Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-43/2024 22.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X2 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Ordubad Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(080)-250/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Ordubad Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(080)-250/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilərək Ordubad Rayon Məhkəməsinin 2(080)-2/2021 nömrəli, 15 yanvar 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 08 iyul 2011-ci il təvəllüdlü X6, 29 iyun 2012-ci il təvəllüdlü X10, 01 may 2014-cü il təvəllüdlü X7, 23 iyul 2017-ci il təvəllüdlü X12 və 21 noyabr 2019-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 110 manat, cəm olaraq 550 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması və Cavabdeh 86 manatın alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı 09 oktyabr 2023-cü il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Ordubad rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli, 2(080)-2/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 08 iyul 2011-ci il təvəllüdlü X14, 29 iyun 2012-ci il təvəllüdlü X16, 01 may 2014-cü il təvəllüdlü X15, 23 iyul 2017-ci il təvəllüdlü X18 və 21 noyabr 2019-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 600 (altı yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(080)-250/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh 30 dekabr 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Ordubad Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(080)-250/2023 nömrəli qətnaməsini ləğv edərək, 08 iyul 2011-ci il təvəllüdlü X14, 29 iyun 2012-ci il təvəllüdlü X16, 01 may 2014-cü il təvəllüdlü X15, 23 iyul 2017-ci il təvəllüdlü X18 və 21 noyabr 2019-cu il təvəllüdlü X17 üçün alimentin məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İş üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandıraraq qətnamə ilə razılaşmır ona görə ki, 08 iyul 2011-ci il təvəllüdlü X14, 29 iyun 2012-ci il təvəllüdlü X16, 01 may 2014-cü il təvəllüdlü X15, 23 iyul 2017-ci il təvəllüdlü X18 və 21 noyabr 2019-cu il təvəllüdlü X13 bir uşaq üçün 110 manat, cəm olaraq 550 manat sabit pul məbləğində alimentin təyin olunması onun üçün uyğun deyil. Çünki çobanlıqla məşğuldur və sabit pul məbləğində aylıq qazancı yoxdur. Çalışdığıca 5 övladının qayğısına qalmağa və ehtiyaclarını ödəməyə səy göstərir. Onun bu davranışlarının əksinə olaraq iddiaçı övladlarına yaxşı baxdığını bildirsə də, əslində o himayəsinə verilmiş övladlarına ümumiyyətlə baxmır. X3 anadangəlmə əlildir və əlil uşağın ayağını qandallayıb onu həmin çətin vəziyyətdə qoyub tezdən çıxıb axşam evə gəlir. Bu halları təsdiq edən sübutları apellyasiya şikayətinə əlavə edir. Məhkəmə zamanı flaşkartı təqdim edəcək. Qeyd edir ki, keçmiş həyat yoldaşı ondan ayrıldıqdan sonra başqa şəxslə qeyrirəsmi olaraq yaşayır. Himayəsində olan uşaqlarına heç bir ana qayğısı göstərmir. Uşaqlarının yaşayış yeri çox pis vəziyyətdədir. O, fəsillərə uyğun olaraq çoban işləyir. Qazandığı gəl iri övladlarının maddi tələbatlarını qarşılmaq üçün xərcləyir. İddiaçı isə övladlarına qayğı göstərmək, onlara dəstək olmaq əvəzinə uşaqları üçün verdiyi alimenti başqa şəxslərə xərcləyir. Bildirir ki, birinci instansiya məhkəməsi onun iştirakı olmadan keçirilmişdir. Məhkəmə ilə bağlı ona heç bir məlumat verilməmiş, heç bir araşdırma aparılmadan məhkəmə nəticəyə gəlmişdir. Məhkəmə çəkişmə prinsipinə riayət etmədən qətnamə qəbul etmişdir. Bu səbəbdən də hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanunsuzdur. Qeyd edir ki, o, övladlarının belə bir ananın yanında qalmalarını istəmir. Övladlarının anadan alınaraq onun himayəsinə verilmələri barədə mediasiyaya müraciət edib. Məhkəmənin göstərmiş olduğu mövqe ilə həmin bu qətnaməni qəbul etməsi qanunsuz və əsassızdır. Lakin məhkəmə heç bir hüquqi əsası olmayan iddiaçının mənafeyini qorumaq xarakteri daşıyan qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə yuxarıda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmə aparmadan qətnamə qəbul etmişdir. Beləliklə də, Ordubad Rayon Məhkəməsi işə baxarkən bir sıra qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. İddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 49.3, 52, 56.1, 58.1, 58.2, 58.3, 58.4, 60.2, 60.3, 61.1, 61.2, 78.2, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanunun 19, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1 və 88-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə istinad edərək göstərilənlərin nəz ərə alınmaqla Ordubad Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(080)-250/2023 nömrəli qətnaməsini ləğv edərək, 08 iyul 2011-ci il təvəllüdlü X14, 29 iyun 2012-ci il təvəllüdlü X16, 01 may 2014-cü il təvəllüdlü X15, 23 iyul 2017-ci il təvəllüdlü X18 və 21 noyabr 2019-cu il təvəllüdlü X17 üçün alimentin məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında onun çobançılıqla məşğul olduğunu, buna görə hər ay 350 manat qazanc əldə etdiyini, başqa yerdən gəliri və sabit pul məbləğində aylıq qazancının olmadığını, çalışdığı qədər 5 övladının qayğısına qalmağa və ehtiyaclarını ödəməyə səy göstərdiyini, ancaq əldə etdiyi qazancla Ordubad Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(080)-250/2023 nömrəli qətnaməsi ilə hər uşaq üçün müəyyən edilmiş ümumilikdə 550 manat aliment pulunu ödəməyə maddi imkanının çatmadığını, iddiaçının isə uşaqların saxlanılması üçün ona ödədiyi aliment pulunu başqa şəxslərə xərclədiyini, uşaqların qayğısına qalmadığını, evin qapısını uşaqların üzünə bağlayaraq evdən tezdən çıxıb axşam qayıtdığını, onun övladları ilə görüşməyinə imkan vermədiyini, övladı Xəyalın sağlamlıq imkanı məhdud olmaqla xəstəlikdən əziyyət çəkdiyini, iddiaçının isə uşağa lazımi ana qayğısını göstərməyərək onu zəncirlədiyini, bir valideyn kimi övladlarının qayğısına qalaraq onların maddi təlabatlarını qarşılamalı olduğunu başa düşdüyünü, övladlarının saxlanılması üçün ümumilikdə 300 manat aliment ödəyə biləcəyini, bundan artıq aliment ödəməyə isə sadəcə olaraq maddi imkanının ça tmadığını, əmək haqqını gec aldığı zamanlarda aliment pulunu 1-2 gün gecikdirməli olduğunu, ancaq həmişə ödədiyini, uşaqların əvvəldən iddiaçının yanında yaşadıqlarını, onun hazırda ata-anası ilə birlikdə yaşadığını, anasının pensiyaçı olduğunu, lakin nə qədər pensiya aldığını bilmədiyini, atasının isə dəmir yolunda işlədiyini, Ordubad Rayon Məhkəməsinin əvvəlki qətnaməsi ilə müəyyən olunmuş 250 manat aliment pulunu vaxtlı-vaxtında ödədiyini, hər ay üçün 550 manat aliment ödəməyə imkanının çatmadığını, bu səbəbdən məhkəmənin qətnaməsinə etiraz etdiyini, aliment məbləği azaldılaraq 300 manat olarsa, ödəyə biləcəyini, bir valideyn kimi hər ay 110 manata bir uşağı saxlamağın mümkünsüz olduğunu başa düşdüyünü, ancaq əldə etdiyi qazancın qət olunmuş alimenti ödəməyə kifayət etmədiyini bildirərə k, apellyasiya şikayətinin təmin edilməsi və Ordubad Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(080)-250/2023 nömrəli qətnaməsini ləğv edərək, 08 iyul 2011-ci il təvəllüdlü X6, 29 iyun 2012-ci il təvəllüdlü X10, 01 may 2014-cü il təvəllüdlü X7, 23 iyul 2017-ci il təvəllüdlü X12 və 21 noyabr 2019-cu il təvəllüdlü X1 üçün alimentin məbləğinin azaldılaraq uşaqların hər birinə 60 manat olmaqla ümumilikdə 300 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında hazırki vəziyyətdə uşaqların onun himayəsində yaşadıqlarını, uşaqların qayğılarını özünün çəkdiyi kimi onların bütün təlabatlarını da özünün qarşıladığını, cavabdehin aliment pulunu vaxtlıvaxtında ödəmədiyini, onun müvafiq orqanlara şikayət e tməsindən sonra cavabdehi tapıb alimenti ona ödətdirdiklərini, övladı Xəyalın balaca olanda cavabdeh onu vurduğundan uşağın sağlamlığının pozulduğunu və onda xəstəlik yarandığını, hazırda da sağlamlıq imkanının məhdud olduğunu, Xəyalın sağalması üçün apardıqları bütün müalicələrin heç bir nəticəsinin olmadığını, onun hazırda heç bir yerdə işləmədiyini, uşaqları isə böyüdüklərindən onların təlabatlarını qaşılamaqda çətinlik çəkdiyini, alimentin azaldılmasını istəmədiyini, uşaqların hamısının onunla birlikdə qaldıqlarını, hazırda Ordubad şəhərində 50 manat ödəməklə kirayə mənzildə yaşasalar da mənzilin lazımi şəraitinin mövcud olmadığını, övladları Coşqun və Hüseynin hazırda Ordubad İnternat məktəbində təhsil aldıqlarını, övladı Xəyalın xəstə olmasına görə hər ay dövlət tərəfindən ona 300 ma nat müavinət verildiyini, xəstəliyinə görə Xəyalın evdə durmadığını, nəzarətsiz qalan kimi küçəyə çıxıb özünü maşınların altına atdığını, bəzi zamanlar məcbur qalaraq onu zincirlədiyini, ancaq onun evdə olmadığı zamanlarda Xəyalın qızının yanında qaldığını, Xəyalın xəstəliyi ilə bağlı aidiyyəti orqanlara məlumat verdiyini, müalicəsi üçün köməklik göstəriləcəyini ona bildirdiklərini qeyd edərək apellyasiya şikayətinin təmin olunmaması və Ordubad Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(080)250/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Orduba d Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli, 2(080)-2/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 08 iyul 2011-ci il təvəllüdlü X14, 29 iyun 2012ci il təvəllüdlü X16, 01 may 2014-cü il təvəllüdlü X15, 23 iyul 2017-ci il təvəllüdlü X18 və 21 noyabr 2019-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 600 (altı yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və Ordubad Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 may 2021-ci il tarixli, AZ-İ seryalı, 400707 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surəti, həmçinin işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında b ağlanmış nikah Ordubad Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli, 2(080)-2/2021 nömrəli qətnaməsi ilə pozulmuş və tərəflərin birgə nikahdan 08 iyul 2011-ci ildə doğulmuş X14, 29 iyun 2012-ci ildə doğulmuş X16, 01 may 2014-cü ildə doğulmuş X15, 23 iyul 2017-ci ildə doğulmuş X18 və 21 noyabr 2019-cu ildə doğulmuş X17 anaları İddiaçı yanında saxlanılmaqla Cavabdeh bir uşaq üçün 50 manat olmaqla hər ay 250 manat sabit pul məbləğində alimentin alınıb X8 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla m ühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, ya xud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlan ması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun valideynlərin hüquq və vəzifələrini müəyyən edən 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü madd əsinin mənasına görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi çobanlıq etməsi və sabit pul məbləğində aylıq qazancının olmaması, iddiaçının isə övladlarına qayğı göstərmək, onlara dəstək olmaq əvəzinə uşaqları üçün verdiyi ali menti başqa şəxslərə xərcləməsi, birinci instansiya məhkəməsinin onun iştirakı olmadan keçirilməsi, məhkəmə ilə bağlı ona heç bir məlumat verilməməsi, heç bir araşdırma aparılmadan məhkəmənin nəticəyə gəlməsi, məhkəmənin çəkişmə prinsipinə riayət etmədən qətnamə qəbul etməsi, məhkəmənin gəldiyi nəticənin qanunsuz olması, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırması, 08 iyul 2011-ci il təvəllüdlü X6, 29 iyun 2012-ci il təvəllüdlü X10, 01 may 2014-cü il təvəllüdlü X7, 23 iyul 2017-ci il təvəllüdlü X12 və 21 noyabr 2019-cu il təvəllüdlü X1 üçün alimentin məbləğinin azaldılması ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, aliment ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir y erdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü yarımbəndində müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birg ə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu dedikdə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma nəzərdə tutulur. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Beləliklə uşaqlar üçün yaşayış minimumu uşaqların sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərini ödəyir. Hazırkı işdə uşaqların minimum dolanacaq xərclərindən əlavə hər hansı xərcin cavabdehdən tutulması tələb olunmur. Belə olan halda isə uşaqların zəruri ərzaq, geyim, tibbi preparat, təhsil və tərbiyəsi üçün çəkilməli olan xərclər və başqa xərcləri də uşaqların himayəsinə verildiyi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin t ələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Kollegiya tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alaraq belə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin miqdarının müəyyən edilməsi hissəsinə dair gəldiyi nəticə əsaslı və qanunidir. Kollegiya Cavabdeh aylıq qazancının olmaması, birinci instansiya məhkəməsinin onun iştirakı olmadan keçirilməsi, məhkəmə ilə bağlı ona heç bir məlumat verilməməsi, heç bir araşdırma aparılmadan məhkəmənin nəticəyə gəlməsi, məhkəmənin çəkişmə prinsipinə riayət etmədən qətnamə qəbul etməsi, məhkəmənin gəldiyi nəticənin qanunsuz olması ilə əlaqədar cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərini əsassı z hesab edir. Belə ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi aylıq qazancının olmamasına dair dəlilinə münasibətdə kollegiya qeyd edir ki, işin araşdırılmış hallarından da göründüyü kimi cavabdeh yaşadığı kənddə çoban kimi fəaliyyət göstərməklə aylıq qazancı var və apellyasiya şikayətində cavabdeh qazandığı gəliri övladlarının maddi tələbatını qarşılamaq üçün ödədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin onun iştirakı olmadan işə baxmasına münasibətdə isə kollegiya qeyd edir ki, məhkəmə tərəfindən işə baxılmanın vaxtı və yeri barədə cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada məhkəmə bildirişinin göndərilməsi təmin olunmuş, cavabdeh məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya iddiaçının övladlarına qayğı göstərmək, onlara dəstək olmaq əvəzinə uşaqları üçün verdiyi alimenti başqa şəxslərə xərcləməsinə dair cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilinə münasibətdə qeyd edir ki, göstərilən halların mövcud olması ilə əlaqədar cavabdeh hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və a pellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək qət olunmuş alimentin məbləğinin azaldılması üçün əsas ola bilməz. Kollegiya Cavabdeh alimentin miqdarının azaldılaraq hər uşağa 60 manat sabit pul məbləğində alimentin müəyyən olunmasına dair kollegiyadakı izahatına və apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, onun izahatında göstərdikləri və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392 və 402-ci mаddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Ordubad Rayon Məhkəməsinin 06 dekab r 2023-cü il tarixli, 2(080)-250/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(108)-43/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-43/2024
22.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver