Məhkəmə qərarları › İş №2(108)-38/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-38/2024

23.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-38/2024 23.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Fərman Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(110)-1010/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-128/2018 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş övladları xx.xx.2011-ci il təvəllüdlü Miradəm Samil oğlunun, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq bir uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla üç uşağa görə hər ay 525 (beş yüz iyirmi beş) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin (hakim Seymur Qarayev), 2(110)-1010/2023 nömrəli 04 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şərur Rayon Məhkəməsinin 2(110)-128/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 30 mart 2011-ci il təvəllüdlü X2, 22 may 2013-cü il təvəllüdlü X5 və 20 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa görə 150 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşağa görə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 52.4 (əlli iki manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur. Məhkəmə qətnaməsi ilə razılaşmayan Cavabdeh 18 dekabr 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 2 (110)-1010/2023 nömrəli 04 dekabr 2023-cü il tarixli qətnaməsinin aliment məbləği ilə bağlı hissədə dəyişdirilməsi, təyin edilmiş aliment məbləğinin azaldılaraq cavabdehin qazancına uyğun təyin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qəbul edilmiş qətnamə maddi və prosessual hüquq normalarının pozulması yolu ilə qəbul edilmişdir. Odur ki, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şərur rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-1010/2023 saylı qətnaməsi onun mənafeyinə zidd olduğu üçün aliment məbləği ilə bağlı hissədə dəyişdirilməlidir (azaldılmalıdır). Ailə qanunvericiliyinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Hazırki iş üzrə cavabdeh olaraq onlar saxlamağa borcludurlar. Hazırki iş üzrə cavabdeh olaraq o uşaqlarını saxlamaqdan imtina etməmiş, onlara olan valideyinlik borcunu yerinə yetirməkdən yayınmamışdır. Ancaq iddiaçı öz izahatında məhkəməyə yanlış məlumat vermiş, onun maddi imkanı ilə bağlı həqiqətləri gizləmişdir. Belə ki, o İ qrup əlildir.Əlilliyə görə aldığı pensiya isə 337 manatdır. Onun əmək qabiliyyəti və əlavə gəlir mənbəyi yoxdur. Eyni zamanda böyük oğlu da ayrıldıqları vaxtdan bəri onunla birgə yaşayır. İddiaçı tərəfindən qeyd etdiyi halların məhkəmədən gizlədilməsi hazırki iş üzrə məhkəmənin yanlış qənaətə gəlməsinə səbəb olub. Eyni zamanda məhkəmə işi tam və hərtərəfli araşdırılmasında səy göstərməyib. Hansı ki, məhkəmə qanunvericiliyə uyğun olaraq aliment məbləğini onun gəlirinə uyğun təyin etməli olduğu halda, ailə qanunvericiliyinin pozulması ilə müşayət olunan qətna mə qəbul edib. Buna görə də göstərilənlərə əsaslanaraq məhkəmə qətnaməsinin maddi hüquq normalarının pozulması şərti ilə qəbul edilməsi səbəbindən həmin qətnamənin dəyişdirilməli, təyin edilən alimentin mənim qazancına uyğun müəyyən edilməli olması qənaətindədir. İstinad edilən qanunvericiliyin tələbinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır və bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Baxılan iş üzrə isə məhkəmə onun iştirakını təmin etməmiş, buna zərurət görməmişdir. Hansı ki, məhkəmə iclasında iştirak etməməklə əlilliyi və aldığı pensiya ilə bağlı zəruri sənədləri məhkəməyə təqdim etmək imkanını itirmiş, sübutlarını məhkəməyə təqdim etməyə şərait yaradı lmamaqla prosessual hüquqları pozulmuşdur. Həmçinin iddiaçı onun əmək qabiliyətli olmayan biri olaraq İ qrup əlil kimi qeydiyyatda dayanmağını da məhkəmədən gizlətmişdir. Hansı ki, prosessual qanunvericiliyə görə sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Nə qədər ki, o məhkəmə proseslərində iştirak edə bilməmiş, ona qarşı irəli qürülmüş iddia tələbinə öz etiraz və şikayətlərini məhkəməyə bildirmək imkanı olmamışdır Göstərilən səbəblərdən də prosessual qanunvericiliyin pozulması və düzgün tətbiq edilməməsinə görə məhkəmənin düzgün qərar qəbul etmədiyini düşünür və hesab edir ki, onun alimentlə bağlı hissəsi azaldılaraq onun gəlirinə uyğun müəyyən edlməlidir. Qəbul edilmiş məhkəmə qətnaməsinə uyğun olaraq üç uşağın saxlanılması üçün hər ay bir uşağa görə 150 (bir yüz) manat olmaqla, ümum ilikdə üç uşağa görə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin ondan tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. O İ qrup əlildir və əmək qabiliyyəti yoxdur. Aldığı pensiya isə hal hazırda 337 manatdır. Bu pensiya məbləğindən də mən hər ay aliment ödəyir ki, alimentin ödənilməsində yaxınları ona köməklik edir. Hazırda qəbul edilmiş məhkəmə qətnaməsinə görə isə onun aliment ödəməyi ümumiyyətlə mümkün deyil. Çünki, dövlətin verdiyi pensiya hazırki qətnamə ilə müəyyən edilmiş alimentin ödənilməsinə kifayət etmir. Lakin hazırki iş üzrə araşdırma aparılarkən qeyd etdiyi faktın da iş üçün mühüm əhəmiyyət daşıması və məhkəmə tərəfindən iş üzrə bütün faktiki halların araşdırılmaması qənaətindədir. Qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən, guya onların birgə nikhadan doğulmu ş uşaqları iddiaçının yanındadır. Lakin böyük oğlu Miradəm uzun müddətdir demək olar ki, nikahları pozulandan bəri onunla birlikdə yaşayır. Belə ki, məhkəmə qaydasında nikahları pozularkən uşaqların anasının yanında qalması müəyyən edilsə də, bir müddət sonra böyük oğlu Miradəm onun yanına gəlmiş və o vaxtdan bəri və hal-hazırda onun yanında qalmaqdadır. Buna baxmayaraq iş üzrə qətnamə qəbul edilərkən bu hal qəsdən iddiaçı tərəfindən məhkəmənin diqqətinə çatdırılmamış, eyni zamanda onun aliment ödəmək imkanının olması sübuta yetirilməmişdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinə dair qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən məhkəmə onların birgə nikahdan doğulmuş üç uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məndən hər ay bir uşağa 150 manat olmaqla, ümumilikdə üç uşaq üçün 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə aliment məbləğini təyin edərkən, "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa istinad etmişdir ki, həmin qanuna görə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilib. Eyni zamanda ailə qanunvericiliyinin tələbinə görə valideynlər uşaqları barəsində bərabər hüquqa malikdirlər. Bundan başqa iddiaçı tərəf məhkəmədə izahat verərkən onun əlil olmağını və böyük oğlunun faktiki onun yanında qalmasının gizlədilməsi səbəbindən hazırki iş üzrə məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması qənaətindədir. İş üzrə qəbul edilmiş qətnamədən də məlum olur ki, cavabdeh olaraq o məhkəmə iclaslarında iştirak et məmişdir.Bu səbəbdən də iş üzrə zəruri sübut və materialları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də istinad etdiyi sübutları apellyasiya şikayətinə əlavə etmişdir. Cavabdeh qeyd olunanlara əsasən Şərur Rayon Məhkəməsinin 2(110)-1010/2023 nömrəli 04 dekabr 2023-cü il tarixli qətnaməsinin aliment məbləği ilə bağlı hissədə dəyişdirilməsi, təyin edilmiş aliment məbləğinin azaldılaraq cavabdehin qazancına uyğun təyin edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 76.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 77.1-ci və 185-ci maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh Şərur Rayon Məhkəməsinin 2(110)-1010/2023 nömrəli 04 dekabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, təyin edilmiş aliment məbləğinin azaldılaraq onun qazancına uyğun təyin edilməsini barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək Şərur Rayon Məhkəməsinin 2(110)-1010/2023 nömrəli 04 dekabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci ma ddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, iş üzrə cavabdeh t ərəfindən Şərur Rayon Məhkəməsinin 2(110)-1010/2023 nömrəli 04 dekabr 2023-cü il tarixli qətnaməsi yalnız alimentə dair hissədə mübahisələndirilmişdir ki, yuxarıda qeyd olunan normalar baxımından kollegiya şikayətin dəlillərinə yalnız həmin hissələrdə qiymət vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: iş materiallarında olan: - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 dekabr 2018-ci il tarixli AZ-İ № 176409 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 10 yanvar 2018-ci il tarixdə pozulmuş və nikahın pozulması haqqında akt qeydi kitabında 01 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Əhmədova” soyadı verilmişdir; - Şərur rayon Qışlaqabbas kənd İƏDN tərəfindən verilmiş 01 iyul 2011-ci il tarixli AZ-İİ № 509972 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2011-ci il təvəllüdlü X2 valideyinləridir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 iyul 2013-cü il tarixli AZ-İİ № 859268 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2013-cü il təvəllüdlü X5 valideyinləridir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 mart 2015-ci il tarixli AZ-İİİ № 305549 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2015-ci il təvəllüdlü X3 valideyinləridir; - Şərur Rayon Məhkəməsinin 2(110)-500/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, iddia təmin edilmiş, tərəflər arasında nikah pozulmuş, onların birgə nikahlarından doğulmuş övladları – xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 anası-İddiaçı yanında saxlanılmaları qət edilmişdir. - Şərur Rayon Məhkəməsinin 2(110)-128/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən məzmunundan görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şərur Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli 2(110)-500/2017 saylı məhkəmə əmri ilə təyin olunmuş aliment məbləğinin bu qətnamənin qanuni qüvvəsini aldığı tarixdən dəyişdirilərək hər uşağa 60 manat olmaqla cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmişdir. - Şərur rayon Qışlaqabbas kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 300 saylı, xx.xx.2023cü il tarixli arayışından görünür ki, İddiaçı aşağıdakı tərkibdən ibarət ailə üzvləri vardır. 1. oğlu: X6. xx.xx.2011 2. oğlu: X8. xx.xx.2013 3. qızı: X7. xx.xx.2015 Mülki işin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı tədqiq olunmuş hallarından məlum olmuşdur ki, tərəflər arasında olan xx.xx.2006-cı il tarixdə 109 nömrəli akt qeydi ilə nikah qeydi Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(110)500/2017 saylı qətnaməsinə əsasən pozulmuş, onların birgə nikahlarından doğulmuş övladları – xx.xx.2011-ci il təvəllüdlü X2, x x.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 anası-İddiaçı yanında saxlanılmaları qət edilmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-128/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şərur Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli 2(110)-500/2017 saylı məhkəmə əmri ilə təyin olunmuş aliment məbləğinin bu qətnamənin qanuni qüvvəsini aldığı tarixdən dəyişdirilərək hər uşağa 60 manat olmaqla cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Məhkəmə sinin xx.xx.2018-ci il tarixli 2(110)128/2018 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş övladları xx.xx.2011-ci il təvəllüdlü Miradəm Samil oğlunun, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq bir uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla üç uşağa görə hər ay 525 (beş yüz iyirmi beş) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-1010/2023 nömrəli 04 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şərur Rayon Məhkəməsinin 2(110)128/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin mi qdarı dəyişdirilməsi və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 30 mart 2011-ci il təvəllüdlü X2, 22 may 2013-cü il təvəllüdlü X5 və 20 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa görə 150 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşağa görə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 52.4 (əlli iki manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, cavabdehin apel lyasiya şikayəti qismən təmin edilməli, Şərur Rayon Məhkəməsinin 2(110)-1010/2023 nömrəli 04 dekabr 2023-cü il tarixli qətnaməsi 30 mart 2011-ci il təvəllüdlü X2, 22 may 2013-cü il təvəllüdlü X5 və 20 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa görə 150 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşağa görə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı hissəsində dəyişdirilməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Cavabdeh apellyasiya şikayətinin əsas dəlilləri kimi “...hazırki iş üzrə cavabdeh olaraq o uşaqlarını saxlamaqdan imtina etmədiyini, onlara olan valideyinlik borcunu yerinə yetirməkdən yayınmadığını, ancaq iddiaçının öz izahatında məhkəməyə yanlış məlumat verdiyini, onun maddi imkanı ilə bağ lı həqiqətləri gizlətdiyini, onun İ qrup əlil olduğunu, əlilliyə görə aldığı pensiyanın isə 337 manat olduğunu, onun əmək qabiliyyəti və əlavə gəlir mənbəyi olmadığını ” göstərmişdir. Kollegiya cavabdehin yuxarıda göstərdiyi bütün bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin aliment məbləğinin müəyyən olunmasına dair hissədə qismən dəyişdirilərək, müəyyən edilmiş aliment miqdarının azaldılmasını əsaslı hesab edir. Cavabdeh Mirəhməd oğlunun apellyasiya şikayətinə əlavə etdiyi 310712 vəsiqənin surətindən aydın olur ki, həqiqətən də ona müddətsiz olaraq İ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Naxçıvan MR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Şərur rayon şöbəsinin 11 dekabr 2023-cü il tarixli 08/2682 nömrəli arayışından aydın olur ki, o həqiqətən şöbəd ə İ qrup əlil əmək pensiyaçısı kimi qeydiyyatda dayanaraq hər ay 337,11 manat əmək pensiyası alır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum Qərarının 8.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, “Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.” Ali Məhkəmənin yux arıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəz ifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 17-ci maddəsində qeyd olunur ki, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində isə qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə ma likdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfi ndən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu isə hər il müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Beləliklə, kollegiya tərəflərin maddi və ailə vəziyyətini, işin müəyyən olunmuş hallarını, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, gələcəkdə qətnamənin icrasının təmin edilməsini nəzərə alaraq belə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin miqdarının müəyyən edilməsinə dair hissəsi dəyişdirilməlidir. Belə ki, apellyasiya baxışı zamanı Cavabdeh maddi vəziyyətinin yetəri qədər yaxşı olmadığı, onun İ qrup əlil olduğu aydın olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Az ərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi üzərinə qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilm əlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Cavabdeh apellyasiya şikayətinin dəlili kimi “...qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən, guya onların birgə nikhadan doğulmuş uşaqları iddiaçının yanında olduğunu, lakin böyük oğlu Miradəmin uzun müddətdir demək olar ki, nikahları pozulandan bəri onunla birlikdə yaşadığını, məhkəmə qaydasında nikahları pozularkən uşaqların anasının yanında qa lması müəyyən edilsə də, bir müddət sonra böyük oğlu Miradəm onun yanına gəldiyini və o vaxtdan bəri və hal-hazırda onun yanında qalmaqda olduğunu” göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd olunan dəlillə əlaqədar qeyd edir ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(110)-500/2017 qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş övladlarının İddiaçı yanında qalması müəyyən edilmişdir. Bu səbəbdən həmin hissədə apelyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində qeyd etdiyi onun məhkəmə iclaslarında iştirakının təmin edilməməsi ilə əlaqədar dəlilini də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Şərur Rayon Məhkəməsinin 2(110)-1010/2023 nömrəli 04 dekabr 2023-cü il tarixli qətnaməsi 30 mart 2011-ci il təvəllüdlü X2, 22 may 2013-cü il təvəllüdlü X5 və 20 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh aliment tutular aq İddiaçı ödənilməsi alimentin məbləği hissəsində dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianin qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə uyğun olaraq “ Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan,..... az olan iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..” Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(110)-1010/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-1010/2023 nömrəli 04 dekabr 2023-cü il tarixli qətnaməsi “30 mart 2011-ci il təvəllüdlü X2, 22 may 2013-cü il təvəllüdlü X5 və 20 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa görə 150 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşağa görə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsinə” dair hissədə dəyişdirilsin. 30 mart 2011-ci il təvəllüdlü X2, 22 may 2013-cü il təvəllüdlü X5 və 20 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa görə 100 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar