Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-26/2025 26.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(078)-733/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.X.Səfərəliyeva) 06 noyabr 2024-cü il tarixli, 2(078)-733/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Məhəmməd oğlundan vurulmuş ziyanın əvəzi olaraq 4003 (dörd min üç) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 60 (altmış) manatının Cavabdeh Məhəmməd oğlundan alınaraq iddiaçıya qaytarılması, məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manatın Cavabdeh Məhəmməd oğlundan alınaraq X6 MR İdarəsinə ödənilməsi (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21), məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manatın Cavabdeh Məhəmməd oğlundan alınaraq X6 MR İdarəsinə ödənilməsi (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21) qət edilmişdir. İşin halları: İş üzrə İd diaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək mülkiyyətinə vurulan 20000 (iyirmi min) manat ziyanın və dövlət rüsumu olaraq ödədiyi 151 (bir yüz əlli bir) manatın Cavabdeh Məhəmməd oğlundan alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(078)-733/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-733/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və iddi anın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Mülki iş İddiaçı apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçivan şəhəri, ünvan 1 ünvan sahibi - qonşusu Cavabdeh Məhəmməd oğlu evini təmir etdirdiyi zaman, 6 oktyabr 2023-cü il tarixdə təmirçilər istilik sistemini quraşdırıb, xətti açıq qoyduqları üçün evlər idarəsindən istilik xətlərinin yoxlanılması üçün gördükləri tədbir nəticəsində ona məxsus 2 nömrəli mənzil subasma nəticəsində zərər görmüşdür. Səhlənkarlığın və onlara məlumat çatdırılmadığına dair etdikləri etinasızlığın nəticəsində mənzil 1 həftə bu vəziyyətdə qapalı şəraitdə qalmışdır. Evin tavanı, divarla rı, qapılar, mebellər su çəkmiş, yararsız vəziyyətə düşmüşdür. X7 oktyabrın 12-də mənzilə gəlmiş, evi bərbad vəziyyətdə görüb kəndə qayıdaraq bu barədə onlara məlumat verdiyi üçün ayın 13-ü nəvəsi yoldaşı və o birlikdə mənzilə gəlib vəziyyətlə tanış olublar. X5 yoldaşı evlər idarəsinin sahə müvəkkilinə ve sığorta idarəsinə gedib mənzilin yararsızlığı barədə şikayət etmişlər. Sığorta idarəsinin işçiləri evlər idarəsinin rəisi və sahə müvəkkili hadisə ilə əlaqədar evə baxış keçirmişlər. Sığorta idarəsinin əməkdaşları evin vəziyyətini əks etdirən fotolar çəkib özləri ilə götürmüşlər. O cümlədən onun şəxsiyyət vəsiqəsinin surətini ve sığorta sənədlərinin surətlərini tələb edərək yoldaşı ve nəvəsi ilə birlikdə idarəyə getmişlər. Nəvəsi sığorta idarəsində onun adından ərizə yazmışdır. Tələb olun an sənədlərin də surətləri sığorta idarəsinə təqdim olunmuşdur. Aradan bir müddət sonra sığorta idarəsinin nümayəndəsi vəziyyətlə bağlı evə gəlib çəkiliş edib getmişdir. Onlardan heç bir xəbər ala bilmədikləri üçün bir neçə dəfə sığorta idarəsinə zərərin ödənilməsinə dair kömək etmələrini tələb etsələr də bu günə kimi heç bir tədbir gorülməyib və onlara bir cavab verilməyibdir. Eyni zamanda ona ziyan vurulmasına səbəb olan qonşusu Cavabdeh də dəymiş ziyanı ödəmir. Bu məsələ ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırmış, lakin iddia tələbi əsassız şəkildə qismən təmin olunmuşdur. Evə dəyən ziyanın 4003 (dörd min üç) manat olaraq qiymətləndirilməsi ağlabatan deyildir. Qeyd olunan halları nəzərə almadan əsassız iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəf indən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab edir. Göstərilənlərə əsasən məhkəmənin qətnaməsinin ləğv olunmasını və iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh kollegiyaya göndərdiyi apellyasiya şikayətinə etirazında ona məxsus olan Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 3 ünvanında yerləşən 5 nömrəli mənzildə təmir işləri aparılması ilə bağlı təmirçi ustalarla podrat müqaviləsi bağladığını, həmin ustalar tərəfindən 2023-cü ilin payızında təmir işləri aparıldığını, həmin ustaların səhlənkarlığı nəticəsində 6 oktyabr 2023-cü il tarixdə ona məxsus evi su basdığını, eyni zamanda alt mərtəbədə yerləşən qonşunun evinə zərər dəydiyini, həmin mənzilin mülkiyyətçisi İddiaçı "vurulmuş zərərin ödənilməsi tələbi" ilə Naxçıvan Şəhər Məhkəməsində ona qarşı idd ia qaldırdığını, məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(078)733/2024 nömrəli qətnaməsi ilə həmin iddianın qismən təmin edildiyini, iddiaçının həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti verdiyini, şikayətini məhkəmənin işin hallarını tam və hərtərəfli araşdırmaması ilə əsaslandırdığını, qarşı tərəfin vermiş olduğu apellyasiya şikayətini əsassız hesab etdiyini, iddiaçı tərəfindən ilk olaraq daşınmaz əmlakın icbari sığortasını həyata keçirən şirkətə, yaxud da təmir işlərini aparan ustalara qarşı iddia qaldırılmalı olduğu halda həmin ərəfədə Naxçıvanda olmamağına, vurulmuş zərərdə tamamən təqsirsiz olmağına baxmayaraq ona qarşı iddia qaldırıldığını, məhkəmə tərəfindən iddianın qismən təmin edildiyini, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən vurulmuş zərərin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının və məhkəmə əmtəəşünaslıq ekspertizalarının təyin edilərək rəyin alındığını, həmin ekspertizaların rəyi ilə ümumilikdə 4003 (dörd min üç) manat məbləğində vurulmuş ziyanın müəyyən olunduğunu, həmin məbləğin ondan alınıb iddiaçıya ödənilməsinin məhkəmə tərəfindən qərara alındığını, təqsirsiz olduğu halda, yəni mənzilində təmir işi aparan ustaların səhlənkarlığı səbəbindən ona qarşı iddia qaldırılmasını və məhkəmə tərəfindən iddianın qismən təmin edilməsini qanuni və ədalətli hesab etməsə də, qonşuluq və birgəyaşayış dəyərlərini nəzərə alaraq qətnamə ilə razılaşıb vurulmuş zərəri ödəməyi qəbul etdiyini, bütün qeyd olunanlara baxmayaraq qarşı tərəfin nəyə əsasən qətnamə ilə razılaşmayıb məhkəmə tərəfindən işin hallarının tam və hərtərəfli araşdır ılmadığını hesab etməsini anlamağın mümkün olmadığını göstərərək İddiaçı "vurulmuş zərərin ödənilməsi tələbi"nə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-733/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiyanın təmin edilməməsini, Naxçıvan Muxtar Respublikasından kənarda olduğunu nəzərə alınaraq işə onun iştirakı olmadan baxılmasını, baş vermiş hadisədə təqsirsiz olduğu halda 4003 (dörd min üç) manat ziyana düşdüyünü nəzərə alaraq daşınmaz əmlakın icbari sığortasını həyata keçirən şirkətə, yaxud da təmir işlərini aparan ustalara münasibətdə reqres iddia qaldırmaq hüququnun olduğunun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təsdiqlənməsini xahiş etmişdir. İddiaçı kollegiyadakı izahatında 06 oktyabr 2023-cü il tarixdə Naxçı van şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaq, mətbəx və kolidordan ibarət evini su basdığını, evin binanın birinci mərtəbəsində yerləşdiyini, Ramizin evinin isə onların evinin üzərində, yəni 2-ci mərtəbədə yerləşdiyini, evi suyun basması ilə bağlı onlara nə qonşuların, nə də Ramizin evində təmir işləri aparmış ustaların heç bir məlumat vermədiklərini, ustaların Ramizin evində təmir zamanı istilik radiatorlarını açıb yerə qoyduqlarını, radiatorlardan gələn bütün suyun təxminən 2-3 gün ərzində Ramizin evindən onların evinə dolduğunu, oktyabr ayının 12-də yoldaşının mənzilə daxil olduğu zaman evə su dolduğunu, evdə olan əşyaların suyun içində qalması səbəbindən istifadəyə yararsız vəziyyətə düşdüyünü, mənzilin divarlarının evdə yaranmış nəmişlikdən oboyunun soyulduğunu gördüyünü, həmin günü yoldaşının evə dəymiş ziyanla bağlı sığorta şirkətinə və evlər idarəsinə məlumat verdiyini, yoldaşının müraciətindən sonra sığorta şirkəti və evlər idarəsindən gəlib mənzilə baxış keçirdiklərini, 13 oktyabr 2023-cü ildə yoldaşı ilə birlikdə evə getdiklərini, həmin vaxt evlər idarəsindən və sığorta şirkətindən gəlib yenidən evə baxdıqlarını, sığorta şirkətinin əməkdaşı tərəfindən evin videosu və şəkillərinin çəkilib götürüldüyünü, sığorta şirkəti və evlər idarəsi tərəfindən evə baxış keçirilən zaman Ramizin evində işləmiş ustanında gəldiyini, həmin ustanın evə suyun verilməsi ilə bağlı evlər idarəsi tərəfindən məlumatın verilmədiyini bildirdiyini, ancaq evlər idarəsinin əməkdaşının ustanın dediyini qəbul etməyərək evlər idarəsi tərəfindən bu barədə məlumatın binanın giriş qapısına elan vuru lmaqla bina sakinlərinin məlumatlandırıldığını qeyd etdiyini, daha sonra yoldaşı ilə birlikdə evin yararsız olması səbəbindən mənzildə olan və içinə su dolmuş bütün qab-qacağı əlavə qutular gətirib yığdıqlarını, yorğan-döşəyi və xalçaları büküb həmin ev əşyalarını daşımaq üçün maşın tutub yaşadıqları Gal kəndinə daşıyıb apardıqlarını, hazırda evin divarları quruduğundan divarlarda nəmişlik səbəbindən pas və göy rəngə çalan qor yarandığını, sığorta şirkəti tərəfindən evin 2 dəfə şəkili çəkilməklə, ərizəsi, şəxsiyyət vəsiqəsinin surəti və evin sığorta edilməsi barədə şəhadətnamənin surəti alınsa da onlara mənzilə qonşu tərəfindən ziyan dəydiyini və bu ziyana görə xərci qonşunun çəkməli olduğunu əvvəlcədən bildirdiklərini, qonşu Ramiz həkimin evində işləmiş ustanın dəymiş ziyanı ödəməyə maddi imkanının olmadığını, Ramiz qonşunun isə ziyanın onun tərəfindən deyil, evində təmir aparmış usta tərəfindən vurulduğunu göstərməklə dəymiş ziyanın usta tərəfindən ödənilməli olduğunu bildirdiyini, sığorta şirkətinin isə evə dəymiş ziyana görə onlara ödənilməli olan sığorta ödənişini gecikdirdiyini, hərdən bir bəhanə gətirərək sığorta ödənişi barədə sənədlərin təsdiq üçün Bakı şəhərinə göndərildiyini bildirdiyini, dekabr ayına qədər sığorta şirkətini sığorta ödənişi etməsi üçün gözlədiklərini, ancaq heç bir sığorta ödənişi edilmədiyi üçün məcbur qalıb sığorta şirkətinə getdiklərini, sığorta şirkətinin yerləşdiyi binanın qapısının bağlı olduğunu, artıq fəaliyyət göstərmədiyini öyrəndiklərini, onlara evə dəymiş ziyana görə sığorta ödənişini həyata keçirəcək təşkilatın “Azərsığorta” şirkəti olduğunu, bundan sonra sığorta şirkətini cavabdeh qoyub iddia ərizəsi ilə məhkəməyə müraciət etdiklərini, Vəkil tutduqlarını, Allahverdi müəllim iddia ərizəsindən sığorta şirkətinin adını çıxıb cavabdeh kimi Ramiz həkimi qoyduqlarını, Naxçıvan Şəhər Məhkəməsində işə baxılması ilə bağlı 4 dəfə məhkəmə iclası keçirilsə də Ramizin iştirak etmədiyini, hüquqlarının müdafiə etməsi üçün müqavilə bağladıqları vəkilin isə məhkəmə iclaslarında onlara heç bir hüquqi yardım göstərmədiyini, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində evə baxış keçirildiyini, ekspertin verdiyi rəylə razı olmadığını, çünki evə 7500 manata mebel alıb qoyduqlarını, həmin mebeldən istifadə olunmadığını, evə su dolması nəticəsində mebeldə aşınma yarandığını, ancaq ekspertin bunların heç birini nəzərə almadan ev də olan 6 ədəd stulu 4 ədəd stul kimi göstərdiyini və mebelə 900 manat, qonaq otağı dəstinə 1500 manat, evə dəymiş ziyana görə isə 3100 manat qiymət müəyyən etdiyini, evə dəymiş ziyanla bağlı evlər idarəsi tərəfindən akt tərtib olunduğunu, həmin aktda evə bütünlüklə ziyan dəydiyinin göstərildiyini, Naxçıvan Şəhər Məhkəməsində işə baxılan zaman ekspertin verdiyi rəylə razı olmasalar da bununla bağlı öz yazılı etirazlarını məhkəməyə təqdim etmədiklərini, mübahisəni öz aralarında həll edib bu məsələni birdəfəlik bitirmək istədiklərini, ancaq Ramizlə hər hansı formada razılığa gələ bilmədiklərinə görə ziyana düşdükləri üçün məhkəməyə müraciət etdiklərini, onlara dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini və Naxçıvan Şəhər Məhkəməsinin 06 noya br 2024-cü il tarixli, 2(078)-733/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Cavabdeh işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilməsinə baхmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci in stansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi haki m üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. İşin kollegiyada araşdırılmış halları və “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış cavabdehə məxsus 01 sentyabr 2014-cü il tarixli, AZE******** seriya nömrəli şəxsiyyət vəsiqəsi məlumatları ilə müəyyən edilmişdir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Babək rayonu, Cəhri kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən maddədə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” mü ddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çerniçkin R usiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi qanunun yuxarıda sadalanan normalarının tələbinə əməl etməmiş, ərazi aidiyyəti qaydalarını pozaraq əsassız olaraq işə Naxçıvan Şəhər Məhkəməsində mahiyyəti üzrə baxmaqla iş üzrə yekun qərar çıxarmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 387.2.9-cu maddəsinin tələbinə əsasən şikayətin dəlillərin dən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa ləğv edilməlidir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(078)733/2024 nömrəli qətnaməsi ləğv edilməklə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilməlidir. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması əsasına görə ləğv olunduğundan iddiaçının qətnamənin ləğv olunmaqla iddia tələbinin təmin edilməsinə dair apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edil mir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 35.1, 45.4, 372.7, 384.0.4, 387.2.9, 402.2.5, 403, 404, 405.0.2 və 406-cı mаddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(078)-733/2024 nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş aidiyyəti üzrə baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-26/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-26/2025
26.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver