Məhkəmə qərarları › İş №2(108)-3/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-3/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-3/2025 15.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin e-2(090)-88/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı ASC 2024-cü il 13 mart tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə 24 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1925,65 manat əsas, 57,62 manat faiz və 3,45 manat cərimə olmaqla, cəmi 1986,72 manat borcun və 39,87 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh 24 avqust 2022-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan (iddia ərizəsində səhvən "xxxx" İKB ASC” göstərilib) illik 17 faizlə 36 ay müddətinə 3000 manat kredit götürmüş, lakin müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 01 mart 2024-cü il tarixədək cavabdehin banka kredit müqaviləsi üzrə 1925,65 manat əsas, 57,62 manat faiz və 6,89 manat cərimə olmaqla, ümumilikdə 1990,16 man at borcu vardır. Cavabdehin müqavilə üzrə banka olan cərimə borcu 6,89 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 3.45 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1, 442, 445.2.1, 448.1, 465.2, 467 və 501-ci maddələrinə istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şahbuz Rayon Məhkəməsinin (hakim Daşqın Səfərov) e-2(090)-88/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən kredit müqaviləsi üzrə 11 82,87 manat əsas və 8,83 manat faiz borcu olmaqla, ümumilikdə 1191,7 manat kredit borcunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 23,92 manat miqdarda dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması, ekspertiza tədqiqatının dəyəri olan 60 manat məhkəmə xərcinin cavabdehdən 35,98 manat, iddiaçıdan isə 24,02 manat miqdarda alınaraq X4 Muxtar Respublikası İdarəsinin AZ88NABZ******************** nömrəli hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “2 avqust 2024cü il tarixli, 746 nömrəli ekspert rəyinə əsasən cavabdehin iddiaçıya xx.xx.2024-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borcu 1182,87 manat, faiz borcu 8,83 manat təşkil edir. İş materiallarında olan cavabdehlə iddia çı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş və cərimə üzrə silinmələr aparılmışdır, lakin kredit üzrə ödəniş cədvəli olmadığından və göstərilən cərimə məbləğlərinin hansı qaydada hesablanması göstərilmədiyindən hazırkı tədqiqatla cavabdehə cərimə hesablanmır. Məhkəmə ekspertin rəyini borcun miqdarına münasibətdə sübut kimi nəzərə alır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, həmin öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən kredit müqaviləsi üzrə 1182,87 manat əsas və 8,83 manat faiz borcu olmaqla, ümumilikdə 1191,7 manat məbləğində kredit borcu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 23,92 manat miqdarda dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, iddia qismən təmin olunduğundan ekspertiza tədqiqatının dəyəri olan 60 manat miqdarda məhkəmə xərci üzrə cavabdehdən 35,98 manat, iddiaçıdan isə 24,02 manat miqdarda alınaraq X4 Muxtar Respublikası İdarəsinin AZ88NABZ******************** nömrəli hesabına ödənilməlidir”. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 405.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 449.1, 449.4, 739.1 və 739.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 4.1, 4.2, 14.2, 77.1, 107, 119.1, 185.1, 185.5, 217.3, 217.4 və 222.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində e-2(090)-88/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qətnamənin tam ləğv edilərək, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakı qaydada əsaslandırılmışdır. “İşin hallarından görünür ki, iddiaçı tərəfindən öhdəliyi lazımi qaydada və tam şəkildə yerinə yet irilmiş, cavabdehə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən illik 17 %-lə, 36 ay müddətinə, 3000 manat kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə onun müqavilə üzrə 1925,65 manat əsas, 57,62 manat faiz, 3,45 manat cərimə olmaqla, ümumilikdə 1986,72 manat borcu vardır. Göründüyü kimi cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyindən birtərəfli qaydada imtina etmişdir. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən ancaq ekspert rəyinə əsaslanılmış, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sübutlar - hesabdan çıxarış və maliyyə arayışı nəzərə alınmamışdır. Belə ki, məhkəmə cavabdehin əsas borcunu 1182,87 manat, faiz borcunu 8,83 manat, cərimə borcunu isə 0 qeyd etməkdə haqlı olmamışdır. Qətnamədə əsas və faiz borcunun əsassız olaraq ekspert rəyinə uyğun azaldılması, cərimə məbləğinin isə ümumiyyətlə nəzərə alınmaması birmənalı olaraq əsassız və işin hallarına uyğun olmayan qətnamə çıxarılmasını qeyd etməyə əsas verir”. İddiaçı maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Mülki Məcəllənin 385.1, 430.1 və 442-ci, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Mülki-Prosessual Məcəllənin 88, 385.1.1, 385.1.2, 385.1.4 və 390-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, iddiaçının nümayəndəsi və cavabdeh heç bir məhkəmə i clasına gəlməmişlər. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron qaydada kollegiyaya daxil olmuş ərizədə “iş həcminin çoxluğunun nəzərə alınaraq məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin olunaraq iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki-Prossesual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, apellyasiya şikayətini qəbul etmir. Oğlu Cavabdeh hazırda Bakı şəhərində işləyir və əmək haqqı çox aşağıdır. Məhkəmədən çağırılan zaman o, oğlunun kredit borcunun olduğunu bilmiş, səbəbini soruşanda oğlu ona demişdir ki, “ata, çatdıra bilmirdim deyə o krediti götürmüşəm”. Həmin krediti də oğlu 1 ay tez, 1 ay gec, bəzən də 1 ayda iki dəfə ödədiyinə görə vəziyyət bu yerə gəlib çıxmışdır. Səmimi olaraq bildirir ki, oğluna o dəstək olur, oğlu bu hərəkəti səhv etmiş və onun bundan xəbəri olmamışdır. Ona qaranlıq qalan məqam odur ki, ekspert rəyində göstərilir ki, kredit üzrə ödəniş cədvəli olmadığından və göstərilən cərimə məbləğinin hansı qaydada hesablanması göstərilmədiyindən hazırkı tədqiqatda Cavabdeh cərimə hesablanmır. Məhkəmə tərəfindən işə ədalətlə baxılıb qərar qəbul olunmasını və həmin məbləğin hissə-hissə ödənilməsində köməklik göstərilməsini xahiş edir. X6 20 noyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, birinci instansiya məhkəməsində verilən rəydə borc 30 aprel 2024-cü il tarixə hesablanmış, lakin səhvən 01 mart yazılmış və bu cədvəldə də öz əksini tapmışdır. Martaprel ayları vətəndaş 310 manat ödəniş etmiş və onlar həmin məbləği də oradan çıxmışlar. Həmin məbləğin hansı qaydada silinməsi məhkəmənin səlahiyyətinə aiddir. Müqavilənin içində cərimə məbləğ olaraq göstərilmişdir, lakin hansı qaydada bölünüb silinməsini onlar bilmir, ödəniş cədvəli və digər sənədlər olmadığına görə silə bilmirlər. Borc maliyyə arayışının verildiyi son tarixə hesablanır. Qanuna əsasən məbləğlər faiz, sonra əsas borcdan çıxılmalıdır. 01 mart 2024-cü il tarixə 1462 manat 40 qəpik əsas borc, 0,69 qəpik də faiz borcu hesablanmalıdır. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırm asının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Apellyasiya baxışında xx.xx.2024-cü il tarixdə əlavə məhkəmə-mühasibat ekspertizası təyin edilməsi ilə əlaqədar Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 1418 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borcu 1462,40 manat, faiz borcu 0,69 manat təşkil edir. xx.xx.2024-cü il tarixdən sonra ödənilmiş 310,00 manat pul vəsaitinin hansı qaydada silinməsi ekspertizanın səlahiyyətinə daxil deyil. Cavabdeh ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulmuş və cərimə üzrə silinmələr aparılmışdır, lakin kredi t üzrə ödəniş cədvəli olmadığından və göstərilən cərimə məbləğinin hansı qaydada hesablanması göstərilmədiyindən hazırkı tədqiqatda cavabdehə cərimə hesablanmır. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər... Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi ş əkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər... Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun b ölüşdürülür. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Maddə 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətn amədə göstərir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci inst ansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1, 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə

386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərar dadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə

388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyaların ın qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli Qərarı “Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Apellyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiy a baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyi belədir ki, “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməs i çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki-Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Hazırkı halda apellyator apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yox layır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apellyatorun apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri, cavabdehin nümayəndəsinin izahatı və apellyasiya baxışı zamanı təqdim olunmuş sənədlər üzrə əlaqəli şəkildə araşdıraraq mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə mübahisə 808-Y-1-1-1411-22 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə (İddiaçı ASC İdarə Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər, 1,2, 5 və 6 №-li Əlavələr) əsasən i llik 17% dərəcəsi ilə 36 ay müddətinə iddiaçı tərəfindən cavabdehə verilmiş 3000 manat məbləğində istehlak krediti üzrə xx.xx.2024-cü il tarixə ödənilməyən 1925,65 manat əsas, 57,62 manat faiz və 3,45 manat cərimə borcu olmaqla, cəmi 1986,72 manat borcun cavabdehdən tələb olunması ilə bağlıdır. Kredit müqaviləsinin tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli, 808-Y-1-1-1411-22 nömrəli “Nağd kredit verilməsinə dair razılaşma (Əlavə №5)”dən görünür ki, kredit məbləği 3000 manat, kreditin müddəti 36 ay, illik faiz dərəcəsi 17%, cərimə 180% (illik), aylıq ödəniş məbləği (annuitet) 106,96 manat və ödəniş müddəti hər ayın 24-ü müəyyən edilmişdir. Qeyd olunanlardan aydın olur ki, tərəflər azad surətdə, hər iki tərəfin razılaşdırılmış iradə ifadəsi əsasında, tələb olunan formada kredit müqavilə si bağlamaqla rəsmiləşdirmiş, hər bir tərəfin hüquq, vəzifə və öhdəlikləri müəyyən olunmuş, yəni həmin müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərə riayət olunmaqla bağlanmışdır. Bu müqavilə mübahisələndirilməmiş, onun etibarsızlığını təsdiq edən hər hansı bir sübut təqdim olunmamış və bununla bağlı heç bir mötəbər dəlil müəyyən edilməmişdir. Göründüyü kimi mübahisənin qanuni əsasını kredit müqaviləsi üzrə öhdəlik münasibətləri təşkil edir. Məlumdur ki, mülki-hüquqi mənada kredit (latınca “creditum”-borc) dedikdə, pulkredit və maliyyə təşkilatlarının ayrı-ayrı şəxslərə müəyyən müddətə, qaytarılmaq və faizi ödənilmək şərti ilə müvəqqəti istifadəyə verdikləri pul borcu başa düşülür. Kredit müqaviləsinə görə bir tərəf (kreditor) digər tərəfə (kredit alana) şərtləşdirilmiş müddətə, qay tarılmaq və faiz ödəmək şərtilə müəyyən məbləğdə pul verməyi, kredit alan isə aldığı pul məbləğini qaytarmağı və ona faiz ödəməyi öhdəsinə götürür. İş materiallarından məlum olur ki, cavabdeh iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, iddiaçı isə öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyindən məhkəmədə xx.xx.2024-cü il tarixdə iş başlanmışdır. Belə ki, cavabdeh Mülki Məcəllənin 425.1 və 427.3-cü maddələrinin tələblərinə əməl etməyərək, qeyd olunduğu kimi, kredit müqaviləsi üzrə aylıq ödəniş məbləği 106,96 manat və ödəniş müddəti hər ayın 24-ü müəyyən edilsə də, iddiaçının hesabına annuitet (3 hal istisna olmaqla) gecikmələrlə 2022-ci il: 30 sentyabrda (107 man.), 31 oktyabrda (111 man.), 01 d ekabrda (110 man.), 30 dekabrda (107 man.), 2023-cü il: 01 fevralda (110 man.), 02 martda (110 man.), 15 martda (110 man.), 05 apreldə (110 man.), 30 apreldə (107 man.), 31 mayda (112 man.), 24 iyulda (112 man.), 04 sentyabrda (120 man.), 05 oktyabrda (120 man.), 06 noyabrda (120 man.), 01 dekabrda (120 man.), 2024-cü il: 01 yanvarda (120 man.), 09 yanvarda (100 man.), 31 yanvarda (120 man.) və 29 fevralda (119,98 man.) ödənilmişdir. “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər”in: 6-cı paraqrafının 5.2-ci bəndinə görə, müştəri kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürür. 10-cu paraqrafının 1.29-cu bəndinə əsasən, bu standart şərtlərdə və müqavilədə, habelə qanunvericilikdə nəzərd ə tutulmuş hallarda kreditin vaxtından əvvəl ödənilməsini müştəridən tələb etmək bankın hüququdur. Göstərilənlərdən görünür ki, iddiaçı cavabdehdən ödənilməmiş borc məbləğini vaxtından əvvəl tələb etməkdə subyektiv hüquqa malik olmaqla haqlıdır. İddiaçının tələbi xx.xx.2024-cü il tarixə 1925,65 manat əsas, 57,62 manat faiz, 3,45 manat cərimə borcu - cəmi 1986,72 manat və iş üzrə ödənilmiş 39,87 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması olmuş, iş məhkəmənin icraatında olarkən, cavabdeh tərəfindən iddiaçıya kredit müqaviləsi üzrə 2024-cü il 29 martda 100 manat və 15 apreldə 210 manat - cəmi 310 manat ödəniş edilmiş, lakin işə baxıldığı müddətdə iddia tələbinin həcminin azaldılması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir ərizə (vəsatət) daxil o lmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə məhz xx.xx.2024-cü il tarixə yaranmış tələbə (maliyyə arayışında göstərilən tarixə - İ cild, i.v. 12) əsaslanan iddia tələbi üzrə deyil, xx.xx.2024-cü il tarixə “cavabdehin iddiaçıya olan əsas, faiz və cərimə borcunun nə qədər olmasının müəyyən edilməsi” məqsədi ilə həmin tarixli qərardadla ilkin məhkəmə-mühasibatlıq ekspertizası (İ cild, i.v. 78-81) təyin edilmiş, 746 nömrəli, xx.xx.2024-cü il tarixli (İ cild, i.v. 89-90) məhkəmə ekspertizasının rəyi alınmışdır. Həmin rəyin nəticə hissəsində (İ cild, i.v. 90) cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borcunun 1182,87 manat, faiz borcunun 8,83 manat təşkil etməsi göstərilsə də, əslində ekspertiza təyin edilməsi barədə qə rardadda qeyd olunan xx.xx.2024-cü il tarixə olan borc hesablanmışdır. Belə olan təqdirdə isə cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə olan borcunun müəyyən edilməsi üçün əlavə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi və müvafiq ekspert rəyinin alınaraq qiymətləndirilməsi zəruri olmuşdur. Çünki məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü i lə ekspertiza təyin edə bilər (Mülki-Prosessual Məcəllənin 80,81, 97.1-ci maddələri). Əlavə məhkəmə-mühasibat ekspertizası təyin edilməsi ilə bağlı verilmiş 1418 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya maliyyə arayışında borcun hesablandığı xx.xx.2024-cü il tarixə əsas borcu 1462,40 manat, faiz borcu 0,69 manat təşkil edir. Kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulmuş və cərimə üzrə silinmələr aparılmışdır, lakin kredit üzrə ödəniş cədvəli olmadığından və göstərilən cərimə məbləğinin hansı qaydada hesablanması göstərilmədiyindən hazırkı tədqiqatda cavabdehə cərimə hesablanmır. Həmin ekspert rəyi iş üzrə icraat təzələndiyi xx.xx.2024-cü il tarixdən “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş, bu rəyl ə bağlı iddiaçı və cavabdeh tərəfindən heç bir etiraz (vəsatət) daxil olmamış, rəydə göstərilənləri təkzib edən heç bir sübut təqdim edilməmişdir. Apellyasiya şikayətinin “iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sübutların hesabdan çıxarış və maliyyə arayışının nəzərə alınmaması, qətnamədə əsas və faiz borcunun əsassız olaraq ekspert rəyinə uyğun azaldılması” dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan sübutlar tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ( 1,2, 5 və 6 №-li Əlavələr üzrə razılaşma), hesabdan çıxarış və maliyyə arayışından (İ cild, i/v. 5-12, 71-76) ibarətdir. Həmin sənədlərdə göstərilən məlumatlar iddiaçının mövqeyini ifadə etməklə birtərəfli xarakter daşıyır, onların qanuni və əsaslı olması isə digər sübutlarla əlaqəli şəkildə araşdırılaraq qiymətləndirilir. İşə baxılarkən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışında iddiaçının nümayəndəsi heç bir məhkəmə iclasında iştirak etməmiş və iddia ərizəsi verilərkən ona əlavə olunmuş sənədlərdən başqa heç bir sübut təqdim olunmamışdır. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya göstərilənlərlə bağlı qeyd edir ki, məhkəmədə mülki iş yalnız iddiaçının iddia ərizəsi əsasında başlandığı (Mülki-Prosessual Məcəllə, 5.1-ci mad.) və iddianın dəyişdirilməsi səlahiyyəti müstəsna olaraq iddiaçıya məxsus olduğu üçün (MülkiProsessual Məcəllə, 53-cü mad.) qanunvericilik, bir qayda olaraq, qətnamə qəbul edilərkən məhkəmənin iddia tələbləri ndən kənara çıxmasını qadağan edir, yəni hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır (Mülki-Prosessual Məcəllə, 218.3-cü mad.). Şərh olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsində qətnamə çıxarılarkən iddia tələblərindən kənara çıxılmışdır və bu kənara çıxmaya qanuni haqq qazandıran heç bir müstəsna hal müəyyən olunmur. Göstərilənlərə müvafiq olaraq kollegiya hesab edir ki, əlavə məhkəmə-mühasibat ekspertizası təyin edilməsi ilə əlaqədar verilmiş 1418 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi iş materiallarında olan, yuxarıda qeyd edilən yazılı sübutlara əsaslanmaqla cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə olan borcunun həmin rəydə müəyyən edilən məbləğdə olması, həmçinin cavabdeh tərəfindən iddiaçıya 2024-cü il 29 mart və 15 aprel t arixlərdə cəmi 310 manat ödənişin edilməsi qətnamənin icrası zamanı nəzərə alınmalıdır. Apellyasiya şikayətinin “qətnamədə cərimə məbləğinin ümumiyyətlə nəzərə alınmamasının birmənalı olaraq əsassız və işin hallarına uyğun olmayan qətnamə çıxarılmasını qeyd etməyə əsas verməsi” dəlili ilə bağlı kollegiya bildirir ki, iddia ərizəsindən göründüyü kimi, digər tələblərlə yanaşı, iddiaçının tələblərindən biri də “3,45 manat cərimə borcunun cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsindən ibarətdir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığın ı müəyyən edir; hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir (Mülki-Prosessual Məcəllənin 218.1, 218.3, 220.4-cü maddələri). Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğ unun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Mülki işə baxan birinci instansiya məhkəməsi isə iddiaçının “cərimə borcunun cavabdehdən tutulması” tələbinə aid hissədə qanunvericiliyin göstərilən normalarına uyğun olaraq sübutları qiymətləndirməmiş, ümumiyyətlə, həmin tələbə heç bir münasibət göstərməmişdir. Kollegiya isə hesab edir ki, cavabdehdən gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış cərimə məbləğinin yarısının, yəni 3,45 manat dəbbə pulunun (cərimənin) tutulub iddiaçıya verilmə si hissəsində iddia tələbi təmin edilməlidir. Çünki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (Mülki Məcəllənin 462.1-ci maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (Mülki Məcəllənin 465.2-ci maddəsi). xx.xx.2022-ci il tarixli, 808-Y-1-1-1411-22 nömrəli “Nağd kredit verilməsinə dair razılaşma”nın (Əlavə № 5) 12.1.7-ci yarımbəndinə əsas ən, illik 180% cərimə müəyyən edilmişdir. Həmçinin “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər”in 6-cı paraqrafının 5.10-cu bəndinə görə, müştəri müqavilə və bu standart şərtlərdə nəzrdə tutulmuş öhdəlikləri vaxtında icra etmədikdə, gecikdirilən gündən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə əsas faizlə yanaşı müqavilədə nəzərdə tutulmuş həcmdə dəbbə pulunu da ödəməlidir... 10-cu paraqrafının 1.23-cü bəndinə əsasən, müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icra edilməməsi ilə əlaqədar kredit məbləği, hesablanmış faizlər, cərimə və razılaşmaya əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını müştəridən tələb etmək bankın hüququ, 4.15-ci bəndinə müvafiq olaraq, bank öhdəliklərin icrasını vaxtından əvvəl tələb etdikdə kred iti hesablanmış faizlər, komissiyası, müvafiq halda dəbbə pulu və dəymiş zərər ilə birlikdə qaytarmaq müştərinin vəzifəsidir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının “qətnamənin tam ləğv edilərək, iddianın tam təmin olunması”na aid digər dəlilləri onun subyektiv mülahizələri kimi dəyərləndirilir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən Mülki Məcəllənin 449.1 və 449.4-cü maddələrinə istinad etməkdə, həmin maddələrə müvafiq hər hansı bir tələb olmadığından, haqlı olmamışdır. Şərh olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, prosessual hüquq normasının düzgün tətbiq edilməməsi nəticəsində düzgün olmayan qətnamə qəbul etmi ş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır (Mülki-Prosessual Məcəllənin 386, 387.1 və 388-ci maddələri). Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, e-2(090)-88/2024 nömrəli, 22 avqust 2024cü il tarixli qətnamədən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə tamamilə ləğv edilməklə əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən (73,88%) təmin olunmalı, cavabdehdən 24 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1462,40 manat əsas, 0,69 manat faiz və 3,45 manat cərimə borcu olmaqla, cəmi 1466,54 manat tutularaq iddiaçıya ödənilməli, iddiaçı tərəfindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu üzrə 29,45 manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dö vlət rüsumu üzrə 14,75 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə rədd olunmalı, cavabdeh tərəfindən iddiaçıya 2024-cü il 29 martda 100 manat və 15 apreldə 210 manat, cəmi 310,00 manat ödənişin edildiyi qətnamənin icrası zamanı nəzərə alınmalı, iddianın və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları qalan hissələrdə iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatlarının dəyəri (60+60) üzrə 88,65 manat cavabdehdən, 31,35 manat iddiaçıdan alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Mülki-Prosessual Məcəllənin 112.1-112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda - alınan məbləğlə müəyyən edilir. Ona görə də hazırkı iş üzrə qəbul e dilən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan Mülki-Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Nəticəvi hissə Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 365, 382, 384.0 və 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin e-2(090)-88/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul olunsun. İddia qismən təmin edilsin. Cavabdeh 24 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1462,40 (bir min dörd yüz altmış iki manat qırx qəpik) manat əsas, 0,69 (altmış doqquz qəpik) manat faiz və 3,45 (üç manat qırx beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 1466,54 (bir min dörd yüz altmış altı manat əlli dörd qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddiaçı tərəfindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu üzrə 29,45 (iyirmi doqquz manat qırx beş qəpik) manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu üzrə 14,75 (on dörd manat yetmiş beş qəpik) manat Cavabdeh alınaraq İddiaçı ASC-yə verilsin. İddia qalan hissədə rədd olunsun. Cavabdeh tərəfindən İddiaçı ASC-yə 2024-cü il 29 martda 100 (bir yüz) manat və 15 apreldə 210 (iki yüz on) manat, cəmi 310,00 (üç yüz on) manat ödənişin edildiyi qətnamənin icrası zamanı nəzərə alınsın. İddianın və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları qalan hissələrdə iddiaçının özünə aid edilsin. Ekspe rtiza tədqiqatlarının dəyəri üzrə 88,65 (səksən səkkiz manat altmış beş qəpik) manat Cavabdeh, 31,35 (otuz bir manat otuz beş qəpik) manat İddiaçı ASC-dən alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar