Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-35/2023 03.03.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə 06 fevral 2023-cü il tarixli, 2(079)-144/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi X1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASCnin xeyrinə 7620.96 manat məbləğində əsas borcun, 601.82 manat məbləğində faiz borcunun, cəmi 8222.78 manat borcun və 103 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(079)-144/2023 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Məhkəmənin həmin qərardadından narazı qalan iddiaçının nümayəndəsi X2 14 fevral 2023-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Babək Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(079)-144/2023 nömrəli qərardadının ləğv edilərək, apellyasiya şikayətinin təm in olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, e-2(079)-144/2023 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin “İddia ərizəsinin geri qaytarılması” barədə 06 fevral 2023-cü il tarixli, 2(079)-144/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi X1 verdiyi şikayət əsaslı hesab edilməyərək, şikayət işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X2 şikayətində qeyd etmişdir ki, AR MPM-in 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədə r (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); İddia ərizəsi ilə məhkəməyə müraciət zamanı prosessual qanunvericiliyin tələblərində göstərilən müvafiq qaydalara riayət olunmuşdur. Mübahisənin məhkəməyə qədər həll olunub nizama salınması üçün xx.xx.2022-ci il tarixdə cavabdehə bildiriş pretenziya göndərilmişdir. Bildiriş xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən qəbul edilmişdir. Bu fakt elektron məhkəmə sistemində də görü nür. AR MM-in 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini lazımi şəkildə yerinə yetirməyib pozduğu üçün iddiaçı öz leqal hüququndan istifadə edərək birtərəfli qaydada müqavilənin ləğv olunmasına dair təklif və bu barədə cavabdehə bildirişi göndərmişdir. Maddənin tələbindən də görünür ki, təklifdə müddət göstərildiyi təqdirdə həmin müddətə riayət edilməlidir. Bildirişdə də borcun ödənilməsi üçün müddət 3 gün olaraq qeyd olunmuşdur. Maddədə qeyd olunan 30 günlük müddət bildir işdə başqa müddət olmadıqda tətbiq edilir. “Kreditləşmə və xidmət şərtləri”nin 7.1-ci maddəsinin a bəndinə əsasən müştəri ödənişlərini müqavilədə göstərilən qaydada vaxtında və lazımınca icra etmədikdə bank kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə, komisyon haqlarının və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb edə, habelə kartın mülkiyyətçisi kimi müvafiq tədbirlər görə və bank praktikası ilə müəyyən olunmuş digər sanksiyalar tətbiq edə bilər. Müqavilənin bu bəndindən də görünür ki, kredit alan müqavilənin şərtlərinə əməl etməzsə yəni, öhdəliklərinin icrasını gecikdirərsə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər və digər sanksiyalar yəni müqaviləni ləğv edilməsini tələb edə bilər. Sonda nümayəndə Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il ta rixli, e-2(079)144/2023 saylı qərardadını ləğv edərək şikayətlərinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında b axa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla iddiaçı tərəfə verilmiş şikayətlə bağlı izahat və etirazını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilsə də, kollegiyaya şikayətə dair izahat və ya etiraz daxil olmamışdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddə sinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Babək Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(079)-144/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kollegiya tərəfindən verilmiş şikayətin tədqiqi ilə bağlı iş materialları araşdırılarkən Babək Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə 06 fevral 2023-cü il tarixli, 2(079)-144/2023 nömrəli qərardadından məlum olmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilmədən verilməsi əsası ilə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarmanın əsası kimi qeyd etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən tərəflər arasında borc-kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olması müəyyən edilir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəf lərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə gör ə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 13 iyul 2017-ci ildə “Müştərilərlə kreditləşmə və xidmət şərtləri” adlı müqavilə və 14 dekabr 2019-cu ildə kredit sazişi müqaviləsi bağlanmışdır. İddiaçı isə tələbində kredit müqavilənin ləğv edilməsini və həmin müqavilə əsasında yaranmış borcu tələb edir. Məhkəmə bildirir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin qaydaları və əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 20-ci fəsli ilə tənzimlənir. Həmin Məcəllənin 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. T ərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmçinin həmin Məcəllənin 423.1-cü maddəsində qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin bağlanması qaydalarını isə Mülki Məcəllənin 405-416-cı maddələri tənzimləyir. Bununla bağlı mülki qanunvericilikdə qeyd edilir ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır (Mülki Məcəllənin 405.1, 407.1 və 407.2-ci maddələri). Qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi tərəflər arasında müqavilə bağlanması üçün ilkin olaraq onun bağlanması üçün təklif olmalı və bu təklif müvafiq qaydada qəbul edildikdən sonra müqavilə bağlanmış sayılmadır. Mülki qanunvericilik bu qaydanı eyni ilə müqavilənin ləğvedilməsi və dəyişdirilməsinə də şamil etmişdi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə əlavə etdiyi və Cavabdeh göndərdiyi 27 noyabr 2022-ci il tarixli bildirdə cavabdehə onunla arasında bağladığı kredit müqaviləsinin ləğv edildiyi göstərsə də, iş materiallarından iddiaçının Cavabdeh kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı təkliflə müraciət etməsi öz təsdiqini tapmır. Tərəflər arasında bağlanmış 13 iyul 2017-ci il tarixli “Müştərilərlə kreditləşmə və xidmət şərtləri” adlı müqaviləsinin İX bölməsindən isə iddiaçının Cavabdeh arasında bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilmə səlahiyyətinin olması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 423.2-ci maddəsi ilə müəyyən edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddi hüquq normasının da tələbindən göründüyü kimi iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Cavabdeh aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi üçün müddəti müəyyən edilməklə müraciət etməli və ona cavab almadıqdan sonra məhkəməyə müraciət etməlidir. Yəni İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırki vəziyyətdə müqavilənin ləğvi və ya dəyişdirilməsi barədə pretenziya qaydasına əməl etməyib və bu barədə iddia ərizəsində bununla bağlı müvafiq qeyd etməyi b. Mülki prosessual qanunvericiliyin tələbinə görə iddia ərizəsində müqavilə ilə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatın göstərilməsinin imperativ olmasına baxmayaraq, iddiaçı sözü gedən prosessual sənəddə buna dair məlumatı qeyd etməmişdir. Sübutlar siyahında bununla bağlı qeyd edilsə də, iddia ərizəsinin məzmununda onun məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı gəldiyi bu nəticə ilə razılaşır və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1ci maddəsinə əsasən iddia əri zəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2 və 149.2.3-cü maddələrində qeyd olunur ki, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İd diaçı təşkilatın nümayəndəsinin də şikayətdə qeyd etdiyi kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Beləliklə kollegiya iddiaçı təşkilatın nümayəndəsinin şikayətdə qeyd etdiyi dəlilə hüquqi qiymət verərək bildirir ki, tədqiq olunmuş iş materiallarından məlum olmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edilərkən iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinin tələbindən görünür ki, həmin prosessual norma iddia ərizəsində göstərilməli olan məlumatların dairəsini imperativ olaraq müəyyən etmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçı təşkilat öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallara dair sübutların siyahısını iddia ərizəsində göstərsə də, həmin fakt və hallara dair məlumatları iddia ərizəsinin məzmununda göstərməmişdir. Bu da son nəticədə Mülki Prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması ilə nəticələnmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sübutlarla birlikdə qarşı tərəfə göndərilərək, ona özünü müdafiəsinə hazırlaşmaq, həmçinin iddia tələbinə qarşı etiraz etmək imkanı yaradılır. Elə bu səbəbdən də prosessual sənəd kimi iddia ərizəsi cavabdehə qarşı olan tələbin əsaslandırmasını və bunu təsdiq edəcək sübutların siyahısını özündə əks etdirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu isə ö deməkdir ki, məhkəmə özünün sübut kimi qəbul etdiyi sübutu qarşı tərəfə təqdim etmir. Kollegiya iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin MülkiProsessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Beləliklə yuxarıda qeyd xüsusatları nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə 06 fevral 2023-cü il tarixli, 2(079)-144/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi X1 verdiyi şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir. Məhz bu səbəbdən və şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Babək Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(079)-144/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsini n tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə 06 fevral 2023-cü il tarixli, 2(079)144/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi X1 verdiyi şikayət təmin olunmasın. Babək Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(079)-144/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qəra rdad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-35/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-35/2023
03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver