Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-37/2024 05.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qərardadından cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Zeyvə kənd sakini Cavabdeh 3650 manat borcun və dövlət rüsumu olaraq ödədiyi 58 manat, cəmi 3708 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(11 0)-611/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3650 (üç min altı yüz əlli) manat pul vəsaiti və 58 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3708 (üç min yeddi yüz səkkiz) manatın alınaraq Babək rayon Şəkərabad kəndində yaşayan İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə Şərur Rayon Məhkəməsinin 2(110)-611/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən şikayət verərək apellyasiya şikayəti vermə bilməsi üçün buraxılmış müddəti üzürlü hesab edərək bərpa edilməsini xahiş etmiş, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)611/2023 nömrəli qərardadı ilə prosessual müddətin bərpasından imtina olunmuşdur. Məhkəmənin həmin qərardadından narazı qalan cavabdehin vəkili və nümayəndəsi Vəkil şikayətlə Şərur Rayon Məh kəməsinə müraciət edərək məhkəmənin 14 dekabr 2023cü il tarixli, 2(110)-611/2023 nömrəli qərardadının ləğv edilərək, Şərur Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(110)-611/2023 nömrəli qərardadı ilə iş üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş həmin şikayət təmin edilməyərək, şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil şikayətində qeyd etmişdir ki, İddiaçı Cavabdeh 3650 (üç min altı yüz əlli) manat borcun və dövlət rüsumu ola raq ödədiyi 58 manat pulun, cəmi 3708 (üç min yeddi yüz səkkiz) manat pulun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Şərur Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsi əsasında iddia təmin olunmuş, həmin qətnamədən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan 1 (bir) ay müddəti Cavabdeh tərəfindən üzürlü səbəbdən buraxılmışdır. Şərur Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsini aldıqdan sonra yəni, Cavabdeh Şərur rayon Zeyvə kəndində pasport qeydiyyatında dayansa da daimi yaşadığı yer Şərur rayon Cəlilkənd kəndidir. Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsi qeydiyyatda olduğu Şərur rayon Zeyvə kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayənd əliyinə göndərilmiş, göndərilməsi barədə Cavabdeh məlumatı olmamışdır. Şərur rayon İcra və Probasiya şöbəsi Cavabdeh telefon əlaqəsi saxlayaraq Şərur Rayon Məhkəməsinin qərarı ilə pul tələbi barədə qətnamə olduğunu bildirmiş, Cavabdeh qeyd olunan qətnaməni almadığını bildirmiş, icra məmuru bildirmişdir ki, o, məktubu qeydiyyatda olduğu yer üzrə Şərur Rayon Zeyvə kəndinə göndərmişdir. Bundan sonra Cavabdeh 13 noyabr 2023-cü il tarixində məhkəmə qətnaməsini və icra məktubunu Şərur rayon Zeyvə kənd İcra Nümayəndəliyindən almış və bu barədə Şərur rayon Zeyvə kənd İcra Nümayəndəliyi 13 noyabr 2023-cü il tarixində qətnaməni almağı barədə arayış almışdır. Qanunla müəyyən olunur ki, qətnamə alınan gündən 1 ay müddətində məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verilməlidir. Göründüyü kimi ape llyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş müddət Cavabdeh tərəfindən üzürlü səbəbdən buraxılmışdır. Sonda cavabdeh yuxarıda qeyd olunanlara əsasən Şərur Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(110)-611/2023 qərardadının ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 139.4-cü maddəsi rəhbər tutulmaqla tərəflərə verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilsə də, kollegiyaya şikayətə dair izahat və ya etiraz daxil olmamışdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə qarşılıqlı tədqiq edib, onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməli və Şərur Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Həmin Məcəllənin 36 0-cı mаddəsinə əsаsən, apellyasiya şikаyəti məhkəmə qətnаməsi rəsmi qаydаdа verildiyi gündən 1 аy müddətində verilir. Həmin Məcəllənin 135.1-ci mаddəsinə əsаsən, bu Məcəllənin 134-cü mаddəsində sаdаlаnаn məhkəmə sənədləri, o cümlədən birinci instаnsiyа məhkəməsinin аktlаrı «Poçt hаqqındа» Azərbаycаn Respublikаsının Qаnunundа nəzərdə tutulmuş sifаrişli poçt göndərişi (məktubu) ilə çаtdırılır. Zəruri hаllаrdа məhkəmə sənədinin çаtdırılmаsı hаkim tərəfindən məhkəmə işçisinə tаpşırılа və yа işdə iştirаk edən şəxsin rаzılığı ilə həmin şəxsə həvаlə edilə bilər. Həmin Məcəllənin 135.2-ci mаddəsinə əsаsən, məhkəmə sənədləri məhkəməyə qаytаrılmаlı olаn, formаsı müvаfiq qаydаdа təsdiq edilmiş qəbzə və yа sənədin kötüyünə imzа etdirilməklə, ünvаn sаhibinə rаbitə orqаnlаrı, yаxud məhkəmə sənədlərinin çаtdırılmаsı tаpşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvаnlаnmış məhkəmə sənədləri müvаfiq vəzifəli şəxsə qəbzə və yа sənədin kötüyünə imzа etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qаydаdа verilməsi məhkəmədə də həyаtа keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü mаddəsinə əsаsən, məhkəmə sənədlərinin çаtdırılmаsı vəzifəsi üzərinə düşən şəxs ünvаn sаhibini onun yаşаdığı, yаxud işlədiyi yer üzrə tаpmаdıqdа, həmin sənədlər ünvаn sаhibi ilə birlikdə yаşаyаn yetkinlik yаşınа çаtmış аilə üzvlərindən birinə (onlаrın rаzılığı ilə), onlаr olmаdıqdа müvаfiq icrа hаkimiyyəti orqаnınа, ünvаn sаhibinin yаşаdığı yer üzrə yerli özünüidаrə orqаnınа, yаxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvаn sаhibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və yа sənədi n kötüyündə öz soyаdını, аdını, аtаsının аdını, ünvаn sаhibinə münаsibətini və yа tutduğu vəzifəni göstərməli və imkаn olаn kimi məhkəmə sənədlərini ünvаn sаhibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü mаddəsinə əsаsən, məhkəmə sənədlərinin çаtdırılmаsı vəzifəsi üzərinə düşən rаbitə orqаnlаrı, yаxud məhkəmə sənədlərinin çаtdırılmаsı tаpşırılmış şəxslər bunu məhkəmə sənədlərini аldıqlаrı tаrixdən sonrа gələn gündən gec olmаyаrаq yerinə yetirməli və məhkəmə sənədlərinin çаtdırılmаsı bаrədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci mаddəsinə əsаsən, bu Məcəllənin 135.2-ci və 135.3-cü mаddələrində nəzərdə tutulmuş hаllаrdа məhkəmə sənədi rəsmi qаydаdа verilmiş hesаb edilir. İş üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil verdiyi şikayətinin dəlillərində “...Şər ur Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan 1 (bir) ay müddətin Cavabdeh tərəfindən üzürlü səbəbdən buraxıldığını, Şərur Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsini aldıqdan sonra yəni, Cavabdeh Şərur rayon Zeyvə kəndində pasport qeydiyyatında dayansa da, daimi yaşadığı yerin Şərur rayon Cəlilkənd kəndi olduğunu, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsinin qeydiyyatda olduğu Şərur rayon Zeyvə kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə göndərildiyini, göndərilməsi barədə Cavabdeh məlumatı olmadığını, Şərur rayon İcra və Probasiya şöbəsinin Cavabdehla telefon əlaqəsi saxlayaraq Şərur Rayon Mə hkəməsinin qərarı ilə pul tələbi barədə qətnamə olduğunu bildirdiyini, Cavabdeh qeyd olunan qətnaməni almadığını bildirdiyini, icra məmurunun məktubu qeydiyyatda olduğu yer üzrə Şərur Rayon Zeyvə kəndinə göndərdiyini bildirdiyini, bundan sonra Cavabdeh 13 noyabr 2023-cü il tarixində məhkəmə qətnaməsini və icra məktubunu Şərur rayon Zeyvə kənd İcra Nümayəndəliyindən aldığını və bu barədə Şərur rayon Zeyvə kənd İcra Nümayəndəliyindən 13 noyabr 2023-cü il tarixində qətnaməni almağı barədə arayış aldığını, qanunla alınan gündən 1 ay müddətində məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verilməli olduğunu, göründüyü kimi apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş müddətin Cavabdeh tərəfindən üzürlü səbəbdən buraxıldığını” bildirmişdir ki, kollegiya qeyd olunan bu dəlilləri mülki işi n araşdırılmış halları ilə qarşılıqlı tədqiq edərək dəlillərin əsaslı olduğu qənaətinə gəlir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə, yəni apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi və müddətin bərpasından imtina edilməsi ilə razılaşmayaraq gəlinmiş nəticəni əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulmuşdur. Bu cür məhdudiyyətlərdən biri də MPMnin 360-cı maddəsində apellyasiya şikayətinin verilməsi üçün m üəyyən olunmuş müddətdir. Həmin normada apellyasiya şikayətinin məhkəmə qətnaməsinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilməsi müəyyən olunur. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və bir ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Şikayətə baxılması ilə bağlı tədqiq olunmuş iş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 2(110)-611/2023 nömrəli, xx.xx.2023-cü il tarix li qətnaməsinin surəti xx.xx.2023-cü il tarixdə (iş səh.48-49, poçtun müvafiq möhrünə əsasən) iş üzrə Cavabdeh yaşadığı ünvan üzrə Şərur rayonu Zeyvə kəndinə göndərilmiş, qətnamənin surəti xx.xx.2023-cü il tarixdə şəxsən cavabdehə deyil, Şərur rayon Zeyvə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyə (iş səh.53) təhvil verilmişdir. Lakin iş materiallarından görünür ki, məhkəmə sənədinin çаtdırılmаsı vəzifəsi üzərinə düşən orqan mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada üzərinə düşən vəzifəni yerinə yetirməyərək məhkəmə sənədlərini aldığı tаrixdən sonrаkı tarixdə həmin sənədin iş üzrə Cavabdeh çаtdırılmаsı bаrədə məhkəməyə heç bir xəbər verməmişdir. Bu fakt cavabdehin apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizəyə əlavə olunm uş Şərur rayon Zeyvə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan da məlum olur. Belə ki, həmin arayışda qeyd olunur ki, Cavabdeh adına gələn məktub vətəndaş ərazidə yaşamadığı üçün araşdırma aparılmış və onun Şərur rayon Cəlilkənd kəndində yaşadığı məlum olmuş, bu səbəbdən də məktub ünvana gec çatdırılmışdır. Bu isə onu deməyə əsas verir ki, Şərur Rayon Məhkəməsinin 2(110)-611/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin surəti rəsmi olaraq mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada cavabdehə təqdim olunmamış, yalnız cavabdehin nümayəndəliyə müraciətindən sonra qətnamə ona şəxsən təqdim edilmişdir. Belə olan halda isə iş üzrə Cavabdeh apellyasiya şikayəti verə bilməsi üçün mülki prosessual qanunvericiliklə müəyyə n olunmuş müddəti üzürlü səbəbdən buraxmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpa olunmamasının əsası kimi cavabdehin məhkəmə qərarı çıxarılan zaman iştirak etməsi və qətnamənin nəticə hissəsi ilə tanış olması, onun məhkəmə iclasları zamanı Zeyvə kəndində yaşamasını bildirməsi və buna görə də məhkəmə sənədlərinin həmin ünvana göndərilməsi, cavabdehin Cəlilkənd kəndində yaşaması ilə bağlı məhkəməyə və icra nümayəndəliyinə məlumat verməməsini göstərmişdir ki, kollegiya hesab edir ki, buraxılmış prosessual müddətin bərpasından imtina üçün göstərilən bu hallar imtinanın haqlı əsası kimi sayıla bilməz. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllənin 360-cı mаddəsinin tələbinə görə apellyasiya şikаyəti məhkəmə qətnаməsi tərəfə rəsmi qаydаdа verildiyi günd ən 1 аy müddətində verilə bilər. Rəsmi qaydada çatdırılmanın anlayışı isə həmin Məcəllənin 135-ci maddəsində verilmişdir və işin müəyyən olunmuş yuxarıda sadalanan hallarından da görünür ki, sözügedən qətnamənin cavabdehə rəsmi qaydada verilməsi onun Şərur rayon Zeyvə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciətindən sonra baş tutmuşdur. Nəzərə alınmalıdır ki, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kollegiya hesab edir ki, i şin yuxarıda qeyd olunan halları cavabdehin apellyasiya şikayətini vermək üçün ağlabatan məsuliyyət çərçivəsində hərəkət etməməsi barədə nəticəyə gəlməyə əsas vermir. Baxılan iş üzrə birinci instansiya məhkəməsi MPM-nin 133-cü maddəsinə istinad edərək cavabdehin prosessual müddətin bərpa olunması ilə bağlı vəsatətinin rədd edilməsinə dair qərardad qəbul edərkən bu halları nəzərə almamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin müddətin bərpası barədə şikayətində qeyd etdiyi hallar üzürlü səbəb kimi qəbul olunmalı və prosessual müddətin bərpası barədə şikayət təmin edilməlidir. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanı lmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəm ə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. «O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir» iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki pr osessuаl qаnunvericilik birinci instаnsiyа məhkəməsinin qətnаməsindən verilən şikаyətlər üçün də müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etsin. Beləliklə məhkəmə kollegiyаsı hesаb edir ki, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 14 dekabr 2 023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qərardadından cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Şərur Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qərardadı ləğv olunmalı, Şərur Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddət həmin şəxsə münasibətdə üzürlü sayılaraq bərpa olunmalıdır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qərardadı ndan cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilsin. Şərur Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qərardadı ləğv olunsun. Şərur Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddət həmin şəxsə münasibətdə bərpa olunsun. Mülki iş prosessual hərəkətlərin aparılması üçün Şərur Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-37/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-37/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver