Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-35/2022 18.02.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(110)-103/2018 nömrəli qərardadından Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Şərur Rayon Məhkəməsinin (hakim S.Ə.Qarayev) 28 dekabr 2021-ci il tarixli 2(110)103/2018 nömrəli qərard adı ilə İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli 2(110)-103/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və onun vəkili və nümayəndəsi Vəkil verdikləri apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil şikayət ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət etmiş, şikayətdə Şərur Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(110)-103/2018 nömrəli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəmə sinə göndərilməsini xahiş etmişdir. Həmin şikayətə Şərur Rayon Məhkəməsi tərəfindən 21 yanvar 2022-ci il tarixdə baxılmış və verilmiş şikayət təmin olunmadığından şikayət iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şərur Rayon Məhkəməsinin 24.08.2018-ci il tarixli, 2(110)-103/2018 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və digər Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək 10.09.2014-cü il tarixli NE-206/159 saylı kredit müqaviləsi üzrə 51.319,63 manat əsas, 25.849,94 manat faiz və 6000 manat dəbbə pulu borcu olmaqla cəmi 83.169,57 manat borcun, həmçinin tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat rüsümün və xidmət haqqının, eləcə də iddianın verilməsi üçün ödənilmiş rüsumun əvəzi olan 30 manat rüsumun Cavabdeh2 alınaraq iddiaçının xeyrinə ödənilməsi, pulun tutulması mümkün olmadığı halda tutmanın Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 133.000 manat məbləğində qiymətləndirilən Abşeron rayonu, Masazır kəndi 0,10 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 293,20 kv.m, yaşayış sahəsi 187 kv.m, yardımçı sahəsi isə 106,2 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin borcun ödənilməsinə sərf edilməsi qət edilmiş, Cavabdeh1 və nümayəndəsi tərəfindən qətnam ədən apellyasiya şikayəti verilsə də Şərur Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(110)-103/2018 nömrəli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardad 05.02.2022-ci il tarixdə poçt vasitəsilə təqdim olunsa da apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər göndərilməmişdir. Aşağıda qeyd olunanlar nəzərə alınaraq qərardad ləğv edilməli və apellyasiya şikayəti baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməlidir. İlk növbədə məhkəmənin Cavabdeh1 qətnaməni əvvəlcədən əldə etməsi ilə bağlı gəldiyi əsassız nəticə səhvdir. Belə ki, mülki işdən göründüyü kimi iş üzrə 24.08.2018-ci il tarixli qətnamə Cavabdeh1 qeydiyyatda olduğu ünvana sifarişli poçtla göndərilsə də, cavabdehin qətnaməni alması b arədə iş materiallarında hər hansı sübut yoxdur. Məhkəmə isə hər hansı bir nəticəyə gəlmək üçün mülahizəyə deyil sübutlara əsaslanmalıdır. Qətnamənin alınması barədə ərizədən göründüyü kimi qətnamə Cavabdeh1 atası tərəfindən səlahiyyət verilmiş etibarnamə əsasında dövlət rüsumu ödənildikdən sonra qəbul edilmiş (qəbz mülki işin materiallarına əlavə edilmişdir) və cavabdehin özü və nümayəndə tərəfindən prosessual müddət ötürülmədən apellyasiya şikayəti verilmişdir. Çünki qətnamənin rəsmi qaydada qəbul edildiyi və apellyasiya şikayətinin verildiyi tarixlərə baxdıqda qanunla müəyyən edilmiş 1 aylıq müddətin keçmədiyi görünür. Buna görə də prosessual müddətin bərpası üçün vəsatət verilməsinə zərurət yoxdur. İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən şikayətə qarşı etiraz göndərilmiş, etirazda, iş üzrə Şərur Rayon Məhkəməsinin 28.12.2021-ci il tarixli, 2(110)-103/2018 nömrəli qərardadından Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş olunmaqla qeyd olunmuşdur ki, ləğv prosesində olan "Texnikabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinə müraciət edilmişdir. Şərur Rayon Məhkəməsinin 24.08.2018-ci il tarixli, 2(110)-103/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 10.09.2014-cü il tarixli, NE-206/159 nömrəli kredit müqaviləsi üzrə yaranmış 51.319,63 manat əsas, 25.849,94 manat faiz və 6000 manat dəbbə borcu olmaqla, cəmi 83.169,63 (səksən üç min bir yüz altmış doqquz manat, 63 qəpik) manat məbləğində borcun, həmçinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat rüsumun və xidmət haqqının, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun Cavabdeh1 alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, borcun tutulması mümkün olmadığı təqdirdə tutmanın Cavabdeh2 məxsus, ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 133.000 (bir yüz otuz üç min) manat məbləğində qiymətləndirilən Abşeron rayonu, Masazır kəndi 0.10 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 293,20 kv.m, yaşayış sahəsi 187 kv.m, ya rdımçı sahəsi isə 106,2 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılaraq əldə olunan vəsaitin Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşısında olan kredit borcunun ödənilməsinə sərf edilməsi, həmçinin aparılmış ekspertiza xərci olan 150 (bir yüz əlli) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin "xxxx" ASC- də olan müxbir hesabına köçürülməsi qət edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlmək olar ki, hazırkı mülki iş üzrə Şərur Rayon Məhkəməsi tərəfindən 24.08.2018-ci il tarixdə yekun məhkəmə qətnaməsinin qəbul edilməsi, qəbul edilmiş qətnamənin nəticə hissəsinin elan edilməsi, həmçinin eyni gündə onun (qətnamənin nəticə hissəsinin) təsdiq ol unmuş surətinin də işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsi, eyni zamanda əsaslandırılmış məhkəmə qətnaməsinin işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada çatdırılması və iş üzrə qətnamə ilə bağlı icra vərəqəsi çıxarılaraq işin icraya verilməsinə baxmayaraq, Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil məhkəmə qətnaməsinin qəbul edilməsindən (24.08.2018-ci il tarixdə), xeyli müddət, yəni təxminən qətnamənin işdə iştirak edən şəxslərə rəsmi qaydada çatdırılmasından 3 (üç) ilə yaxın müddət keçdikdən sonra nədənsə cavabdehin apellyasiya şikayəti verməsi yadına düşmüş və vəkilə apellyasiya şikayətinin tərtib edilərək, məhkəməyə təqdim edilməsi tapşırılmışdır. Bu da onu deməyə əsas verir ki, məhkəmə qətnaməsinin icra olunması mərhələsi cavabdehlərin mənafe ylərinə uyğun olmaması səbəbindən (iradələrinə zidd olduğundan), həmçinin guya onların yaşayış tərzinə ciddi təsir göstərdiyindən hansı üsulla olursa-olsun məhkəmə qətnaməsinin icrasının lüzumsuz yerə uzadılması, eyni zamanda öyrədilmiş şəkildə dolayı yolla hüquqi hiylələr işlədərək qətnamənin icrasından boyun qaçırmaq məqsədi daşıyır. Etirazda Mülki Prosessual Məcəllənin 128.1, 128.2, 128.3, 129.3, 129.4, 130.1, 130.2, 130.3, 135.5-ci maddələrinə istinad olunaraq qeyd edilmişdir ki, mülki işin materiallarında olan bütün sənədlərə diqqət yetirdikdə görünür ki, iddiaçı Fond olaraq etirazda əks etdirilən dəlillər cavabdehin təxminən 3 il sonra məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün kifayət qədər prosessual pozuntulu əsaslardan ibarətdir. Qeyd edilən qanun norması Mülki Prosessual Məcəllənin 366-cı maddəsində açıq-aydın başa düşülən şəkildə öz əksini tapmışdır. Belə ki, iş materiallarından da aydın olduğu kimi, cavabdeh keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə qabaqcadan lazımı (rəsmi) qaydada məlumatlandırılmışdır. Məhkəmə baxışında iştirak etməsə belə, iclasların nəticəsi olaraq qətnamə qəbul ediləcəyini bilmiş, lakin onun nəticəsi ilə maraqlanmamışdır. Bunu etməyərək cavabdeh özü öz prosessual hüquqlarını məhdudlaşdırmışdır. Bundan əlavə, Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil Şərur Rayon Məhkəməsinin 28.12.2021-ci il tarixli 2(110)-103/2018 saylı qərardadından verilmiş şikayətdə qeyd edildiyi kimi, məhkəmə aktının surətinin təkrarən verilməsi üçün dövlət rüsumunun ödənilməsindən sonra əldə etməsi birbaşa onu etiraf edir ki, məhkəmə qətnaməsi tərəflərə zamanında çatdırılmışdır və apellyasiya şikayətinin verilməsi qətnamənin icra olunmasının süni surətdə qarşısını almaq məqsədi daşıyır. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilərdi ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Göründüyü kimi, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Belə ki, yuxarıda qeyd edilən dəlillərin əsaslandırılması məqsədi ilə Mülki Prosessual Məcəllənin hüququ müəyyən edən imperativ normalarına istinad edilməsi zərurəti vardır. Etirazda Mülki Prosessual Məcəllənin 227.2,227.3, 227.4, 357.1, 360, 362-ci maddələrinə istinad olunaraq qeyd olunmuşdur ki, apellyasiya şikayəti verilərkən Mülki Prosessual Məcəllənin 363.1-ci maddəsində nəzərdə tutulmuş 363.1.1, 363.1.2, 363.1.3 və 363.1.4-cü maddələrinin tələblərinə uyğun olmazsa bu halda məhkəmə apellyasiya şikayətini qaytarır. Göründüyü kimi, apellyasiya şikayəti verilərkən yuxarıda qeyd edilən hüquq normalarına riayət edilməlidir. Yuxarıda təsvir edilmiş, mülki iş ü zrə yekun məhkəmə qətnaməsi ilə “kredit müqaviləsi və ipoteka müqaviləsinə əsasən yüklü edilmiş əmlaka” hüquqi qiymət verilmiş, iddiaçının iddia tələbi qismən təmin edilmiş və məhkəmənin yekun qətnaməsi qanuni qüvvəsini almışdır. Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil apellyasiya şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikalı Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafıə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. İş materialları ilə də öz təsdiqini tapır ki, apellyasiya icraatını qeyri-mümkün edən digər əsaslardan əvvəl məhkəmə qətnaməsinin qanuni qüvvəsini alması, eyni zamanda mülki işin icra mərhələsində olarkən cavabdehin vəkilinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən (24.08.2018-ci il tarixli, 2(110)103/2018 nömrəli qətnamə nəzərdə tutulur) apellyasiya şikayəti verərək qətnamənin icra olunmasının süni surətdə qarşısını almaq məqsədi daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquq mövqeyə görə məhkəmələr işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. “Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 82.1.2- ci və 82.1.3-cü maddələrinə əsasən müflis elan olunmuş bankın aktivləri ilk növbədə Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələblərinə yönəldildiyindən sözügedən iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsinin əsassız olaraq uzadılması Fondun həmin bank qarşısında reqres hüququ üzrə tələblərinin icra olunmasına, yəni dövlət vəsaitlərinin qaytarılmasına mane olmaqla əhə miyyətli miqdarda ziyan vurur, bununla da dövlət tərəfindən bank sisteminə etimadın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərin icrasına mane olmaqla milli təhlükəsizlik sisteminin tərkib hissəsi olan dövlətin iqtisadi təhlükəsizliyinin əsaslarını sarsıdır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 2845, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Kollegiya şikayətin və o na edilmiş etirazın dəlillərini mülki işin materialları ilə əlaqəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: İddiaçı ləğv prosesində olan İddiaçı2 ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 10.09.2014-cü il tarixli 206/159 saylı kredit müqaviləsinə əsasən ləğv prosesində olan İddiaçı2 ASC-in xeyrinə 51319.63 manat əsas, 25849.94 manat faiz, 54120.49 manat dəbbə pulu olmaqla, cəmi 131290.06 manat borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 31 manat vəsaitin tutulması, tutmanın Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndi 0.10 ha tor paq sahəsində yerləşən fərdi yaşayış evinə (ümumi sahəsi 293.20 kv.m, yaşayış sahəsi 187 kv.m, yardımçı sahə 106.2 kv.m) yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Şərur Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(110)103/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh1 və onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayəti vermiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 01.10.2021-ci il tarixli 2(108)-178/2021 nömrəli qərardadı ilə Cavabdeh1 və onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, həmin qərardaddan Cavabdeh1 və onun vəkili-nümayəndəsi Vəki l tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 11 noyabr 2021-ci il tarixli, 2(102)-7091/2021 nömrəli qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə qaytarılmışdır. Şərur Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(110)-103/2018 nömrəli qərardadı ilə Şərur Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli 2(110)-103/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və onun vəkili və nümayəndəsi Vəkil verdikləri apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qanuni qüvvədə olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01.10.2021-ci il tarixli 2(108)-178/2021 nömrəl i, Cavabdeh1 və onun vəkilinümayəndəsi Vəkil apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadında da iş materiallarına əsasən müəyyənləşdirilmişdir ki, Şərur Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(110)-103/2018 nömrəli qətnaməsinin surəti "xxxx" MMC-in məktub və banderolların sifarişli qəbuluna dair 6/28 nömrəli 27 avqust 2018-ci il tarixli qəbzi ilə Cavabdeh1 qeydiyyatda olduğu Şərur Rayonu Danyeri kəndindəki ünvanına göndərilmiş və həmin sifarişli məktubun ünvan sahibinə verilməməsi və ya geri qaytarılmasına dair hər hansı məlumat daxil olmamışdır. Bundan əlavə iş vərəqə 132-də olan Şərur Rayon İcra və Probasiya şöbəsinin birinci instansiya məhkəməsinə ünvanlanmış 04 oktyabr 2018-ci il tarixli, 2755 nömrəli məktubundan görünür ki, tərəflərə Şərur Rayon Məhk əməsinin 25 sentyabr 2018-ci il tarixli, 2(110)103/2018 nömrəli icra sənədinin 01 oktyabr 2018-ci ildə Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olmaqla icra sənədi üzrə icraata başlanılması bildirilmiş, həmin qərarın və tələbin könüllü icrası haqqında bildirişin surəti Cavabdeh1 qeydiyyatda olduğu ünvana göndərilmişdir. Bundan əlavə işə əlavə olunmuş X2 Rayon Şöbəsinə qətnamənin yenidən alınması üçün 10 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbz və Cavabdeh1 24 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, o həmin ərizəsi ilə məhkəməyə müraciət edərək 2(110)-103/2018 saylı mülki işin qətnaməsini yenidən almağına köməklik edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 01.10.2021-ci il tarixli 2(108)-178/2021 nömrəli qərard adında həmçinin vurğulanmışdır ki, birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən qətnamənin cavabdehə rəsmi qaydada verildiyi tarixi müəyyən etmədən, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin buraxılıb-buraxılmaması məsələsini müzakirə etmədən, bir sözlə apellyasiya şikayətinin MPM-ə uyğunluğunu yoxlamadan şikayəti baxılmaq üçün apellyasiya məhkəməsinə göndərmişdir. Şərur Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(110)-103/2018 nömrəli qərardadında da göstərilən məsələlər müzakirə edilərək apellyasiya şikayətinin qaytarılması barədə gəlinən nəticə belə əsaslandırılmışdır ki, Şərur Rayon Məhkəməsinin 2 (110)-103/2018 saylı 24.08.2018-ci il tarixli qətnaməsi 27 avqust 2018-ci il tarixdə sifarişli poşt göndərişi ilə Cavabdeh1 qeydiyyatda olduğu ünva na göndərilmiş, lakin cavabdehin həmin məktubu alıb-almaması barədə məhkəməyə məlumat daxil olmamışdır. Cavabdeh 24.08.2021-ci il tarixdə məhkəməyə ərizə verərək qətnamənin surətinin yenidən ona verilməsini xahiş etmişdir ki, bu da məhkəmə tərəfindən o qənaətə gəlməyə əsas verir ki, cavabdeh sözügedən qətnaməni əvvəlcədən əldə etmiş, apellyasiya şikayətini isə təqribən 2 ilə yaxın bir müddət sonra, yəni 02.08.2021-ci il (“02.09.2021” tarixi qərardadda texniki səhvliklə “02.08.2021” kimi göstərilib) tarixdə vermişdir. Göründüyü kimi cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş müddət buraxılmış və apellyasiya şikayətinə müddətin üzrlü olaraq buraxılmasını təsdiq edən sübutlar və buraxılmış müddətin bərpası üçün vəsatət əlavə edilməmişdir. X1 Respublikas ı Ali Məhkəməsinin mülki kollegiyasının 01.10.2021-ci il tarixli 2(108)-178/2021 nömrəli qərardadı ilə qeyri-mümkün hesab edilmiş Cavabdeh1 və onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin qaytarılması ilə əlaqədar birinci Şərur Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(110)-103/2018 nömrəli qərardadının yuxarıda qeyd olunan əsaslandırması ilə razılaşır və belə nəticəyə gəlir ki, şikayətdə göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğvi üçün əsas təşkil etmir və bu səbəbdən şikayət təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(110)-103/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verild iyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-in 363.1. və 363.1.3-cü maddələrinin tələbinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Аzərbaycan Respublikası MPM-in 398.0 və 398.0.1-ci maddələrinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Аzərbaycan Respublikası MPM-in 263, 264, 400 və 402ci maddələrini rəhbər tutaraq kollegiya qərаr verdi: Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(110)-103/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-35/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-35/2022
18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver