Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-55/2024 22.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X2 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(089)-254/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə mümkünlük iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Tarverdi qızı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək, Culfa Rayon Məhkəməsinin 2(089)-120/2018 nömrəli, 27 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, C avabdeh 15 noyabr 2008-ci il tarixdə doğulmuş X4 və 08 dekabr 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 220 manat olmaqla, hər ay 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(089)-254/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Culfa Rayon Məhkəməsinin 2(089)120/2018 nömrəli, 27 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməsi, 15 noyabr 2008-ci il tarixdə doğulmuş X4 və 08 dekabr 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşaq üçün 120 manat olmaqla, hər ay 240 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi, iddianın qalan hi ssədə təmin edilməməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 30 manat alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh 16 yanvar 2024-cü il tarixli apellyasiya şikayəti və müddətin bərpa olunması barədə vəsatətlə Culfa Rayon Məhkəməsinə müraciət edərək Culfa Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(089)-254/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmiş, Culfa Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(089)-254/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(089)-254/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə Cavabdeh vəsatətinin təmin edilməsi, Culfa Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(089)-254/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün Cavabdeh tərəfindən buraxılmış müddət bərpa olunması, Culfa Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(089)-254/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi qərara alınmışdır. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiya tərəfindən apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində mübahisəndirilən qətnamənin tarixi 26 sentyabr 2023-cü il olduğu halda, cavabdehin şikayətinin yekun hissəsində Culfa Rayon məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2(089)-254/2023 nömrəli qətnaməsi ləğv olunması, alimentin onun əmək haqqına görə təyin olunması və əlavə gəlirinin olmaması nəzərə alınmaqla şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdiyi aydın olmuşdur. Məhkəmə kollegiyası mübahisəndirilən qətnamənin tarixi ilə bağlı məsələni həll etmək məqsədilə 22 fevral 2024-cü il tarixə iclas təyin etmiş, mümkünlük iclasında iştirak edən Cavabdeh 22 fevral 2024-cü il tarixli ərizə ilə kollegiyaya müraciət edərək, Culfa Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(089)-254/2023 nömrəli qətnaməsindən verdiyi ape llyasiya şikayətindən imtina etdiyini bildirib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar Cavabdeh ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəхsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəхs ap ellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd edilənlərə əsasən Cavabdeh apellyasiya şikayətindən imtinası qanuni və əsaslı olduğundan qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 114.1.4-cü maddəsinə uyğun olaraq, iş üzrə icraata xitam verildiyindən Cavabdeh tərəfindən X7 vasitəsilə 06 noyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 15,00 (on beş) manat dövlət rüsumu cavabdehə geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır İddi açı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(089)-254/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən Cavabdeh imtinası qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata хitam verilsin. Cavabdeh tərəfindən X7 vasitəsilə 06 noyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 15,00 (on beş) manat dövlət rüsumu cavabdehə geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-55/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-55/2024
22.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver