Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-34/2023 06.03.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Mirdaməd oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(079)-131/2023 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Mirdaməd oğlu Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə 30 yanvar 2023-cü il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh verdiyi 38000 (otuz səkkiz min) manat məbləğində nağd pulun, eyni zamanda məhkəmə xərci üçün ödədi yi 204 (iki yüz dörd) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(079)-131/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı vəkili və nümayəndəsi Vəkil 10 fevral 2023-cü il tarixdə şikayətlə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(079)-131/2023 nömrəli qərardadının ləğv edilməsinə dair yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(079)-131/2023 nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən istinad edilmiş normaya uyğun olaraq iddia ərizəsi tərtib edilmişdir. Belə ki, iddia ərizəsində sübutlar kimi istinad edilmiş sənədlərin siyahısı qoşma qismində hətta sayı qeyd edilməklə göstərilmişdir. Hazırki mülki iş üzrə hal-hazırda iddia tələbinin əsasını təşkil edən sübut qismində istinad etdikləri halları yəni qoşmaya əlavə etdikləri iki sübut - bundan öncə onlar tərəfindən verilmiş şikayətlə bağlı 30 iyul 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar və cavabdeh şəxs tərəfindən icra olunan əlyazma sübutların siyahı kimi qoşmada sayı ilə birlikdə qeyd öz əksini tapmışdır. Belə ki, pul tələbinin əsası kimi iddia ərizəsinin 2-ci abzasında 30 iyul 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarına istinad edilmiş və bir surətinin də cavabdehə göndərilməsi, tanış edilməsi məqsədilə 2 ədəd surəti əlavə edilmiş, eyni zamanda 2 ədəd surətinin onlar tərəfindən göndərilməsi qeyd edilməklə qoşma siyahısında nəzərə çatdırılmışdır. Göründüyü kimi, onlar tərəfindən istinad edilmiş fakt və halları təsdiq edən mövcud sübutların siyahısı qeyd edilmişdir. Bundan başqa hazırda hər hansı bir sübut olmadığından əlavələri olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən onlar tərəfindən prosessual tələblərə riayət olunduğundan iddia ərizəsinin geri qaytarılması qanunsuzluqdur. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Belə olduğu halda onlar tərəfindən sübutun iddia ərizəsinə əks olunması məcburiyyəti yoxdur. Əgər bütün sübutlar iddia ərizəsinə əlavə olunsaydı nə üçün məhkəmə çəkişmə prinsipində tərəflərin izahatları dinlənilməklə keçirilmiş olardı. Bu halda iddia sadələşdirilmiş iddia qismində(əmr, kiçik iddia) verilmiş olardı. Hazırki məsələdə hakim gəldiyi nəticə ilə istinad etdiyi maddənin hərfi mənası ilə iddianın geri qaytarmaqla gəldiyi nəticəni haqlı hesab etmiş, lakin digər bir tərəfdən bu istinad etdiyi maddənin tələbini və sübutun baxış iclasınadək təqdim etmək hüquqlarını pozmuşdur. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, şikayətin dəlillərini müzakirə edib, Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kollegiya şikayətdə qeyd olunan dəlillərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Lakin İddiaçı Mirdaməd oğlu iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normasına əməl etməmiş, iddia tələbinin hansı sübutlarla təsdiq olunduğu göstərən dəlilləri ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla), iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla), iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir. Lakin iş materialı ilə müəyyən ol unur ki, iddia ərizəsinə qoşma kimi “şəxsiyyət vəsiqəsinin surəti”, “Qərarın surəti”, “Əlyazmanın surəti”, “Dövlət rüsumunun ödənilməsi barədə qəbz”, “iddia ərizəsinin surəti” qeyd olunsa da, həmin sənədlərdən yalnız dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilsə də, digər sənədlər iddia ərizəsinə ümumiyyətlə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe ilə razılaşaraq qeyd edir ki, Babək Rayon Məhk əməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Mirdaməd oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(079)-131/2023 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Babək Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(079)-131/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mü lki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı Mirdaməd oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(079)-131/2023 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Babək Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(079)-131/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-34/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-34/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver