Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-41/2023 06.03.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin sədri Məmmədov Qabil Neymət oğluna etdiyi etirazına açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 17 yanvar 2023-cü ildə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək cavabdehin cinayət əməli nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq 15.750 (on beş min yeddi yüz əlli) manat pul vəsaitinin və iddian ın verilməsi üçün ödənilmiş 137 manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh 07 fevral 2023-cü ildə etiraz ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək işə baxan hakim Məmmədov Qabil Neymət oğluna etiraz etdiyini bildirmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu onun cinayət işinə sədrlik etmişdir. Həmin vaxt çox qərəzli şəkildə və əsassız olaraq onu məhkum etmişdir. İndi isə Qabil Məmmədovun onun mülki prosesinə baxmağına etirazı var. Məhkəmə etirazın dəlillərini iş materialları ilə əlaqəli olaraq yoxlayıb belə hesab edir ki, hakimə etiraz təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsi hakim tərəfindən işə baxılmasına yol verilməməsi və hakimə etiraz etmək üçün əsaslar müəyyən etməklə mülki işlər üzrə obyektiv, qanuni və əsaslı məhkəmə qərarlarının çıxarılması təminatı kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 7-ci bəndinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələ r qərəzsizliyin təmin olunmasına nail olmalıdırlar. Qərəzsizliyinə şübhə olan hər bir hakim işə baxan məhkəmə tərkibindən çıxarılmalıdır. Kollegiya qeyd edir ki, hakimin obyektivliyi onun öz vəzifələrini lazımi qaydada icra etməsinin zəruri şərti sayılır. O, təkcə çıxarılan qərarın məzmununda deyil, həm də onun çıxarılmasını müşayiət edən bütün prosessual hərəkətlərdə təzahür edir. Mülki iş üzrə materiallardan aydın olur ki, hakimin obyektivliyi və qərəzsizliyi iddiaçıda şübhə yaratdığından o, iş üzrə sədrlik edən hakimə etiraz etmişdir. Kollegiya iş materiallarına əsaslanaraq mülki işin müvafiq hakimin sədrliyi ilə baxılmasının məqsədəmüvafiq olmadığı qənaətinə gəlir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(078)-01/2022 nömrəli hökmünün surətindən də məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə hakim Məmmədov Qabil Nemət oğlunun sədrliyi ilə baxılmışdır. Belə ki, hazırki mülki işin Naxçıvan Şəhər Məhkəməsində hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi ilə baxılması, gələcəkdə həmin işə obyektiv və qərəzsiz nəticə verilməsinin şübhə altına alınmasına gətirib çıxara bilər ki, bu hal yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarında da qeyd edildiyi kimi “Məhkəmələr nəzərə almalıdırlar ki, mülki, kommersiya, inzibati və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı et iraz olunması və yaxud hakimin özü-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır.”. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin sədri Məmmədov Qabil Neymət oğluna etdiyi etiraz təmin edilməli, mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23.2-ci maddəsinə uyğun olaraq başqa hakimin sədrliyi ilə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21-23-cü maddələrini rəhbər tutub kollegiya q ə r a r v e r d i: İddiaçı Cavabd eh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin sədri Məmmədov Qabil Neymət oğluna etdiyi etiraz təmin edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş başqa hakimin sədrliyi ilə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-41/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-41/2023
06.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver