Məhkəmə qərarları › İş №2(108)-51/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-51/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-51/2024 12.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə məhkəmələr arasında yaranmış ərazi aidiyyətinə görə fikir ayrılığının həll olunması məsələsinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: "xxxx" ASC Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 18 yanvar 2022-ci il tarixli, İK1009264 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 5824.55 manat əsas borc, 491.46 manat faiz borcu olmaqla, üm umilikdə 6316.01 manat kredit borcunun və ödənilmiş 83.16 manat dövlət rüsumunun tutularaq “Naxçıvan Bank’’ ASC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, e-2(078)-1536/2023 nömrəli qərardadı ilə “Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatda Cavabdeh qeydiyyat yerinin Kəngərli rayonu, Qarabağlar kəndi göstərildiyindən mülki iş aidiyyəti üzrə baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Kəngərli Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(111)-61/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin Mülki k ollegiyasına göndərilmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İşin kollegiyada araşdırılmış halları, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş şəxsi məlumat və Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 09 fevral 2024cü il tarixli, 157 nömrəli arayışı ilə müəyyən edilmişdir ki, Əlixanlı X4 Muxtar Respublikası, Naxçıvan şəhəri, Əcəmi Naxçıvani məhəllə si, döngə 6, ev 11 ünvanında qeydiyyatdadır. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. İşin yuxarıda şərh olunmuş hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddiaya ərazi aidiyyəti üzrə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində, yəni Naxçıvan Şəhər Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası işin hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir k i, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 45.4, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar