Məhkəmə qərarları › İş №2(108)-56/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-56/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-56/2025 26.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 8 yanvar 2025-ci il tarixli, 2(078)-89/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC-i tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 8869.78 manat əsas, 159.39 manat faiz bo rcu olmaqla cəmi 9029.17 manat borcun və ödənilmiş 110.3 manat dövlət rüsumunun və 0.4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.Səfərəliyeva) 8 yanvar 2025-ci il tarixli, 2(078)-89/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 25 dekabr 2019-cu il tarixli, BPM**********40 kredit müqaviləsinə 1310.42 (bir min üç yüz on manat qırx iki qəpik) manat məbləğində gecikdirilmiş kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddiaçı xx.xx.2024-cü il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** qəbz nömrəsi ilə ödənilmiş 110.70 (bir yüz on manat yetmiş qəpik) manat dövlət rüsumunun 33.1 (otuz üç manat on qəpik) manatı Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı "xxxx" ASC apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişdir. İddiaçı "xxxx" ASC apellyasiya şikayətində "xxxx" ASC ilə Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixli BPM**********40 nömrəli kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən Maraqlı şəxs illik 21 %-lə, 48 ay müddətinə 11500 manat məbləğində kredit verildiyini, tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə borcalanın bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli olduğunun müəyyən edildiyini, əldə olunan məlumata əsasən, Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə vəfat e tdiyini, Notariat ofisi tərəfindən verilmiş məktubdan Maraqlı şəxs mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etdiyi və cavabdehə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin müəyyən edildiyini, təqdim edilmiş maliyyə arayışına əsasən, Maraqlı şəxs xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 8869.78 manat əsas, 159.39 manat faiz borcu olmaqla, cəmi 9029.17 manat borcu qaldığını, cavabdehin mərhum Maraqlı şəxs qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etmədiyini, mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/230143/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehin öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirmədiyini, iddiaçı "xxxx" ASC tərəfindən ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən pulun tutulması barədə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət olunduğunu, Maraqlı şəxs mirası qəbul etmiş vərəsəsi Cavabdeh müəyyən edildiyini, məhkəmə vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına baxmayaraq iddiaçının tələbini qismən təmin etdiyini, miras qoyanın borclarının mirasdan çox olduğunu cavabdeh sübut etməli olsa da məhkəməyə heç bir sübut təqdim etmədiyini, bunun isə mülki və mülkiprosessual qanunvericiliyin kobud pozulması olduğunu, eyni zamanda məhkəmənin Mülki Məcəlləsinin 1307-ci maddəsini nəzərə almadığını, MM-in 1307-ci maddəsinin tələbinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsənin miras qoyan ın borclarının mirasdan çox olduğunu sübut etməli olduğunu, göründüyü kimi Cavabdeh Naxçıvan şəhər 3 saylı notariat ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etdiyini və həmin ərizə əsasında vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini, bununla da Cavabdeh mirası qəbul etdiyini, lakin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınmasının demək olmadığını, ona görə də vərəsənin vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıdığını, Cavabdeh tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etmədiyini, 1-ci instansiya məhkəməsinin öz mülahizəsinə əsasən iddianı qismən təmin etdiyini, qətnamənin əsassız olduğunu he sab etdiklərini, belə ki, məhkəmənin tərəfindən miras qoyanın borcunun mirasdan çox olmasını araşdırmadan və sübut olmadan mülki iş üzrə qətnamə qəbul etdiyini, yuxarıda qeyd edilən hüquq normalarından da vərəsələrin miras qoyanın borclarını kreditor qarşısında miras aktivi həddində ödəməyə borclu olduqlarının göründüyünü, həmçinin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsinin vərəsələrin üzərinə qoyulduğunu, nəticədə, iddia ərizəsində göstərilən borc tələbinin cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməli olduğunu, lakin, Naxçıvan Şəhər Məhkəməsinin qeyd edilən halları nəzərə almadan, xx.xx.2025-ci il tarixli, e-2(078)-89/2025 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin edərək, qanunsuz yekun məhkəmə qərarı qəbul etdiyini, qətnamənin ləğv edilməli i ddia tələbinin tam təmin edilməli olduğunu bildirərək, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(078)89/2025 saylı qətnaməsinin ləğv edilərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 8869.78 manat əsas, 159.39 manat faiz borcu olmaqla, cəmi 9029.17 manat borcun və ödənilmiş 110.3 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1, 558, 1153, 1306, 1153, 1307-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 106.1-ci maddələrinə istinad etmişdir. İş üzrə iddiaçı təşkilat "xxxx" ASC-yə işə baхılmanın vaхtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baхmayaraq məhkəmə iclasına gəlməmiş, lakin i ddiaçının nümayəndəsi Nümayəndə1 2025-ci ilin 10 aprel, 28 aprel, 19 may, 26 may tarixlərində kollegiyanın elektron ünvanına ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasında işlərinin çox olması səbəbindən iştirak edə bilməyəcəklərini, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan kollegiya mülki işə "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarına əlavə olunmuş 25 dekabr 2019-cu il tarixli, BPM**********40 saylı kredit müqaviləsinin surətindən görünür ki, həqiqətən "xxxx" ASC ilə cavabdeh Maraqlı şəxs arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin 1-ci bə ndinə əsasən Bank Borcalana istehlak məqsədilə illik 21% dərəcəsi ilə 48 ay müddətinə 11500 (on bir min beş yüz) manat məbləğində kredit verilməsini, borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 165128 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə ürək damar çatışmazlığı diaqnozu ilə Naxçı van şəhərində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 191 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər 3 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubdan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış və mərhumun vərəsəsi Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak MSK-nın xx.xx.2021-ci il tarixli 07/Q-9 saylı arayışına əsasən orta aylıq əmək haqqının üç misli miqdarında müavinətdən ibarətdir. xx.xx.2024-cü il tarixli, 73/Q-3 nömrəli Azərbaycan Respublikası Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının məktubuna, əsasən, 2021-ci ilin iyun ayında sabiq işçi Maraqlı şəxs verilən müavinətin ödənişinə dair cədvəldə müavinətin məb ləği 1310.42 manat nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Maraqlı şəxs həmin tarixə Banka 25 dekabr 2019-cu il tarixli, BPM**********40 nömrəli kredit müqaviləsinə əsasən 8869.78 manat əsas, 159.39 manat faiz borcu olmaqla, cəmi 9029.17 manat borcu qalmışdır. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında 1310.42 (bir min üç yüz on manat qırx iki qəpik) manat ona mərhum ərinin son haqq hesabının verildiyini, 4 il bundan qabaq sığorta sənədlərini və ölüm kağızını apararaq 8869.78 (səkkiz min səkkiz yüz altmış doqquz manat yetmiş səkkiz qəpik) manat borcunu sildird iyini, onun yoldaşını Bank kredit verərkən sığorta etdirdiyini, vəfat etdiyi üçün pulun sığorta ilə silinməli olduğunu, kirayədə yaşadığını, kirayə müqaviləsinin olduğunu, həyat yoldaşı öləndə bankdan ona “sənin borcun bağlandı, get, allah rəhmət eləsin” bildirdiklərini, ölüm kağızını alıb surətini çıxardıqlarını və bilmədiyi bir sənədin yazıldığını, banka 1 aydan sonra qeydiyyat üçün özünün getdiyini, dörd ildən sonra məhkəmədən kağızın gəldiyini, tərəfindən banka hər hansı bir ödəniş edilmədiyini, ancaq mərhum həyat yoldaşının 17 ay ödəniş etdiyini, onun ölümündən sonra tərəfindən heç nə ödənmədiyini, ödəməli olduğunun da ona deyilmədiyini, bank hesabının da verilmədiyini, yoxsa ayda 100-100, 50-50 manat ödəyəcəyini, ya da son haqq hesabı alaraq onlara verəcəyini, bankın onun tərəfindən mərhum həyat yoldaşının son haqq hesabını aldığını yeni öyrəndiklərinə görə indi müraciət etdiklərini bildirdi. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar ə sasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. (Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 8869.78 manat əsas, 159.39 manat faiz borcu olmaqla c əmi 9029.17 manat borcun və ödənilmiş 110.3 manat dövlət rüsumunun və 0.4 manat bank xidmət haqqının tutulması barədə qətnamə edilməsinin xahiş etdiyi müəyyən olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh məhrum Maraqlı şəxs qalmış mirasın qəbul edilməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-30143/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 8 yanvar 2025-cü il tarixli, 2(078)-89/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 25 dekabr 2019-cu il tarixli, BPM**********40 kredit müqavi ləsinə 1310.42 (bir min üç yüz on manat qırx iki qəpik) manat məbləğində gecikdirilmiş kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddiaçı xx.xx.2024-cü il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** qəbz nömrəsi ilə ödənilmiş 110.70 (bir yüz on manat yetmiş qəpik) manat dövlət rüsumunun 33.1 (otuz üç manat on qəpik) manatı Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(078)-89/2025 saylı qətnaməsinin ləğv edilərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 8869.78 manat əsas, 159.39 manat faiz borcu olmaqla, cəmi 9029.17 manat borcun və ödənilmiş 110.3 manat dövlət rüsum unun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətində iddiaçı tərəfindən göstərdiyi “məhkəmə vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına baxmayaraq iddiaçının tələbini qismən təmin etdiyini, miras qoyanın borclarının mirasdan çox olduğunu cavabdeh sübut etməli olsa da məhkəməyə heç bir sübut təqdim etmədiyini, bunun isə mülki və mülki-prosessual qanunvericiliyin kobud pozulması olduğunu, eyni zamanda məhkəmənin Mülki Məgəlləsinin 1307-ci maddəsini nəzərə almadığını, MM-in 1307-ci maddəsinin tələbinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməli olduğunu, göründüyü kimi cavabdeh Şükürova X5 şəhər 3 saylı notariat ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini, bununla da Cavabdeh mirası qəbul etdiyini, lakin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınmasının demək olmadığını, ona görə də vərəsənin vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıdığını, Cavabdeh tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etmədiyini, 1-ci instansiya məhkəməsinin öz mülahizəsinə əsasən iddianı qismən təmin etdiyini, qətnamənin əsassız olduğunu hesab etdiklərini, belə ki, məhkəmənin miras qoyanın borcunun mirasdan çox olmasını ar aşdırmadan və sübut olmadan mülki iş üzrə qətnamə qəbul etdiyini, yuxarıda qeyd edilən hüquq normalarından da vərəsələrin miras qoyanın borclarını kreditor qarşısında miras aktivi həddində ödəməyə borclu olduqlarının göründüyünü, həmçinin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsinin vərəsələrin üzərinə qoyulduğunu, nəticədə, iddia ərizəsində göstərilən borc tələbinin cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməli olduğunu” dəlillərinə münasibətdə aşağıdarıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mü lkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməs i (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. İş üzrə təqdim edilmiş materiallardan aydın olur ki, "xxxx" ASC ilə Maraqlı şəxs arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilərək Maraqlı şəxs 25 dekabr 2019-cu il tarixli, BPM**********40 saylı kredit müqaviləsi üzrə 11500 manat məbləğində kredit verilmişdir. Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə ürək damar çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə ölüm akt qeydləri kitabında 191 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər 3 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubdan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, xx.xx.2021-ci il tarixdə vərəsəlik işi rəsmiləşdirilərək Maraqlı şəxs vərəsəsi Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veril mişdir və o, xx.xx.2021-ci il tarixli, reyestr 2V/64 nömrə ilə qeyd alınmış “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Naxçıvan MR X6 işləmiş Maraqlı şəxs miras qalmış orta əmək haqqının üç misli miqdarında miras əmlakdan pay almışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişd ir ki, müqavilə üzrə borclu şəxs Maraqlı şəxs vəfat etdiyindən, Maraqlı şəxs miras qalmış pay onun vərəsəsi Cavabdeh tərəfindən qəbul edildiyindən, hazırkı iş üzrə qanun üzrə vərəsə Cavabdeh "xxxx" ASC ilə Maraqlı şəxs arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə ona çatan miras payı həcmində cavabdeh olduğundan "xxxx" ASC-nin 25 dekabr 2019-cu il tarixli, BPM**********40 saylı kredit müqaviləsi üzrə yaranmış borcun cavabdeh - hazırkı iş üzrə mirası qəbul etmiş vərəsə Cavabdeh yalnız Maraqlı şəxs ona miras qalmış 1310.42 (min üç yüz on manat qırx iki qəpik) manat məbləğinə dair hissədə ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının verdiyi apellyasiya şikayətindən görünür ki, apellyator dəlil kimi Cavabdeh tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsini n 1307-ci maddəsinin tələbinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməli olduğu halda, bunu etmədiyini, Naxçıvan şəhər 3 saylı notariat ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etdiyini və həmin ərizə əsasında vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini, bununla da Cavabdeh mirası qəbul etdiyini, lakin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınmasının demək olmadığını, ona görə də vərəsənin vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıdığını, Cavabdeh tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etmədiyini qeyd etmişdir. Apellyatorun istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3729/2024 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsinin kassasiya qaydasında ləğv edilməsinin əsası kimi apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 1307-ci maddəsinin tələblərini nəzərə almaması, faktiki olaraq borcun mirasdan çox olduğunu sübut etmək yükünün iddiaçının üzərinə qoyulması, Mülki Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməli olması, bu yöndə heç bir araşdırma aparılmadan, mirasın notarius tərəfindən siyahıya alınıb-alınmaması müəyyən edilmədən cavabdeh sübut etmə y ükündən azad edilmiş, həmin yük iddiaçının üzərinə qoyulması kimi hallar qeyd edilmişdir. Cavabdeh izahatında kirayədə yaşadığını, kirayə müqaviləsinin olduğunu, mərhum həyat yoldaşının 3 aylıq əmək haqqısının 1310 manat olduğunu, son haqq hesabının ona verildiyini, həyat yoldaşı öləndə bankdan ona borcun bağlandığının deyidiyini, dörd ildən sonra məhkəmədən kağız gəldiyini, tərəfindən banka hər hansı bir ödəniş edilmədiyini, ödəməli olduğunun da ona deyilmədiyini, bank hesabının da verilmədiyini, yoxsa 100-100, 50-50 manat ödəyəcəyini, ya da son haqq hesabı alaraq onlara verəcəyini bildirdi. Cavabdeh Şükürova X5 MR Ali Məhkəməsinin Mülki kollegiyasına xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək mərhum həyat yoldaşı Maraqlı şəxs adına daşınmaz və daşınar əmlakın olub-olmaması barədə müvafiq orqanlara müraciət etdiyini, lakin sözügedən sənədlərin ona təqdim edilməyərək məhkəmə qaydasında sorğu verilməli olduğunun bildirildiyini, aidiyyəti qurumlara müvafiq sorğuların verilməsinin məhkəmə tərəfindən təmin edilməsini xahiş etmişdir. Kollegiya tərəfindən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X10 İdarəsinə 28 aprel 2025-ci il tarixli, 2(108)-56/2025 №-li sorğular verilərək mərhum Maraqlı şəxs adına daşınmaz əmlakın və avtonəqliyyat vasitəsinin olub-olmaması barədə məlumatların kollegiya göndərilməsinin təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X10 İdarəsinin xx.x x.2025-ci il tarixli, 3-13-43-14/2-1157/2025 №-li məktubunda kollegiyanın 28 aprel 2025-ci il tarixli, 2(108)-56/2025 №-li məktubu ilə əlaqədar bildirilmişdir ki, Maraqlı şəxs mülkiyyətində hər hansı bir avtonəqliyyat vasitəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X10 İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış sahəsində qeydiyyatda durmur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 19 may 2025-ci il tarixli, 04/726 məktubunda xx.xx.2025-ci il tarixdə Xidmətə daxil olan kollegiyanın xx.xx.2025-ci il tarixli, 2(108)- 56/2025 №-li məktubu ilə əlaqədar bildirilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində Maraqlı şəxs adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. Elektron M əhkəmə İnformasiya Sistemindən xx.xx.2025-ci tarixli çıxarışdan Maraqlı şəxs adına xx.xx.2021-ci ildə qeydə alınmış, Cavabdeh tərəfindən kollegiyaya təqdim olunmuş cavabdeh ilə X3 arasında bağlanmış 2 mart 2022-ci il tarixli, cavabdeh ilə X2 arasında bağlanmış 18 yanvar 2025-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqavilələrdən (kirayə müqaviləsi) Cavabdeh kirayədə yaşaması aydın olur. Kollegiya Azərbaycan Respublikası Mülki Məcəlləsində qeyd edilən istisna halla mirasın notarius tərəfindən siyahıya alınması ilə bağlı bildirir ki, bu həmin Məcəllənin 1254cü maddəsində öz əksini tapsa ictimai həyatda bu normanın aktiv tətbiq edilmədiyi hər kəsə məlumdur. (Bu kimi normalar qanunvericiliyin bir çox sahəsində hüquq tətbiqedicilərin qarşısına çıxır. Buna ən yaxşı misal alimentin indeksasiya olunmasıdır ki, bu Ailə Məcəllənin 110-cu maddəsində həmin Məcəllə qəbul edildiyi vaxtdan öz əksini tapsa da, onun aktiv şəkildə tətbiqi “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 dekabr 2024-cü il 15 № qərarının qəbulundan sonra həyata keçirilir.) İş materiallarından aydın olur ki, iş üzrə cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Naxçıvan Şəhər 3 saylı Notariat Ofisi tərəfindən 26 may 2021-ci ildə verilmişdi. "xxxx" ASC-nin bankın isə dörd il sonra borclunun vərəsəsinə qarşı iddia qaldırması özlüyündə isə miras qoyandan qalmış miras kütləsinin siyahıya alınmasını və ya miras kütləsini dəqiq müəyyənləşdirməsini çətinləşdirməklə yan aşı, gələcəkdə vərəsəni ona qarşı olan iddia üzrə zəruri sübutdan da məhrum etmiş olur ki, kollegiya bunu hüquqdan sui-istifadə kimi qiymətləndirməklə, mülki dövriyyə iştirakçılarının vicdanlılıq prinsipi baxımından düzgün hesab etmir. Bundan başqa kollegiya qeyd edir ki, cavabdehə verilmiş qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamədən, həmçinin Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının 21 may 2021-ci il tarixli, 07/ Q-9 nömrəli arayışından görünür ki, mərhum Maraqlı şəxs miras qalmış əmlak kimi onun ailə üzvlərinə verilən orta aylıq əmək haqqının üç misli miqdarında müavinət qeyd edilmişdi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndindən aydın olur ki, əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin bi rinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsindən aydın olur ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bu qeyd edilənlər onu deməyə imkan verir ki, əslində mərhum Maraqlı şəxs miras qalmış əmlak kimi onun ailə üzvlərinə verilən orta aylıq əmək haqqının üç misli miqdarında müavinət miras kütləsinə daxil deyil. Lakin hazırkı iş üzrə cavabdeh Şükürova X5 Şəhər Məhkəməsi nin 8 yanvar 2025-cü il tarixli, 2(078)-89/2025 nömrəli qətnaməsini mübahisələndirmədiyindən, kollegiya bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni prosessual qanunvericiliyin tələbləri baxımından qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o c ümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2024-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətində istinad etdiyi dəlillər Naxçıvan Şəhər Məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin q arşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul et miş vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 8 yanvar 2025-ci il tarixli, 2(078)-89/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin verdiyi apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1 və 392-cı maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 8 yanvar 2025-ci il tarixli, 2(078)-89/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 8 yanvar 2025-ci il tarixli, 2(078)-89/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar