Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-59/2021 26.05.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Mirzəyev İlqar Məhərrəm oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair Şərur Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(110)-440/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, 100000 (bir yüz min) manat vəsaitin cavabdehdən tutularaq ona qaytarılması, 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulması, 3000 (üç min) manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılması, Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinin istisna edilməyi üçün onun barəsində prokurorluğa göndərilməklə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin (sədrlik edən S.Qarayev) 27 avqust 2019-cu il tarixli, 2(110)-440/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh hərəkəti qanunsuz hesab edilməklə ondan 100000 (bir yüz min) manat borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 100030 (bir yüz min otuz) manat pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(110)-440/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2020-ci il tarixli, 2(108)-21/2020 nömrəli qətnaməsi ilə Şərur Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(110)-440/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şərur Rayon Məhkəməsinin 27 avqust 2019-c u il tarixli, 2(110)-440/2019 nömrəli qətnaməsinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2020-ci il tarixli, 2(108)-21/2020 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh və cavabdehin vəkili Əsədov Samir Ağaəli oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2020-ci il tarixli, 2(108)- 21/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(102)-5357/2020 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2020-ci il tarixli, 2(108)-21/2020 saylı qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Mülki iş yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının icraatına qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıda göstərilən hallar hakimin qətnamənin hüquq və prosessual normalara əməl etmədən, işin faktiki hallarını ümumiyyətlə araşdırmadan qəbul etməsini təsdiq edir. Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Nizami rayon Polis İdarəsi İstintaq Şöbəsi tərəfindən hakim S. Qarayevə ünvanlanmış 22.08.2019-cu il tarixli, 0 87-288 saylı məktubdan da göründüyü kimi, Şərur rayon Siyaqut kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Cavabdeh İddiaçı, X2, X12, X6 və qeyriləri tərəfindən ölümlə təhdid olunması, Bakı şəhəri Z.Bünyadov prospekti 110 ünvanında icazə əsasında işlətdiyi 20 saylı inşaat materialları mağazasındakı külli miqdarda malların özbaşına ələ keçirilməsi, qrup halında hədə-qorxu ilə pul tələbinə dair müraciəti Nizami RPİ-də törədilən və hazırlanan cinayətlər haqqında məlumatların 1 saylı hadisə kitabında 288 nömrə ilə qeydiyyata alınaraq istintaq araşdırması Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 həvalə edilmiş və hazırda araşdırmalar davam etdirilir. Qeyd olunan fakt ümumiyyətlə məhkəmə tərəfindən nəzərə alınmamış, borc müqaviləsinin hansı şəraitdə bağlanması, işin faktiki ha llarının nədən ibarət olması araşdırılmadan qətnamə çıxarılmışdır. Bu isə MM-in əqdlərin etibarsızlığına əsas verən haldır. Qətnamə qəbul edilərkən maddi və prosessual pozuntuya yol verilmişdir. Belə ki, iş üzrə birinci instansiya məhkəməsində məhkəmə baxışı keçirilərkən cavabdeh olaraq ona heç bir bildiriş təqdim edilməmiş, məhkəmə baxışı onun iştirakı olmadan keçirilmiş, MPM-in çəkişmə prinsipi pozulmaqla qətnamə çıxarılmışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin tələbinə əsasən, işdə tərəf olan bütün şəxslərə məhkəmə iclasının keçiriləcəyi yer və vaxt barədə qabaqcadan rəsmi məlumat verilməlidir. İddiaçının şikayəti yalnız törətmiş olduğu cinayət əməlini ört-basdır etmək və məsuliyyətdən yayınma xarakterlidir. Onun bu günə qədər iddiaçıya ödədiyi ödəmələr nəzərə alınmadan, subyektiv mü lahizəyə əsaslanan borc məbləğinin məhkəmə tərəfindən qəbulu yolverilməzdir. Məhkəmə isə bu halları nəzərə almalı idi. Baxmayaraq ki, 2007-2013-cü il tarixədək 286000 manat pulun ödənilməsi şahidlərin iştirakı ilə iddiaçının özünə təqdim edilmişdir. Şahidlərin məhkəmə baxışında iştirakı tərəfindən təmin ediləcəkdir. 2018-ci il ərzində reket dəstələri tərəfindən iddiaçının rəhbərliyi altında mağazadan ümumilikdə 64566 manat əmlak götürülərək mənimsənilmişdir. Göstərilən fakt Nizami RPİ-də törədilən və hazırlanan cinayətlər haqqında məlumatların 1 saylı hadisə kitabında 288 nömrə ilə qeydiyyata alınaraq istintaq olunan materiallarda öz əksini tapmışdır. Göründüyü kimi məhkəmə araşdırılması MPM-in aşağıda qeyd olunan tələblərinin pozulması ilə keçmişdir. Apellyasiya şikayətində MM-in 339.4-cü və MPM-in 175.1, 254.1.4, 387.2, 357.1, 358.0.1, 388, 389, 390 maddələrinə əsaslanılmışdır. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz ərizəsi göndərilmiş və etiraz onunla əsaslandırılmışdır ki, mülki işin mübahisəsiz hallarından görünür ki, hər iki tərəf məhkəmə iclasında verdikləri izahatlarında İddiaçı əvvəllər Nağının kürəkəni Şöhrətin maliyyə ilə bağlı işlərinə nəzarət etdiyini, 2008-ci ildə Nağı ilə Şöhrətin vasitəçiliyi ilə tanış olduğunu, 2012-ci ildə Nağının ondan biznes qurmaq məqsədi ilə borc pul istədiyini və o da 173000 (bir yüz yetmiş üç min) ABŞ dolları məbləğində ona borc pul verdiyini, 2015-ci ilə qədər həmin pulun bir hissəsini hissə-hissə ona ödədiyini, lakin həmin vaxtdan sonra ona pul ödəməyi dayandırdığını, 2017-ci ildə Cavabdeh ilə Bakı şəhər 51 saylı no tariat kontorunda borcun etirafı barədə müqavilə bağladıqlarını, həmin müqaviləyə əsasən Nağıya borc verdiyi pulun qalığı olan 100000 (bir yüz min) manat məbləğində pulu o hər ay 2000 (iki min) manat olmaqla 05.07.2021-ci il tarixinədək ona ödəyəciyi barədə öhdəlik götürdüyünü, cavabdehin onu aldatma və etibarından sui-istifadə etmək yolu ilə 100000 (bir yüz min) manatı bu günədək ödəmədiyini, onun bilə-bilə qanunsuz hərəkətləri nəticəsində pozulmuş hüquqlarının müdafiəsi üçün məcbur qalıb məhkəməyə müraciət etməli olduğunu, cavabdehin ona qarşı etdiyi bu cür hərəkətlərin ona iztirablar verdiyini, sarsıntılar keçirməyinə səbəb olduğunu, onun iztirablı və sarsıntılı halı ailəsinə və yaxın qohumlarına mənfi təsir göstərdiyini, buna görə də ona dəymiş mənəvi ziyanın cəmi 3000 (üç min) manat dəyərində müəyyən edilməsinin ədalətli olacağını, hazırda cavabdehin ona qarşı etdiyi qanunsuz hərəkətləri davam etdirərək borcunu qaytarmadığını, buna görə də cavabdehin ona qarşı etdiyi qanunsuz hərəkətlərin də cinayət qanunvericiliyində nəzərdə tutulmuş əməllərin olması istisna edilmədiyi üçün onun barəsində xüsusi qərardad çıxararaq prokurorluq orqanlarına göndərilməsini, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 100000 (bir yüz min) manat məbləğində vəsaitin, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 3000 (üç min) manat məbləğində mənəvi zərərin ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməy ə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər 51 saylı notariat kontorunun 05 iyul 2017-ci il tarixli 3M-709 nömrəli borcun etirafı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh İddiaçı 100000 (bir yüz min) manat məbləğində borc pul aldığını və onu 05.07.2021-ci il tarixədək hər ay 2000 (iki min) manat ödəmək şərti ilə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən yazılmış apellyasiya şikayətinin 6-cı abzasında yazılmışdır ki, Şərur rayon Siyaqut kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Cavabdeh İddiaçı, X2, X12, X6 və qeyriləri tərəfindən ölümlə təhdid olunması, Bakı şəhəri Z.Bünyadov prospekti 110 ünvanında icazə əsasında işlətdiyi 20 saylı inşaat materialları mağazasındakı külli miqdarda malların özbaşına ələ keçirilməsi, qrup halında hədə-qorxu ilə pul tələbinə dair müraciəti Nizami RPİ-də araşdırma aparılır. Necə ola bilər ki, RPİ-də cinayət işi qaldırılsın ancaq ona bu barədə məlumat verilməsin və onun barəsində heç bir cinayət işi qaldırılmasın. Bakı şəhər 51 saylı notariat kontorunun 05 iyul 2017-ci il tarixli, 3M-709 nömrəli borcun etirafı müqaviləsi bağlanmışdır. Cavabdeh İddiaçı 100000 (bir yüz min) manat məbləğində borc pul aldığını və onu 05.07.2021-ci il tarixədək hər ay 2000 (iki min) manat ödəmək şərti ilə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etməmiş, iddiaçıya heç bir ödəniş etməmiş, bununla da o nun iddiaçı qarşısında vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır və bu öhdəliyi qərəzli şəkildə yerinə yetirmir. Azərbaycan Respublikasının MM-in 425.1,427.3, 739.1, 882.1 maddələrinə əsasən maddi hüquq norması tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı, digər tərəfdən isə Cavabdeh olmaqla 05 iyul 2017-ci il tarixli 3M-709 nömrəli borcun etirafı müqaviləsi ilə cavabdehin iddiaçı qarşısında vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmış, eyni zamanda cavabdeh müəyyən olunmuş öhdəliyini, tam yerinə yetirməmiş, öhdəliyin şərlərini pozmuşdur. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə pri nsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Odur ki, ərizədə qeyd olunan etirazının əsası kimi istinad edilən hallar tam sübut edildiyindən apellyasiya şikayətinin rədd olunması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Etiraz ərizəsində iddiaçı Azərbaycan Respublikasının Konstitusiyasının 60, 72 və 127-ci maddələrinə, Azərbaycan Respublikasının MM-in 16.1, 385.1, 386.1, 405.1, 425.1, 427.3, 445.1, 448.2-ci maddələrinə və Azərbaycan Respublikasının MPM-in 76, 77.1, 89.1,154, 185.5-ci maddələrinə əsaslanmışdır. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı və iş üzrə Cavabdeh məhkəmə baxışı iclaslarında iştirak etməmiş, lakin kollegiyanın ünvanına ərizə və teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə İddiaçı və iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə Cavabdeh nümayəndəsi və vəkili X8 izahatında apellyasiya şikayətinin təmin edilərək, Şərur Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(110)-440/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edərək, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, işdə iştirak edən cavabdehin nümayəndə sinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və apellyasiya şikayətinə etirazı müzakirə edib, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki işin tədqiq olunmuş materiallarına əsasən İddiaçı ilə Cavabdeh arasında Bakı şəhər 51 saylı notariat kontorunda 05 iyul 2017-ci il tarixdə bağlanaraq 3M709 nömrə ilə qeydə alınmış borcun etirafı müqaviləsinin 1-ci bəndinə əsasən, Cavabdeh (borc alan) 01 avqust 2012-ci il tarixdə İddiaçı 100000 (bir yüz min) manat məbləğində borc pul aldığını etiraf etmiş, həmin müqavilənin 2-ci bəndində Cavabdeh m üqavilədə göstərilən məbləği, yəni 100000 (bir yüz min) manat məbləği 05.07.2021-ci il tarixədək hər ay 2000 (iki min) manat ödəmək şərtilə qaytarmağı öhdəsinə götürmüşdür. Kollegiya cavabdehin verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas kimi göstərdiyi “Azərbaycan Respublikası DİNin Bakı şəhəri Nizami rayon Polis İdarəsi İstintaq Şöbəsi tərəfindən hakim S. Qarayevə ünvanlanmış 22.08.2019-cu il tarixli, 087-288 saylı məktubdan da göründüyü kimi, Şərur rayon Siyaqut kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Cavabdeh İddiaçı, X2, X12, X6 və qeyriləri tərəfindən ölümlə təhdid olunması, Bakı şəhəri Z.Bünyadov prospekti 110 ünvanında icazə əsasında işlətdiyi 20 saylı inşaat materialları mağazasındakı külli miqdarda malların özbaşına ələ keçirilməsi, qrup halında hədə-qorxu ilə pul tələbinə dair müraciəti Nizami RPİ-də törədilən və hazırlanan cinayətlər haqqında məlumatların 1 saylı hadisə kitabında 288 nömrə ilə qeydiyyata alınaraq istintaq araşdırması Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 həvalə edildiyi və hazırda araşdırmaların davam etdirildiyi, qeyd olunan faktın ümumiyyətlə məhkəmə tərəfindən nəzərə alınmadığı, borc müqaviləsinin hansı şəraitdə bağlanması, işin faktiki hallarının nədən ibarət olması araşdırılmadan qətnamə çıxarıldığı, bunun isə MM-in əqdlərin etibarsızlığına əsas verən hal olması kimi halların hakimin qətnamənin hüquq və prosessual normalara əməl etmədən, işin faktiki hallarını ümumiyyətlə araşdırmadan qəbul etməsini təsdiq etdiyi, 2018-ci il ərzində reket dəstələri tərəfindən iddiaçını n rəhbərliyi altında mağazadan ümumilikdə 64566 manat əmlak götürülərək mənimsənildiyi, göstərilən fakt Nizami RPİ-də törədilən və hazırlanan cinayətlər haqqında məlumatların 1 saylı hadisə kitabında 288 nömrə ilə qeydiyyata alınaraq istintaq olunan materiallarda öz əksini tapması” barədə dəlillərini müzakirə edib belə nəticəyə gəlir ki, həmin dəlillər əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuş Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Abdulla Cəlilli tərəfindən imzalanmış məktub üzərindəki daxilolma ştampındakı qeyddən məlum olur ki, müvafiq məktub məhkəməyə 28 avqust 2019-cu il tarixdə, yəni iş üzrə qətnamə qəbul edildikdən sonra daxil olmuşdur. Təbii olaraq da belə olan halda da məktubda göstərilən halın məhkəmə tərəfindən nəzərə a lınması mümkünsüz olmuşdur. Digər tərəfdən apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı zamanı kollegiya tərəfindən müvafiq sorğuya cavab olaraq göndərilmiş Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi tərəfindən imzalanmış məktubdan məlum olur ki, Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsində Cavabdeh şikayət ərizəsi əsasında toplanmış ilkin yoxlama materialı üzrə Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X7 tərəfindən 18 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-in 322.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılmışdır. Cinayət işinin materialları Bakı şəhəri Nizami rayon prokurorunun sabiq müavini kiçik ədliyyə müşaviri Qabil Səfərov tərəfindən öyrənildikdən sonra müstəntiq Ramil Əliyevin 18 oktyabr 2019-cu il tarixli ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi barədə qərarı əsassız hesab edilərək 23 oktyabr 2019-cu ildə ləğv edilmişdir. Bakı şəhər Nizami rayon Prokurorluğu tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə faks vasitəsi ilə göndərilmiş 07 yanvar 2020-ci il tarixli qərarın surətindən aydın olur ki, Cavabdeh İsa adlı şəxs tərəfindən hədələnməsi barədə 05.02.2019-cu il tarixdə Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nə məlumat daxil olmuş, 17.02.2019-cu il tarixdə Bakı şəhər Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Vüsal Rzayev tərəfindən material araşdırılaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan 28.06.2019cu il tarixdə rayon prokurorluğu tərəfindən ləğv edilərək material əlavə araşdırma aparılması üçün Nizami RPİ-nin İstintaq şöbəsinə qaytarılmışdır. Material 13 iyul 2019-cu ildə məktubla Nərimanov RPİ-yə göndərilmiş, 26 iyul 2019-cu il tarixli qərarla isə Nizami RPİ-nin İstintaq şöbəsinə qaytarılmışdır. Material üzrə Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi tərəfindən 18 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının CM-in 322.1-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmiş, həmin qərar əsassız olduğundan 23 oktyabr 2019-cu il tarixdə Bakı şəhər Nizami Rayon Prokurorluğunda ləğv edilərək material araşdırma aparılması üçün Nizami Rayon RPİ-nin İstintaq şöbəsinə qaytarılmışdır. 02.11.2019-cu il tarixdə Bakı şəhər Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Ramil Əliyev tərəfindən material araşdırılaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Material rayon prokurorluğunda öyrənilərkən hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığı, qanunsuz və əsassız qərar qəbul olunduğu müəyyən edilmişdir. Bu səbəblə də, Bakı şəhər Nizami rayon Prokurorluğunun Cavabdeh müraciəti əsasında Bakı şəhər Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Ramil Əliyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02.11.2019-cu il tarixdə qəbul edilmiş qərarın qanunsuz və əsassız olduğuna görə ləğv edilməsi, materialın əlavə yoxlama aparılması üçün ərizə ilə birlikdə Bakı şəhər Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilməsi barədə 07 yanvar 2020-ci il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Re spublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(102)-5357/2020 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2020-ci il tarixli, 2(108)-21/2020 nömrəli qətnaməsi ləğv edilərkən qərarın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “..Apellyasiya instansiyası məhkəməsi qeyd olunan cinayət işinin materiallarını tələb edərək öyrənməmiş, MPM-nin 88-ci maddəsinin tələbləri baxımından sübutlara düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış borcun etirafı müqaviləsinin mahiyyətinə zidd olan müqavilənin 4-cü bəndinin hansı məqsədlə yazıldığına, bunun texniki səhvmi olaraq müqavilədə əks olunmağına hüquqi qiymət verməmişdir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya tərəfindən apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərinə qiymət verilərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının qərarında şərh edilən bu göstərişlər nəzərə alınmış və bu məqsədlə 16 fevral və 05 mart 2021-ci il tarixlərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami Rayon Polis İdarəsinə sorğu verilərək yuxarıda qeyd olunan fakt üzrə cinayət işinin başlanılıbbaşlanılmaması və öyrənilməsi məqsədilə cinayət işinin materiallarının surətinin Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsinin təmin olunması xahiş edilmişdir. Lakin həmin sor ğulara adıçəkilən idarə tərəfindən cavab verilmədiyindən Bakı Şəhər Prokurorluğuna 02 aprel 2021-ci il tarixdə sorğu göndərilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami Rayon Polis İdarəsinə verilmiş sorğulara cavab verilmədiyi diqqətə çatdırılmış və bununla bağlı müvafiq köməklik göstərilməsi xahiş olunmuşdur. Bakı Şəhər Prokurorluğu tərəfindən kollegiyaya 26 aprel 2021-ci il tarixdə cavab məktubu göndərilərək qeyd olunmuşdur ki, “Cavabdeh müraciəti əsasında Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsində toplanmış material aidiyyəti üzrə Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsinə göndərilmiş, 15.02.2021-ci il tarixdə həmin material əsasında fakta görə Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Hüseyn Nuriyev tərəfindən Azərbaycan Respublikası CM-nin 32 2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaq aparılmış və 05.04.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışdır.” Bakı Şəhər Prokurorluğunun həmin məktubu nəzərə alınaraq 04.05.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə sorğu göndərilərək həmin cinayət işi üzrə materialların surətinin öyrənilməsi məqsədilə Naxçıvan MR Ali Məhkəməsini Mülki kollegiyasına göndərilməsi xahiş olunmuş və 25 may 2021-ci il tarixli, 078-13624-1221 nömrəli məktubla həmin sorğuya cavab verilərək cinayət işi üzrə zərərçəkmiş şəxsin, şahidlərin, eyni zamanda cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarın surətləri öyrənilməsi üçün kollegiyaya göndərilmişdir. Cinayət işi üzrə təqdim olunmuş hə min materiallar kollegiya tərəfindən öyrənilərkən məlum olmuşdur ki, həmin fakt üzrə 15 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə istintaq aparılmış, istintaqın hazırki mərhələsində İddiaçı və digərlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyini təsdiq edəcək kifayət qədər sübutların əldə edilməməsi səbəbindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən 05 aprel 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Göründüyü kimi qeyd olunan fakt üzrə cinayət işi başlanılsa da, həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən o lunmadığından cinayət işi üzrə icraat dayandırılmışdır. Kollegiya apellyasiya şikayətində qeyd olunan dəlillərlə bağlı iş materiallarını tədqiq edərək həmçinin belə nəticəyə gəlir ki, cavabdeh əqdin zorakılıq, hədə təsiri altında bağlanmasını və beləliklə də iş üzrə tərəflər arasında bağlanmış borcun etirafı müqaviləsinin etibarsız olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə ir adə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız saylıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflər dən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 354.2-cü maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda göstərilən maddələrinə müvafiq olaraq kollegiya qeyd edir ki, şəxs zorakılıq, hədə təsiri altında bağladığını bildirdiyi əqdin (mübahisə edilən əqd) etibarsız hesab edilməsi məqsədilə əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən bir il ərzində əqdi məhkəmə qaydasında iddia qaldırmaqla mübahisələndirə bilər. Lakin iş üzrə cavabdeh Məmmədov Tağı Nağı oğlu hədə təsiri altında bağladığını bildirdiyi Bakı şəhər 51 saylı notariat kontorunda 05 iyul 2017-ci il tarixdə bağlanaraq 3M-709 nömrə ilə qeydə alınmış borcun etirafı müqaviləsini ayrıca iddia verməklə məhkəmə qaydasında mübahisələndirməsini və həmin əqdin etibarsız olduğunu təsdiq edən müvafiq məhkəmə qətnaməsini kollegiyaya təqdim etməmişdir. Borcun etirafı müqaviləsinin mübahisələndirilməsi ayrıca iddia tələbinin predmeti olduğundan və hazırki işə baxılarkən iş üzrə cavabdeh Məmmədov Tağı Nağı oğlu tərəfindən qarşılıqlı iddia verilməklə həmin müqavilə mübahisələndirilmədiyindən kollegiya hesab edir ki, hazırki tələb üzrə müqavilənin ayrı-ayrı bəndlərinə hüquqi qiymət verilməsi prosessual qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmiş olardı. Çünki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxu d hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Kollegiya apellyasiya şikayətinin “...iddiaçının şikayətinin yalnız törətmiş olduğu cinayət əməlini ört-basdır etmək və məsuliyyətdən yayınma xarakterli olduğu, onun bu günə qədər iddiaçıya ödədiyi ödəmələr nəzərə alınmadan, subyektiv mülahizəyə əsaslanan borc məbləğinin məhkəmə tərəfindən qəbulunun yolverilməz olduğu, məhkəmənin isə bu halları nəzərə almalı olduğu, baxmayaraq ki, 2007-2013-cü il tarixədək 286000 manat pulun ödənilməsinin şahidlərin iştirakı ilə iddiaçının özünə təqdim edildiyi, şahidlərin məhkəmə baxışında i ştirakının tərəfindən təmin ediləcəyi” barədə dəlillərini müzakirə edərək bu dəlillərin əsassız olması qənaətinə gəlir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhər 51 saylı notariat kontorunda 05 iyul 2017-ci il tarixdə bağlanaraq 3M-709 nömrə ilə qeydə alınmış borcun etirafı müqaviləsinin 1-ci bəndinə əsasən, Cavabdeh (borc alan) İddiaçı 01 avqust 2012-ci il tarixdə 100000 (bir yüz min) manat məbləğində borc pul aldığını etiraf etmiş, həmin müqavilənin 2-ci bəndində Cavabdeh müqavilədə göstərilən məbləği, yəni 100000 (bir yüz min) manat məbləği 05.07.2021-ci il tarixədək hər ay 2000 (iki min) manat ödəmək şərtilə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin iş üzrə Cavabdeh yuxarıda göstərilən müqavilənin etibarsız hesab olunmasına dair sübutları məhk əməyə təqdim etməmiş və yuxarıda göstərilən müqavilədən irəli gələn öhdəliyini də icra etməsini sübuta yetirməmişdir. Onun bildirdiyi şahidlərin iştirakı ilə 2007-2013-cü il tarixədək edilmiş ödəmələrin isə araşdırılmasına lüzum yoxdur. Çünki tərəflər arasında 05 iyul 2017-ci il tarixdə notariat qaydasında bağlanmış borcun etirafı müqaviləsi ilə artıq Cavabdeh müvafiq borcu etiraf edərək göstərilən 100000 (bir yüz min) manatı 05 iyul 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.2-ci maddəsinə əsasən də bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Kollegiya bir daha qeyd edir ki, iş üz rə cavabdeh yuxarıda göstərilən borcun etirafı müqaviləsindən irəli gələn öhdəliyini tam və ya qismən icra etməsini təsdiq edən hər hansı etibarlı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sü but etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyas ının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə etibarlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali M əhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının qəbul etdiyi qərarda qe yd etdiyi göstərişləri, eyni zamanda mülki işin araşdırılmış hallarını nəzərə alaraq sübutetmə, sübutların yoxlanılması və qiymətləndirilməsi ilə əlaqədar yuxarıda göstərilənləri də nəzərə almaqla hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etdiyi halda, cavabdeh tələbə etirazlarının əsası kimi istinad etdiyi halların təsdiqi üçün məhkəməyə sübut təqdim edə bilməmiş və beləliklə də etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Kollegiya həmçinin sübutların qiymətləndirilməsi baxımından Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən Naxçıvan MR Ali Məhkəməsini Mülki kollegiyasına 25 may 2021-ci il tarixli, 078-13624-1221 nömrəli müşayət məktubu ilə göndərilmiş cinayət işi üzrə zərərçəkmiş şəxsin və şahidlərin izahatla rın surətlərini, eyni zamanda cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarın surətini hazırki mülki iş üzrə mübahisənin mövcud hallarını özündə əks etdirmədiyindən mötəbər sübut növü kimi qəbul etməmişdir. Kollegiya apellyasiya şikayətinin “...qətnamə qəbul edilərkən maddi və prosessual pozuntuya yol verildiyi, belə ki, iş üzrə birinci instansiya məhkəməsində məhkəmə baxışı keçirilərkən cavabdeh olaraq ona heç bir bildiriş təqdim edilmədiyi, məhkəmə baxışının onun iştirakı olmadan keçirildiyi, MPM-in çəkişmə prinsipi pozulmaqla qətnamə çıxarıldığı, halbuki, Mülki-Prosessual Məcəllənin tələbinə əsasən, işdə tərəf olan bütün şəxslərə məhkəmə iclasının keçiriləcəyi yer və vaxt barədə qabaqcadan rəsmi məlumat verilməli olduğu” barədə göstərdiyi dəlillərini də əsassız hesab edir və q eyd edir ki, iş materiallarına əlavə olunmuş məhkəmə bildirişi və xəbərnamədən məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən 09 iyul 2019-cu il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclası barədə bildiriş və iddia ərizəsinin surəti Cavabdeh qeydiyyatda olduğu ünvanda qəbul edilmişdir. Eyni zamanda iş materiallarında olan “SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə” bildirişlərdən məlum olur ki, iş üzrə cavabdeh Məmmədov Nağı Tağı oğlu 08 avqust 2019-cu il tarixə, saat 10:00-a və 27 avqust 2019-cu il tarixə, saat 15:30 təyin olunmuş məhkəmə iclasları barədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq sms xəbərdarlıqlarla məlumatlandırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Həmçinin kollegiya apellyasiya şikayətinin sonuncu hüquqi qiymət verilən dəlili ilə əlaqədar qeyd edir ki, bi rinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olduğuna görə və işin mahiyyəti üzrə fərqli bir nəticəyə gəlmək üçün əsaslar olmadığına görə iş üzrə cavabdehin göstərdikləri formal mülahizə kimi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair Şərur Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(110)-440/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şə rur Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(110)440/2019 nömrəli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(110)-440/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilm əsin. Şərur Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(110)-440/2019 nömrəli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(108)-59/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-59/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver