Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-4/2025 14.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X2 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh1 vəkil-nümayəndəsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin e-2(079)-441/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasınd a (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları "xxxx" ASC (bank) ilə Cavabdeh4 (müştəri) arasında bağlanmış BPM**********94 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən, müqavilənin 4.1.1.2ci bəndinə görə şərtlər bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma ilə müəyyən olunmaqla, bank müştəriyə 36 ay müddətinə, illik 24 faiz olmaqla, 2500 manat məbləğində kredit xətti açmağı, müştəri isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdələrinə götürmüşlər. Bundan başqa, "xxxx" ASC (borcverən) ilə Cavabdeh4 (borcalan) arasında bağlanmış BPM**********47 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana 12 ay müddətinə (xx.xx.2022-ci il tarixədək), 8000 manat məbləğində, kreditdən istifadəyə görə illik 16 faiz ödəmək şərtilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Maliyyə arayışlarına görə xx.xx.2024-cü il tarixədək, tam kart çərçivə müqaviləsi üzrə 2499,97 manat əsas, 54,45 manat faiz borcu olmaqla, cəmi 2554,42 manat borc, kredit müqaviləsi üzrə isə 3891,25 manat borc, ümumilikdə 6445,67 manat kredit borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat "xxxx" ASC (bundan sonra “iddiaçı”) 14 iyun 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək Cavabdeh4 vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra “cavabdehlər”) xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 2499,97 manat əsas, 54,45 manat faiz borcu olmaqla, cəmi 2554,42 manat borcun, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 3891,25 manat borcun, ümumilikdə 6445,67 manat kredit borcunun, 104,47 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh4 mirası qəbul etmiş vərəsələri olan cavabdehlər notariat ofisinə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehlər mərhumdan qalmış mira sı qəbul etmələrinə baxmayaraq miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmiş, mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixdə 6-2-22/2-9244/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq onlar öz öhdəliklərini yerinə yetirməmişlər. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 386.1, 389.1, 399.3, 462.1, 739, 1146, 1255 və 1306.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) 2018-ci il 4 iyun tarixli qərarına istinad etmişdir. Babək Rayon Məhkəməsinin (hakim Günay İsmayıl) e-2(079)-441/20 24 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2020-ci il tarixli BPM**********94 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 2499,97 manat əsas, 54,45 manat faiz borcu olmaqla, cəmi 2554,42 manat, xx.xx.2021-ci il tarixli BPM**********47 nömrəli kredit müqaviləsinə əsasən isə 3891,25 manat əsas borc olmaqla, ümumilikdə iki müqavilə üzrə cəmi 6445,67 manat borcdan mirasın qəbul edilmiş 1/3 hissəsinə müvafiq olaraq cavabdehlərin hər birindən 1666,66 manat borcun birgə borclu kimi tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalmış hissədə rədd edilməsi, 80,68 manat miqdarda dövlət rüsumunun cavabdehlərin hər birindən mirasın qəbul edilmiş 1/3 hissəsinə müvafiq olaraq 26,89 manatın və 0,40 manat bank xidmət haqqının cavabdehlərin hər birind ən mirasın qəbul edilmiş 1/3 hissəsinə müvafiq olaraq 0,13 manatın müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Məhkəmə qeyd edir ki, borclunun ölümü halında onun hüquq və vəzifələri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə, yəni bu halda əsas müqavilə üzrə hüquq və vəzifələr tərəflərin iradəsindən asılı olmayaraq, borclunun ölümü və vərəsələrin mirası qəbul etməsi ilə sonunculara keçmiş olur... Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”də xx.xx.2022-ci il tarixdə vəfat etmiş Cavabdeh4 vərəsələrinə, Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olan cavabdehlərin daxil olduğu və onların h ər birinin miras əmlakdan 1/3 irs almalı olduğu, şəhadətnamə verilən miras əmlakın isə "Xalq Sığorta” ASC-nin xx.xx.2023-cü il tarixli, 05/01-288 nömrəli məktubuna əsasən Cavabdeh4 ölümü ilə əlaqədar Azərbaycan Respublikasının "İcbari sığortalar haqqında" Qanununun 14.2.1-ci maddəsinə əsasən 5000 manat pul məbləğindən ibarət olduğu müəyyən edilir... Məhkəmə hesab edir ki, cavabdehlər miras qoyanın kreditorları qarşısında qəbul etdikləri miras əmlak həddində birgə məsuliyyət daşımalıdır... Hazırkı iş üzrə mirasın açılması faktını, vərəsələrin dairəsini və miras kütləsini özündə əks etdirən vərəsəlik şəhadətnaməsi məhkəmə üçün iş üzrə miras kütləsinin həcmini və vərəsələrin mirası qəbulu faktını təsdiqləyən sənəddir və bunun əksini təsdiq edən sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmamışdır”. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Mülki Məcəllənin 405.1, 500.1, 500.2, 739, 1306 və 1307-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 14.2, 77.1, 78.1, 115.0, 115.0.9, 119.1 və 185-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun: "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun, "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart, "Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr və "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli qərarlarına istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı 17 sentyabr 2024-cü il tarixdə apellyasiya şikayəti verərək e-2(079)441/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnamənin ləğv edilməsi, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyator-iddiaçı apellyasiya şikayətini onunla əsaslandıraraq göstərmişdir ki, “Məhkəmə tərəfindən düzgün qərar qəbul edilməmişdir. Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsələr - cavabdeh lər miras əmlakdan tam hissədə pay almışlar. Cavabdehlər miras əmlakı, yəni miras qoyanın aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişlər. Bununla da, miras əmlakı tam həcmdə qəbul etdikləri üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərlərinə götürmüşlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 4 iyun tarixli qərarına görə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras q oyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar”. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Sözügedən iddia tələbi üzrə öhdəlik isə borclunun şəxsi iştirakı olmadan icra edilməsi mümkün olan öhdəliklər sırasına daxildir. Şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbə bdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Cavabdeh4 vərəsələri - cavabdehlər müəyyən edilmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Qanunvericiliyin tələ blərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən göndərilən məktuba əsasən vərəsələrə miras əmlakından tam hissədə pay almaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Beləliklə, mərhumun vərəsələrinin cavabdehlərin olduğu, onlardan savayı heç bir vərəsə müəyyən edilmədiyi qeyd edilmişdir. Odur ki, iddia ərizəsində göstərilən borc tələbi cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Lakin məhkəmə qeyd edilən halları nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir. (Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırı lmamasına dair dəlillər). İddiaçı maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına və Mülki Məcəllənin 558.1, 1153, 1306.1-ci maddələrinə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə, apellyasiya şikayətinin formasını müəyyən edən “Əlavə 2”-də nəzərdə tutulmasa da, məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlil üzrə Şirvan Apellyasiya Məhkəməsinin iddiaçı "xxxx" ASC-nin cavabdehlər X1 və X4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə 2(106)-855/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə istinad etmişdir. Cavabdeh1 isə 25 sentyabr 2024-cü il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək e-2(079)-441/202 4 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəf apellyasiya şikayətini aşağıdakı qaydada əsaslandırmışdır. “Hesab edirlər ki, iddiaçı onlara qarşı hazırkı tələbi irəli sürə bilməzdi. Çünki mərhum Cavabdeh4 ölümündən sonra onların notariat ofisinə müraciətləri əsasında notarius tərəfindən müvafiq sorğular göndərilsə də, mərhumun ölüm anınadək adına hərhansı əmlakın olması müəyyən edilməmişdir. Buna baxmayaraq iddiaçı mərhum Cavabdeh4 ölümü ilə bağlı 5000 manat siğorta haqqını miras kimi qiymətləndirərək, onları mirası qəbul etmiş vərəsə hesab edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, istinad edilən hüquq normasının mənasına görə miras əmlak miras qoyanın ö ldüyü məqamadək mövcud olmalıdır. İddiaçı Cavabdeh4 öldüyü məqamadək nə kimi əmlaka malik olmasını, onun ölümü ilə açılmış mirasın nədən ibarət olmasını və onların Cavabdeh4 qalmış hansı mirası qəbul etmələrinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mərhum Cavabdeh4 ölümü ilə bağlı verilmiş icbari siğorta haqqı miras kimi qiymətləndirilə və onlardan tələb edilə bilməz. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, təqdim etdikləri sübutları araşdırmamış, onlardan istifadə etməmiş və sübutları düzgün qiymətləndirməmiş, məhkəmə iclaslarında tərəflərin iştirakını təmin etməmiş, ümumiyyətlə tərəflərin məhkəmə iclaslarında iştirakında maraqlı olmamış və onların iştirakı olmadan qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Dispozitivlik pr insipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Odur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübut toplamamalı, tərəflərin prosesdə çəkişməsini təmin etməli, onlara sübutlarını təqdim etmək üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Lakin birinci instansiya məhkəməsi sübutları düzgün araşdırmamış və onlara obyektiv hüquqi qiymət verməmişdir. İş üzrə gəldiyi nəticəni isə özünün qulluq m övqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır”. Cavabdeh maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi üzrə Mülki Məcəllənin 1151.1-ci və 1151.2-ci, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində isə Mülki-Prosessual Məcəllənin 9.3, 14.2, 80 və 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, iddiaçının nümayəndəsi və cavabdehlər heç bir məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə elektron qaydada kollegiyaya daxil olmuş əriz ələrdə “məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Babək Rayon Məhkəməsinin e-2(079)-441/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki-Prossesual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 vəkil-nümayəndəsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verməklə göstərdi ki, o, apellyasiya şikayətini müdafiə edir. Qətnamə ləğv edil məli, iddia isə rədd olunmalıdır. İddiaçı mülki qanunvericiliyin 1151-ci maddəsinin tələblərini pozmuşdur, icbari sığorta haqqı miras kimi qiymətləndirilə bilməz. Ona görə ki, “İcbari sığorta haqqında” Qanunun 4.1-ci maddəsinə görə bu qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərə əmlak mənafeyi ilə bağlı məruz qaldıqları zərərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Eyni zamanda, sağlamlığa vurulan zərərə görə, habelə ailəni dolandıranın itkisi nəticəsində şəxs tərəfindən vurulmuş ziyana görə ödənilən məbləğlər də miras kimi qəbul edilə bilməz. Əgər tərəf sağ olsaydı, bu məbləğ ona verilməyəcəkdi. Bu onun ölümünə görə ailə başçısını itirmə ilə əlaqədar verilmiş icbari sığorta haqqıdır. Verilən məbləğ miras kütləsinə daxil deyil, heç bir mi ras yoxdur. Cavabdeh4 ölümündən sonra ondan heç bir miras qalmaması barədə birinci instansiya məhkəməsinə heç bir sübut təqdim etməmişlər. Vərəsəlik açılmışdır, lakin mərhumun adına əmlak yoxdur. Cavabdeh4 pensiya almış, onun pensiya kartı ölən zaman cibindən başqa biri tərəfindən götürülmüşdür. Pensiya hesabında onun istifadə olunmamış məbləği olmamışdır. Cavabdeh4 başqa əmlakının olması onlara məlum deyil, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, son dövrə kimi “SOCAR” şirkətində mühafizə xidmətində mühafizəçi işləmiş, xidməti fəaliyyət zamanı avtoqəzaya düşərək ölmüşdür. Belə hesab edirlər ki, “İcbari sığorta haqqında” Qanunu qiymətləndirməkdə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Qətnamə əsassızdır və ləğv edilməlidir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilm əməsi, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunması, e-2(079)-441/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh1 vəkil-nümayəndəsi elektron qaydada göndərilmiş xx.xx.2024-cü il tarixli “Çıxış”ında apellyasiya şikayəti və izahatı ilə eyni məzmunlu xüsusatları göstərmişdir. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Apellyasiya baxışında iddiaçının vəsatəti əsasında göndərilmiş sorğulara; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR DİN-in X11 İdarəsinin 313-43-14/2-27/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Cavabdeh4 adına hər hansı bir avtonəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 23 saylı Notariat ofisinin 65 nömrəli, xx.xx.2025-ci il tarixli məktubuna iş materiallarında olan (İ cild, i/v. 38) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmçinin "xxxx" ASC-nin həmin notariat ofisinə ünvanlanmış 05/01-288 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunun surətləri əlavə edilmişdir. Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 04/25 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 adına xx.xx.2011-ci il tarixdə Babək rayonu, Şı xmahmud kəndində 500 m2 torpaq sahəsi qeydiyyata alınmış, xx.xx.2011-ci il tarixdə Babək rayon DNK-da qeydiyyata alınan 4Ə-200 nömrəli alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 2-8203/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh4 adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3-16-5/2-11-192/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində Cavabdeh4 adına Bakı şəhəri 23 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılması, xx.xx.2023-cü il tarixdə isə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim olunması müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 tərəfindən verilmiş 3-21-302/2-1486/2025 nömrəli, xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, həmin X10n ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Cavabdeh4 xx.xx.2022-ci il tarixinədək mülkiyyətində olan daşınmaz əmlak aşkar edilməmişdir. “Elektron məhkəmə” informasiya sistemi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1576/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən məlum olur ki, Cavabdeh4 “SOCAR” Təhlükəsizlik İdarəsində xidmətə nəzarət şöbəsinin müavini” vəzifəsində işləmişdir”. Tətbiq e dilən hüquq Mülki Məcəllə; Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borcverən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada b ölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1-1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borc ludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu (bundan sonra “İcbari sığortalar haqqında” Qanun) 14.1 və 14.1.3. Fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin ölümü sağlamlığına dəyən zərər hesab edilir. 14.2-14.2.1. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi zərərçəkənin ölməsi zamanı, sığorta məbləğinin 100 faizi nisbətində ödənilir. Konstitusiya Məhkəməsi Plenumunun; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli qərarı Borclun un kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən isrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliy yət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli qərarı Mülki prosesin dispozitivlik, çəkişmə prinsiplərindən və sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək miras qoyanın kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün hüquq varisliyini və ya digər tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli qərarı “Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 oktyabr tarixli qərarı Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin a radan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” 2022-ci il 8 dekabr tarixli qərarı İcbari sığorta münasibətləri üzrə sığorta ödənişinin, eləcə də ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsinin nəzərdə tutulmasında qanunvericinin məqsədi ailə başçısının itirilməsi və ya sığortaolunanın ölümü ilə əlaqədar ailəsinin maddi dəstəkdən məhrum olması səbəbindən yaranan zərər in pensiya və ya sığorta ödənişinin ödənilməsi yolu ilə qismən də olsa aradan qaldırılmasıdır... Sığorta ödənişi hər bir halda sığortaolunanın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir... Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 2 69.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 19 aprel tarixli qərarı Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur... Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar”. Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 112.1 və 112.1.10. İddianın qiyməti bir neçə müstəqil tələbdən ibarət olan iddialarda - bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. Maddə 114.1-114.1.1. Qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə ə laqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi ni yoxlayır. Maddə 384.0 və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1-385.1.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi əsasdır. Maddə
386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməmə si qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə
393. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti ver ilə bilər. Maddə 405.0-405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 406.1. Kassasiya şikayəti yazılı formada apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”; Maddə 2.1-2.1.1. Dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Maddə 2.2. Bu Qaydaların 2.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. “Azərbaycan Respublikası Konstitusiyasını n 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarı İş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Apellyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcə llənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyi belədir ki, “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə müna sibətini bildirməyə haqlıdır. Mülki-Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki-Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04 №-li qərardadında məhkəmələrə tövsiyə edilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mü bahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırkı halda apellyasiya şikayətlərinin dəlillərinin məzmunundan görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın tam təmin olunması, Cavabdeh1 isə həmin qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və qeyd olunan cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı və Cavabdeh1 apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məh kəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri və işdə iştirak edən şəxsin vəkil-nümayəndəsinin izahatı üzrə əlaqəli şəkildə araşdıraraq mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən 2499,97 manat əsas, 54,45 manat faiz borcu olmaqla, cəmi 2554,42 manat borcun və xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 3891,25 manat borcun, ümumilikdə 6445,67 manat kredit borcunun mərhum Cavabdeh4 vərəsələri olan cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsi ilə bağlıdır. İddiaçı və Cavabdeh4 azad surətdə, hər iki tərəfin razılaşdırılmış iradə ifadəsi əsasında, tələb olunan f ormada kredit müqavilələri bağlamaqla rəsmiləşdirmiş, hər bir tərəfin hüquq, vəzifə və öhdəlikləri müəyyən olunmuş, yəni həmin müqavilələr mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərə riayət olunmaqla bağlanmışdır. Bu müqavilələr mübahisələndirilməmiş, onların etibarsızlığını təsdiq edən hər hansı bir sübut təqdim olunmamış və bununla bağlı heç bir mötəbər dəlil müəyyən edilməmişdir. İşə baxılması zamanı kredit müqavilələrinə əsasən iddia üzrə cavabdehlərdən tələb olunan məbləğ də mübahisələndirilməmişdir. Məlumdur ki, mülki-hüquqi mənada kredit (latınca “creditum”-borc) dedikdə, pulkredit və maliyyə təşkilatlarının ayrı-ayrı şəxslərə müəyyən müddətə, qaytarılmaq və faizi ödənilmək şərti ilə müvəqqəti istifadəyə verdikləri pul borcu başa düşülür. Kredit müqaviləsinə görə bir tərəf (k reditor) digər tərəfə (kredit alana) şərtləşdirilmiş müddətə, qaytarılmaq və faiz ödəmək şərtilə müəyyən məbləğdə pul verməyi, kredit alan isə aldığı pul məbləğini qaytarmağı və ona faiz ödəməyi öhdəsinə götürür. Cavabdeh4 sağlığında qeyd olunan müqavilələrdən irəli gələn öhdəliklərin icrası ilə bağlı onunla iddiaçı arasında hər hansı mübahisənin olması iş materialları ilə müəyyən olunmur. Cavabdeh4 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, cavabdehlər Mülki Məcəllənin 425.1 və 427.3-cü maddələrinin tələblərinə əməl etməyərək iddiaçı qarşısında kredit müqavilələri üzrə öhdəlikləri icra etməmiş, iddiaçı isə öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmişdir. Belə ki, “Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur... Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar”. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 19 aprel tarixli qərar). “Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən isrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar”. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli qərar). “Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onla rın sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur”. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 oktyabr tarixli qərar). İddia ərizəsinə əlavə olunan, Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-37 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən məlum olur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Cavabdeh4 vərəsələri: Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olan - Cavabdeh1, Ca vabdeh3 və Cavabdeh2dır və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak "Xalq Sığorta” ASC-nin xx.xx.2023-cü il tarixli 05/01288 nömrəli məktubuna əsasən Cavabdeh4 ölümü ilə əlaqədar Azərbaycan Respublikasının "İcbari sığortalar haqqında" Qanununun 14.2.1-ci maddəsinə əsasən 5000 manat pul məbləğindən ibarətdir. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. (Mülki Məcəllənin 1159.1-1159.1.1-ci maddələri). Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi “cavabdehlərin miras qoyanın kreditorları qarşısında qəbul etdikləri miras əmlak həddində birgə məsuliyyət daşımalarını, iş üzrə mirasın açılması faktı nı, vərəsələrin dairəsini və miras kütləsini özündə əks etdirən vərəsəlik şəhadətnaməsinin məhkəmə üçün iş üzrə miras kütləsinin həcmini və vərəsələrin mirası qəbulu faktını təsdiqləyən sənəd olmasını və bunun əksini təsdiq edən sübutların cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmamasını” nəzərə almaqla “iddianın qismən təmin olunması, iki müqavilə üzrə cəmi 6445,67 manat borcdan mirasın qəbul edilmiş 1/3 hissəsinə müvafiq olaraq cavabdehlərin hər birindən 1666,66 manat borcun birgə borclu kimi tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi” qənaətinə gəlməkdə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Kollegiya bununla bağlı cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, qeyd olunan beş min manat məbləğində birdəfə lik ödəmə mərhum Cavabdeh4 ölümü ilə əlaqədar onun ailə üzvlərinə (cavabdehlərə) verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Belə ki, fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin ölümü sağlamlığına dəyən zərər hesab edilir. Sığorta hadisəsi nəticəsində sığortaolunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi zərərçəkənin ölməsi zamanı, sığorta məbləğinin 100 faizi nisbətində ödənilir. (“İcbari sığortalar haqqında” Qanunun14.1 və 14.1.3, 14.2-14.2.1-ci maddələri). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (Mülki Məcəllənin 1151. 1-ci maddəsi). Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” 2022-ci il 8 dekabr tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “İcbari sığorta münasibətləri üzrə sığorta ödənişinin, eləcə də ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsinin nəzərdə tutulmasında qanunvericinin məqsədi ailə başçısının itirilməsi və ya sığortaolunanın ölümü ilə əlaqədar ailəsinin maddi dəstəkdən məhrum olması səbəbindən yaranan zərərin pensiya və ya sığorta ödənişinin ödənilməsi yolu ilə qismən də olsa aradan qaldırılmasıdır... Sığorta ödənişi hər bir halda sı ğortaolunanın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir... Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir”. Qeyd olunanlar baxımından kollegiya hesab edir ki, maddi hüquq normasının (Mülki Məcəllənin 1151.1-ci maddəsi) düzgün tətbiq olunmamasına görə birinci instansiya məhkəməsinin qətna məsi ləğv olunmalı və yeni qətnamə qəbul edilməlidir. Eyni zamanda, birinci instansiya məhkəməsində qətnamə qəbul olunarkən iddiaçı tərəfindən tələb edilən miqdardan artıq dövlət rüsumunun ödənilməsi, həmin rüsumun artıq ödənilmiş hissəsinin geri qaytarılması və iddianın təmin olunan məbləğinə mütənasib olaraq rüsumun cavabdehlərdən alınıb iddiaçıya ödənilməsinə aid hissəyə diqqətlə yanaşılmamış və nəticədə prosessual hüquq normalarının (Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.10, 114.1 və 114.1.1, 119.1-ci maddələri) tələbləri pozulmuşdur ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya qeyd edir ki, apellyasiya baxışında iddiaçının vəsatə ti əsasında göndərilmiş sorğulara verilmiş cavablardan mərhum Cavabdeh4 öldüyü məqamadək mülkiyyətində hər hansı daşınmaz və daşınar əmlak müəyyən edilməmişdir. Lakin daşınmaz və rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakların müəyyən edilməməsi miras qoyan Cavabdeh4 cavabdehlərə heç bir miras əmlakının qalmaması üzrə nəticəyə gəlməyə əsas vermir. Qeyd olunduğu kimi, fiziki şəxsin ölümü ilə xitam olunmayan bütün əmlak hüquq və vəzifələri qanunda nəzərdə tutulan qaydada vərəsələrə keçir. Həmin hüquq və vəzifələrin məcmusu vərəsəlik hüquq münasibətinin obyektini (predmetini) təşkil edir və mülki qanunvericilikdə miras əmlak (miras, miras kütləsi) anlayışı ilə əhatə olunur. Miras əmlak (miras) dedikdə, ölən fiziki şəxsin (miras qoyanın) vərəsəlik hüquq normaları ilə müəyyənləşdirilən qaydada vərəsələrə keçən əmlak hüquq və vəzifələrinin məcmusu başa düşülür. Əmlak hüquqlarının məcmusunu miras aktivi, əmlak vəzifələrinin məcmusunu isə miras passivi təşkil edir. Passiv miras qoyanın öldüyü məqamadək icra etməyə borclu olduğu öhdəliklərdir, yəni ödəməli olduğu borclardır. Qanunvericiliyə əsasən mirasın tərkibinə mirsas qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz (torpaq, mənzil, bağ evi və s.) və rəsmi reyestdə qeydə alınan daşınar əmlak (nəqliyyat vasitələri və s.), daş-qaş (qızıl-gümüş, cəvahirat) məmulatları və digər zinət şeyləri, nağd pul, qiymətli kağızlar, ümumi mülkiyyətdəki pay hüququ və s. daxil edilir. Vərəsəlik hüququ haqqında şəhadətnamə isə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. “Vərəsələrin mirası qəbul etməsi faktını təsd iqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli qərar). Kollegiya nəzərə alır ki, “İş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olma masını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir”. (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərar). Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki- Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. İşdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir, heç kəs, o cü mlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. “Mülki prosesin dispozitivlik, çəkişmə prinsiplərindən və sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək miras qoyanın kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün hüquq varisliyini və ya digər tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir”. (“Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli qərar). İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən kredit müqavilələri, kr editin və ona hesablanmış faizlərin ödəniş cədvəli, maliyyə arayışları, hesablardan çıxarışlar, cavabdehlərin hüquq varisliyini təsdiq edən qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə və s. yazılı sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Cavabdeh tərəf isə, ümumiyyətlə, məhkəmə iclaslarında iştirak etməmiş, yalnız Cavabdeh1 vəkil-nümayəndəsi tərəfindən məhkəməyə iddiaya münasibətdə xx.xx.2024-cü il tarixli etiraz göndərilmiş, mirasın siyahıya alınması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Baş qa sözlə, əsas borclunun (Cavabdeh4) ölümündən sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlaklarının olması, həmin əmlakların vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul və ya imtina edilməsi, vərəsəlik işinin açılması və sair kimi halların mövcudluğu vərəsələr tərəfindən sübuta yetirilməlidir. Qanunvericilik bir halda vərəsələri miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. Kollegiya həmçinin bildirir ki, cavabdehlər Cavabdeh4 ölümündən sonra onun sözügedən kredit müqavilələrindən irəli gələn öhdəliklərindən məlumatlı olmuş, həmin müqavilələr üzrə yaranmış borc öhdəliyinin gələcəkdə onlara qarşı yönələ biləcəyi ehtimalını bilmiş olsalar da, qanunvericiliklə onlara ve rilmiş mirasdan imtina hüququndan istifadə etməmişlər. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir, yəni qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş sayılır. (Mülki Məcəllənin 1256-cı maddəsi). Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin “prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi üzrə Mülki-Prosessual Məcəllənin 9.3 və 14.2-ci maddələrinə dair” dəlilləri ilə bağlı bildirir ki, iş materiallarından göründüyü kimi, məhkəmə cavabdehləri və sonradan prosesə daxil olmuş Cavabdeh1 vəki lnümayəndəsini məhkəmə iclaslarının vaxtı və yeri, prosessual hüquq və vəzifələri haqqında lazımi qaydada xəbərdar etməsinə baxmayaraq, onlar heç bir məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş, bu səbəblərin üzrlü olması, eləcə də mübahisə ilə bağlı heç bir sübut təqdim etməmişlər. Ona görə də həmin dəlillər əsaslı deyil. Kollegiya tərəfindən iddiaçı və cavabdeh tərəfin apellyasiya şikayətlərinin digər dəlilləri onların subyektiv mülahizələri kimi dəyərləndirilir. Beləliklə, göstərilənlərə əsasən kollegiya aşağıdakı nəticələrə gəlir: - İddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, - Cavabdeh1 apellyasiya şikayəti təmin olunmamalı, - Babək Rayon Məhkəməsinin e-2(079)-441/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, - Yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmalı, - Cavabdehlərdən BPM**********94 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 2499,97 manat əsas, 54,45 manat faiz borcu olmaqla, cəmi 2554,42 manat, BPM**********47 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 3891,25 manat əsas borc olmaqla, ümumilikdə 6445.67 manat borc tutularaq iddiaçıya ödənilməli, - İddia ərizəsinin verilməsinə görə ödənilmiş 84,46 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı, apellyasiya şikayətinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 42,23 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə verilməli, apellyasiya şikayətinin verilməsinə görə Cavabdeh1 tərəfindən ödənilmiş 42,23 manat dövlət rüsumu onun özünə aid edilməli, - Azərbaycan Respublikası Na zirlər Kabinetinin 98 nömrəli, 2002-ci il 24 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları”na əsasən iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 20,01 manat və apellyasiya şikayəti verilərkən 10,01 manat artıq ödənilmiş dövlət rüsumu iddiaçıya, cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən 6,77 manat artıq ödənilmiş dövlət rüsumu Cavabdeh1 qaytarılmalıdır. Nəticəvi hissə Mülki-Prosessual Məcəllənin 365, 382, 384.0, 384.0.2, 385.1, 385.1.1, 386, 387.1, 392, 393, 402.1, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Babək Rayon Məhkəməsinin e-2(0 79)-441/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 BPM**********94 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 2499,97 (iki min dörd yüz doxsan doqquz manat doxsan yeddi qəpik) manat əsas, 54,45 (əlli dörd manat qırx beş qəpik) manat faiz borcu olmaqla, cəmi 2554,42 (iki min beş yüz əlli dörd manat qırx iki qəpik) manat, BPM**********47 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 3891,25 (üç min səkkiz yüz doxsan bir manat iyirmi beş qəpik) manat əsas borc olmaqla, ümumilikdə 6445.67 (altı min dörd yüz qırx beş manat altmış yeddi qəpik) manat borc tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 84,4 6 (səksən dörd manat qırx altı qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat bank xidmət haqqı, apellyasiya şikayətinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 42,23 (qırx iki manat iyirmi üç qəpik) dövlət rüsumu cavabdehlərdən tutularaq "xxxx" ASC-nin xeyrinə verilsin, apellyasiya şikayətinin verilməsinə görə Cavabdeh1 tərəfindən ödənilmiş 42,23 (qırx iki manat iyirmi üç qəpik) manat dövlət rüsumu onun özünə aid edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 98 nömrəli, 2002-ci il 24 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları”na əsasən iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 20,01 (iyirmi manat bir qəpik) manat və apellyasiya şikayəti verilərkən 10,01 (on manat biq qəpik) manat artıq ödəni lmiş dövlət rüsumu iddiaçıya, cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən 6,77 (altı manat yetmiş yeddi qəpik) manat artıq ödənilmiş dövlət rüsumu Cavabdeh1 qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.