Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-26/2022 21.02.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(078)-109/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyə ti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 3746.64 (üç min yeddi yüz qırx altı manat 64 qəpik) manat, faiz borcu üzrə 691.55 (altı yüz doxsan bir manat 55 qəpik) manat olmaqla cəmi 4438.19 (dörd min dörd yüz otuz səkkiz manat 19 qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(078)-109/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3746.64 (üç min yeddi yüz qırx altı manat altmış dörd qəpik) manat əsas, 691.55 (altı yüz doxsan bir manat əlli beş qəpik) manat faiz borcu olmaqla, cəmi 4438.19 (dörd min dörd yüz otuz səkkiz manat on doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, "xxxx" ASC tərəfindən X7 16.10.2020-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Məhkəmənin qətnaməsi ilə razılaşmayan Cavabdeh2 07 dekabr 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(078)-109/2021-ci il nömrəli qətnaməsinin ləğv olunmasını, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının iddia tələbinin Cavabd eh2 münasibətdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-109/2021 nömrəli iş üzrə qəbul olunmuş 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin olunmuş, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3746.64 (üç min yeddi yüz qırx altı manat altmış dörd qəpik) manat əsas, 691.55 (altı yüz doxsan bir manat əll beş qəpik) manat faiz borcu olmaqla, cəmi 4438.19 (dörd min dörd yüz otuz səkkiz manat on doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit təşkilatının xeyrinə ödənilməsi, "xxxx" ASC tərəfindən X8 16.10.2020-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir Məhkəmənin nəzərinə çatdırır ki, qeydiyyatda olduğu yerdə yaşamadığı üçün onun Naxçıvan Şəhər Məhkəməsinin icraatında yuxarıda qeyd olunan işin mövcud olması və həmin iş üzrə yekun məhkəmə qətnaməsinin qəbul olunması barədə məlumatı olmamışdır. Qeyd olunan qətnamə əsasında əmək haqqından tutmalar aparıldıqdan sonra sözügedən qətnamənin mövcudluğu barədə məlumatı olmuşdur. Qətnamənin mövcudluğu barədə məlumat aldıqdan sonra həmin qətnamənin özünə verilməsi xahişi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, qətnamə 18 oktyabr 2021-ci il tarixdə elektron poçtuna göndərilmişdir. Məhkəmənin nəzərinə catdırır ki, Naxçıvan Şəhər Məhkəməsi 2(078)-109/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli q ətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də hesab edir ki məhkəmənin qətnaməsi cavabdehə münasibətdə ləğv olunmalı, iddia tələbi ona münasibətdə təmin olunmamalıdır. Aşağıdakı əsaslara görə hesab edir ki, qətnamə əsassızdır və ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələb etmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsin in bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi iddiaçı iddia tələbində göstərdiyi kimi “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh1 arasında 19.11.2014-cü il tarixdə 282-19.11.2014 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə illik 22% olmaqla 36 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmiş, kredit vəsaitinin təminatı olaraq zaminlə 19.11.2014-cü il tarixdə, 282-19.11.2014 saylı zaminlik müqaviləsi bağlanmışdır. Əsas öhdəlik üzrə (kredit müqaviləsi üzrə) son icra müddəti 19.11.2017-ci il tarixdə başa çatmışdır. Zaminlik müqaviləsi də həmin müddətdə bağlandığı üçün müqavilənin son icra müddəti 19.11.2017-ci il tarixdə başa çatmışdır. Lakin buna baxmayaraq iddiaçı zaminlik müqaviləsi üzrə son icra müddətinin bitməsindən üç ildən artıq vaxt keçməsinə baxmayaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etdiyi zaman qanunvericilikdə nəzərdə tutulmuş müddətin buraxılmasına, zaminlə iddiaçı arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsinə baxmayaraq, məhkəmə bu halı nəzərə almamış, iddiaçının iddia tələbini zaminə münasibətdə təmin etmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş normanın tələbini kobud şəkildə pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən çəkişmə prinsiplərinə əməl etməmişdir. Belə ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmişdir. Məhkəmə iştirakı olmadan işə baxmış və prosessual hüquq normaların ın tələblərini kobud şəkildə pozmaqla qətnamə qəbul etmişdir. Cavabdeh şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ bəndinə, 26-cı maddəsinin İ və İİ bəndinə, 60-cı maddəsinə, 71-ci maddəsinin İ və İİ bəndinə, 127-ci maddəsinin İİ və Vİİ bəndinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 217.1, 372.1, 384.0.2, 385.1.1-ci maddələrinə, “İnsan hüquqları haqqında” ümumi bəyannamənin 8-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə istinad etmiş və sonda göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(078)-109/2021 nömr əli qətnaməsinin ləğv olunmasını, iddiaçının iddia tələbinin Cavabdeh2 münasibətdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh2 kollegiyadakı izahatında аpеllyаsiyа şikаyətini müdаfiə еdərək, Naxçıvan Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(078)-109/2021 nömrəli qətnaməsinin ləğv olunmasını, iddiaçının iddia tələbinin ona münasibətdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iddia ərizəsinə uyğun izahat verərək, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə baxışı iclasında iştirak etməmi ş və iştirak etməməsinin üzrlü olmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh1 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelly asiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. İşin kollegiyada araşdırılmış halları və apellyasiya şikayətindəki dəlillərdən də göründüyü kimi, Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsinin kredit müqaviləsi üzrə borcun zaminə aid hissəsini mübahisələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instan siyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin zaminə münasibətdə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra– “KMP”) “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında qeyd edilmişdir ki: “...kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam veri lməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sü rmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; -iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; -iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar ist isna olmaqla, dayandırıla və kəsilə bilməz.” İş materialına əlavə edilmiş 19 noyabr 2014-cü il tarixli, 282-19.11.2014 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış Kredit Müqaviləsinin 5.3-cü bəndinə əsasən borcalana kredit 36 (otuz altı) ay müddətinə verilmişdir. Müqavilənin 5.4-cü bəndinə əsasən kredit müddəti 19 noyabr 2017-ci il tarixində bitir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir ki, hazırkı iş üzrə öhdəliyin icrası müddəti 19 noyabr 2017-ci il tarix kimi müəyyən edilmiş və zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət 19 noyabr 2018-ci il tarixində bi tmişdir. Belə ki, “Kredit Müqaviləsi” üzrə öhdəliyin icrasının təminatı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 19 noyabr 2014-cü il tarixli, 282-19.11.2014 nömrəli Zaminlik Müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verili r. Beləliklə, məhkəmə kollegiyası, zaminliklə təmin olunan öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyini nəzərə alıb, Cavabdeh2 zaminliyinə xitam verilmiş hesab edir və iddia tələbinin Cavabdeh2 münasibətdə əsaslarının olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməs inin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bütün bu sadalananlara əsasən kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(078)-109/2021 nömrəli qətnaməsi qismən ləğv edilməlidir. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İcraatda olan iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 202 2-ci il tarixli, 2(108)-26/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385.1.1, 385.1.4, 392, 393 və 402-ci madd ələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(078)-109/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(078)-109/2021 nömrəli qətnaməsi Cavabdeh2 müştərək qaydada 3746.64 (üç min yeddi yüz qırx altı manat altmış dörd qəpik) manat əsas, 691.45 (altı yüz doxsan bir manat qırx beş qəpik) manat faiz borcu olmaqla, cəmi 4438.09 (dörd min dörd yüz otuz səkkiz manat 09 qəpik) manat məbləğində pulun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti B ank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi hissəsində ləğv edilsin. İddiaçı QSC BOKT-un kredit borcunun ödənilməsinə dair iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-26/2022
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-26/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver