Məhkəmə qərarları › İş №2(108)-30/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-30/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-30/2025 24.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X3 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, iddiaçı “Azər-Türk Bank" ASC-nin Cavabdeh qarşı “Borcun alınması” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(110)-1308/2024 nömrəli qərardadından iddiaçı “Azər-Türk Bank" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Azər-Türk Bank" ASC-nin xeyrinə 10162.55 (on min yüz altmış iki manat əlli beş qəpik) manat əsas, 0.88 (səksən səkkiz qəpik) manat faiz, c əmi 10163.43 (on min yüz altmış üç manat qırx üç qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 120.89 (bir yüz iyirmi manat səksən doqquz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-1308/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı “Azər-Türk Bank" ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur Rayon Məhkəməsinin e2(110)-1308/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərardadının ləğv edilməsini, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-1308/2024 nömrə li, 29 dekabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək 7 gün müddətində mülki işin materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. İddiaçı “Azər-Türk Bank" ASC-nin nümayəndəsi Nümayəndə şikayətinin dəlillərində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərardadına əsasən iddiaçı zaminə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməmişdən əvvəl ölmüş əsas borclunun vərəsələrinin dairəsini müəyyən edərək ilk öncə kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunu borclunun vərəsələrindən tələb etməli, vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, bundan sonra iddiaçı pozulmuş mənafeyinin təmin edilməsi üçün zaminə qarşı məhkəməyə müraciət etməli idi. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Həmin qərarın nəticəvi hissəsində göstərilmişdir ki, vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında kreditora zaminə və ya vərəsəyə qarşı iddia qaldırmaqda seçim hüququ verilmişdir. Qanunvericilikdə kreditorun vərəsələrə qarşı iddia qaldırmadan zaminə qarşı tələb irəli sürməsini qadağan edən norma yoxdur. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin e-2(110)-969/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə xx.xx.2024-cü il tarixli qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı zaminə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməmişdən əvvəl ölmüş əsas borclunun vərəsələrinin dairəsini müəyyən edərək ilk öncə kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunu borclunun vərəsələrindən tələb etməli, vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, bundan sonra iddiaçı pozulmuş mənafeyinin təmin edilməsi üçün zaminə qarşı məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı bu qaydaya əməl etməmiş, bu qaydanı tətbiq etmək imkanı itirilməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan sonra Bank tərəfindən X1 ölümündən sonra onun vərəsələrinin vərəsəlik hüququ haqqında şə hadətnamə alıb-almamaları barədə Şərur rayon 1 saylı və 2 saylı notariat ofislərinə müraciət edilmiş, hər iki notariat ofisi tərəfindən verilmiş arayışlardan görünür ki, X1 ölümündən sonra onun vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Lakin yenidən məhkəməyə müraciət etdikdə məhkəmə yenidən formal mülahizələrə görə iddia ərizəsini geri qaytarmışdır. Şərur rayon 1 saylı və 2 saylı notariat ofisləri tərəfindən verilmiş arayışlarına qabaqcadan hüquqi qiymət verərək sübut növü kimi qəbul etməmiş, bununla da kobud prosessual pozuntuya yol verərək faktiki olaraq işə mahiyyəti üzrə baxaraq qərardadla iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. Məhkəmə isə formal mülahizələrə görə iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə ərizəni geri qaytararkən əsas sız olaraq Mülki Prosessual Məcəllənin 149.2.3-cü, 152.1.1-ci və 150.1.1-ci maddələrinə istinad etsə də, ərizənin hansı əsasla geri qaytarılmasını qərardadda əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsində iddia ərizəsinin qaytarılmasının əsasları sadalanmışdır. Lakin yuxarıda qeyd edilən əsaslara görə ərizənin geri qaytarılması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulmamışdır. Apellyator sonda Şərur Rayon Məhkəməsinin e-2(110)-1308/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmiş, şikayətinin hüquqi əsa sı kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 51.1, 149-152-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla iddiaçıya verilmiş şikayətlə bağlı izahat və etirazını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi təklif edilmiş, iddiaçı tərəfindən kollegiyanın ünvanına hər hansı izahat və ya etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Bu Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib onlara hüquqi qiymət verərək, Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Şərur Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(110)-1308/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kollegiya iş üzrə iddiaçı “Azər-Türk Bank" ASC-nin nümayəndəsi Nümayəndə verdiyi şikayətdə qeyd olunan dəlilləri işin müəyyən olunmuş halları ilə qarşılıqlı tədqiq edərək əsassız hesab edir və ilk növbədə onu qeyd edir ki, kollegiya tərəfindən verilmiş şikayətin dəlilləri ilə bağlı iş materialları araşdırılarkən məlum olmuşdur ki, iddiaçı “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Azər-Türk Bank" ASC-nin xeyrinə 10162.55 (on min yüz altmış iki manat əlli beş qəpik) manat əsas, 0.88 (səksən səkkiz qəpik) manat faiz, cəmi 10163.43 (on min yüz altmış üç manat qırx üç qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 120.89 (bir yüz iyirmi manat səksən doqquz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul xahiş etmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-1308/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı gəldiyi nəticə ilə razılaşır və bununla bağlı qeyd edir ki, iddiaçı “Azər-Türk Bank" ASC-nin Cavabdeh qarşı “Borcun alınması” tələbi ilə bağlı məhkəməyə müraciət etsə də, işin hallarından göründüyü kimi, kredit müqaviləsi üzrə əsas borclu X2 öldüyündən, iddiaçı hazırki tələbini əsas borclunun vərəsələrinə qarşı deyil, bilavasitə zaminə qarşı yönəltmiş, birinci instansiya məhkəməsi də haqlı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarına istinad edərək yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin” əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısın ın alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız mi ras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan v ə onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu ki mi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab etmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də m iras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Göründüyü kimi borclunun ölümü halında mirası qəbul etmiş vərəsələr ilk növbədə miras qoyanın kreditoru qarşısında məsuliyyət daşıdığından kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə mirası qəbul etmiş vərəsələrdən öz vəzifələrini icra etməsi tələb olunur. Kollegiya apellyatorun şikayətində qeyd etdiyi “...Bank tərəfindən X1 ölümündən sonra onun vərəsələrinin vərəsəlik hüququ haqqında şəhadətnamə alıb-almamaları barədə Şərur rayon 1 saylı və 2 saylı notariat ofislərinə müraciət edilməsinə, hər iki notariat ofisi tərəfindən verilmiş arayışlara əsasən X1 ölümündən s onra onun vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməməsinə, lakin yenidən müraciət etdikdə məhkəmənin formal mülahizələrə görə iddia ərizəsini geri qaytarmasına, bununla da kobud prosessual pozuntuya yol verərək faktiki olaraq işə mahiyyəti üzrə baxaraq qərardadla iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmasına” dair dəlillərinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “... miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan im tina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtina nın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Həmçinin göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konst itusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarından da göründüyü kimi, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir. İddiaçı təşkilat tərəfindən iddia ərizəsinə əlavə olunmuş sənədlərdə isə xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 vərəsələri tərəfindən mirasdan imtina ilə bağlı hər hansı müraciətin olmasını təsdiq edən sübut təqdim edilməmişdir. Bu da onu deməyə əsas verir ki, vəfat etmiş şəxsin vərəsələri tərəfindən miras qəbul edilmişdir. Belə olan halda isə kollegiya hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərdiyi hüquqi mövqeyə uyğun olaraq kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə vərəsələrin öz vəzifələrini icra etməm əsi və ya lazımınca icra etməməsi müəyyən olunmalı, yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə yuxarıda qeyd olunan xüsusatları nəzərə alan kollegiya hesab edir ki, iddiaçı “Azər-Türk Bank" ASC-nin Cavabdeh qarşı “Borcun alınması” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(110)-1308/2024 nömrəli qərardadından iddiaçı “Azər-Türk Bank" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir. Bu səbəbdən şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Şərur Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(110)-1308/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı “Azər-Türk Bank" ASC-nin Cavabdeh qarşı “Borcun alınması” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(110)-1308/2024 nömrəli qərardadından iddiaçı “Azər-Türk Bank" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin olunmasın. Şərur Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(110)-1308/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar