Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-3/2024 17.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X8 və X2 ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(110)187/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh ona borclu olduğu 100000 (bir yüz min) ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsini n 06 sentyabr 2023-cü il tarixli, 2(110)-187/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda olan Cavabdeh 55000 (əlli beş min) ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla alınaraq ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh ekspertiza xərci olaraq 126 (bir yüz iyirmi altı) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməsi qət edilmişdir. Məh kəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı vəkili Nümayəndə vasitəsi ilə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(110)-187/2023 nömrəli qətnaməsinin qismən ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddia ərizəsində qeyd etdiyi kimi uzun zamandır ki, ticarətlə məşğul olur, bu səbəbdən rayonda hər kəs onu tanıyır, Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh ilə uzun zamandır ki, tanışdır. Arada ona xarici valyuta lazım olanda Fuaddan almışdır, aralarında ticari əlaqələr olduğundan Fuad ondan arada borc pul istəyirdi, o, Fuada 2022-ci il sentyabr ayında manat alması üçün 20000 (iyirmi min) ABŞ dolları, oktyabr ayında 70000 (yetmiş min) manat və noyabr ayında 80000 (səksən min) ABŞ dolları məbləğində pul vermişdir. Fuad ondan borc alması barədə dilindən iltizam yazaraq həmin borcu nə vaxt qaytaracağını göstərmiş, həmçinin şəxsi maşının texpasportunun özünü və şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Daha sonra avtomobil sürdüyü üçün avtomobilin texpasportunun lazım olduğunu deyib özünü ondan alaraq, daha sonra surətini vermişdir. Buna baxmayaraq, martın 1-dən avqustun 16-dək olan məhkəmə proseslərinin heç birində bu barədə söhbət getməmişdir. Hətta özünə məxsus olan “Hyundai Santafe” markalı maşını lombard vasitəsilə satışa çıxmışdır. Fuad ondan aldığı 70000 (yetmiş min) manatı hissə-hissə olaraq qaytardığı üçün qalan pullarını tam istəm işdir. 2023-cü ilin yanvar ayının 15-də Fuad ona telefonda Naxçıvana getməyini, orada ona 18000 (on səkkiz min) manat pul veriləcəyini bildirmiş, ona inanaraq Naxçıvan şəhərinə şəxsi maşını ilə getdiyini, lakin həmin şəxsə heç kimin pul vermədiyini öyrənmişdir. Sonradan məlum olmuşdur ki, Fuad ondan DİN orqanlarına şikayət edib, Fuad həm də ona şər ataraq onun pulunu vermək istəmirmiş, ona görə də o, məcbur qalıb məhkəməyə müraciət edib. O müharibə veteranı olduğuna görə də müharibə veteranları üçün müəyyən olunan güzəştlərdən yəni dövlət rüsumundan azad olunduğunu, eyni zamanda da həm də şəhid ailəsi olduğunu demişdir. O, məhkəmə baxışı iclasında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq qeyd edir ki, 2022-ci ilin sentyabr ayının 19-da Fuad onu gə lib evdən götürmüş, Sərxanlı yolunda maşın işığında ona qol kağızı yazıb verərək ondan 20000 (iyirmi min) dollar pul almışdır. Sonra ona bacısının xəstə olduğunu bildirib, hətta bacısının ayaqlarına sistem vurularkən olan şəkillərini telefonuna göndərmişdir. Ona əlində pulunun olmadığını və “mənə köməklik et pul tap gətir, özün də bilirsən ki, müştərilərim çoxdur özüm də dolanım sizi də dolandırım” demiş, onun da bu niyyətlə dediyi pulu tapıb verdiyini bildirmişdir. Ondan həmin pulu yəni 20000 (iyirmi min) dolları manat şəklində qaytarmağını istəmişdir. Onu da bildirir ki, öz anası da ağır xəstə olduğu üçün onu başa düşüb bu səhv addımı atmışdır. Lakin cavabdeh pulu ona geri qaytarmamışdır. 2-ci dəfə oktyabrın 26-da Dizə kəndi üstündə ona qol kağızı verib 70000 (yetmiş min) manat pul aldığ ını, həmin pulu hissə-hissə qaytardığını bildirmiş, həmin pulla bağlı mübahisələri olmamışdır. Nədənsə qərar qəbul edilərkən 70000 (yetmiş min) pulu 7000 (yeddi min) kimi hesablamışlar. Qətnamədə 70000 (yetmiş min) aldığını bildirsə də, hətta 70000 (yetmiş min) manatın qol kağızını iddia ərizəsi ilə birlikdə təqdim etsə də məhkəmə proseslərində bu haqda heç bir söhbət olmamışdır. Bu barədə 3-cü dəfə noyabrın 15-də Dizə kəndinin ərazisində Fuad ona qol kağızı verərək 80000 (səksən min) dollar almışdır. 16 yanvar 2023-cü il tarixdə sahə müvəkkili ona zəng edərək Naxçıvan MR Daxili İşlər Nazirliyinə çağrıldığını bildirmiş, bazar günü olduğu üçün ora getməyib, maşını birbaşa Şərura sürmüş, böyük düz üstündə ona bir daha DİN-dən zəng gələrək bildirilmişdir ki, Cavabdeh sizdən şikayət edib. O, h əmin pulu Qəhrəmanova verdiyini, onlardan da pulu ala bilmədiyini, ona görə onun pulunu qaytara bilmədiyini demiş, lakin sonradan ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Qəhrəmanov Hümbətin daxili işlər nazirliyinin əməkdaşının iştirakı ilə 95000 (doxsan beş min) manat pulu aktlaşdırılaraq Fuada qaytarılıb, Fuad isə ona pul qaytarmayıb. Haliyədə Fuadın ona 100000 (bir yüz min) ABŞ dolları borcu qaldığını qeyd edərək məhkəmədən iddia tələbinin təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən iddia tələbi qismən təmin olunmuş, məhkəmə xətşünaslıq ekspertizasının rəylərində ekspert qarşısına qoyulan suallar düzgün olmamış, 80000 (səksən min) ABŞ dolları barədə cavabdehin verdiyi qol kağızında olan yazının onun və ya cavabdeh tərəfindən icra olunub o lunmaması müəyyən edilmədiyi qeyd edilmişdir. Halbuki martın 1-də hakim cavabdeh məhkəmədə verdiyi izahatında həmin qəbzlərin yazılmasının onun tərəfindən icra olunduğu göstərilmişdir. Onu da bildirir ki, X1 X6 məhkəmə zalına gəlib ifadə verməsini xahiş etmişdir. Avqustun 6-sı məhkəmə zalına gəlməsinə və xahişlərinə baxmayaraq hakim qəbul etməmişdir. Qasımov Nurlan da tələsdiyi üçün qala bilməmişdir. Məhkəmənin gəldiyi qənaət bundan ibarətdir ki, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşlarının, Cavabdeh və “N-Crap” xərçəng fermasının sahibi X1 X7 iştirakı ilə Cavabdeh 1975 ədəd 20-lik pul əksinası olmaqla 39500 (otuz doqquz min beş yüz) manat, 1750 ədəd 10-luq pul əksinası olmaqla 17500 (on yeddi min beş yüz) manat, 7600 ədəd 5lik pul əksi nası olmaqla 38000 (otuz səkkiz min) manat olmaqla, ümumilikdə 95000 (doxsan beş min) manat məbləğində pul qaytarılmışdır. Lakin həmin pul vəsaiti Fuad tərəfindən alınsa da, ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-13-43/2-8291/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş Cavabdeh İddiaçı barəsində Naxçıvan MR Daxili İşlər Nazirliyinə ünvanlanmış 12 fevral 2023-cü il tarixli müraciətinə baxılmış və müraciətdə göstərilən xüsusatlar mülki xarakterli mübahisə olduğundan müraciət Naxçıvan MR Daxili İşlər Nazirliyini Katibliyində işə tikilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə iclasında tədqiq olunmuş olunmuş CD disklərdən görünür ki, tərəflər arasında müxtəlif vaxtlarda pulu n alınıb verilməsinə dair səs yazılan mövcuddur. Məhz həmin səs yazılarına məhkəmə tərəfindən istinad olunaraq tələb qismən təmin olunmuşdur. İddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Nəticə etibarı ilə hesab edir və inanır ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. İddiaçı sonda Şərur Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(110)187/2023 nömrəli qətnaməsinin qismən ləğv olunaraq, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xa hiş etmişdir. İddiaçı apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 385.1, 425.1, 442, 445.2, 448.1-ci maddələrinə istinad etmişdir. Həmçinin məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(110)-187/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli b axılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnaməsində onun İddiaçı müxtəlif vaxtlarda 20000 (iyirmi min) ABŞ dolları pul bir, 8000 (səkkiz min) ABŞ dolları pul bir və 7000 (yeddi min) manat olmaqla, cəmi 54000 (əlli dörd min) manat pulu faizə almışdır. Həmin aldığı pullardan həm əsas borcu və faiz borcunu artıqlaması ilə 109390 (bir yüz doqquz min üç yüz doxsan) manatdan çox iddiaçıya pul ödəmişdir. İddiaçı hər dəfə ona pul verərkən əl yazısı yazdırıb və imzalatdırıb pulu ona verirdi. 15 noyabr 2022-ci il tarixli əl yazısında o, 8000 (səkkiz min) ABŞ dolları məbləğində pulu alarkən həmin əlyazmada sonradan 0 rəqəmi əlavə edilib və mötərizə içərisində qeyd olunan və sözlə yazılan səkkiz min sözü səksən min yazılmışdır. Hər dəfə iddiaçı ona pul verərkən imzaladığı sənədlərin surətini istəsə belə ona verməmişdir. Qanunvericiliklə bank və bank olmayan kredit təşkilatları istisna olmaqla fiziki şəxslərin borcu faizə verməsi yolverilməzdir. Halbuki o, həm əsas borcdan, həm də faiz borcundan ödəmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Nəticə etibarı ilə hesab edir və inanır ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Cavabdeh sonda Şərur Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(110)187/2023 nömrəli qətnaməsinin ləğv olunaraq, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443, 739.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətlərinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Apellyasiya şikayətlərinə qarşı kollegiyaya etiraz daxil olmamışdır. Apellyasiya şikayətlərinə baxılması zamanı izahat verən iş üzrə İddiaçı izahatında apellyasiya şikayətinin təmin olunmaqla Şərur Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(110)-187/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin olunması, iş üzrə Cavabdeh isə apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinə baxılması zamanı izahat verən Cavabdeh iddiaçı tərəfin verilmiş apellyasiya şikayətini qəbul etməyərək Şərur Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(110)-187/2023 nömrəli qətnaməsinin ləğv olunması, şıkayətinin təmin edilərək iddianın rədd olunması barədə qərar qəbul olunmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasə n apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edil mədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya in stansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya Şərur Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(110)-187/2023 nömrəli qətnaməsinin əsaslılığını və qanuniliyini yoxlayıb, apellyasiya şikayətlərinin dəlillərini mülki işin materialları ilə müqayisəli şəkildə tədqiq edərək, iş üzrə toplanmış süb utları hərtərəfli araşdırıb belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə səhv nəticəyə gəlmişdir. Kollegiya tərəflərin verdiyi apellyasiya şikayətlərində qeyd etdikləri dəlilləri məcmu halda qiymətləndirərək və həmin dəlilləri işin araşdırılmış halları ilə qarşılıqlı tədqiq edərək gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, mülki işin araşdırılması zamanı müəyyən edilmiş hallarından məlum olur ki, İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh ona borclu olduğu 100000 (bir yüz min) ABŞ dolları məbləğində pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmənin 06 sentyabr 2023-cü il tarixli, 2(110)-187/2023 nömrəli qətnaməsi ilə iddianın q ismən təmin edilərək, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda olan Cavabdeh 55000 (əlli beş min) ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla alınaraq ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qənaətinə gəlinmişdir. Məhkəmə gəldiyi nəticəni isə belə əsaslandırmışdır ki, “Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış pulun alınması barədə qəbzlə 20000 (iyirmi min) ABŞ dolları, xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış pulun alınması barədə qəbzlə 7000 (yeddi min) manat, xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış pulun alınması barədə qəbzlə 80000 (səksən min) ABŞ doll arı pul verilmişdir. xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış pulun alınması barədə qəbzlə verilmiş 7000 (yeddi min) manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya qaytarıldığından iddiaçı tərəfindən həmin məbləğ mübahisələndirilməmişdir. Cavabdeh tərəfindən isə həmin qəbzlərin onun tərəfindən yazılması etiraf edilmiş, cavabdeh 20000 (iyirmi min) ABŞ dolları və 7000 (yeddi min) manat pulun iddiaçıdan alınması etiraf edilsə də, lakin xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış pulun alınması barədə qəbzlə iddiaçıdan 80000 (səksən min) ABŞ dolları məbləğində deyil 8000 (səkkiz min) ABŞ dolları pulun aldığını bildirsə də buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda iş materialında olan ekspert rəyləri ilə də cavabdehin mübahisələndirdiyi 80000 (səksən min ) ABŞ dolları yazısının sonuncu sıfır rəqəminin iddiaçı və ya cavabdeh tərəfindən icra olunmasını müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmə baxışı iclasında iş materialında olan tərəflər arasında “WhatsApp” sosial şəbəkəsi vasitəsilə səs yazıları ilə tərəflər arasında olan borcun məbləği aydınlaşdırıldığından məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış pulun alınması barədə qəbzdə qeyd edilən məbləğin 80000 (səksən min) ABŞ dolları və ya 8000 (səkkiz min) ABŞ dolları olmasına münasibət bildirilməsi zərurəti aradan qalxmışdır. Belə ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə və Cavabdeh göndərdiyi səs yazısında cavabdehin ona borclu olduğu 54000 (əlli dörd min) manat borcundan 20000 (iyirmi min) manatını aldığını, 34000 ( otuz dörd min) manatının qaldığını, qalan 34000 (otuz dörd min) manatı isə xx.xx.2023-cü il tarixdə ona qaytardıqdan sonra, 2022-ci ilin dekabr ayının 28-29-da 80000 (səksən min) manatı, yəni 40000 (qırx min) ABŞ dollarını da qaytardıqdan sonra cavabdehin ona heç bir borcunun qalmayacağını bildirmişdir. Sonrakı tarixlərdə cavabdeh iddiaçıya müəyyən məbləğlərdə pul qaytardığına dair səslər atsa da iddiaçı cavabdehin borclu olduğu 34000 (otuz dörd min) manat və 40000 (qırx min) ABŞ dolları məbləğində puldan 4000 (dörd min) manat, 1000 (bir min) manat, 3500 (üç min beş yüz) manat qaytardığını etiraf etmişdir. Cavabdeh tərəfindən isə məhkəməyə iddiaçıya müxtəlif vaxtlarda pul göndərməsinə dair səs yazıları təqdim etsə də, cavabdehin həmin pul məbləğlərini almasının təsdiqinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi üzrə cavabdehdən 55000 ((əlli beş min) (34000-4000 -1000-3500=25500 manat / 1.70 ABŞ dolları = 15000 (on beş min) ABŞ dolları +40000 (qırx min) ABŞ dolları)) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində alınaraq iddiaçıya ödənilməli, iddia digər hissədə rədd edilməlidir.” Kollegiya mülki işin apellyasiya baxışı zamanı araşdırılmış hallarına əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmiş, iş üzrə mövcud olan sübutların tədqiqi və mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün fak tiki hallar hərtərəfli və tam araşdırılmamış, maddi və prosessual hüquq normalarına əməl edilməməklə düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçı tələbinin əsası kimi, cavabdehə 2022-ci il sentyabr ayında manat alması üçün 20000 (iyirmi min) ABŞ dolları, oktyabr ayında 70000 (yetmiş min) manat və noyabr ayında 80000 (səksən min) ABŞ dolları məbləğində pul verdiyini, cavabdehin ondan borc alması barədə dilindən iltizam yazaraq həmin borcu nə vaxt qaytaracağını göstərdiyini, cavabdehin ondan aldığı 70000 (yetmiş min) manatı hissə-hissə olaraq qaytardığını, buna görə də tələbində həmin hissəni göstərmədiyini, hazırda cavabdehin ona 100000 (bir yüz min) ABŞ dolları borcu olduğunu bildirmiş, iddia ərizəsinə təl əbini təsdiq edəcək sübut qismində isə əlyazma ilə sadə yazılı formada yazılmış pulun cavabdeh tərəfindən alınmasını təsdiq edəcək qəbzləri və “WhatsApp” yazışmalarının CD-yə köçürülmüş səs yazılarını təqdim etmişdir. Apellyasiya baxışı zamanı izahat verən iş üzrə Cavabdeh tələbə münasibətində həmin qəbzlərin onun tərəfindən yazılmasını etiraf etmiş, iddiaçıdan 20000 (iyirmi min) ABŞ dolları, 8000 (səkkiz min) ABŞ dolları və 7000 (yeddi min) manat pul aldığını, məhz həmin məbləğlərə dair İddiaçı sadə yazılı formada qəbz verdiyini, lakin iddiaçının sübut qismində təqdim etdiyi xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış pulun alınması barədə qəbzlə iddiaçıdan 80000 (səksən min) ABŞ dolları məbləğində deyil, 8000 (səkkiz min) ABŞ dolları məbləğində pul aldığını bildirmiş, lakin iddiaçıdan aldığını etiraf etdiyi 20000 (iyirmi min) ABŞ dollarını, 8000 (səkkiz min) ABŞ dollarını və 7000 (yeddi min) manat pulu tam şəkildə faizləri ilə birlikdə geri qaytardığını qeyd etmişdir. Beləliklə, mülki işin kollegiya tərəfindən müəyyən olunan mübahisələndirilməyən halları ondan ibarətdir ki, iş üzrə iddiaçı tərəfindən borcun alınmasına dair sübut qismində təqdim olunan qəbzlər (iş səh.8-9) cavabdeh tərəfindən yazılmışdır(cavabdeh bu faktı etiraf edir), həmin qəbzlərdən (iş səh.9) 20000 (iyirmi min) ABŞ dolları olan qəbzin həqiqiliyi cavabdeh tərəfindən mübahiələndirilmir və cavabdeh həqiqətən də, iddiaçıdan həmin məbləğdə borc aldığını və bu borca dair qəbzin özü tərəfindən yazılaraq imza edildiyini etiraf edir, digər sübut kimi xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış pulun alınmas ı barədə qəbzlə isə iddiaçıdan 8000 (səkkiz min) ABŞ dolları məbləğində pul aldığını (hansı ki, iddiaçı həmin qəbzdə borc məbləğinin 80000 (səksən min) ABŞ dolları kimi yazıldığını və alındığını iddia edir), bununla bağlı həmin qəbzin onun tərəfindən yazılaraq imzalandığını etiraf edir. Belə olan halda mülki iş üzrə qeyd olunan faktlar və cavabdehin hazırki tələb üzrə iddiaçıdan 28000(iyirmi səkkiz min) ABŞ dolları məbləğində pul alması işin mübahisələndirilməyən hallarıdır. İşin iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilən halları isə ondan ibarətdir ki, iş üzrə İddiaçı iddia tələbinin əsasını təşkil edən sübut kimi təqdim etdiyi xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış pulun alınması barədə qəbzdə borc məbləğinin cavabdehin dediyi kimi 8000 (səkkiz min) ABŞ dolları deyil, 800 00 (səksən min) ABŞ dolları kimi yazıldığını və cavabdehə də məhz bu məbləğdə pul verdiyini iddia edir, həmin qəbzdə olan qaralamanın onun tərəfindən deyil, cavabdeh tərəfindən edildiyini, digər sübut kimi təqdim etdiyi səs yazılarında Cavabdeh 80000 (səksən min) ABŞ dolları verdiyinin öz təsdiqini tapdığını bildirir, cavabdeh tərəfindən ona qaytarılan pulların daha əvvəl Cavabdeh tərəfindən borc kimi götürülən 70000 (yetmiş min) manat pulun əvəzi olaraq ona verildiyini, ümumilikdə isə 100000 (bir yüz min) ABŞ dolları məbləğində borcun bu gün də cavabdehin ona qaytarmalı olduğunu bildirir. Eyni zamanda iş üzrə Cavabdeh iddiaçının iddia etdiyi bu halları təkzib edərək İddiaçı iddia tələbinin əsasını təşkil edən sübut kimi təqdim etdiyi xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış pulun alı nması barədə qəbzdə borc məbləğinin iddiaçının iddia etdiyi kimi 80000 (səksən min) ABŞ dolları deyil, 8000 (səkkiz min) ABŞ dolları olduğunu, iddiaçıdan da məhz bu məbləğdə pul aldığını iddia edir, həmin qəbzin yazıldığı andan etibarən iddiaçıda saxlanıldığından müdaxilənin özü tərəfindən edilməsinin mümkün olmadığını, bu müdaxilənin də məhz iddiaçı tərəfindən edildiyini, sübut kimi təqdim edilən səs yazılarında iddiaçıdan 80000 (səksən min) ABŞ dolları aldığına dair heç bir faktın olmadığını, İddiaçı ümumiyyətlə heç vaxt 70000 (yetmiş min) manat pul borc almadığını, iddiaçının özünün etiraf etdiyi və səs yazılarında sübuta yetirilən geri qaytardığı pulların da ümumilikdə götürdüyü 20000 (iyirmi min) ABŞ dolları, 8000 (səkkiz min) ABŞ dolları və 7000 (yeddi min) manatın faizlərlə birlikdə qaytardığı pullar olduğunu bildirir. Kollegiya mülki işin iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilən halları ilə bağlı hərtərəfli araşdırma aparmış və aşağıdakı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmən in mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya b una qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Kollegiya mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı yuxarıda qeyd olunan norma və tələblərinə uyğun olaraq ilk növbədə qeyd edir ki, iş üzrə İddiaçı iddia tələbinin əsası kimi cavabdehə 20000 (iyirmi min) ABŞ dolları və 80000 (səksən min) ABŞ dolları məbləğində pul verdiyini, hazırda cavabdehin ona 100000 (bir yüz min) ABŞ dolları borcu olduğunu bildirmiş, iddia ərizəsinə tələbini təsdiq edəcək sübut qismində isə əlyazma ilə sadə yazılı formada yazılmış pulun cavabdeh tərəfindən alınmasını təsdiq edəcək iki qəbz təqdim etmiş, həmin qəbzlərdən 20000 (iyirmi min) ABŞ dolları məbləğində borcun cavabdeh tərəfindən alınmasına münasibətdə Cavabdeh tərəfindən bu məbləğin iddiaçıdan alınması, eyni zamanda həmin qəbzdə göstərilən məbləğin də məhz bu borc olmasını etiraf etməsi iş üzrə İddiaçı tələbini həmin hissədə sübutetmə yükündən azad etmişdir. Lakin İddiaçı iddia tələbinin digər əsası kimi cavabdehə 80000 (səksən min) ABŞ dolları məbləğində pul verdiyini, həmin tələbi təsdiq edən sübut qismində isə tərəflər arasında tərtib olunmuş qəbzdə məhz cavabdehin ona iddia etdiyi bu məbləği almasını etiraf etdiyini bildirsə də, tələblərinin və etirazlarının əsas kimi iddia etdiyi bu faktı sübut edə bilməmişdir. Belə ki, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı iddiaçı tərəfindən sübut kimi təqdim olunmuş mübahisələndirilən həmin qəbzdə olan borc məbləğinin 80000 (səksən min) ABŞ dolla rı və ya 8000 (səkkiz min) ABŞ dolları olması məhkəmə tərəfindən müəyyən edilə bilməmiş (bunun səbəbi qəbzdə olan məbləğdə qaralamaların olması olmuşdur) və belə olan halda məhkəmə icraatı zamanı zərurət yarandığından müvafiq olaraq mülki iş üzrə ekspertizalar təyin edilmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsində xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh şifahi vəsatət verərək, iddiaçıdan 80000 (səksən min) ABŞ dolları deyil, 8000 (səkkiz min) ABŞ dolları məbləğində pul aldığını, iddiaçıdan pulu alarkən verdiyi qəbzdə 8000 (səkkiz min) ABŞ dolları aldığını qeyd etdiyini, həmin yazıya sonradan iddiaçı tərəfindən müdaxilə olunaraq həmin rəqəmin 80000 (səksən min) ABŞ dolları kimi oxunmasının təmin etdiyini, buna görə də həqiqətin ortaya çıxması üçün məhkəmə-xəttşünaslıq ekspertizanın keçirilməsini xahiş etmiş, Şərur Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(110)187/2023 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 352 nömrəli rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, “...Ekspertizaya göndərilmiş 2(110)-187/2023 nömrəli mülki işin 08 vərəqəsində olan, 15 noyabr 2022-ci il tarixli qəbzdə “80000” rəqəminin sonundakı sıfır rəqəminin İddiaçı və ya Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olma mışdır.” Birinci instansiya məhkəməsində işə baxılarkən Şərur Rayon Məhkəməsinin 2(110)187/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəməxəttşünaslıq ekspertizası təyin edilmiş və növbəti ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Mərkəzin verdiyi xx.xx.2023-cü il tarixli, 4/978 nömrəli rəydə qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş 2(110)-187/2023 nömrəli mülki işin 08-ci vərəqəsində olan, 15 noyabr 2022-ci il tarixli qəbzdə “80000” rəqəminin sonuncu “0” rəqəminin İddiaçı tərəfindən və ya Cavabdeh tərəfindən icra olunub-olunmaması, həmçinin “80000” rəqəminin sonuncu “0” rəqəminin və “15.2022” rəqəmlərindəki “0” rəqəminin eyni şəxs tərəfindən icra olunubolunmamasını müəyyən e tmək mümkün olmamışdır. Apellyasiya şikayətinə baxılması ilə bağlı icraat zamanı 11 yanvar 2024-cü il tarixdə kollegiya tərəfindən birinci instansiya məhkəməsində keçirilən ekspertizalar zamanı ekspert qarşısında qoyulan sualların məhdudluğu, eyni zamanda şikayətinin tam, hərtərəfli və obyektiv araşdırılmaqla, tərəflər arasında əmələ gəlmiş hazırkı mübahisəyə düzgün hüquqi qiymət verilməsini təmin etmək məqsədilə iş materiallarında olan 15 noyabr 2022-ci tarixli “Pulun alınmasına dair” qəbzdə (iş səh.8) qeyd olunmuş rəqəmin xüsusi biliyə mаlik olаn ekspert vаsitəsi ilə müəyyən edilməsi zərurəti yaranmış, bu məqsədlə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin olunaraq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, eksper t qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Mülki işin 8-ci səhifəsində olan 15 noyabr 2022-ci tarixli pulun alınmasına dair qəbzdə qeyd olunmuş rəqəmin sonuncu sıfır rəqəmi həmin qəbzə sonradan əlavə olunmuşdurmu?.
2. Mülki işin 8-ci səhifəsində olan pulun alınmasına dair qəbzdə mövcud olan yazılar eyni vaxtda icra olunmuşdurmu?.
3. Mülki işin 8-ci səhifəsində olan pulun alınmasına dair qəbzdə mövcud olan məbləğin rəqəmlə ifadə olunan hissəsində 8000 (səkkiz min), yoxsa 80000 (səksən min) kimi yazılmışdır?.
4. Mülki işin 8-ci səhifəsində olan pulun alınmasına dair qəbzdə mövcud olan məbləğin mötərizədə yazı ilə ifadə olunan hissəsində səkkiz min, yoxsa səksən min kimi yazılmışdır?.
5. Mülki işin 8-ci səhifəsində olan pulun alınmasına dair qəbzdə mövcud olan məbləğin rəqəmlə və mötərizə də yazı ilə ifadə olunan hissələrinə həmin qəbzin icra olunduğu vaxtdan sonra müdaxilə olunmuşdurmu?.
6. Mülki işin 8-ci səhifəsində olan pulun alınmasına dair qəbzdə mövcud olan məbləğin rəqəmlə və mötərizədə yazı ilə ifadə olunan hissələri eyni şəxs tərəfindən icra olunmuşdurmu?. 14 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2024-cü il tarixli ekspert rəyi kollegiyaya daxil olmuş, lakin rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, ekspert qarşısına qoyulan suallara aydınlıq gətirmək mümkün olmamışdır. Beləliklə, kollegiya İddiaçı iddia tələbinin əsasını təşkil edən xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış pulun alınmasına dair qəbzin sübut qismində qiymətləndirilməsi baxımından qeyd edir ki, hər bir dəlilin söykənd iyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiql ənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Apellyasiya kollegiyası belə qənaətə gəlir ki, sübutlar, sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə kollegiya yuxarıda qeyd olunan xüsusatlara əsaslanmaqla ilk növbədə qeyd edir ki, İddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim olunmuş mübahisələndirilən qəbzdə olan borc məbləğinin 80000 (səksən min) ABŞ dolları və ya 8000 (səkkiz min) ABŞ dolları olması məhkəmə araşdırması nəticəsində müəyyən edilə bilməmişdir. Lakin buna baxmayaraq cavabdehin borcunun mövcudluğunu təsdiq edən və məhkəməyə təqdim edilmiş həmin qəbz sübut kimi qəbul edilməlidir. Çünki həmin qəbzdəki məlumatlar pulun etiraf olunan hissədə verilməsini və həmin pulun cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən məlumatları özündə əks etdirməklə yazılı sübut növünə aiddir. Sözügedən qəbz cavabdeh tərəfindən və öhdəlik münasibətlərinin yaranması üçün tərtib olunmuşdur. Həmin qəbzdə pulun məbləğ hissəsinin müəyyən edilə bilməməsi (həmin hissənin qaralanması) qəbzin sübut kimi qəbul edilməsini istisna etmir. Bu səbəbdən də iş üzrə cavabdehin izahatı və etirafedici ifadələri nəzərə alınaraq hə min qəbzdəki borcun məbləğinin cavabdeh tərəfindən etiraf olunan 8000 (səkkiz min) ABŞ dolları hissəsində mötəbərliyi qəbul olunmalıdır. İş üzrə İddiaçı tərəfindən işin mübahisələndirilən digər halı ondan ibarət olmuşdur ki, sübut kimi təqdim olunan səs yazılarında da Cavabdeh 80000 (səksən min) ABŞ dolları verdiyi öz təsdiqini tapmişdir. Məhkəmə kollegiyası tədqiq olunmuş səs yazılarına münasibətdə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçı və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş səs yazıları qanunu pozmaqla əldə edilmiş sübut kimi qiymətləndirilməmiş, çünki həmin səs yazıları Mülki Prosessual Məcəllənin 76-cı maddəsinin tələbləri baxımından qanunsuz sayıla bilməz. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Koll egiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, “... mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşı yır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mül ki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Apellyasiya baxışı zamanı iş üzrə tərəflər həmin səs yazılarını qarşılıqlı razılıqları əsasında “Votsap” vasitəsilə bir-birilərinə göndərdiklərini bildirdiklərindən kollegiya Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarında ifadə etdiyi mövqeyə uyğun olaraq səs yazılarını sübut kimi qəbul edərək tədqiq etmişdir. Kollegiya iddiaçı tərəfindən mülki işin mübahisələndirilən bu halına münasibətdə qeyd edir ki, istər iddiaçı, istərsə də cavabdeh tərəfindən təqdim olunmuş həmin səs yazıları kollegiya tərəfindən dəqiqliklə və xronoloji ardıcıllıqla tədqiq olunmuş, səs yazıarında iş üzrə iddiaçı tərəfindən yalnız bir halda “...bu ayın axırı, 28-29-da 80000 -i də götürürəm, sonra sən sağ, mən salamat. 40000 (qırx min) dolları götürürəm” ifadəsi işlədilmişdir ki, ilk növbədə səslənən bu ifadədə məbləğin hansı valyutada ifadə olunması göstərilməmiş, 80000 məbləğindən dərhal sonra eyni səs yazısında “40000 (qırx min) dolları götürürəm” ifadəsi işlədilmiş, hansı ki, xarici valyuta ilə ifadə olunan məbləğ manatla ifadə olunan məbləğə münasibətdə eynilik təşkil etmir və bu iki məbləğ arasında ciddi məbləğ fərqi mövcuddur (40000 ABŞ dolları səs yazılarının qeydə alındığı tarixdə 1.7 manatla nəzərə alınarsa bu məbləğ 68000 manata bərabər olur). Qeyd olunmalıdır ki, hazırki mübahisələndirilən qəbz əsasında tələb olunan məbləğ 80000 ABŞ dolları təşkil etdiyi halda, tədqiq olunan səs yazılarında iddiaçı tərəfindən ifadə olunan hər iki məbləğlə qəbzdəki iddia olunan 80000 ABŞ dolları borcun olması öz təsdiqini tapmır. Eyni zamanda tədqiq olunmuş səs yazılarında iddiaçının səsləndirdiyi bu məbləğin Cavabdeh tərəfindən alınmasını təsdiq edəcək ifadələr işlədilməmiş, bu ifadə yalnız iddiaçı tərəfindən səsləndirilmiş, hətta səsləndirilən məbləğlər belə qəbzdə iddia olunan məbləğlə eynilik təşkil etməmişdir ki, belə olan halda da İddiaçı işlətdiyi həmin ifadə onun iddia etdiyi kimi 80000 (səksən min) ABŞ dolları məbləğində pulun cavabdehə verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki yuxarıda da qeyd olunduğu kimi, iddianın əsaslığı qənaətinə gəlmək üçün təqdim edilən sübutların heç birinin güvənliliyi və tamlığı şübhə doğurmamalı, sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır. Lakin kollegiya qeyd edir ki, birin ci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin olunması ilə bağlı nəticəyə gəlinərkən göstərilən bu halllara diqqətə alınmamış və beləliklə mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi iə bağlı tələbləri pozularaq iddiaçının sübut qismində təqdim etdiyi xx.xx.2022-ci il tarixli mübahisələndirilən qəbzlə tələb olunan 80000 (səksən min) ABŞ dolları məbləğin tədqiq olunan səs yazıları ilə öz təsdiqini tapdığı qənaətinə gəlinmişdir. İş üzrə İddiaçı tərəfindən işin mübahisələndirilən digər halı ondan ibarət olmuşdur ki, mübahisəli qəbzdə olan müdaxilə (qaralama) onun tərəfindən deyil, iş üzrə Cavabdeh tərəfindən edilmişdir. Apellyasiya baxışı zamanı bu halın aydınlaşdırılması ilə bağlı verilən sualları cavablandıran iş üzrə İddiaçı təqdim etdiyi qəbzlərin axşam vaxt ı cavabdeh tərəfindən onun avtomobilində fənər işığında yazıldığını, bu qəbzlərin yazıldığı andan etibarən onda olduğunu, qəbzləri alıb evə qoyduğunu və özünün də oxumadığını, yanvar ayının 22-si məhkəməyə təqdim etdiyini bildirmişdir ki, buda onu deməyə əsas verir ki, iddia ərizəsinə sübut qismində əlavə edilmiş həmin qəbzlərə cavabdeh tərəfindən hər hansı müdaxilənin olunması mümkün olmamışdır. Belə ki, iddiaçının izahatından da aydın olduğu kimi, bu qəbzlər yazıldığı andan etibarən iddiaçıda saxlanılmış və tərtib olunduğu andan iddiaçının evində olmuşdur. Həmin qəbzlərin iddiaçının təşəbbüsü ilə tərtib olunması və bu minvalla gələcəkdə cavabdehin borcu ödəməkdən yayınacağı təqdirdə əlində hər hansı sübutun olmasını arzulaması nəzərə alınarsa, iddiaçının bu qəbzlərin tərtib olunduğu vaxt dan məhkəməyə təqdim edildiyi anadək özü tərəfindən oxunmadığını deməsi də kollegiya tərəfindən inandırıcı və ağlabatan görünmür. İş üzrə İddiaçı tərəfindən işin mübahisələndirilən digər halı ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən ona qaytarılan pullar daha əvvəl Cavabdeh tərəfindən borc kimi götürülən 70000 (yetmiş min) manat pulun əvəzi olaraq ona verilmiş, cavabdeh tərəfindən ona 69000 manat pul qaytarılmışdır. Məhz bu səbəbdən də həmin məbləğlə bağlı iddia tələbi irəli sürməmiş, yalnız hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Kollegiya ilk növbədə iddiaçı tərəfindən mülki işin mübahisələndirilən bu halına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblə r üzrə qətnamə çıxarır. Kollegiya diqqəti ona yönəldir ki, istinad olunan maddənin tələbinə uyğun olaraq iş üzrə İddiaçı cavabdehə verdiyini iddia etdiyi 70000 (yetmiş min) manat məbləğində borc baxılan mülki işin predmetinə aid olmasa da, hazırki tələbin əsaslılığının müəyyən olunması baxımından və mübahisənin halları ilə birbaşa əlaqəsi nəzərə alınaraq iddia olunan bu halın aydınlaşdırılması zərurəti burdan yaranmışdır. Belə ki, iş üzrə İddiaçı kollegiyadakı izahatında və verilən suallara cavabında ümumilikdə cavabdeh tərəfindən ona 69000 manat məbləğində pul qaytarıldığını etiraf etmiş, tədqiq olunan səs yazılarındakı cavabdeh tərəfindən ona qaytarılmasını təsdiq edən pulların (qeyd: tədqiq olunan səs yazılarına əsasən cavabdeh tərəfindən İddiaçı 86500 manat məbləğində pul qaytarılmışdı r və iddiaçı izahatında qaytarılan bu məbləğləri təsdiq edir) hazırda iddia etdiyi məbləğə aid olmadığını bildirərək, cavabdeh tərəfindən ona qaytarılan pulların Cavabdeh daha əvvəldən borc kimi verdiyi 70000 (yetmiş min) manata aid olduğunu iddia etmişdir. Lakin apellyasiya baxışı zamanı dəfələrlə təklif olunmasına baxmayaraq iddiaçı cavabdehin əvvəldən ona borclu olduğunu iddia etdiyi bu məbləğin mövcudluğunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, kollegiya mülki işin tədqiq olunmuş yuxarıda qeyd olunan hallarını ümumiləşdirərək hesab edir ki, iş üzrə İddiaçı cavabdehdən alınaraq ona qaytarılmasını tələb etdiyi məbləğin yalnız 28000 (iyirmi səkkiz min) ABŞ dollarına dair hissəsi öz təsdiqini tapmışdır. Lakin mülki işin araşdırılmış hallarına əsasən bu məbləğin cavabdeh tərəfindən iddiaçıya qaytarıldığı faktı da müəyyən olunmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməli, cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Mülki işin yuxarıda qeyd olunan araşdırılmış hallarından da göründüyü kimi, iş üzrə İddiaçı iddia tələbində cavabdehin ümumilikdə ona 100000 (bir yüz min) ABŞ dolları borcu olduğunu bildirmiş, tələbini təsdiq edəcək sübut qismində isə əlyazma ilə sadə yazılı formada yazılmış pulun cavabdeh tərəfindən alınmasını təsdiq edəcək qəbzləri və CD- də olan səs yazılarını təqdim etmiş, lakin apellyasiya baxışı nəticəsində tələbin yalnız 28000 (iyirmi səkkiz min) ABŞ dollarına dair hissəsi öz təsdiqini tapmışdır. Lakin iş üzrə Cavabdeh həmin məbləğdə borcu iş üzrə İddiaçı qaytardığını bildirmiş, bunun təsdiqi kimi iddiaçının ona 69000 (altmış doqquz min) manat qaytarmasına dair etirafını və tədqiq olunmuş səs yazılarını göstərmişdir. Kollegiya mülki işin tədqiq olunmuş hallarına əsaslanmaqla cavabdeh tərəfindən iş üzrə İddiaçı həmin məbləğin geri qaytarılması faktı ilə razılaşır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı həqiqətən də cavabdehin ona 69000 (altmış doqquz min) manat pul qaytardığını etiraf etmiş, lakin bu məbləğin hazırda tələb olunan məbləğə aidiyyəti olmadığını bildirərək ona qa ytarılan pulların Cavabdeh daha əvvəldən borc kimi verdiyi 70000 (yetmiş min) manata aid olduğunu iddia etmişdir. Buna baxmayaraq belə bir borcun mövcudluğu ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən kollegiya hesab edir ki, iddiaçının cavabdeh tərəfindən ona qaytarıldığını etiraf etdiyi məbləğ və səs yazılarında tədqiq olunmmuş faktlar nəzərə alınmalı və belə olan halda isə iddia tələbi rədd olunmalıdır. Kollegiya onu da qeyd edir ki, iş üzrə Cavabdeh tərəfindən mülki işin mübahisələndirilən halları ilə bağlı dəlillərinə münasibətdə tərəflərin baxılan mübahisəyə dair mübahisələndirdikləri hallar müvafiq olaraq biri digərini inkar etdiyindən və iş üzrə İddiaçı mülki işin mübahisələndirilən halları ilə bağlı dəlillərinə yuxarıda aydınlıq gətirilərək hüquqi qiymət verildiyindən cavabdeh tərəfindən mülki işin mübahisələndirilən halları ilə bağlı dəlillərinə qiymət verilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-217.4-ü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya baxışı zamanı şikayətlərin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(110)-187/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməm əli, həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şərur Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(110)-187/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd olunmalıdır. Kollegiya iş üzrə keçirilən ekspertiza xərcləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir, Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olar aq, işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya yuxarıda göstərilən normaları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə Cavabdeh vəsatətləri əsasında keçirilmiş ekspertizaların dəyəri olan 126 (bir yüz iyirmi altı) manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************-ə keçirilməli, apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın dəyəri olan 200 (iki yüz) manat ekspertiza xərci iş üzrə Cavabdeh tutularaq büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, X4, Kodu-210005, VÖEN **********, müxbir hesabı AZ4 1NABZ********************, S.W.İ.F.T BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************-ə keçirilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402.1, 403.1 və 404.1.1, 405.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(110)-187/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(110)-187/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şərur Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(110)-187/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Mülki iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası rədd edilsin. İş üzrə Cavabdeh vəsatətləri əsasında keçirilmiş ekspertizaların dəyəri olan 126 (bir yüz iyirmi altı) manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************-ə, apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın dəyəri olan 200 (iki yüz) manat ekspertiza xərci iş üzrə Cavabdeh tutularaq büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, X4, Kodu-210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, S.W.İ.F.T BİK- CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************-ə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.