əsas ola bilməz.. Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 387.2-ci maddəsinə görə məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə (maddə 387.2.4.) və iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa (maddə 387.2.8.) şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Bu Məcəllənin 387.2.1—387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. (maddə 387.3). Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 167.1.4-cü maddəsində nəzərdə tutulmuş çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll həll etməyərək, beləliklə də məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll edərək prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Yuxarıda göstərilən əsaslara görə kollegiya belə nəticəyə gəlir ki, Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(110)-419/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan hazırkı vəziyyətdə tərəflərin apellya siya şikayətlərinin dəlillərinə hüquqi qiymət verilə bilməz. Azərbaycan Respublikası MPM-in 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də iddia qaldırılarkən İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 260.1, 260.4, 263, 264, 402-ci maddələrini rəhbər tutub kollegiya qərar verdi: Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(110)-419/2021 nömrəli qətnaməsi tamamil ə ləğv edilsin və İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah edilsin. İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şərur filialına 04.05.2021-ci il tarixdə, 22593 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar