Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-28/2022 17.03.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(080)-141/2021 saylı qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 12 iyul 2021-ci il tarixdə pul, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 6900 (altı min doqquz yü z) manat məbləğində pulun, 1500 (bir min beş yüz) manat maddi zərərin, mənəvi zərərə görə 500 (beş yüz) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(080)-141/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 6900 manat əsas, 250 manat maddi zərər, cəmi 7150 manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə 07 dekabr 2021-ci il tarixdə buraxılmış müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə Ordubad Rayon Məhkəməsi nə müraciət edərək Ordubad Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(080)-141/2021 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(080)-141/2021 saylı qərardadı ilə Ordubad Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(080)-141/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş vəsatət təmin edilmiş, Ordubad Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(080)141/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün Cavabdeh tərəfindən buraxılmış müddət bərpa olunmuş, Ordubad Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(080)-141/2021 saylı qətnaməsindən C avabdeh nümayəndəsi və vəkili Nümayəndə verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının qeyd etdiyi 2000 manat vəsait 04.12.2021-ci il tarixdə deyil, 04.11.2020-ci il tarixdə verilmişdir və qalan 5000 manat isə hissələrə bölünərək verilməsinə dair iddiaçı ilə razılaşmalar və bu barədə əl yazısı ilə damalı dəftər vərəqində yazı qeyd olunmuş, vərəqin əsli isə iddiaçıda qalmışdır. Lakin qətnamədən görünür ki, həmin qeyd məhkəməyə təqdim edilməmişdir. Cavabdeh isə iddiaçıya həmin torpaq sahəsini etibarnamə ilə istifadə etdiyini bildirmişdir. İddiaçının iddia etdiyi kimi ona torpaq sahə si ilə bağlı çıxarış təqdim edəcəyi barəsində heç bir vəd verməmiş, üzərinə öhdəlik götürməmişdir. İddiaçının həmin tarixdən sonra ümumilikdə ona 4900 manat pul verildiyi, həmin pulun 4000 manat hissəsini isə X8 vasitəsi ilə Kürdəmir şəhərində verildiyi tamamilə əsassızdır. Cavabdeh nəinki adıçəkilən şəxsdən pul almamış, onu ümumiyyətlə tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. Məhkəmə iddiaçının iddiasını əsaslandırdığı halları sübut etmədən formal qətnamə qəbul etmişdir. Kürdəmir rayon X6 Bölməsinin 11.03.2020-ci il tarixli qərarına istinad edərək X4, X3 izahat verdiyini bildirir, lakin onlar məhkəmə iclaslarına çağırılmır, izahatları dəqiqləşdirilmir. Qeyd etdiyi kimi cavabdeh X5 tanımır, X7 isə bu işlə əlaqədar nəinki izahat verməmiş, heç Kürdəmirə getmədiyini bildirmişdir. Cavabde h məhkəmənin yeganə sübut kimi istinad etdiyi həmin qərardan məlumatsızdır. Məhkəmə qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə istinad edərək 6900 manatın cavabdehə verildiyini, cavabdehin isə üzərinə torpaq sahəsini sənədləşdirərək iddiaçıya verməyi götürməsini, lakin öhdəliyin yerinə yetirilmədiyini qeyd etsə də cavabdehin belə bir öhdəlik götürməsi, eləcə də ona həmin məbləğin verilməsi sübuta yetirilməmişdir. 21.12.2012-ci il tarixədək 6900 manat pulun cavabdehə verildiyini qəbul etmirlər, bu hal sübuta yetirilməmişdir, təsdiqini tapmayan məbləğə illik 5% hesablanması yolverilməzdir. Cavabdehin Məhəmmədi kəndində etibarnamə ilə istifadə etdiyi torpaq sahəsini iddiaçıya razılaşdırılmış şərtlərlə satıldıqdan sonra çıxarışın cavabdeh tərəfindən təmin ediləcəyi b arədə üzərinə öhdəlik götürməyi sübut edilməmişdir. Bu isə məhkəmənin formal mülahizəyə əsaslanaraq Cavabdeh münasibətdə Mülki Məcəllənin öhdəliklərə dair normalara istinad etməklə əsasız qətnamə qəbul etməsi ilə nəticələnmişdir. İddiaçının cavabdehə ayrı-ayrı vaxtlarda 2000 manat, 4000 manat, 900 manat, ümumilikdə 6900 manat həqiqətən verdiyi sübuta yetirilməmişdir. Sübuta yetirilməyən hal cavabdehlə iddiaçı arasında yaranan mülki hüquq münasibətlərinin kreditor borclu münasibəti kimi xarakterizə olunmasına, Cavabdeh əsassız yerə həmin vəsaiti qaytarması, eyni zamanda Mülki Məcəllənin maddi zərərlə bağlı normasına istinad edilməsi ilə əlaqədar olaraq 250 manat vəsaitin də alınmasına dair qətnamə çıxarılması ilə nəticələnmişdir. Qətnamə qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlara söyk ənmişdir. Məhkəmə qətnamədə istinad etdiyi Kürdəmir rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin 11.03.2020-ci il tarixli qərarını hadisənin olub-olmaması hissəsinə münasibətdə tanımalıdır. Lakin məhkəmə 6900 manat məbləğində pul vəsaitinin Cavabdeh verilməsini həmin qərarda adları çəkilən X8 və X1 izahatlarının təsdiqi etdiyini bildirir. Və bununla da məhkəmə onlar məhkəmədə iştirak etmədiyi halda məhkəmə iclasında ifadə vermişdir təəssüratı yaratmışdır. İddiaçı ödənilən pulun miqdarını göstərən əl yazısının əslinin məhkəməyə təqdim etməmişdir. Cavabdeh məhkəmə prosesində iştirak etmədiyi üçün sözügedən sənədin bir nüsxəsini- özündə olan nüsxəsini təqdim etməmişdir. İddiaçı 21 fevral 2022-ci il tarixdə etirazla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərə k apellyasiya şikayətinin təmin edilməməsi və Ordubad Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(080)-141/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Cavabdeh 03 mart 2022-ci il tarixdə apellyasiya instansiya məhkəməsində keçirilmiş məhkəmə baxışı iclasında kollegiyaya ərizə ilə müraciət edərək ərizəsində İddiaçı ilkin razılaşma zamanı 2000 AZN aldığını, daha sonra isə İddiaçı ona 1500 AZN verdiyini, ümumilikdə 3500 AZN pul aldığını, həmin məbləği ödəməyə hazır olduğunu qeyd edərək izahatında kollegiyaya təqdim etdiyi ərizənin nəzərə alınmaqla Ordubad Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(080)-141/2021 saylı qətnaməsinin dəyişdirilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh 17 mart 2022-ci il tarixdə teleqramla Naxçıvan Muxt ar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Bakı şəhərində olduğundan və bilet ala bilmədiyindən onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və qanuni qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə qabaqcadan məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakları olmadan baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən a pellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı və Cavabdeh arasında 2 sot torpaq sahəsinin 7000 manata alğı-satqısı ilə bağlı razılıq əldə olunmuş, İddiaçı ilkin olaraq 2000 manatı cavabdehə vermiş, qalıq 5000 manatın hissə-hissə ödənilməsi ilə bağlı razılaşmışlar. Mülki işin cavabdeh tərəfindən mübahisələndirilən halını 6900 manat əsas, 250 manat maddi zərər təşkil edir. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsinin qətnaməsini mənəvi zərərə dair hissədə mübahisələndirməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinə yalnız cavabdeh vəkili və nümayəndəsi tərəfindən mübahisələndirilən hissədə baxa bilər. Ko llegiya apellyasiya şikayətində qeyd olunan cavabdehin iddiaçıya həmin torpaq sahəsini etibarnamə ilə istifadə etdiyini bildirməsi, iddiaçının iddia etdiyi kimi ona torpaq sahəsi ilə bağlı çıxarış təqdim edəcəyi barəsində heç bir vəd verməməsi, üzərinə öhdəlik götürməməsi, iddiaçının həmin tarixdən sonra ümumilikdə ona 4900 manat pul verməsinin, həmin pulun 4000 manat hissəsini isə X8 vasitəsi ilə Kürdəmir şəhərində verməsinin tamamilə əsassız olması, Cavabdeh nəinki adıçəkilən şəxsdən pul almaması, onu ümumiyyətlə tanımaması, onunla heç bir əlaqəsinin olmaması dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh bu dəlilləri təsdiq edəcək hər hansı sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Kollegiya belə hesab edir ki, qeyd olunan bu d əlillər cavabdehin subyektiv mülahizəsidir. Məhkəməyə isə subyektiv mülahizələr deyil, iş üzrə obyektiv faktlar təqdim olunmalıdır. Apellyasiya şikayətində qeyd olunan məhkəmənin iddiaçının iddiasını əsaslandırdığı halları sübut etmədən formal qətnamə qəbul etməsi, Kürdəmir rayon X6 Bölməsinin 11.03.2021-ci il tarixli qərarına istinad edərək X4, X3 izahat verdiyini bildirməsi, lakin onların məhkəmə iclaslarına çağırılmaması, izahatlarının dəqiqləşdirilməməsi, məhkəmənin qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə istinad edərək 6900 manatın cavabdehə verildiyini, cavabdehin isə üzərinə torpaq sahəsini sənədləşdirərək iddiaçıya verməyi götürməsini, lakin öhdəliyin yerinə yetirilmədiyini qeyd etsə də cavabdehin belə bir öhdəlik götürməsinin, eləcə də ona həmin məb ləğin verilməsinin sübuta yetirilməməsi, 21.12.2012-ci il tarixədək 6900 manat pulun cavabdehə verilməsini qəbul etmələri, bu halın sübuta yetirilməməsi, təsdiqini tapmayan məbləğə illik 5% hesablanmasının yolverilməz olması, cavabdehin Məhəmmədi kəndində etibarnamə ilə istifadə etdiyi torpaq sahəsini iddiaçıya razılaşdırılmış şərtlərlə satıldıqdan sonra çıxarışın cavabdeh tərəfindən təmin ediləcəyi barədə üzərinə öhdəlik götürməsinin sübut edilməməsi, bunun isə məhkəmənin formal mülahizəyə əsaslanaraq Cavabdeh münasibətdə Mülki Məcəllənin öhdəliklərə dair normalara istinad etməklə əsasız qətnamə qəbul etməsi ilə nəticələnməsi, iddiaçının cavabdehə ayrı-ayrı vaxtlarda 2000 manat, 4000 manat, 900 manat, ümumilikdə 6900 manatı həqiqətən verməsinin sübuta yetirilməməsi, sübuta yetirilməyən ha lın cavabdehlə iddiaçı arasında yaranan mülki hüquq münasibətlərinin kreditor borclu münasibəti kimi xarakterizə olunması, Cavabdeh əsassız yerə həmin vəsaiti qaytarması, eyni zamanda Mülki Məcəllənin maddi zərərlə bağlı normasına istinad edilməsi ilə əlaqədar olaraq 250 manat vəsaitin də alınmasına dair qətnamə çıxarılması ilə nəticələnməsi, qətnamənin qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlara söykənməsi, məhkəmənin qətnamədə istinad etdiyi Kürdəmir rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin 11.03.2020-ci il tarixli qərarını hadisənin olub-olmaması hissəsinə münasibətdə tanımalı olması, lakin məhkəmənin 6900 manat məbləğində pul vəsaitinin Cavabdeh verilməsini həmin qərarda adları çəkilən X8 və X1 izahatlarının təsdiqi etdiyini bildirməsi, bununla da məhkəmənin onlar məhkəmədə işt irak etmədiyi halda məhkəmə iclasında ifadə vermişdir təəssüratı yaratması, iddiaçının ödənilən pulun miqdarını göstərən əl yazısının əslini məhkəməyə təqdim etməməsi dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə uyğun olaraq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iş tirakçıları arasında müqavilə olmalıdır. İddiaçı və Cavabdeh arasında 2 sot torpaq sahəsinin 7000 manata alğı-satqısı ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647-ci maddəsinə uyğun olaraq notarial qaydada təsdiq olunmuş yazılı müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə uyğun olaraq bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İddiaçının iddia ərizəsində və cavabehin apellyasiya şikayətində göstərdiyi torpağın alğı-satqısı ilə bağlı əl yazısının əsli məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübu tetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. İş materiallarında əsasən iddiaçının məhkəməyə təqdim etdiyi dəlillər ilə onun Cavabdeh 6900 manat pul verməsi təsdiq olunmur. Həmçinin iş materiallarında olan Kürdəmir rayon X6 Bölməsinin 11.03.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. B irinci instansiya məhkəməsi tərəfindən 01 oktyabr 2021-ci il tarixli, 2(080)-141/2021 saylı qətnamə qəbul edilərkən Kürdəmir rayon X6 Bölməsinin 11.03.2021-ci il tarixli qərarına istinad edilmiş və nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır. Belə ki, iş üzrə materiallarla İddiaçı cavabdehə 6900 manat pulu verdiyini sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi Kürdəmir rayon X6 Bölməsinin 11.03.2021-ci il tarixli qərarı məhkəmə üçün məcburi qüvvəyə malik deyil və həmin qərar iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Həmçinin kollegiya onu da qeyd edir ki, Kürdəmir rayon X6 Bölməsinin 11.03.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, həmin qərarın məzmunundan da aydın olur ki, İddiaçı izahatı alınsa d a Cavabdeh işlə bağlı izahatı alınmamışdır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, yalnız qüvvəyə minmiş məhkəmə hökmü və ya cinayət işi ilə əlaqədar qərar mülki işlərə baxılarkən digər məhkəmələr üçün hadisənin olub-olmaması hissəsində məcburi sayıla bilər. Hazırki mülki işdə isə Cavabdeh barəsində dələduzluq cinayəti ilə bağlı hər hansı məhkəmə hökmü çıxarılmamış, Kürdəmir rayon X6 Bölməsinin 11.03.2021-ci il tarixli qərarı ilə onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh 03 mart 2022-ci il tarixdə kollegiyaya təqdim etdiyi ərizə ilə iddia tələbini 3500 manatlıq hissədə qismən etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə uyğun olaraq tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf e tməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Qeyd olunan hüquq normasına əsasən Cavabdeh iddiaçının ona 3500 manat pul verməsini etiraf etdiyindən kollegiya iddia tələbini yalnız həmin hissədə təmin etməlidir. Kollegiya onu da qeyd edir ki, Cavabdeh apellyasiya məhkəməsindəki izahatı və 03.03.2022-ci il tarixdə kollegiyaya təqdim etdiyi ərizə ilə 3500 manat pulu iddiaçıya qaytarmadığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki M əcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına əsasən borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin geci kdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunan hüquq normasının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarının məzmunundan da aydın olduğu kimi cavabdeh 3500 manat pulu İddiaçı qaytarmadığ ı üçün maddi məsuliyyət daşıyır. 3500 manatın gecikdirilmiş vaxt üçün illik beş faizi 175 manat, bir aylıq miqdarı isə 14,58 manat təşkil edir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən də aydın olduğu kimi iddiaçının məhkəməyə müraciət etdiyi tarixə qədər yeddi ay keçmişdir. Cavabdeh yeddi ay ərzində qaytarmadığı pul məbləğinə mütənasib olaraq iddiaçıya 102,10 manat maddi zərəri ödəməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətində Ordubad Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(080)-141/202 1 saylı qətnaməsinin ləğv edilməsini qeyd etsə də, cavabdehin apellyasiya məhkəməsi baxışındakı izahatından onun tələbinin Ordubad Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(080)-141/2021 saylı qətnaməsinin dəyişdirilməsi təşkil etdiyi müəyyən olunur. Beləliklə apellyasiya şikayətinin dəlilləri Ordubad Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(080)-141/2021 saylı qətnaməsinin dəyişdirilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2 (080)-141/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ordubad Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(080)-141/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə- “Cavabdeh 6900 manat əsas, 250 manat maddi zərər, cəmi 7150 manat məbləğində pulun alınıb İddiaçı verilsin” hissəsində “Cavabdeh 3500 manat əsas, 102,10 manat maddi zərər olmaqla ümumilikdə 3602,10 manat alınıb İddiaçı verilsin” kimi dəyişdirilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 15,20 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı verilməlidir. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmi şdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan....az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmuş hissəsi 6900 manat əsas, 250 manat maddi zərər olmaqla ümumilikdə 7150 manat təşkil etsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia 3500 manat əsas, 102,10 manat maddi zərər olmaqla, ümumilikdə 3602,10 manata dair hissədə təmin edilmişdir. İddiaçı tərəfindən y alnız iddianın təmin olunmayan 3547,90 manata dair hissəsi mübahisələndirilə bilər. Bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsində nəzərdə tutulmuş beş min manatdan az olduğundan həmin hissədə kassasiya şikayəti verilə bilməz. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392 və 393-cü maddələrini rəhbər tutaraq kollegiya q ə t e t d i: İddiaçı Cavabdeh qarşı pul, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(080)-141/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ordubad Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(080)-141/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə- “Cavabdeh 6900 manat əsas, 250 manat maddi zərər, cəmi 7150 manat məbləğində pulun alınıb İddiaçı verilsin” hissəsində “Cavabdeh 3500 manat əsas, 102,10 manat maddi zərər olmaqla ümumilikdə 3602,10 manat alınıb İddiaçı verilsin” kimi dəyişdirilsin. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq 15,20 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-28/2022
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-28/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver