Məhkəmə qərarları › İş №2(108)-58/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-58/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-58/2023 15.05.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Əlizadə Turac Məhəmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Ordubad Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(080)-9/2023 nömrəli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Ordubad Rayon Məhkəməsinin (sədrlik edən hakim T.Z.Haqverdiyev) 06 fevral 2023-cü il tarixli, 2(080)-9/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh 24004 (iyirmi dörd min dörd) manat məbləğində pul tələbinə dair iddiası rədd edilərək İddiaçı tərəfindən ödənilmiş 163 manat məbləğində dövlət rüsumu özünə aid edilmişdir. İşin halları: İddiaçı və onun vəkili Vəkil1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24004 manat məbləğində pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 163 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ordubad Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(080)-9/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Ordubad Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(080)-9/2023 nömrəli qətnaməsinin ləğv olunub, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddiaçıya məxsus whatsapp yazışmalarında cavabdehin “salam Arzu necəsən ayın axırı göndərəcəm arxayın ol” yazısı cavabdehin ona 24004 manat borcunun olmasının təsdiqini tapmadığını əsas gətirməklə qətnamənin rədd olunması barədə qətnamə qəbul etmişdir. Bildirir ki, iddiaçıya məxsus whatsapp yazışmalarında cavabdehin “salam Arzu necəsən ayın axırı gönd ərəcəm arxayın ol” mesajı tək ondan ibarət deyil, iddiaçı ilə cavabdeh arasında həmişə whatsapp yazışmaları olub, həmin yazışmaların bir qismi olduğu kimi qeyd olunur. “Mən sənin pulunu danmıram; birdən birə veriləsi pul deyil, qardaş hissə-hissə qardaşlarımda bilir demişəm mənə müftə pul veriblər bu adam mən danışdım danışmadım harada olursa olsun sənin pulun çatacaq halal puldur; Arzu qadan alım sən məni başa düş mən işə başlayım görüm, mən ayda sənə nə qədər pul verə bilərəm. Allaha and olsun işləmirəm. Mən bura halal pulları qaytarmaq üçün gəlmişəm, lazım olsa Moskvaya gedəcəm; Mən evimi verməliydim; Mən o dünyanı fikirləşirəm nə cavab verərəm, günahsız insanların pulunu batırmışam, mənim allahım var allahdan qorxuram, heç kimin haqqını yemərəm başqa nə fikirləşirsən fikirləş Arzu, m ən evi birinci Zakir əmiyə dedim dedi sənin mənə evin lazım deyil, Arzu mən sənə mal təklif elədim, sənin ürəyinə pis gəldi yenə qəbul eləmədin. Mən uşaq deyiləm. Sən haram istəmirsən, Allah qorxusu var ürəyində, verdim adam varıydı 6200 manat borcumu sildirdim; salam 9-a qədər vurulacaq vermişəm dostuma vursun işdən çıxıb vuracaq mən çatdıramadım; Salam Arzu ayın axırı inşallah, heç kimə heç nə demə imkan olduğu qədər pulundan arxayın ol, halal puldur bir sizlə əlaqəm var. Kim soruşsa xəbərim yoxdu, faiz verənin allah evini yıxsın düşmüşəm çöllərə; Salam Arzu necəsən ayın axırı göndərəcəm arxayın ol” whatsapp yazışmaları olsa da, məhkəmə həmin yazışmalara münasibət bildirməmişdir. Əlavə olaraq məhkəməyə sübut növü olaraq təqdim etdiyi kitabçaya münasibətdə Cavabdeh, iddiaçı Bayramov Arzud an imza edərək manat götürdüyünü və manat əvəzinə dollar qaytardığını həmin kitabçada imzanın Naibə aid olub-olmamasını cavabdeh mübahisələndirməmişdir. Kitabçada olan borc tələbi ilə whatsapp yazışmaları pul məbləği olaraq bir-birini qarşılayır. Yəni whatsapp yazışmasında Arzu birdən birə ödəniləcək pul olmadığını və digər yazışmada aralarında olan borc ilə bağlı cavabdehin özünə aid evini iddiaçıya verməsi və sair kimi yazışmalar Cavabdeh X2 qeyd olunan məbləğdə borclu olduğu görünür. Lakin arada olan ziddiyyətlərin heç biri məhkəmə tərəfindən araşdırma aparmadan, sadəcə whatsapp yazışması olaraq “salam Arzu necəsən ayın axırı göndərəcəm arxayın ol” yazısına qiymət verməklə əsassız bir qərar qəbul edilmişdir. İddianın rədd edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin də qiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdikləri halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş “WhatsApp” proqramı vasitəsilə aparılmış yazışmaların iddiaçının istinad etdiyi hallarla əlaqəli olub-olmaması, həmin yazışmaların iddiaçının tələbini təsdiq edib-etməməsi də birinci instansiya məhkəməsinin araşdırmasından kənarda qalmış, onların nəyə görə nəzərə alınmadığına da aydınlıq gətirilmədiyi qeyd olunur. Göstərilənlərə əsasən Ordubad Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(080)-9/2023 nömrəli qətnaməsinin ləğv olunub, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək kollegiya dakı izahatında bazarda alt paltarlarının satışı ilə məşğul olduğunu, atası ilə bir yerdə işlədiklərini, mağazanın atasının adına olduğunu, mağazada həm atası, həm də özünün satışla məşğul olduğunu, özünün ticarətlə əlaqədar ayda bir və ya iki ayda bir dəfə Bakıya, İstanbula, atasının isə Çinə getdiyini, pulu ticarət məqsədilə dollara çevirdiklərini, 2018-ci ildən bu yana Cavabdeh ilə işlədiklərini, Cavabdeh manat verib qarşılığında dollar götürdüyünü, cavabdehin qadın və kişi paltarlarının satışı ilə məşğul olduğunu, özünün bazarda yeri olduğunu, pulu manatla cavabdehə verdiyini, cavabdehin həmin pulu istifadə etdiyini, lazım olanda cavabdehdən dollar aldığını, banka gedib vaxtına israfçılıq etmək istəmədiyini, bankda bir vaxtlar bir şəxs üçün bir gün ərzində 1000 dollardan artıq, maksimu m isə 10000 dollardan artıq pulun dəyişdirilmədiyini, ticarətlə məşğul olduğu üçün ona daha çox pulun lazım olduğunu, hər gün banka getməmək üçün pulu Cavabdeh verdiyini, özünün Bakıda və ya İstanbulda olduğu 2-3 gün müddətində pulu Naibə atasının verdiyini, atası ilə cavabdeh arasında pulun verilməsi ilə bağlı hər hansı sübutunun olmadığını, pulu manatla verib əvəzində dollar alması üçün cavabdehlə konkret müddət müəyyən etmədiklərini, aralarındakı danışığa əsasən mal almağa gedərkən 1 həftə qabaqcadan cavabdehə xəbərdarlıq etdiyini, onunla işlədikləri müddətdə 2020-ci ildə cavabdehin müflis olduğunu, bunu whatsapp yazışmalarında da etiraf etdiyini, cavabdehlə pulun yavaş-yavaş qaytarılması barədə öz aralarında razılaşdıqlarını, Cavabdeh Naxçıvanda olduğu müddətdə az miqdarda pulu qayta rdığını, Bakıya getdikdən sonra 1-2 dəfə onunla əlaqə saxlaya bildiyini, Naxçıvandan getdikdən sonra bir dəfə 200 manat pul göndərdiyini, whatsapp yazışmalarında pul göndərməsinə dair qəbzin olduğunu, whatsapp yazışmalarında cavabdehin özünün “birdən-birə ödəniləsi pul deyil” deyərək borcunu etiraf etdiyini, bunu da təsdiq edən qeyd dəftərinin olduğunu, qeyd dəftərində cavabdehin məbləğin nə qədər olmasını təsdiq edən imzalarının olduğunu, iddia ərizəsində tələb etdiyi məbləğin whatsapp yazışmalarında göstərilmədiyini, məhkəməyə sübut kimi təqdim etdiyi qeyd dəftərində cavabdehə borc verməsi və ya hansısa valyuta konvertasiyasının həyata keçirilməsi ilə əlaqədar qeyd olmadığını, qeyd dəftərçəsində ancaq məbləğ, gün, ay, tarix, məbləğin cavabdehin imzasının qeyd edildiyini, məhkəməyə təqdim etdiyi səs yazısının atasına ünvanlandığını, whatsapp yazışmalarında da Cavabdeh iddiaçının atası ilə danışdığını dediyini, “bu birdən-birə veriləsi pul deyil, mən sənin atanla danışdım” dediyini, cavabdehin 24004 manat məbləğində borcunun olmasını təsdiq edən sadəcə whatsapp yazışmaları və qeyd dəftərinin olduğunu, başqa heç bir sübutunun olmadığını, whatsapp yazışmaları və qeyd dəftərinin hər hansı bir hissəsində Cavabdeh ona 24004 manat məbləğində borcunun olmasının göstərilmədiyini bildirərək apellyasiya şikayətinin təmin edilməklə qanuni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında whatsapp yazışmalarında olan cavabdehin iddiaçıya yazdığı “mən evi birinci Zakir əmiyə dedim dedi sənin mənə evin lazım deyil, Arzu mən sənə mal təklif elədim, sənin ürəyinə pis gəldi yenə qəbul eləmədin” mesajının cavabdehlə iddiaçı arasında olan borcun məbləğinin çox olmasını təsdiq etdiyini, iddiaçının atası ilə cavabdeh arasında qeyd edilən səs yazısının whatsapp yazışmaları ilə birlikdə qiymətləndirilməli olduğunu, cavabdehin iddiaçıya 24004 manat məbləğində borclu olması ilə əlaqədar whatsapp yazışmalarından və qeyd dəftərindən başqa sübutlarının olmadığını bildirdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında iddiaçı tərəfin apellyasiya şikayətində işin birinci instansiya məhkəməsində obyektiv aparılmadığını bildirsə də, birinci instansiya məhkəməsinin hakiminin işin araşdırılması üçün iddiaçı tərəfin təqdim etdiyi bütün sübutları qəbul etdiyini və bütün vəsatətləri təmin etdiyini, whatsapp yazışmalarının cavabdeh və iddiaçı arasında aparıldığını etiraf etdiklərini, iddiaçı tərəfin məhkəməyə təqdim etdikləri qeyd dəftərindəki çıxarışda qeyd olunan məbləğləri hesablayarkən 24004 manat borcun olmasına dair heç bir faktın olmadığını, iddiaçı ilə cavabdeh arasında olan whatsapp yazışmalarının bir hissəsində belə tərəflərin arasında aparılan əməliyyatların miqdarının nə qədər olması, təyinatı barədə heç bir xüsusatın olmadığını, iddiaçının ilkin izahatında aralarında olan pul mübadilələrinin 2018-2019-cu illərdə olduğunu dediyini, dəftərində qeyd olunan pul məbləğlərinin cavabdeh tərəfindən iddiaçıdan alınması, yoxsa iddiaçıya verilməsinin bəlli olmadığını, cavabdehin iddiaçı ya 24004 manat məbləğində pul borcunun olması ilə əlaqədar heç bir faktın olmadığını, iddiaçının atası ilə cavabdeh arasında olan telefon danışığının səs yazısının bu iddiaya heç bir aidiyyatı olmadığını, həmin səs danışığında cavabdeh tərəfindən borcunun olması ilə əlaqədar heç bir etirafedici məqamın da olmadığını, iddiaçının öz iddia tələbini sübut etməli olduğunu, cavabdehin iddiaçıya borcu olduğunu təsdiq edən heç bir mötəbər sübut olmadığını, cavabdehin iddiaçı ilə aralarında olan pul mübadilələri məsələlərini bitirdiyini dediyini bildirərək apellyasiya şikayətinin təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilməsinə baхmayaraq məhkəmə iclasına gəlməm işdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yox layır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunur ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayə t maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X1 ilə birlikdə “Cahan Ticarət" mərkəzində 21 nömrəli mağazada iç geyim əşyaları satdığını, satılan malın günlük pulunu dollara çevirərək dollarla saxladığını, geyim əşyalarını digər ölkədən aldıqlarına görə aldıqları malların pulunu dollar ilə ödədiklərindən bu səbəbdən də satışdan aldıqları pulları dollara çevirdiklərini, 12 iyul 2018-ci il tarixindən Ordubad rayon Tivi kənd sakini Cavabdeh ilə aralarında razılığa gələrək, gündəlik satışdan əldə olunan pulları Naibə verib, ayın sonu və ya ticarətə getdiyi müddət Naibdən həmin verdiyi manatın əvəzində (dəyərində) dollar aldığını, o Naibə manat verdikcə Naib imza edib aldığını, aralarında həmin məbləğ bağlandıqdan sonra hesabın üzərindən xətt çəkdiklərini, 2020-ci ilin avqust ayında Naibin bir çox şəxsə borcu olduğunu öyrəndiyini, həmin zaman Naibə yaxınlaşıb ona olan borcunu verməsini bildirdiyini, Naib ona borclu olduğunu etiraf edib borcunu az-az miqdar da ödəyəcəyini bildirdiyini və bu barədə razılaşdıqlarını, Naibin ümumilikdə ona 31464 manat borcu olduğunu, Naxçıvanda olduğu müddətdə 7060 manat borcundan ödəmə apardığını, Bakı şəhərinə gedəndən sonra bir dəfə 16 may 2022-ci il tarixində 200 manat ödəniş aparmaqla ümumilikdə 7260 manat borcundan ödəmə apardığını, həmin tarixdən bu günədək, heç bir ödəmə aparmadığını, borcun alınması ilə əlaqədar Naiblə aralarında whatsapp yazışmaları və səs yazışmaları olduğunu, hazırda Naibin ona 24004 manat borcunun qaldığını, ona olan borcunu ödəməsi üçün Naiblə telefon əlaqəsi saxlaya bilmədiyini, onların arasında olan borcla bağlı olan kitabın həmin səhifəsinin surətini iddia ərizəsinə əlavə etdiyini, məhkəmə hazırlıq iclasında həmin kitabı və vatşap yazışmalarını məhkəməyə təqdim etdiyini göstər ərək cavabdehdən qeyd olunanlara əsasən 24004 manat məbləğində pul vəsaitinin və iddia qaldırmaq üçün ödədiyi 163 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya apellyasiya şikayətində göstərilmiş iddiaçının məhkəməyə təqdim etdiyi iddiaçıya məxsus whatsapp yazışmalarında cavabdehin “salam Arzu necəsən ayın axırı göndərəcəm arxayın ol” mesajını əsas gətirməklə cavabdehin iddiaçıya 24004 manat borcunun olması təsdiqini tapmadığından məhkəmənin iddianın rədd olunması barədə qətnamə qəbul etməsi, whatsapp yazışmalarının tək həmin mesajdan ibarət olmaması, iddiaçı ilə cavabdeh arasında həmişə whatsapp yazışmalarının olması, “mən sənin pulunu danmıram; birdən birə veriləsi pul deyil, qardaş hissə-hissə qardaşlarımda bilir demişəm mənə müftə pu l veriblər bu adam mən danışdım danışmadım harada olursa olsun sənin pulun çatacaq halal puldur; Arzu qadan alım sən məni başa düş mən işə başlayım görüm, mən ayda sənə nə qədər pul verə bilərəm. Allaha and olsun işləmirəm. Mən bura halal pulları qaytarmaq üçün gəlmişəm, lazım olsa Moskvaya gedəcəm; Mən evimi verməliydim; Mən o dünyanı fikirləşirəm nə cavab verərəm, günahsız insanların pulunu batırmışam, mənim allahım var allahdan qorxuram, heç kimin haqqını yemərəm başqa nə fikirləşirsən fikirləş Arzu, mən evi birinci Zakir əmiyə dedim dedi sənin mənə evin lazım deyil, Arzu mən sənə mal təklif elədim, sənin ürəyinə pis gəldi yenə qəbul eləmədin. Mən uşaq deyiləm. Sən haram istəmirsən, Allah qorxusu var ürəyində, verdim adam varıydı 6200 manat borcumu sildirdim; salam 9-a qədər vurulacaq v ermişəm dostuma vursun işdən çıxıb vuracaq mən çatdıramadım; Salam Arzu ayın axırı inşallah, heç kimə heç nə demə imkan olduğu qədər pulundan arxayın ol, halal puldur bir sizlə əlaqəm var. Kim soruşsa xəbərim yoxdu, faiz verənin allah evini yıxsın düşmüşəm çöllərə; Salam Arzu necəsən ayın axırı göndərəcəm arxayın ol” whatsapp yazışmaları olsa da, məhkəmənin həmin yazışmalara münasibət bildirməməsi, whatsapp yazışmasında birdən-birə ödəniləcək pul olmadığını və digər yazışmada aralarında olan borc ilə bağlı cavabdehin özünə aid evini iddiaçıya verməsi və sair kimi yazışmalarda Cavabdeh İddiaçı qeyd olunan məbləğdə borclu olduğunun görünməsi ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı tərəfin birinci instansiya məhkəməsinə sübut kimi təqdim etdiyi və apelly asiya şikayətində də qeyd edilmiş İddiaçı ilə Cavabdeh arasında baş tutan “whatsapp” proqramı vasitəsilə aparılan yazışmalar cavabdehin iddiaçıya 24004 manat məbləğində pul borcunun olmasını təsdiq etmir. Eyni zamanda cavabdehin yazışmalarda “borcun birdən-birə ödəniləcək pul olmadığını” deməsi və özünə aid evin də iddiaçının atasına vermək istəməsi onun iddiaçıya iddia ərizəsində qeyd etdiyi 24004 manat borcunun olmasına dəlalət etmir. İş materiallarından da görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş və birinci instansiya məhkəməsi tərəfindən sübut kimi mülki işin materiallarına əlavə olunmuş həmin whatsapp yazışmalarında cavabdehin iddiaçıya 24004 manat məbləğində pul borcunun olmasını bildirməsi öz əksini tapmamış, həmçinin iddiaçı kollegiyadakı izahatında da həmin məbləğdə dollara d əyişmək üçün manatla cavabdehə pul verməsi və cavabdehin ona borclu olmasına dair hər hansı bir sübutunun olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən kollegiya iddiaçının vəkili və nümayəndəsinin apellyasiya şikayətindəki bu dəlillərini əsaslı hesab etmir. Kollegiya apellyasiya şikayətində göstərilmiş məhkəməyə sübut növü olaraq təqdim etdiyi kitabçaya Cavabdeh imza edərək İddiaçı manat götürdüyünü və manat əvəzinə dollar qaytarması, həmin kitabçadakı imzanın Naibə aid olub-olmamasını cavabdehin mübahisələndirməməsi, kitabçada olan borc tələbi ilə whatsapp yazışmalarının pul məbləği olaraq bir-birini qarşılaması ilə əlaqədar dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş qeydin təyinatının ümumiyyətlə nədən ibarət olması bəlli deyil. İddiaçının ona aid olduğunu b ildirdiyi iş materiallarına əlavə edilmiş həmin qeyddə müxtəlif rəqəmlər və imzalar olmaqla qeyddəki həmin rəqəmlərin nəyi ifadə etdiyi göstərilməmiş və imzaların kim tərəfindən hansı məqsədlə qeydlərə əlavə edilməsi əks olunmamaqla iddiaçının istinad etdiyi həmin qeydlərdə mübahisələndirilən məbləğ də öz əksini tapmamışdır. Eyni zamanda kollegiya qeyd edir ki, həmin qeyddə öz əksini tapan müxtəlif rəqəmlərin olması cavabdehin iddiaçıya 24004 manat məbləğində borcunun olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən kollegiya həmin dəlilləri də əsassız hesab edir. Kollegiya həmçinin qeyd edir ki, həm İddiaçı, həm də onun vəkili və nümayəndəsi Vəkil1 istər birinci instansiya məhkəməsində, istərsə də kollegiyada verdikləri izahatlarında məhkəməyə sübut kimi təqdim edilmiş whatsapp yazışmalarında Cavabdeh İddiaçı 24004 manat məbləğində dollara dəyişmək məqsədilə manatla pul verməsini, mübahisələndirdikləri həmin məbləği dollarla ona qaytarmamasına görə pul borcunun olması ilə əlaqədar konkret hər hansı sübutlarının olmadığını bildirmişlər. Qeyd olunanlara əsasən kollegiya apellyasiya şikayətində göstərilmiş iş materiallarına əlavə edilmiş “WhatsApp” proqramı vasitəsilə aparılmış yazışmaların iddiaçının istinad etdiyi hallarla əlaqəli olub-olmaması, həmin yazışmaların iddiaçının tələbini təsdiq edib-etməməsinin birinci instansiya məhkəməsinin araşdırmasından kənarda qalması, onların nəyə görə nəzərə alınmadığına da aydınlıq gətirilməməsi ilə əlaqədar dəlillərini əsassız hesab edir. Göstərilənlərə əsasən kollegiya belə hesab edir ki, iddiaçının məhkəmə yə təqdim etdiyi whatsapp yazışmaları və iş vərəqə 7-də olan yazılı qeyd Cavabdeh İddiaçı 24004 manat məbləğində pul borclu olmasını təsdiq edən mötəbər sübutlar hesab oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından görünür ki, İddiaçı izahatında göstərdiyi müxtəlif tarixlərdə Cavabdeh müxtəlif məbləğlərdə ABŞ dollarına dəyişdirilməsi üçün manatla pul verdiyini, lakin cavabdehin ona verdiyi manatın qarşılığında razılaşdıqları dollar məbləğini ona geri qaytarmadığına istinad edərək onun xeyrinə 24004 manat məbləğində pulun tutulmasını tələb etmişdir. Tələbinin əsası kimi iş materiallarına əlavə edilmiş və üzərində diyircəkli qələmlə tərtib edilmiş müxtəlif manat və dollar yazıları və imza əks olunmuş əlyazmaya istinad etmişdir. Həmin əlyazmanın maddi sübut kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verərək kollegiya belə hesab edir ki, həmin əlyazma o vaxt maddi sübut kimi qəbul edilib qiymətləndirilə bilər ki, əlyazmada əksini tapmış faktlar işdə olan digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilərkən öz təsdiqin i tapmış olsun. Belə ki, Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Apellyasiya baxışı zamanı İddiaçı geyim əşyalarının satışı ilə məşğul olan Cavabdeh müxtəlif vaxtlarda aldığı geyimlərin dəyərini ödəmək və gələcəkdə dollarla əşyalar alınması məqsədilə dollara dəyişdirilməsi üçün manatla pul verdiyini bildirsə də, cavabdehin ona borclu olmasını təsdiq edən sübutlarını təqdim etməmişdi r. Sübut kimi İddiaçı tərəfindən təqdim edilmiş üzərində 22489$ işarəsi olan hissədə üç halda 1000$, üç halda 3000$, 3030$, 600$, 850$ və 400$, ikinci halda 2000$, 516$, 2400$, 700$, 10000, üzərində 17326 olan hissədə 1300$, 1400$, 1500$, 1700, 38842, 21516 və dördüncü halda 17650 m göstərilən hissədə 1300$, beş halda 1000$, 2000$, 400$ və 500$ rəqəmləri və imza əks olunmuş əlyazmanın hansı məqsədlə tərtib edilməsi, üzərində olan həmin rəqəmlərin nəyi ifadə etməklə hansı məqsədlə yazılması göstərilməmiş və qeyd olunan rəqəmlərdə ifadə olunmuş məbləğlərin Cavabdeh münasibətdə hər hansı bir öhdəliyin yaranması halı müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə görə yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sə nədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Sübutların qiymətləndirilməsi hüquqi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Kollegiya qeyd edir ki, İddiaçı Cavabdehlə aralarında davamlı borc münasibətlərinin olmasını sübuta yetirə bilməmişdir və iddiaçının cavabdehə ABŞ dollarına dəyişdirmək məqsədilə manatla pul verməsinə və 24004 manat məbləğində buna görə borcunun olmasına dair işdə heç bir mötəbər və legitim sübut mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında göstərilir ki, hüquqi həqiqət prinsipinə gö rə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq haki m tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Həmçinin həmin qərarda göstərilir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya f ikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən kollegiya iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətində göstərdiyi dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsı MPM-in 217.4-cü maddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi və vəkili öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyi l, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfl i araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş ü çün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-ci mаddələrini rəhbər tutaraq kollegiya qətеtdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş аpеllyаsiyа şikаyəti təmin еd ilməsin. Ordubad Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(080)-9/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar