Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-36/2024 19.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(110)-994/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 03.10 2023-cü il tarixdə iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, Şərur Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli 2(110)-312/2019 nömrəli məhkəmə qə tnaməsi ilə Cavabdeh aliment tutularaq 29 sentyabr 2010-cu il təvəllüdlü X5, 07 avqust 2012-ci il təvəllüdlü X8 və 19 iyul 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ona alimentin ödənilməsi barədə məhkəmə qətnaməsində dəyişiklik edilərək bir uşağın saxlanılması üçün 200 ( iki yüz) manat olmaqla, üç uşağın saxlanılması üçün, ümumilikdə, 600 (altı yüz) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(110)-994/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən M.Ə.Əliyev) iddia qismən təmin edilmiş, Şərur Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli 2(110)-312/2019 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq Şərur rayon Xələc kə ndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 29 sentyabr 2010-cu il tarixdə doğulmuş X3, 07 avqust 2012-ci il tarixdə doğulmuş X4 və 19 iyul 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa 150 ( bir yüz əlli) manat olmaqla, ümumilikdə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq, anası Şərur rayon Xələc kəndində yaşayan İddiaçı ödənilməsi, alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 28 (iyirmi səkkiz) manat dövlət rüsumunun tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəmə sinin mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(110)-994/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, məhkəmənin 07 may 2019-cu il tarixli 2(110)-312/2019 saylı qətnaməsinin, yəni hər uşağa 100 manat olmaqla 300 manat sabit pul məbləğində olan alimentin ondan tutulması barədə olan qətnaməsinin qüvvədə saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, Şərur Rayon Məhkəməsinin heç bir obyektiv araşdırma aparmadan yalanları sübut növü kimi qəbul etmişdir. İddiaçı məhkəmə iclasında iddiasında cavabdehin uşaqları ilə maraqlanmadığını, onlarla görüşmədiyini, uşaqlara geyim paltarları almadığını, cavabdehin özünə məxsus traktorunun olduğunu, h əmin traktorla yaxşı qazanc əldə etdiyini göstərsə də, lakin dedikləri bu xüsusatlar barədə məhkəməyə heç bir sübut təqdim edə bimədiyini, onun özünə məxsus traktorun olmadığını, ona görə də traktorla qazanc əldə edə bilmədiyini, uşaqları ilə maraqlandığını, uşaqlara geyim paltarları aldığını, bu il uşaqlarına məktəb paltarlarının dövlətin verdiyini, iş yerinin olmadığını, vətəndaşların evlərində həyətlərində işlədiyini, ayın 10 gününü işləyəndə 20 günü işin olmadığını, qış aylarında işin heç olmadığını, işsizlik barədə Şərur rayon Məşğulluq Mərkəzinə müraciət etdiyini, halhazırda evli olduğunu, ailəsinin ehtiyaclarını ancaq qarşıladığını, əvəllki alimenti anasının pensiyası ilə ödədiyini, yeni təyin olunmuş alimenti ödəməyə imkanı olmadığını, iddiaçının işlə təmin edildiyini, 325 manat əm ək haqqı və ünvanlı sosial yardım aldığını, 2023-cü ildə bir uşağa yaşayış minimumu 220 manat məbləğində müəyyən olunmuşdursa, həmin məbləğin tək ondan deyil hər iki valideyndən tutulmasının nəzərdə tutulduğunu bildirmişdir. Cavabdeh apellyasiya şikayətininin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 76-cı maddələrinə istinad etmişdir. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ərizəsi göndərərək cavabdehin apellyasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında apellyasiya şikayətində qeyd etdiklərini müdafiə etdiyini, ona əlavəsinin olmadığını, 2017-ci ildə boşandıqlarını, uşaqları ilə görüşdüyünü, onlara gücü çatanda 1-2 manat verdiyini, Xələcdə yaşadığını, usta yanında fəhlə işlədiyini, 3 il olar ki, ikinci dəfə evləndiyini, ikinci evliliyindən övladının olmadığını, yoldaşının işləmədiyini, atasının 52 yaşında və şəkər xəstəsi olduğunu, yoldaşının ona baxdığını, 300 manat alimenti vaxtı-vaxtında ödədiyini, ocaqçı peşəsini oxusa da, ancaq o sahə üzrə işləmədiyini, fiziki cəhətdən sağlam olduğunu, ailəni ancaq dolandırdığını, ona görə də alimentin artırılmasını istəmədiyini, iddiaçının uşaqlara baxa bilmədiyi halda birinə özünün baxa biləcəyini, 2009-cu ildə evləndiklərini, 2017-ci ildə nikaha düşdüklərini, bunun səbəbinin aralarında tez-tez mübahisə etmələrinin olduğunu, atasının “katelnidə” anasının isə məktəbdə xadimə işlədiyini, özünün nə maşını nə də ki traktoru olmadığını, başqa şəxsin traktorunu işlətdiyini, atasına məxsus Mersedes markalı maşınının olduğ unu göstərərək, Şərur Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(110)-994/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, məhkəmənin 07 may 2019-cu il tarixli 2(110)312/2019 saylı qətnaməsinin, yəni hər uşağa 100 manat olmaqla 300 manat sabit pul məbləğində olan alimentin ondan tutulması barədə olan qətnaməsinin qüvvədə saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında cavabdehin və atasının Mercedes markalı maşınının olduğunu, cavabdehin atasının məktəbin qazanxanasında, anasının isə xadimə işlədiklərini, qayınanasının oğluna öz qardaşı qızını almaq istədiyindən onları boşatdırdığını, nə qədər aliment istəsə, verəcəyini dediyini, uşaqları ilə bir il atasıgildə qaldığını, atasının rəhmətə getməmişdən əvvəl bir otağı ona uşaq ları ilə yaşaması üçün ayırdığını, uşağının saçını kəsdirmək üçün 2 manat ata babasından pul istədiyini, onu da vermədiklərini, böyük uşağın 8-ci sinifdə oxumasına baxmayaraq çox zəif olduğunu, tez-tez xəstələndiyini, onun dərmanlarını ala bilmədiyini, pis vəziyyətdə yaşadığı üçün icra nümayəndəliyinə gedib ev şəraitinin çəkilməsinin dediyini, ona bir iş versinlər deyə yalvardığını, ondan sonra xadimə kimi işə götürüldüyünü, ayda 325 manat maaş, 300 manat da uşaqlara görə aliment aldığını, dövlətin kasıb uşaqlara o cümlədən onun uşaqlarına da məktəb paltarı verdiyini, başqasının köhnə paltarlarını geyindiklərini, iddiaçının traktorunun olduğunu, boşanandan sonra qızıllarına qədər əlindən aldıqlarını bildirərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Şərur Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(110)-994/2023 nömrəli qətnaməsinin qüvvədə saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 5 noyabr 2021-cü il tarixli, AZ-İV seriyalı, 631067 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin birgə nikahından 29 sentyabr 2010-cu il təvəllüdlü X5 adlı övladlarının olması müəyyən olunur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 5 noyabr 2021-cü il tarixli, AZ-İV seriyalı, 631068 nömrəli doğum haqqında şəhadətn amənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin birgə nikahından 07 avqust 2012-cu il təvəllüdlü X8 adlı övladlarının olması müəyyən olunur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 5 noyabr 2021-cı il tarixli, AZ-lV seriyalı, 631069 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən, iş üzrə tərəflərin birgə nikahından 19 iyul 2015ci il təvəllüdlü X6 adlı övladlarının olması müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə an alıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «İnsan hüquqların ın və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valide ynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahiş i ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri m əhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü madd əsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi ink işafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Yuxarıda sadalanan qanunvericiliyin normalarından da aydın olduğu kimi, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həl ledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya Cavabdeh apellyasiya şikayətində “iş yerinin olmadığını, vətəndaşların evlərində, həyətlərində işlədiyini, ayın 10 gününü işləyəndə, 20 günü iş olmadığını, qış aylarında işin heç olmadığını, işsizlik barədə Şərur rayon Məşğulluq Mərkəzinə müraciət etdiyini, hal-hazırda evli olduğunu, ailəsinin ehtiyaclarını a ncaq qarşıladığını, əvəllki alimenti anasının pensiyası ilə ödədiyini, yeni təyin olunmuş alimenti ödəməyə imkanı olmadığını, iddiaçının işlə təmin edildiyini, 325 manat əmək haqqı və ünvanlı sosial yardım aldığını, 2023-cü ildə bir uşağa yaşayış minimum 220 manat məbləğində müəyyən olunmuşdursa həmin məbləğin tək ondan deyil, hər iki valideyndən tutulmasının nəzərdə tutulduğu” dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, bu dəlillər apellyasiya şikayətin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi tə crübəsi haqqında” 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsin in mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Kollegiya belə hesab edir ki, Cavabdeh iddiaçının işlə təmin olunması, 325 manat əmək haqqı alması, özünün isə daimi iş yerinin olmaması, maddi imkanının az olması onu uşaqları normal səviyyədə saxlamaq vəzifəsindən, həmçinin qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumuna yaxın aliment məbləğini ödəmək vəzifəsindən azad etmir. Kollegiya Cavabdeh apellyasiya şikayətində Azərbаycаn Respublikаsının Ailə Məcəlləsinin 76-cı maddəsini dəlil kimi göstərilməsini də əsassız sayır. Belə ki, həmin maddəyə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: -1 uşağa görə- qazancı və ( və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 2 uşağa görə- qazancı (başqa gəlirlərinin) üçdə bir hissəsi; - 3 və daha çox uşağa görə- qazancın ( başqa gəlirlərin) yarısı. Göründüyü kimi, həmin maddədə valideynin qazancından və başqa gəlirlərinin olmasından bəhs edilir. İş materiallarında cavabdehin daima işləməsi və stabil qazancının olması təsdiq olunmur. Yuxarıda göstərilənlərə qiymət verərək kollegiya birinci instansiya məhkəməsinin gə ldiyi nəticəni qanuni və əsaslı olması nəticəsinə gəlir və hesab edir ki, Cavabdeh göstərdiyi dəlillər həmin şikayətin təmin edilməsi uçün əsas sayıla bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddə sinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(110)-994/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təm in edilməməlidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə uyğun olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna olunduğundan həmin qətnamədən də kassasiya şikayəti verilə bilməz. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(110)-994/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(110)-994/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-36/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-36/2024
19.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver