Məhkəmə qərarları › İş №2(108)-4/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-4/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-4/2024 22.01.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil1, cavabdehin vəkil və nümayəndələri Vəkil2 və Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(089)-185/2023 nömrəli qətnaməsindən Cavabdeh vəkilinümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməm iş 98500 manat borcun, əsas borca Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə müəyyənləşdirdiyi bank uçot dərəcəsinə əsasən müəyyən edilmiş cərimənin və 386 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(089)-185/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən: M.F.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 97800 (doxsan yeddi min səkkiz yüz) manat borc pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 386 manat dövlət rüsumunun 383.26 manat hissəsinin Cavabdeh alınıb İddiaçı verilməsi, 2.74 manat hissəsinin özünə aid edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 apelyasiya şikayəti ilə Naxçıvan Mu xtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət etmiş, həmin məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(108)131/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi üçün ərizə ilə Culfa Rayon Məhkəməsinə, apellyasiya şikayəti ilə isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)-185/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 Culfa Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(089)-185/2023 nömrəli qətna məsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təmin olunaraq mülki iş Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Cavabdeh vəkil-nümayəndəsi Vəkil3 verilmiş apelyasiya şikayətinə əlavə verərək Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)-185/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh iddia tələbinə dair etdiyi etirazda iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi üzrə öhdəliyin müqavilədə göstərilən müddətdə tam olaraq ödənilməsini, həmin müqavilə üzrə borcu qalmamasını, maddi vəziyyətin in həmişə yaxşı olmasını, səkkiz ildən sonra iddia tələbinin qaldırmasının absurd olmasını, iddia ərizəsi üzrə hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə və Konstitusuya Məhkəməsi Plenumunun C. Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusuyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli ərarına əsasən iddia müddəti tətbiq olunmalı və iddia rədd edilməli olduğunu göstərmişdir. İddiaçı 2016-cı ilin oktyabr ayından başlayaraq (müqavilədə göstərilən müddət bitdikdən sonra) “nəğd və köçürmə qaydasında” ödənilən 51500 manat pulun ödənilməsi barədə “səmimi etiraf” dan başqa məhkəməyə heç bir sübut təqdim etməmişdir. 19 dəfə ödənilmiş pulun hansı qaydada ödənilməsi, yaxud, hansı bir yazılı sənədə istinad etməsi məlum olmamışdır. Bundan başqa, iddiaçı məhkəməyə sübut qismində bir bank qəbzi təqdim etmişdir. Həmin qəbzdə təyinat olaraq “270 nömrəli borc müqaviləsinə əsasən” sözləri yazılmış və X2 tərəfindən, İddiaçı adına 1000 ABŞ dolları, banka xidmət haqqı olaraq 30 ABŞ dollarının ödənildiyi qeyd olunmuşdur. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində atasının Ukrayna Respublikasında olduğunu, iddia ərizəsində qeyd edilən vaxtlarda pul məbləğlərini cavabdehdən götürdüyünü, 19 may 2022-ci il tarixdə cavabdehin oğlu Ziyadxan Hacıyevin cavabdehin borc məbləğindən 1000 ABŞ dollarının iddiaçıya göndərdiyini, həmin vaxt cavabdehin oğlu ilə bir yerdə olduğunu bild irmiş, şahidin ifadəsini təkzib edən və ya Ziyadxan Hacıyev və İddiaçı arasında öhdəlik münasibətlərinin olması barədə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Göründüyü kimi məhkəmə Ziyadxan Hacıyevlə, İddiaçı arasında borc müqaviləsi üzrə öhdəlik münasibəti olub-olmaması məsələsinə toxunsa da, bununla bağlı cavabdehdən sübut gözləmişdir. Halbuki, məhkəməyə də aydındır ki, borc müqaviləsi üzrə tərəflər məlumdur və həmin müqavilə üzrə oğlu Ziyadxan Hacıyevin heç bir öhdəliyi yoxdur və ola da bilməz. Eyni zamanda o, oğlu Ziyadxana əvəzindən hər hansı bir müqavilə üzrə pul ödəmək kimi bir səlahiyyət, həmçinin, etibarnamə verməmişdir. Ona görə də həmin qəbzdə göstərilən hər hansı bir məbləğ ona aid olan müqavilə üzrə ödəniş məbləği sayıla bilməz. Oğlu tərəfindən göndərilən 100 0 dollara gəldikdə isə bildirmişdir ki, onun oğlu ilə İddiaçı oğlu Pərvizin arasında dost münasibəti olmuşdur. Həmin vaxt Ukraynadakı gərgin vəziyyətlə əlaqədar Pərviz Ziyadxana deyib ki, “atamın vəziyyəti pisdir ona pul göndərməliyəm. Lakin 1000 dollardan artıq göndərə bilmirəm və xahiş edib ki, mənimlə banka gedək, sənin adından da 1000 dollar göndərək”. Yəni həmin 1000 dolların 30 dollar da bank xidməti ödənilməklə İddiaçı göndərilməsi yalnız bu səbəbdən olmuşdur. Pulun göndərilməsini təsdiq edən qəbzdə “270 nömrəli borc müqaviləsinə əsasən” sözləri yazılmasından isə, belə görünür iddiaçının məkrli niyyətindən irəli gəlmiş və özlüyündə gələcəkdəki planını həyata keçirməsi üçün əvvəlcədən zəmin hazırlamışdır. Əgər doğrudan da onun İddiaçı borcu olsaydı və oğlu da onun borcuna görə pul öd əsəydi, ona görə banka getməyə, 30 dollar da əlavə ödəməklə Teyyuba pul göndərməyə nə ehtiyac vardı, elə Azərbaycan manatı ilə oğlu Pərvizə verər, oğlu da istədiyi qaydada, istədiyi valyuta ilə atasına göndərərdi, əlavə 30 dollar da ödəyib, ziyana düşməzdi. Doğrudan da həmin müqavilə üzrə oğlu pul ödəyirdisə, onda həmin qəbzin qarşı tərəfdə deyil, onlarda olmasını bildirmişdir. Həmin “Qəbz”lə məhkəmədə tanış olmuşlar. Hətta onda mübahisə olunan müqavilə belə olmamışdır. Çünki, 8 il ərzində, nəyisə saxlamağa lüzum görməmişdir. Məhkəmə isə səkkiz ildən sonra ondan “sübut” tələb etmiş, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini də sübut növü kimi qəbul etmişdir. Lakin hazırkı işdə yaxın qohumların şahidliyinin məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməsini də absurd hal hesab et mişdir. Həmçinin, məhkəmə bu qənaətə gəlmişdir ki,“...Cavabdeh məhkəməyə gəlməməsini, cavabdehin nümayəndəsinin izahatında sadəcə cavabdehin ona borc məbləğini qaytarmasını deməsi, bununla bağlı məhkəməyə təqdim ediləsi hər hansı bir sübutun olmamasını bildirməsi tələb edilən borc məbləğinin Cavabdeh tərəfindən İddiaçı qaytarılmaması barədə nəticəsinə gəlməyə əsas verir”. Məhkəmənin bu qənaəti ilə əlaqədar bildirmişdir ki, AR Müki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud səlahiyyətli nümayəndəsi vasitəsi ilə məhkəmədə təmsil oluna bilər, necə ki, iddiaçı da məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmuşdur. Məhkəmə qətnamənin sonuncu səhifəsinin 1-ci abzasında yazıb ki, “xx.xx.2022-ci il tarixdə isə cavabdehin oğlu iddiaçıya 270 nö mrəli kredit müqaviləsi üzrə 1000 ABŞ dolları məbləğində pul göndərmişdir ki, 270 nömrəsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin reyestr nömrəsidir. Həmçinin Z.Hacıyev və İddiaçı arasında hansısa bir müqavilənin olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisə ilə bağlı iddia müddəti tətbiq edilə və iddia rədd edilə bilməz”. Məhkəmənin bu fikirlərinə yuxarıda aydınlıq gətirmiş, lakin Ziyadxan Hacıyevlə İddiaçı arasında hansısa bir müqavilənin olması barədə məhkəməyə sübut təqdim edilməsi fikri anlaşılan olmamışdır. Ona görə ki, onun oğlu ilə Teyyubun arasında heç bir öhdəlik, müqavilə olmayıb, yoxdur. Əgər iddiaçının belə bir sübutu varsa, məhkəməyə o təqdim etməli idi. Digər halda, həmin müqavilə üzrə ödənişləri ilə bağlı məhkəmə yə sübut təqdim edə bilməməyi həmin vaxtdan 8 ilə yaxın bir müddətin keçməsi ilə bağlıdır. (Hər kəsə məlumdur ki, hətta dövlət idarələrində belə sənədlər 5 ildən bir ya yandırılır, ya da arxivə verilir) Məhkəmə iş üzrə bütün halların aydınlaşdırmasının vacıb olmasına baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş heç bir əsası olmayan “sübutlarla” kifayətlənmiş, bütün faktiki halların aydınlaşdırılmasında və qiymət verilməsində maraqlı olmamışdır. Sübutlar tam və əsaslı olmadığı üçün iş üzrə əhəmiyyətli olan hallar da birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmiş, həmçinin, sübut edilməmişdir. Məhkəmənin öz qətnaməsində gəldiyi nəticə, yəni, onun müqavilə üzrə səkkiz il ərzində borclu qalmağı, oğlunun iddiaçı qarşısında heç bir öhdəliyi olmadan həmin müqavilə üzrə iddiaçıya pul ödəməsi və məhkəmənin də, yeganə sübut kimi buna istinad etməsi ağlabatan olmamış və işin hallarına uyğun gəlməmişdir. Göstərilən faktları nəzərə alıb Culfa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(089)-185/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 449.1, 152.3, 373.2-ci, Azərbaycan Respublikası MPM-nin 14.2, 88, 217.2, 217.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarına istinad etmişdir. Cavabdeh vəkil-nümayəndəsi Vəkil3 verilmiş apellyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi məbləğlərin cavabdeh tərəfindən ödənilməsini təstiq edən sübutlar məhkəməyə təqdim edilməyib və iddiaçının ehtimalına əsaslanıb. İddiaçının ehtimalına inansaq, 2016-cı ilin oktyabr ayında, yəni bir illik müddət ərzində cəmi 13600 manat ödənilib. Hansı ki, ödəniş tamamilə icra edilməli idi. Belə vəziyyətdə iddiaçının 6 il ərzində qalmış məbləğin tələb etməməsi borcun qalmamasına dəlalət edir. İşin hallarından görünür ki, iddiaçı kredit müqaviləsi bağlandığı vaxtdan Ukraynada yaşamışdır. İddia ərizəsində 52200 manatın hansı hissəsinin nağd qaydada, hansı hissəsinin köçürülmə yolu ödənilməsi göstərilməyib. Məhkəmə də bu halı araşdırmayıb. Nə qədər ki, iddiaçı Ukraynada yaşayırsa və özü bildirir ki, ödənilən məbləğin bir hissəsi köçürülmə yolu ilə edilib, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Eyni zamanda Bakıda yaşamadığı halda nağd qaydada hansı tarixlərdə ödəniş edilməsini sübut etməli idi. Nağd qaydada ödənişləri aldığı tarixlərdə Bakıda olmasının səbəblərini açıqlamalı idi. Hansı ki, ölkəyə giriş və çıxış sərhəd xidməti tərəfindən rəsmiləşdirilir. İddiaçı borcu vaxtında tələb etməməsini cavabdehin maddi vəziyyətinin pis olması ilə izah etsə də, bu halı təsdiq edəcək sübutu yoxdur. Yəni cavabdehin maliyyə vəziyyətinin pis olması təsdiqi olmayan mülahizədir. Borcun ödənilməməsinə dair nə dövlət orqanlarına, nə cavabdehin özünə müraciət olunmayıb. Ən azından telefon da nışıqları olmalı idi. Telefon danışıqlarında iddiaçı cavabdehdən maddi vəziyyətinin nə vəziyyətdə olduğunu, qalmış borcu nə vaxt ödəyəcəyini soruşa bilərdi. İddianı təmin edərkən şahid ifadələri sübut kimi qəbul edilib. Hansı ki, həmin şahid ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Şahid1 iddiaçının oğlu olmaqla maraqlı şəxsdir və digər tərəfdən onun ifadəsi işin hallarına uyğun deyil. 2022-ci ilin iyun ayında cavabdehin oğlunun iddiaçıya bank vasitəsi ilə 1000 ABŞ dolları göndərməsində dair qəbzdə kredit müqaviləsinin nömrəsinin qeyd edilməsinin zəruriliyinə aydınlıq gətirilməyib. Cavabdehin oğlu kredit müqaviləsinin nömrəsini bilirdimi, müqavilənin nömrəsi qeyd edildiyi halda müqavilənin tarixinin qeyd edilməməsinin səbəbi aydınlaşdırılmayıb. Ödəniş kredit müqaviləsinə əsasən edi lirdisə, onun nağd qaydada deyil, bank vasitəsi ilə edilməsinin zəruriliyinə aydınlıq gətirilməyib. Cavabdehin oğlunun sadəlöhf olmasından istifadə edilməsi onu göstərir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün əvvəlcədən zəmin hazırlayırmış. Şahid1 ifadəsində göstərmişdir ki, borcu 12 dəfə o özü alıb atasına göndərib. Atasına 12 dəfə pul göndərməsini təsdiq edən sübut yoxdur. Nə qədər ki, pulun göndərilməsi bildirilirsə, göndərilməyə dair sübutlar olmalıdır. Şahid ifadəsində daha sonra göstərib ki, pul 6 dəfə başqa vasitələrlə göndərilib. Başqa vasitələr nədən ibarətdir, buna aydınlıq gətirilməyib. Şahid2 ifadəsi daha "maraqlıdır". Şahid ifadəsində göstərir ki, 2012-ci ildə iddiaçının oğlunun cavabdehdən pul istəməsinin şahidi olub. Müqavilənin 2015-ci ildə bağlandığını nəzərə alsaq görü rük ki, şahid ifadəsinin mübahisə ilə əlaqəsi yoxdur. Qətnamənin 5-ci səhifəsinin 1-ci abzasında göstərilir ki, sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Göründüyü kimi, məhkəmənin sübutlara qiymət verilməsinə dair yanaşması düzgün deyil və bu da qanunsuz qətnamə çıxarılması ilə nəticələnib. Mülki Prosessual Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yəni ilk növbədə sübut etmə vəzifəsi iddiaçıya aiddir. İddiaçı istinad etdiyi halları sübut edəcəyi təqdirdə sübutları təkzib etmək vəzifəsi cavabdehə aid olur. Nə qədər ki, iddiaçı istinad etdiyi halları sübut edə bilmirsə, cavabdeh üçün vəzifə yaranmır. Məhkəmənin sübut etmə vəzifəsinə yanaşması hüquqi cəhətdən qanunsuz olduğu kimi məntiqi cəhətdən d ə əsassızdır. Başqa sözlə məhkəmə demək istəyib ki, iddiaçının ehtimallara əsaslanan iddiası əsassız olmasından asılı olaraq cavabdeh tərəfdən təkzib olunmalıdır. Təbiidir ki, bununla razılaşmaq olmaz. Qətnamənin 6-cı səhifəsinin 3-cü abzasında sübutlara qiymət verilməsi zamanı göstərilir ki, "belə ki, iddiaçı tərəfindən Cavabdeh iddiaçının borc olaraq verdiyi pul məbləğinin qaytarılmayan 97800 manat hissəsini özündə qanunsuz olaraq saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir". İstinad olunan hal iddianın rədd olunmasını zəruri etdiyi halda iddia təmin olunmuşdur. İddia müddətinin keçməməsinə dair məhkəmənin gəldiyi nəticə də qanunsuzdur. İşin hallarından görünür ki, iddiaçı hüquqlarının pozulmasını 2016-cı ilin oktyabr ayından bilmişdir. İddia ərizəsində göstərilir ki, 2016-cı ilin oktyabr ayının 9-da cəmi 13600 manat ödənilib. 150000-13600=136400 manata dair hüququnun pozulması ona 2016-cı ilin oktyabr ayından bəlli olmuşdur. Bunun əksini iddia etmək mümkün deyil. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin keçməsi iddianın rədd olunması üçün əsasdır. xx.xx.2015-ci il tarixli borc müqaviləsinin 7-ci bəndindən görünür ki, ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildirdiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Əgər borc qaytarılmamışdırsa, borcun qaytarılması üçün notariusun icra qeydi verməsi kifayət edirdi. İddiaçı müqavilənin göstərilən şərtinə əməl etməməsini n səbəbini açıqlamayıb. Bu onu deməyə əsas verir ki, 2016-cı ilin oktyabr ayında tərəflər arasında borcla bağlı mübahisə olmayıb. Müqavilənin 9-cu bəndində mübahisə olduqda məhkəməyə müraciət edilməsi nəzərdə tutulması formal xarakter daşımışdır. 7-ci maddənin mövcudluğu 9-cu maddənin əhəmiyyətsiz olmasına dəlalət edir. Məhkəmə iddia ərizəsini icraata qəbul edərkən bəhs olunan müqavilənin 7-ci bəndinin tələbini nəzərə almayaraq Mülki Prosessual Məcəllənin 153.2.1 maddəsinin tələbinə əməl etməmişdir. İddiaçı müqavilənin dəyişdirilməsi, ləğv edilməsi barədə cavabdehə bildiriş vermədən borcun qaytarılması barədə iddia qaldırmışdır. Məhkəmə isə müqavilənin ləğv və ya etibarsız hesab etmədən iddianın təmin olunması barədə qətnamə çıxarmışdır. Şərh olunanlar onu göstərir ki, iddia tələbi əsass ızdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinə dair Mülki Məcəllənin 375.2 maddəsini tətbiq edilməyib. Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələrinə əsasən sübutlara düzgün qiymət verilməyib, sübut etmə yükünün cavabdehin üzərinə düşməsi barədə səhv nəticəyə gəlinib, Mülki Prosessual Məcəllə 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması nəzərə alınmamışdır. Göstərilənlərə əsasən birinci instansiya məhəkəməsinin qətnaməsinin ləğv edilib iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə və ona verilmiş əlavəyə etiraz verərək Culfa Ravon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(089)-185/2023 saylı qətnaməsini dəyişiklik etmədən qüvvəsində saxlanılmasını kollegiyadan xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı və Cavabdeh iştirakları olmadan baxmışdır. Belə ki, qeyd olunan maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında iddiaçı ilə cavabdehin arasında 2015-ci ildə 150 000 manat məbləğində borc müqaviləsinin olduğunu, iddianın isə 2023-cü ildə qaldırıldığını, məhkəməyə təqdim olunan borcun ödənilməsi ilə bağlı sənədlər siyahısına baxanda onun heç bir sübuta əsaslanma dığının məlum olduğunu, çünki heç bir rəsmi sənəd olmadığını, onun da, digər şəxslərin də yaza biləcəyi adi kağız olduğunu, belə bir formada istənilən şəxsin boynuna borc pul qoymağın mümkün olduğunu, yalnız bir dənə qəbz məsələsi var ki, o qəbzlə iddia müddətinin keçməməsini nəzərə çatdırmaq istədiklərini, orda da yenə də dedikləri kimi borc müqaviləsinin 2015-ci ildə bağlanıb, 2016-cı ildə borcun ödənilib qurtarmalı olduğunun göstərildiyini, onun müəyyən bəndlərində əgər borc həmin müddət ərzində ödənilməzsə, notariusun icra qeydi və s. tədbirlər görülə biləcəyinin qeyd olunduğunu, bunların heç birinin edilmədiyini, bir il keçəndən sonra da bir siyahının yəni ki, bu qədər borc ödənilib, bu qədəri qalıb şəklində siyahı düzəldiklərini, 2022-ci ilin 19 maya aid bir qəbz olduğunu, o vaxt Ukr aynada müharibə getdiyini, cavabdehin oğlu Ziyadxanın iddiaçının oğlu Pərviz ilə yaxın münasibətləri olan biri olduğunu, Ziyadxanın Ukraynada təhsil alıb, iddiaçı tərəfin orada yaşadıqlarını, Ziyadxanın iddiaçının oğlu ilə Bakıda da yaxın münasibətdə olduqlarını, həmin tarixdə iddiaçının oğlunun Ziyadxana atasının vəziyyətinin pis olduğunu, Ukraynada müharibə getdiyini, ona pul göndərmək lazım olduğunu, amma göndərə bilmədiyini, onun da, özünün də adından 1000 dollar pul göndərilməsi barədə dediyini, əgər bununla iddiaçının borcunu ödəyirdisə, oradan gedib üstəlik də hələ 30 manat bank xidmətinə görə ödəməyə nə gərək olduğunu? yəni bunun süni şəkildə yaradılmış, əvvəlcədən düşünülmüş hal olduğunu, özünün bunu ancaq belə qəbul etdiyini, bank sənədində birinci dəfədir ki məbləğin filan nömrə li müqaviləyə əsasən göndərilməsinin qeyd olunduğunu gördüyünü, digər tərəfdən əgər həqiqətən Ziyadxan tərəfindən İddiaçı borca görə pul göndərilirsə, nəyə görə qəbzi onun tərəfindən götürmədiyini? nəyə görə o qəbzin Ziyadxanda yox, qarşı tərəfdə olduğunu? Ziyadxanın, ümumiyyətlə, qəbz barədə məlumatı olmadığını, qətnamə çıxarılandan sonra filan vaxtı adından ödənmiş belə bir qəbzin olması barədə bildiyini, bankdan video materiallar çıxarıldığı halda, Ziyadxanın yox, Pərvizin pulu həm özünün, həm də Ziyadxanın adından göndərilməsinin məlum olacağını, məbləğin Ziyadxan tərəfindən ödənilmədiyini, onun atasının da heç vaxt oğluna borcunun olduğu barədə demədiyini, bankın verdiyi qəbzə əsasən 1000 dollar pulun ödənilməsi faktı ilə razı olduğunu, bunu Ziyadxanın da etiraf etdiyini, lakin onun s adəcə sənədə qol çəkdiyini, pulu isə iddiaçının oğlu Pərvizin ödədiyini, belə şəkildə vətəndaşı incitməyin, şərləməyin düzgün bir şey olmadığını, birinci instansiya məhkəməsi hakiminin mövqeyində ağılasığmayan şeylər olduğunu, cavabdeh nümayəndə vasitəsilə təmsil olunmasının yazıldığını, ona qalsa, qarşı tərəfin də nümayəndə vasitəsilə təmsil olunduğunu, faktın təkcə cavabdeh tərəfdən sübut olunmalı olduğunu, halbuki hər tərəfin özünün irəli sürdüyü iddanı sübut etməli olduğunun qanunla tənzimləndiyini, həmin borc pulun 2015-ci ildə ödənildiyini, indi bu məsələni bu qədər qaldırmaqla nə demək istədiklərini bilmədiklərini, sırf borc müqaviləsi mübahisələnirsə, o borcun bağlandığını, süni şəkildə yaradılmış müddətin keçməməsi ilə bağlı bir qəbzin ortaya atıldığını, müqavilənin müddətinin d ə keçdiyini, Ziyadxanın həmin vaxtı Bakıda olmadığı, onun 2 aylıq yol tikintisi ilə bağlı Bakı-Qazax yolunda keçid tikintisində olması səbəbindən onu şahid qismində gətirə bilmədiklərini, pulun hissə-hissə ödənilməsi barədə iddiaçı tərəfin də sübutu olmadığını, bank və ya digər qurumların 5 ildən bir sənədləri ya yandırdığını, ya da arxivə göndərdiklərini, ona görə də həmin müqavilənin cavabdehdə olmadığını, aralarında olan borcun qaytarıldığını, müddətin bitməsini və iddia müddəti tətbiq edilərək iddianın rədd edilməli olduğunu hesab etdiyini, 2015-ci ildə tərəflərin arasında hansı münasibətin olması barədə bilə bilmədiyini, hər ikisinin iş adamları olduğunu, onlar üçün bu borcu verməyin çətin olmadığını hesab etdiyini, borcun tamamının cavabdeh tərəfindən ödənilməsi ilə bağlı heç bir süb utun olmadığını bildirərək birinci instansiya məhkəməsinin çıxardığı qətnamənin ləğv olunaraq iddia tələbinin rədd olunmasını kollegiyadan xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil3 apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək kollegiyada verdiyi izahatında birinci instansiya məhkəməsində sübutlara qiymət verilməsi hissəsinin yanlış olduğunu, sübut etmə yükünün ilk növbədə iddiaçının üzərinə düşdüyünü, ondan sonra təkzib etmək vəzifəsi cavabdehdə yarandığını, Konstitusiya Məhkəməsinin də bununla əlaqədar mövqeyinin qəti olduğunu və 10-larla qərarının olduğunu, qanunvericiliyin bunu belə müəyyən etmədiyi halda hər yoldan keçənin bir iddia verərək, ehtimalı cavabdehin təkzib etməli olduğunu deməsinin yanlış fikir olduğunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində də sübutetmə vəzifəsinin tərəflərin üzərinə düşdüyünün göstərildiyini, iddiaçı iddiasını sübut edərsə, cavabdehin onu təkzib edəcəyini, müqavilənin 2015-ci ildə bağlandığını, əgər 150 000 manat qaytarılıbsa, niyə onun qaytarılması ilə bağlı qəbz alınmamasının pulun verilməməsi, tərəflər arasında torpaq alqı-satqısı olması ilə izah olunduğunu, müqavilədə 1 il ərzində pul ödənilməzsə, notariusa müraciət etməli, notarius icra qeydinə əsasən müqavilənin icra edilməsinin nəzərdə tutulduğunu, iddiaçı tərərəfin müqavilənin bu tələbinə əməl etmədiyini, bunun səbəbi olaraq guya 19 dəfə ödəmə olduğunun göstərildiyini, lakin yalnız axırıncı ödəmənin qəbzi olduğunu, bunun 2023-cü ildə iddia müddətinin keçməməsinə zəmin yaratmaq məqsədilə edildiyini, iddia ərizəsində də, məhkəmənin qətnaməsində də ödənişl ərin bir qisminin nağd, bir qisminin köçürmə yolu ödənildiyinin göstərildiyini, buna dair sübutları kimin təqdim edəcəyini? 18 halın heç olmasa birinin sübut edilməsini, belə bir sübutun ortaya qoyulmayacağı halda digər tərəfin bunun hansını təkzib etməli olduğunu? müqavilənin 1 il müddətə nəzərdə tutulduğunu, müddət bitəndən sonra iddiaçı notariusa müraciət etməli, notarius da bunu təmin etməli olduğu halda nəyə görə təzədən qəbz dalına düşdüyünü anlamadığını, iddiaçının deməsinə görə borcların bəzilərinin əldən verildiyini, bəzilərinin də Ukraynaya köçürüldüyünü, iddiaçının pasportuna baxış keçirilib işə əlavə edildiyi halda bu məsələlərə aydınlıq gətiriləcəyini, iddiaçının verdiyi cədvəlin pasportla uyğunluğunun birinci instansiya məhkəməsi tərəfindən yoxlanmadığını, sübut etmə yükünün birinci iddiaçıya aid olunmasını xahiş etdiyini, 19 ödənişin harda, nə vaxt olması barədə sübut təqdim edildiyi və bununla bağlı sənəd və tərəfin pasportundan çıxarış əlavə olunduğu halda, cavabdeh tərəfin onları təkzib etməli olduğunu, iddia müddətinin keçməsi ilə bağlı axırıncı dəfə oktyabr ayında 13 600 manat pul ödənildiyini, bundan sonra heç bir məlumatın olmadığını, nə pretenziya verildiyini, nə whatsapp yazışmasınin olduğunu, tərəf pulların hansının nağd qaydada, hansının köçürmə yolu ilə qaytarılmasına dair məhkəməyə sübut təqdim etmədiyindən bu cür iddianın təmin olunmasının əsassız olduğunu, 18 ödənişin edilməsinin hansı əsasa əsasən iddia ərizəsinə yazıldığını, iddiaçının belə bir yazışmasının, belə bir qeydinin olmadığını, cavabdehin maddi vəziyyətinin pis olmasının ehtimal old uğunu, belə idisə iddiaçı tərəfindən borc olaraq həmin pulun ona nəyə görə verildiyini, cavabdehin maddi vəziyyətinin pis olmasına dair sübutun olmadığını, birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların şahid ifadələri olduğunu, onlardan Şahid1 iddiaçının oğlu olduğunu, onun cavabdehin oğlunu çağırıb, aralarında olan münasibətdən istifadə edərək, bankda pul verib, həmin pulun cavabdehin oğlu tərəfindən göndərdiyinə nail olduğunu, bağlanmış kredit müqaviləsinin seriyasını nəyə görə qəbzdə göstərildiyini, Ziyadxanın heç kredit müqaviləsindən, onun seriyasından da məlumatının olmadığını, Şahid1 düşünülmüş vəziyyətdə iddia müddətini bağlamaq üçün aparıb o cür etdiyini, başqa heç nə ilə sübutu olmayan belə bir şahid ifadəsini sübut kimi qəbul etməyin düzgün olmadığını, Şahid2 izaha tının daha maraqlı olduğunu, onun 2012-ci ildə müqavilənin bağlanmasına şahid olduğunu, halbuki 2012-ci ildə müqavilənin mövcud olmadığını, birinci instansiya məhkəməsinin bu qədər ziddiyəti görmək istəmədiyini, qətnamənin 6-cı səhifəsinin 3-cü abzasında sübutlara qiymət verilməsi zamanı “Belə ki, iddiaçı tərəfindən Cavabdeh iddiaçının borc olaraq verdiyi pul məbləğinin qaytarılmayan 97800 manat hissəsini özündə qanunsuz olaraq saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir” göstərildiyini, yazdığı bu abzasın gəldiyi nəticəyə tamamilə zidd olduğunu, məhkəmənin özünün də belə bir sübutun olmadığını qəbul etdiyini, iddia ərizəsi icraata qəbul edilərkən ona diqqətlə yanaşdığı halda borcla bağlı məhkəməyə müraciət etməy ə ehtiyac olmadığının aydın olacağını, 2016-cı ildə bu məsələyə son qoyulmamışdırsa, icra qeydi ilə bu məsələnin bitirməli olduqlarını, Mülki Prosessual Məcəllənin 153.2.1-ci madəsinin tələbinə əməl olunmadığını hesab etdiyini, iddiaçının müqavilənin ləğv edilməsi ilə bağlı yalnız sonuncu dəfə pretenziya yazdığını, pretenziya elektron verilmədiyindən tanış olmadığını, çünki 6 il ərzində bir dəfə yazılı qaydada nə telefon danışığı, nə telefonoqramın olmadığını, bu iddianın təmin olunması üçün əsasların olmadığını, Ziyadxanın burada olduğunu, onun dindirilməsinin obyektiv həqiqətə xidmət edəcəyindən onun da dindirilməsini xahiş etdiyini, kredit müqaviləsinin olmasını inkar etmədiyini, onu mübahisələndirmədiklərini, bu müqavilənin iddianın təmin olunması üçün arqument sayıla bilməməsini, iddi açının notariusa müraciət etməməsinin məhkəmədə sübutlara qiymət verilərkən nəzərə alınmadığını, cavabdeh tərəfindən müqavilənin bir il ərzində icra olunduğunu, belə olmadığı halda tərəfin 1 ilin sonunda notariusa verib pulunu da almalı olduğunu, nəyinki 6 ildən sonra 2023-cü ildə gedib bankdan kifayət qədər şübhəli qəbz aldığını dediyini, birinci instansiya məhkəməsində iştirak etsəydi, əks sübutları da məhkəməyə təqdim edəcəyini bildirərək birinci instansiya məhkəməsinin çıxardığı qətnamənin ləğv olunaraq iddia tələbinin rədd olunmasını kollegiyadan xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında apellyasiya şikayəti elan olunsa da, 1-2 detala toxunmaq məcburiyyətində olduğunu, birinci olaraq vəkil Solmaz xanımın apellyasiya şikay ətinə münasibət bildirmək istədiyini, ilkin olaraq işin mübahisə olunmayan hissəsinin iş üzrə kredit müqaviləsinin olması, borcların təsdiqlənməsi, tərəflərin də bunu qəbul etməsi olduğunu, cavabdeh apellyasiya şikayətində borcu tam olaraq ödənilməsini qeyd etsə də, amma borcun tam olaraq ödənilməsi ilə bağlı sübut təqdim olunmadığını, iddiaçının vicdanlı davranaraq edilmiş ödənişləri detallı şəkildə yazaraq və qalıq borc məbləğini real olaraq tələb etdiyini, sübutların siyahısının onun tərəfindən tərtib edildiyini, iddiaçı Ukraynada yaşadığından borcun alınmasının mütəmadi olaraq onun oğlu Pərvizin icra etdiyini, Pərvizin deməsinə görə qaytarılan borc məbləğlərini balaca bloknota qeyd etdiyini, məhkəmənin həmin bloknotu onlardan tələb etmədiyini, həmin bloknotda imzalar olmadığı üçün məhk əməyə təqdim etmədiklərini, halbuki iddiaçının daha böyük məbləğ göstərə biləcəyini, daha böyük məbləğ göstərsə idi, yenə də cavabdeh tərəfin bunun qaytarılmasını sübut edə bilməyəcəyini, iddiaçının vicdanlılıq məsələsinin ortada olduğunu, cavabdeh tərəfin iddiaçının iddianı 8 il sonra qaldırması fikri ilə razılaşmadığını, belə ki, iddiaçı ilə cavabdeh arasında olan münasibətlərin yaxın olduğunu və bu münasibətlərin olmasına baxmayaraq borcu rəsmiləşdirdiklərini, pulun hissə-hissə ödənilməsinə aralarında olan yaxın münasibətin yol verdiyini, xx.xx.2022-ci il tarixli qəbzə münasibət bildirərək birbaşa olaraq cavabdehin öz övladı vasitəsilə bu borcun ödənilməsini, hətta borcu ödəyərkən müqavilənin nömrəsinə istinad olunduğunu, xaricə göndəriş edilərkən bankda göndərişin nə əsasa edildiyini n soruşulduğunu, bu əsasə görə də verilən qəbzdə borc müqaviləsinə istinad edilərək həmin müqavilənin nömrəsinin qeyd olunduğunu, bir ədəd bank köçürməsinin olduğunu, iddia ərizəsində həmin köçürmənin nəzərdə tutulduğunu, iddia ərizəsində səhvən 1000 ABŞ dolları əvəzinə 1000 manat qeyd edildiyini, məhkəmədə iddianın dəqiqləşdirilməsinə dair ərizə yazdığını, iddia ərizəsində “borclar mənə qaytarılmışdır” ifadəsinin “borclar iddiaçının oğluna qaytarılmışdır” kimi nəzərə alınmasını xahiş etdiyini, cavabdeh tərəfin bununla bağlı “iddiaçının oğlunun Ziyadxana gəl atama sənin adından pul göndərək” deməsinin isə absurd və məntiqsiz göründüyünü, bunun sadəcə olaraq fərziyyə və əsassız fikirdən başqa bir şey olmadığını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 431.1-ci maddəsinə istina d etdiklərini, qanunvericiliyin borcu ilk öncə borclunun özünün ödəməli olduğunu, lakin borclunun əvəzinə üçüncü şəxsin də ödəməni edə biləcəyini, bu zaman borclunun razılığı, etibarnamə və digər sənədin tərtib olunmasının tələb olunmadığını, işlə bağlı sübutların yalnız iddiaçı tərəfdən verildiyini, cavabdeh tərəfdən həmin sübutları təkzib edəcək heç bir sübutun məhkəməyə təqdim edilmədiyini, məhkəmənin mötəbər sübutlara əsaslanıb nəticə verməsinə baxmayaraq cavabdeh tərəfin apellyasiya şikayətində məhkəmənin ehtimallara əsaslanaraq qərar qəbul etdiyini bildirdiyini, onun şahidin yaxın qohum olmasını, həmçinin müddətin keçməsini əsas gətirərək sübutun mötəbərliyini şühbə altına almağa çalışdığını, qanunvericiliklə şahid izahatlarının sübut növü olmasının müəyyən edildiyini, həmin şəxsləri n qohumluq münasibətlərindən asılı olmayaraq borcun qaytarılmasına və cavabdehin bundan sonra borcdan ödəməyəcəyinin şahidləri olduqlarını, şikayətdə iddia müddəti ilə bağlı gətirilən dəlillərin əsassız olduğunu, borclar ödənildiyi üçün müddətin axımının davam etdiyini, iddiaçı və cavabdeh arasında dostluq münasibətlərinin olduğunu, sonradan cavabdehin oğlu Ukraynada oxuduğundan münasibətlərin daha da dərinləşdiyini, cavabdehin oğlu Ukraynada olduğu vaxt Teyyub müəllimin ona mənəvi dəstək olması və aralarında səmimi münasibətin olması borcun gecikməsi ilə bağlı hər hansı orqanlara müraciət etməməsinə imkan yaratdığını, borcun hissə-hissə ödənilməsi və müddətin uzanmasına baxmayaraq həmin münasibətlərin olması səbəbinə görə iddiaçının yenə də borclunun borcu gecikdirməsinə səbrlə yanaşdığın ı, borclu “mən artıq ödəniş etməyəcəyəm” deyəndən sonra iddiaçının hüquqi tədbirlər görməyə başladığını, iddiaçının ona Dünyaməddinə borcun qaytarılmasının gecikdirilməsi barədə bir zəng belə vurmadığını, oğlu vasitəsilə etirazını bildirdiyini, Bakıya 1 ya 2 dəfə gələndə özü ilə də görüşdüyünü, o vaxt cavabdeh vəziyyətinin yaxşı olmadığını, devolvasiya olduğunu, çətin vəziyyətə düşdüyünü deyərək zaman verməsini xahiş etdiyini bildirərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilmədən Culfa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(089)185/2023 saylı qətnaməsini dəyişiklik edilmədən qüvvəsində saxlanılmasını kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi t am hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini müzakirə edib, Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş 21 oktyabr 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, tərəflər arasında kredit müqaviləsi imzalanmış, İddiaçı 150000 manat məbləğində pulu Cavabdeh vermiş, Cavabdeh isə borc məbləğini İddiaçı 21 oktyabr 2016cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. İş materiallarına əlavə edilmiş ABB ASC-nin Nərimanov filialı vasitəsilə 19 may 2022ci il tarixdə, BPM**********57 nömrəli qəbzlə “270 nömrəli borc müqaviləsinə əsasən” 1000 A BŞ dolları X2 tərəfindən İddiaçı göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Apellyasiya şikayətində qeyd edilən hallara əsasən məhkəmə aşağıdakıları qeyd edir: Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətində “qətnamənin ləğv edilməsi üçün iddiaçının 2016-cı ilin oktyabr ayından başlayaraq (müqavilədə göstərilən müddət bitdikdən sonra) “nəğd və köçürmə qaydasında” ödənilən 51500 manat pulun ödənilməsi barədə “səmimi etiraf” dan başqa məhkəməyə heç bir sübut təqdim etmədiyi, iddiaçı tərəfdən ödənildiyi göstərilən pulların rəsmi heçnə ilə təsdiqlənmədiyi və bunun fərziyyə olduğu” dəlilə dair kollegiya aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş 21 oktyabr 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi imzalanmış, İddiaçı 150000 manat məbləğində pulu Cavabdeh vermiş, Cavabde h isə borc məbləğini İddiaçı 21 oktyabr 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Borc məbləğini tərəflər mübahisələndirməmişlər. İddiaçı iddia ərizəsində həmin borcdan 2016-cı ilin oktyabr ayından başlayaraq “nəğd və köçürmə qaydasında” 51500 manat pulun qaytarılmasını göstərmişdir. Cavabdeh iddiaçının onun tərəfindən ödənildiyi göstərilən pulların rəsmi heç nə ilə təsdiqlənmədiyini və bunun fərziyyə olduğunu göstərsə belə, bunu təkzib edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətində “...bundan başqa, iddiaçı məhkəməyə sübut qismində yalnız bir bank qəbzi təqdim etmişdir. Həmin qəbzdə təyinat olaraq “270 nömrəli borc müqaviləsinə əsasən” sözləri yazılmış və X2 tərəfindən, İddiaçı adına 1000 ABŞ dolları, banka xidmət h aqqı olaraq 30 ABŞ dollarının ödənildiyi qeyd olunmuşdur. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri də sübut növü kimi qəbul edib. Şahid1 ifadəsində atasının Ukrayna Respublikasında olduğunu, iddia ərizəsində qeyd edilən vaxtlarda pul məbləğlərini cavabdehdən götürdüyünü, 19 may 2022-ci il tarixdə cavabdehin oğlu Ziyadxan Hacıyevin cavabdehin borc məbləğindən 1000 ABŞ dollarının iddiaçıya göndərdiyini, həmin vaxt cavabdehin oğlu ilə bir yerdə olduğunu bildirmiş, şahidin ifadəsini təkzib edən və ya Ziyadxan Hacıyev və İddiaçı arasında öhdəlik münasibətlərinin olması barədə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Göründüyü kimi məhkəmə Ziyadxan Hacıyevlə, İddiaçı arasında borc müqaviləsi üzrə öhdəlik münasibəti olub-olmaması məsələsinə toxunsa da, bununla bağlı cava bdehdən sübut gözləmişdir. Halbuki, məhkəməyə də aydındır ki, borc müqaviləsi üzrə tərəflər məlumdur və həmin müqavilə üzrə oğlu Ziyadxan Hacıyevin heç bir öhdəliyi yoxdur və ola da bilməz. Eyni zamanda o, oğlu Ziyadxana əvəzindən hər hansı bir müqavilə üzrə pul ödəmək kimi bir səlahiyyət, həmçinin, etibarnamə verməmişdir. Ona görə də həmin qəbzdə göstərilən hər hansı bir məbləğ ona aid olan müqavilə üzrə ödəniş məbləği sayıla bilməz” dəlilinə münasibətdə kollegiya aşağıdakıları bildirir. Mülki işin 15-ci vərəqində olan ABB ASC-nin Nərimanov filialı vasitəsilə 19 may 2022-ci il tarixdə, BPM**********57 nömrəli qəbzlə “270 nömrəli borc müqaviləsinə əsasən” X2 tərəfindən İddiaçı 1000 ABŞ dollar göndərilməsi aydın olur. Həmin qəbzin həqiqiliyi kollegiyada şübhə doğurmur. Cavabdehin özü də a pellyasiya şikayətində həmin qəbzin həqiqi olmadığına dair heç bir fikir bildirməmişdir. Apellyasiya şikayətində məhkəmənin şahidin ifadəsini təkzib edən və ya Ziyadxan Hacıyev və İddiaçı arasında öhdəlik münasibətlərinin olması barədə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Göründüyü kimi qətnamədə X5 Vəliyevin arasında borc müqaviləsi üzrə öhdəlik münasibətinin olub-olmaması məsələsinə toxunularaq, bununla bağlı cavabdehdən sübut gözləməsinə kollegiya qiymət verərək hesab edir ki, X5 Vəliyevin arasında borc müqaviləsi üzrə öhdəlik münasibətinin olması barədə təqdim edilmiş hər hansı sübut, qəbzdə 1000 ABŞ dolların 270 nömrəli borc müqaviləsinə əsasən ödənildiyini istisna etmiş olardı. Cavabdehin şikayətində həmin müqavilə üzrə oğlu Ziyadxan Hacıyevin heç bir öhdəliyi yox dur və ola da bilməz qeyd etməsi həmin ödəmənin məhz 21 oktyabr 2015-ci il tarixli 270 nömrəli borc müqaviləsinə əsasən ödənilməsinə dəlalət edir. Həmçinin, onun oğlunun atasının öhdəlikləri üçün hər hansı ödənişi öz adından, lakin cavabdehin xeyrinə yerinə yetirməsi qanuna uyğundur və bunun üçün etibarnamənin olmasına ehtiyac yoxdur. Cavabdehin apellyasiya şikayətində “oğlum tərəfindən göndərilən 1000 dollara gəldikdə isə bildirirəm ki, oğlum ilə İddiaçı oğlu Pərvizin arasında dost münasibəti olmuşdur. Həmin vaxt Ukraynadakı gərgin vəziyyətlə əlaqədar Pərviz Ziyadxana deyib ki, “atamın vəziyyəti pisdir ona pul göndərməliyəm. Lakin 1000 dollardan artıq göndərə bilmirəm və xahiş edib ki, mənimlə banka gedək, sənin adından da 1000 dollar göndərək”. Yəni həmin 1000 dolların 30 dollar da bank xidməti ödənilməklə İddiaçı göndərilməsi yalnız bu səbəbdən olmuşdur. Pulun göndərilməsini təsdiq edən qəbzdə “270 nömrəli borc müqaviləsinə əsasən” sözləri yazılmasından isə, belə görünür iddiaçının məkrli niyyətindən irəli gəlmiş və özlüyündə gələcəkdəki planını həyata keçirməsi üçün əvvəlcədən zəmin hazırlayıb” dəlilinə münasibətdə kollegiya qeyd olunanları heç bir sübutu olmayan fərziyə kimi qəbul edir. Əks halda X1 birinci instansiya məhkəməsində dindirilməsinə dair vəsatət verilmiş olardı. Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 kollegiyada verilmiş izahatında Ziyadxan Hacıyevin həmin vaxtı Bakıda olmadığı, onun 2 aylıq yol tikintisi ilə bağlı Bakı-Qazax yolunda keçid tikintisində olması səbəbindən onu şahid qismində gətirə bilmədiyinin göstərmişdir, lakin kollegiya belə hesab edir ki, bununla bağlı hər hansı sübut istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilmədiyindən göstərilən hal əsaslı sayıla bilməz. Kollegiya apellyasiya şikayətində “...əgər doğrudan da cavabdehin İddiaçı borcu olsaydı və oğlu da onun borcuna görə pul ödəsəydi, ona görə banka getməyə, 30 dollar da əlavə ödəməklə Teyyuba pul göndərməyə nə ehtiyac olduğunu, elə Azərbaycan manatı ilə oğlu Pərvizə verər, oğlu da istədiyi qaydada, istədiyi valyuta ilə atasına göndərərdi, əlavə 30 dollar da ödəyib, ziyana düşməzdi, doğrudan da həmin müqavilə üzrə oğlu pul ödəyirdisə, onda həmin qəbz qarşı tərəfdə deyil, onlarda olmalı idi” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, istər iddia ərizəsindən, istərsə Cavabdeh göndərilmiş pretenziyadan, istərsə də 19 may 2022-ci il tarixli bank qəbzindən 21 oktyabr 2015-ci il kredit müqaviləsi üzrə ödəmələrin nəğd və köçürmə qaydasında edilməsi aydın olmuşdur. Həmin qəbzin həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilmədiyindən onun cavabdeh tərəfdə olmamasını kollegiya cavabdeh tərəfin onu özündə saxlanmaması halı ilə izah edir. Kollegiya apellyasiya şikayətində məhkəmə qətnaməsinin sonuncu səhifəsinin 1-ci abzasında göstərilmiş “xx.xx.2022-ci il tarixdə isə cavabdehin oğlu iddiaçıya 270 nömrəli kredit müqaviləsi üzrə 1000 ABŞ dolları məbləğində pul göndərmişdir ki, 270 nömrəsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin reyestr nömrəsidir. Həmçinin Z.Hacıyev və İddiaçı arasında hansısa bir müqavilənin olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisə ilə bağ lı iddia müddəti tətbiq edilə və iddia rədd edilə bilməz” dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imt ina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1 və 377.2-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası i lə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfin in ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hə r zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüquq u pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. İşin araşdırılmış hallarından və məhkəmədə verilmiş izahatlardan cavabdehin 21 oktyabr 2016-ci ildən 2023-cü ilin yanvar ayınadək 19 dəfə müxtəlif məbləğlərdə iddiaçıya olan borcun qaytarılması, o cümlədən 19 may 2022-ci il tarixdə iddiaçıya bank vasitəsilə 1000 ABŞ dolları məbləğində pulun göndərilməsi, həmin göndərmənin 270 nömrəli kredit müqaviləsi əsasında həyata keçirilməsi, sonuncu ödənişin 2023-cü ilin yanvar ayında 2000 manat məbləğində edilməsi, bundan sonra cavabdehin bir daha olaraq ödəniş etməyəcəyini bildirməsi və bundan sonra iddiaçının məhkəməyə iddia qaldırması aydın olur. Bu ödənişlərin, xüsusən də, 19 may 2022-ci ili tarixli bank vasitəsilə edilmiş ödənişin kollegiyaya mübahisə ilə bağlı iddia müddətinin keçməməsi nəticəsinə gəlməsinə əsas verir. Kollegiya apellyasiya şikayətinə əlavədə “məhkəmənin qətnamənin 6-cı səhifəsinin, 3-cü abzasında sübutlara qiymət verilməsi zamanı belə ki, iddiaçı tərəfindən Cavabdeh iddiaçının borc olaraq verdiyi pul məbləğinin qaytarılmayan 97800 manat hissəsini özündə qanunsuz olaraq saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanması barədə məhkəmə yə hər hansı bir sübut təqdim edilməmişdir göstərildiyini, yazdığı bu abzasın gəldiyi nəticəyə tamamilə zidd olduğunu, məhkəmənin özünün də belə bir sübutun olmadığını qəbul etdiyini” dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəsi iddiaçının cavabdehdən Azərbaycan Respublikası Mərkəzi Bankının qətnamənin çıxarıldığı günə müəyyənləşdirdiyi bank uçot dərəcəsinə əsasən cərimə tələbi ilə bağlı olmuşdur. Göründüyü kimi birinc instansiya məhkəməsinin qətnaməsində iddiaçının cavabdehin borcun 97800 manat hissəsini özündə saxlamaqla və onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanması barədə hər hansı bir sübutun olmamağından bəhs edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsas ən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarını əsas götürərək iddia tələbini bu hissədə rədd etmişdir. Apellyasiya şikayətinə əlavədə “xx.xx.2015-ci il tarixli borc müqaviləsinin 7-ci bəndindən görünür ki, ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildirdiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Əgər borc qaytarılmamışdırsa, borcun qaytarılması üçün notariusun icra qeydi verməsi kifayət edirdi. İddiaçı müqavilənin göstərilən şərtinə əməl etməməsinin səbəbini açıqlamayıb. Bu onu deməyə əsas verir ki, 2016-cı ilin okty abr ayında tərəflər arasında borcla bağlı mübahisə olmayıb. Müqavilənin 9-cu bəndində mübahisə olduqda məhkəməyə müraciət edilməsi nəzərdə tutulması formal xarakter daşımışdır. 7-ci maddənin mövcudluğu 9-cu maddənin əhəmiyyətsiz olmasına dəlalət edir. Məhkəmə iddia ərizəsini icraata qəbul edərkən bəhs olunan müqavilənin 7-ci bəndinin tələbini nəzərə almayaraq Mülki Prosessual Məcəllənin 153.2.1 maddəsinin tələbinə əməl etməmişdir, cavabdeh tərəfindən müqavilənin bir il ərzində icra olunduğu, belə olmadığı halda tərəfin 1 ilin sonunda notariusa verib pulunu da almalı olduğunu, nəyinki 6 ildən sonra 2023-cü ildə gedib bankdan kifayət qədər şübhəli qəbz aldığını deməsi” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış 21 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinin 7-ci bəndində həmin borcun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borcu notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması qeyd olunsa da, bu hal iddiaçının hüquqlarına aid olan bir məsələ olduğundan, o halın olması iddiaçının məhkəməyə müraciət etməsinə və tam olaraq hüquqlarından istifadəyə maneəçilik törətmir. Digər bir tərəfdən məhkəmə araşdırması zamanı tərəflərin yaxın münasibətdə olmaları, cavabdehin oğlu Ziyadxanın Ukraynada oxuduğu zaman İddiaçı tərəfindən ona dəstək göstərilməsi, cavabdehin vəziyyətinin yaxşı olmaması, ara-sıra ödənişlərin edilməsi səbəbindən, iddiaçının müxtəlif orqanlara müraciət etməməsi, yalnız sonuncu dəfə 2023-cü ilin yanvar ayında edilmiş ödənişdən sonra cavabdeh daha ödəniş etmədiyini bildirdikdə iddiaçının iddia qaldırılması müəyyən edilmişdir. Cavabdeh tərəf isə bunları təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bank tərəfindən 19 may 2022-ci il tarixli qəbzin şübhəli qəbz olduğu apelyasiya şikayətində qeyd edilsə də, buna dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətinə əlavədə göstərilən “Şahid2 ifadəsi daha "maraqlıdır". Şahid ifadəsində göstərir ki, 2012-ci ildə iddiaçının oğlunun cavabdehdən pul istəməsinin şahidi olub. Müqavilənin 2015-ci ildə bağlandığını nəzərə alsaq görürük ki, şahid ifadəsinin mübahisə ilə əlaqəsi yoxdur” dəlilinə münasibətdə kollegiya şahidin ifadəsində 2012-ci ilin göstərilməsini texniki səhvlik kimi nəzərə alır. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməsinin 3-cü və mülki işin 87-ci səhifəsində olan məhkəmə ic las protokolunun 5-ci səhifəsində Şahid2 ifadəsində “2022-ci il” göstərilməsi qeyd edilmişdir. Apellyasiya şikayətinə əlavədə “birinci instansiya məhkəməsində iddianı təmin edərkən şahid ifadələri sübut kimi qəbul edilib, hansı ki, həmin şahid ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Şahid1 iddiaçının oğlu olmaqla maraqlı şəxsdir və digər tərəfdən onun ifadəsi işin hallarına uyğun deyil” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 104.4-cü maddəsində şahid qismində dindirilə bilməyən şəxslər dairəsi təsbit edilmiş, yaxın qohumların şahid qismində dindirilməsi qadağan edilməmişdir. Cavabdeh tərəfdən iddiaçının oğlunun ifadəsini təkzib edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən sübutlara əlaqəli şəkildə qiymət verilərək həmin sübut mümkün sayılmışdır. Apellyasiya şikayətinə əlavədə “2022-ci ilin iyun ayında cavabdehin oğlunun iddiaçıya bank vasitəsi ilə 1000 ABŞ dolları göndərməsində dair qəbzdə kredit müqaviləsinin nömrəsinin qeyd edilməsinin zəruriliyinə aydınlıq gətirilməyib. Cavabdehin oğlu kredit müqaviləsinin nömrəsini bilirdimi, müqavilənin nömrəsi qeyd edildiyi halda müqavilənin tarixinin qeyd edilməməsinin səbəbi aydınlaşdırılmayıb. Ödəniş kredit müqaviləsinə əsasən edilirdisə, onun nağd qaydada deyil, bank vasitəsi ilə edilməsinin zəruriliyinə aydınlıq gətirilməyib. Cavabdehin oğlunun sadəlöhf olmasından istifadə edilməsi onu göstərir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün əvvəlcədən zəmin hazırlayırmış” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, bank vasitəsilə ödəniş edil ərkən qəbzə hansı məlumatların qeyd olunması bankın özü tərəfindən müəyyən edilir. Görünür ki, verilmiş qəbzdə yalnız müqavilə nömrəsinin qeyd olunması bank üçün kifayət etdiyindən müqavilənin tarixi qeyd olunmamışdır. Apellyasiya şikayətinə əlavədə “iddiaçı borcu vaxtında tələb etməməsini cavabdehin maddi vəziyyətinin pis olması ilə izah etsə də, bu halı təsdiq edəcək sübutu yoxdur. Yəni cavabdehin maliyyə vəziyyətinin pis olması təsdiqi olmayan mülahizədir” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Cavabdeh İddiaçı ilə 21 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi bağlamaqla sonuncudan 150 000 manat pulu borc alması cavabdehin maddi vəziyyətinin yaxşı olmamasını deməyə əsas verir. Cavabehin vəkili-nümayəndəsi Vəkil3 apellyasiya şikayətinə verilən əlavədə göstərdiyi dəlillərin əksəri yyətinin cavabdehin vəkili-nümayəndəsi Vəkil2 vermiş olduğu apellyasiya şikayəti ilə eyni məzmun daşıdığından kollegiya hesab edir ki, bu dəlillərə təkrarən qiymət verilməsinə zərurət yoxdur. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları və tərəflərin izahatları ilə müqayisəli şəkildə müzakirə edərək onların əsassız olması qənaətinə gəlir və hesab edir ki, həmin dəlillər qətnamənin ləğv olunması üçün əsas sayıla bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki işə baxılarkən məhkəmə tərəfindən iddiaçının və cavabdehin vəkil və nümayəndəsinin izahatları, şahid ifadələri, tərəflərin məhkəməyə təqdim etdiyi sübutlar tam və obyektiv araşdırılmış və həmin sübutlar əsasında qanuni və əsaslı qərar qəbul edilmişdir. Kollegiya qeyd olunan nəticəyə gəl ərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmi ş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya baxışı zamanı şikayətlərin dəlillərini və iş mate riallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(089)-185/2023 nömrəli qətnaməsindən Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Culfa Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(089)185/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(089)-185/2023 nömrəli qətnaməsindən Cavabdeh v əkilinümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(089)-185/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar