Məhkəmə qərarları › İş №2(108)-34/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-34/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-34/2025 07.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, iddiaçı Nümayəndə Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 sentyabr 2024cü il tarixli, 2(078)-1172/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 (dörd yüz) manat əsas borcun, gecikdirilmiş penya pulu olan 40 (qırx) manatın, nəticə etibarilə ümumilikdə 440 (dörd yüz qırx) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 (otu z) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2(078)-1172/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq Cavabdeh 400 (dörd yüz) manat əsas borc və 40 (qırx) manat gecikdirilmiş penya pulu olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində borcun iddiaçı Nümayəndə xeyrinə tutulması, Nümayəndə tərəfindən 24 iyul 2024-cü il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq iddiaçıya qaytarılması qət olunmuşdur. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2(078)-1172/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, iş materiallarına əlavə edilmiş sənədlərdə Nümayəndə ilə onun arasında bağlanmış 17 sentyabr 2021-ci il tarixli, 51 nömrəli malların nisyə alqı-satqı müqaviləsinə əsasən, satıcının alıcıya ümumi məbləği 668 manat dəyərində telefon aksesuarlarını satmağı, alıcının isə müqavilə ilə razılaşdırılmış qaydada telefon aksesuarlarının dəyərini ödəməyi öhdəsinə götürdüyü, 17 sentyabr 2021-ci il tarixli, 51 nömrəli malların nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, onun telefon aksesuarlarını tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etdiyi, 17 sentyabr 2021-ci il tarixli, 51 nömrəli malların nisyə alqı-satqı müqaviləsinə 2 nömrəli əlavəyə əsasən, onun 668 (altı yüz altmış səkkiz) manat məbləğində pulun 268 (iki yüz altmış səkkiz) manatını nağd qaydada, qalan 400 (dörd yüz) manatını xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə hər ay 200 ( iki yüz) manat olmaqla ödəməyi öhdəsinə götürdüyü qeyd olunmuşdur. Onunla iddiaçı arasında heç bir nisyə alqı-satqı müqaviləsi olmamışdır. O, axırıncı dəfə Ramizlə 2018-ci ildə alqı-satqı etmişdir. Həmin vaxt da aralarında heç bir ödənilməmiş hesablaşma mövcud olmamışdır. 2021-ci ildə aralarında heç bir alış-satış və buna müvafiq hər hansı müqavilə olmadığı halda məhkəmənin nəyə əsasən onları sübut qismində tanıdığı aydın deyil. Guya həmin müqavilə onunla bağlanmış və o, müqaviləni imzalamışdır. O rada göstərilən müqavilə saxta şəkildə tərtib olunmuş və onun tərəfindən deyil Ramizin özü və ya cəlb etdiyi hər hansı şəxs tərəfindən imzalanmışdır. Həmin müqavilədə imzanın kim tərəfindən imzalanması ilə bağlı ekspertiza keçirilərsə, imzanın onun tərəfindən imzalanmadığı məlum olacaqdır. Onun ümumiyyətlə Ramizə hər hansı ödənilməmiş borcu olmamışdır. Ramiz ədavət zəminində onu məhkəməyə verərək qanunsuz şəkildə ondan 440 ( dörd yüz qırx) manat pul vəsaiti tələb edir. O, əgər 2021-dən Ramizə pul borcluydusa, niyə 3 ildir Ramiz ondan bir dəfə də olsun borcunu tələb etməyib? Həmçinin iş materiallarına əlavə edilmiş sübutlarda ona pretenziya göndərildiyi qeyd olunur. Qeyd edilmişdir ki, ona heç bir pretenziya göndərilməyib. Əgər elə bir hal olubsa, iddiaçı onun ünvanına pretenziya göndəril məsi ilə bağlı qəbzi işə əlavə edərdi. Qətnamədə qeyd olunur ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsi ilə bağlı ona tərəflərindən dəfələrlə şifahi xəbərdarlıq olunduğunu və borc pulun ödənilməsinin ondan tələb edildiyini, lakin onun borcun ödənilməsindən imtina etdiyini, buna görə ciddi maddi itkilərlə qarşılaşdığını, Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanındığını, geniş müştəri dairəsinin olduğunu qeyd etmişdir. Bu göstərilən halların hər biri ona qarşı böhtandır. Ramiz ona dəfələrlə borclu olduğunu dediyini və onun da imtina etdiyini iddia edirsə, bunu özü sübut etməlidir. Həmçinin Ramizin heç bir nüfuzu olmamışdır. Ona məhkəmə tərəfindən də bildiriş göndərilməmişdir. 16 noyabr 2024-cü il tarixində icra məmurları evinə gələrək, onun borclu olduğu nu və bununla bağlı məhkəmənin qərarı olduğunu bildirmişdir. O, həmin an söhbətin nədən getdiyini belə anlamamışdır. Məhkəmə tərəfindən ona işlə bağlı bildiriş göndərilibsə belə, həmin bildirişlər onun ünvanına gəlməyib və o, heç bir bildirişi rəsmi qaydada imzalayaraq təhvil almamışdır. Əgər iddiaçı onun ünvanını düzgün qeyd etsə idi, o, ən azından məhkəmə prosesindən xəbərdar olardı. Cavabdeh tərəf olaraq onun hüququdur ki, proseslə bağlı xəbərdar olsun. Onun Ramizə ümumiyyətlə borcu olmadığı halda, məhkəmə əsassız şəkildə iddiaçının tələbini təmin etməklə yanlış nəticəyə gəlmişdir. Qeyd olunan halları nəzərə almadan əsassız iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2(078)1172/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmiş, şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 339.1, 339.4, 379.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1 və 88-ci maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.8-1-ci mad dəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu Məcəllənin 394-1.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 394-1.2-ci maddəsi rəhbər tutulmaqla iddiaçıya verilmiş apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə biləcəyi təklif edil miş, iddiaçı Nümayəndə 05 fevral 2025-ci il tarixdə kollegiya ərizə ilə müraciət edərək cavabdehlə 17 sentyabr 2021-ci il tarixli, 51 nömrəli malların nisyə alqı-satqı müqaviləsi imzaladığını, hər ikisinin sahibkar olduğunu, cavabdehin təsisçisi olduğu “Komptel” mağazasından öz mağazasında satmaq üçün telefon aksesuarları aldığını, mağazasında telefon aksesuarlarının topdan və pərakəndə satışı ilə məşğul olduğunu, cavabdehin həmin aksesuarları topdan aldığını, lakin qalmış 400 (dörd yüz) manat borcu ödəməkdən imtina etdiyini bildirmiş, sonda yuxarıda qeyd olunanları nəzərə alaraq kollegiyadan qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iş üzrə Cavabdeh da 05 fevral 2025-ci il tarixdə kollegiyaya ərizə ilə müraciət edərək, şikayətində də qeyd etdiyi kimi iddiaçı ilə aralarında te lefon aksesuarlarının alqısatqısının 2018-ci ildə baş tutduğunu, həmin vaxt ikisinin də sahibkar olduğunu, ondan aldığı telefon aksesuarlarını öz mağazasında satmaq üçün aldığını, elə həmin il də Ramizlə arasında olan borcu bağladığını, 2021-ci ildə aralarında heç bir müqavilə bağlanmadığını, həmin müqavilənin saxta şəkildə tərtib olunduğunu, onun tərəfindən imzalanmadığını bildirmiş, sonda iş üzrə qanuni qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2(078)-1172/2024 nömrəli qətnaməsi ləğv edilərək, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçı van Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya şikayəti ilə əlaqədar tədqiq olunan iş materiallarından aydın olmuşdur ki, hazırki mübahisəyə birinci instansiya məhkəməsində yazılı icraat qaydasında baxılmış, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş 17 sentyabr 2021-ci il tarixli, 51 nömrəli nisyə-satış müqaviləsinə, eyni zamanda müqaviləyə 1 saylı və 2 saylı əlavələrə əsaslanmaqla yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Həmin müqavilə və əlavələrin məzmununda qeyd olunur ki, iddiaçı 668 (altı yüz altmış səkkiz) manat dəyərində telefon aksesuarlarını satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada telefon aksesuarlarının dəyərini ödəməyi, 668 (altı yüz altmış səkkiz) manat məbləğində pulun 268 (iki yüz altmış səkkiz) manatını nağd qaydada, qalan 400 (dörd yüz) manatını xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə hər ay 200 (iki yüz) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş kollegiyanın ünvanına daxil olduqdan sonra “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş və iş materiallarına əlavə olunmuş vergi məlumatlarını araşdıran zaman iş üzrə tərəflər - iddiaçı Nümayəndə (VÖEN **********) və Cavabdeh (VÖEN **********) hüquqi şəxs olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları və hər iki tərəfin fəaliyyət istiqamətinin “İxtisaslaşdırılmış mağazalarda mobil telefonların pərakəndə satışı və təmiri” olması, hazırki tələb üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması aydın olmuşdur. Həmçinin tərəflərin ərizələrindən də göründüyü kimi h ər iki tərəfin sahibkar olmaqla, fəaliyyət istiqamətlərinin də telefon aksesuarlarının alqı-satqısı olması müəyyən edilmiş, iddiaçının təsisçisi olduğu “Komptel” mağazasında telefon aksesuarlarının topdan və pərakəndə satışı ilə məşğul olduğu, cavabdehin də öz mağazasında telefon aksesuarları satdığı, hazırki mübahisənin predmetinin də məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çı xdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. - Həmin maddənin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir; - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nə zərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. - 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən o da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. Mülki Prosessual Məcəllənin istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarın 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bənd i) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Beləliklə, yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər birinin qarşılıqlı bağlılığı tələb olunur. İş materiallarının kollegiyada əlaqəli təhlili zamanı aydın olmuşdur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyəti üzrə işdə işti rak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri, yəni icraatda olan mübahisənin kommersiya məhkəməsinə aidiyyəti üzrə qanunvericiliklə müəyyən edilmiş hər üç şərt mübahisə üzrə mövcuddur. Buna görə də məhkəmə kollegiyası belə hesab edir ki, mübahisə üzrə tərəflərdən hər ikisi sahibkar statusuna malik olmaqla, həmin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz kommersiya fəaliyyətindən irəli gələn münasibət olmaqla korporativ mübahisəyə aid olduğundan tələbə məhkəmə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Hər kəsin onun işin ə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri adlanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmçinin sözügedən Məcəllənin 387-ci maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd edilən xüsusatlara əsaslanan kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2(078)-1172/2024 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual 24, 26, 263-264, 384.0.4, 402.2.5-ci maddələrini rəhbər tutaraq kollegiya qərarverdi: İddiaçı Nümayəndə Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2(078)-1172/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2(078)-1172/2024 nömrəli qətnaməsi tamamilə ləğv olunsun. İddiaçı Nümayəndə Cavabdeh qarşı borc tələbinə dair mülki iş məhkəmə aidi yyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Bu qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar