Məhkəmə qərarları › İş №2(108)-51/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-51/2023

05.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-51/2023 05.05.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli e-2(078)-472/2022 nömrəli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsin in 02 avqust 2019-cu il tarixli, 2(078)-542/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmaqla 07 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin və uşağın əlavə xərcləri kimi 200 (iki yüz) manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli e-2(078)-472/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən: G.X.Səfərəliyeva) iddia qismən təmin olunaraq Naxçıvan Şəhər Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(078)-542/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat miqdarın da aliment tutularaq 07 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin həmin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, e-2(078)-472/2022 saylı qərardadı ilə məhkəmənin 03 avqust 2022-ci il tarixli, e2(078)-472/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş vəsatət təmin edilərək qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış müddət ona münasibətdə bərpa olunmuş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətində Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, e-2(078)-472/2022 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi iddianın rədd edilməsi hissəsində qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və iddia tam təmin edilməlidir. İddiaçının vəkili və nümayəndəsi hesab edir ki, məhkəmə araşdırması zamanı iddianın dəlilləri məhkəməyə təqdim edilmiş sübutlarla, habelə cavabdehin gəliri barədə etirafı ilə tam sübuta yetmiş, lakin birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci, 75.1.-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci, 217.1-ci, 217.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə və “İnsan Hüquqları Haqqında” Ümumi Bəyannamənin 8-ci maddəsinə toxunaraq iddiaçının ailə və madd i vəziyyətində dəyişiklik olmasını əsaslandırdığını və cavabdehin gəlirinin iddianı təmin etmək üçün yetərli olmasını sübuta yetirdiyini, məhkəmə tərəfindən bu halların nəzərə alınmadığını, mübahisələndirilən hissədə qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığını, cavabdehin uşağı saxlamaq vəzifəsini, məhkəmənin iddiaçının sübutlarını və cavabdehin gəliri barədə etirafını nəzərə almadığını, uşağın əlavə xərclərini qarşılamaq üçün cavabdehdən hər ay 200 manat tutularaq ona ödənilməli olduğunu, birinci instansiya məhkəməsinin qanunsuz qətnamə qəbul etdiyini nəzərə alaraq e-2(078)-472/2022 saylı mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə onlara qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişlər. İddiaçı 02 may 2023-cü il tarixdə teleqramla kollegiyaya müraciət edərək təyin edilmiş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə 25 aprel 2023-cü il və 04 may 2023-cü il tarixlərdə “Elektron məhkəmə” sistemi vasitəsilə kollegiyaya eyni məzmunlu ərizə ünvanlayaraq məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini, heç bir əlavəsinin olmadığını, işə onun iştirakı olmadan baxılıb apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı və və onun vəkili və nümayəndəsi Nümayəndə iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında apellyasiya şikayətini qəbul etmədiyini, övladı ilə kifayət qədər maraqlandığını, iddiaçının uşağının əyninə-başına yaxşı baxmadığını, uşağının hər cür təminatına köməklik etdiyini, özünün də ailə saxladığını, yoldaşının hamilə olduğunu və çətin hamiləlik keçirdiyini, gücünün çatdığı qəd ər həmişə alimenti ödəyəcəyini, ona əvvəldən 130 manat aliment kəsilən vaxtda belə 154 manat ödədiyini, alimenti heç vaxt gecikdirmədiyini, heç vaxt alimentlə bağlı məhkəməyə müraciət etmədiyini, yoldaşının Ədliyyə Nazirliyində işlədiyini, ***-**** manat maaş aldığını, iddiaçının uşağı ilə yaxşı maraqlanmadığını, bayram günləri uşağı ortalığa atıb Bakıya gəzməyə getdiyini, özünün daimi iş yerinin olmadığını, buna baxmayaraq uşağının təhsilinə və geyiminə alimentdən əlavə xərclərdən yayınmadığını, hər həftənin şənbə günləri uşaqla vaxt keçirdiyini, hər il uşaqlar üçün təyin edilmiş yaşayış minimumu məbləğində aliment ödəməyə hazır olduğunu bildirib Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, e-2(078)-472/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakıları qeyd edir. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-lV № 634903 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 07 oktyabr 2015-ci il tarixdə doğulmuş X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan də rəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınma sını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəlləsinin 75.3-cü maddəsinə əsasən valideynlər bu məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəll əsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sab it pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, qanunvericiliyin normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. “Uşa q hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Kollegiya İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərdiyi iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olmasını əsaslandırması və cavabdehin gəlirinin iddianı təmin etmək üçün yetərli olmasının sübuta yetirilməsi, məhkəmə tərəfindən bu halların nəzərə alınmaması, mübahisələndirilən hissədə qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaması, cavabdehin uşağı saxlamaq vəzifəsinin olması, məhkəmənin iddiaçının sübutlarını və cavabdehin gəliri barədə etirafını nəzərə almaması dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, birinci istansiya məhkəməsi tərəfindən iş hərtərəfli araşdırılaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir və apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənaf elərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 193 (bir yüz doxsan üç) manat məbləğində aliment cavabdehin maddi vəziyyəti nəzərə alınaraq 2022-ci il üçün qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğinin hədləri daxilində təyin edilməklə uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına yönəlmişdir. Bir uşaq üçün yaşayış minimumunun 2022-ci il üçün 193 manat müəyyənləşdirildiyi bir halda uşağın marağını nəzərə almaqla birinci instansiya məhkəməsi göstərilən minimum dolanacaq xərclərinə yaxın aliment müəyyən etməklə düzgün və ədalətli nəticəyə gəlmişdir. Kollegiya iddiaçının vəkili və nümayəndəsinin uşağa əlavə xərclərin ödənilməsi ilə əlaqədar 200 manat məbləğində pulun alınmasına dair tələbinin rədd edilməsi və qeyd olunan məbləğin qət edilməklə apellyasiya şikayətinin təmin edilməli olmasına dair apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, işin araşdırılmış hallarından da göründüyü kimi hazırki işdə valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakını müəyyən edən Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilən hallar və əsaslar yoxdur, eyni zamanda istər iddiaçı, istərsə də onun vəkili və nümayəndəsi əlavə xərclərin nədən ibarət olmasını izah edə bilməmiş və bununla əlaqədar real olaraq əlavə xərclərə dair hər hansı sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Kollegiya iddianın bu hissədə təmin edilməməsinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə raz ılaşmaqla qeyd edir ki, apellyasiya şikayətinin dəlillərinin təmin edilməklə məhkəmənin qətnaməsinin ləğv edilməsi üçün işdə əsaslar mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolan acaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağ ın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfində n verilmiş apellyasiya şikayəti təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, e-2(078)-472/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianin qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə uyğun olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna olunduğundan həmin qətnamədən də kassasiya şikayəti verilə bilməz. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 38 2, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli e-2(078)-472/2022 nömrəli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli e-2(078)-472/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar