Məhkəmə qərarları › İş №2(108)-60/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-60/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-60/2021 29.04.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı təşkilat Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(078)-39/2020 nömrəli qətnaməsindən iddiaçı təşkilat Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı təşkilat Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 07 oktyabr 2019-cu il tarixdə kre dit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30.11.2018-ci il tarixli, 256292-1-31731 saylı kredit müqaviləsinə əsasən 15.08.2019-cu il tarixə banka borclu olduğu 4711.37 AZN məbləğində əsas borc, 472.09 AZN məbləğində faiz borcu, 373.50 AZN məbləğində cərimə borcu, ümumilikdə isə 5556.56 AZN pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(078)-39/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 4685.53 (dörd min alt ı yüz səksən beş manat əlli üç qəpik) manat məbləğində əsas borc və 440.96 (dörd yüz qırx manat doxsan altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 5126.49 (beş min yüz iyirmi altı manat qırx doqquz qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı təşkilat Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti 13 yanvar 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyinə görə Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tari xli, 2(078)-39/2020 saylı qətnaməsinin 30.11.2018-ci il tarixli, 256292-1-31731 saylı kredit müqaviləsinə əsasən cavabdehdən tutulmalı olan əsas, faiz və cərimə borclarının məbləğlərinin müəyyən edilməsi hissələrində dəyişdirilərək həmin hissələrdə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı təşkilat Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmişdır ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 01 dekabr 2020-ci il tarixli, 2(078)-39/2020 saylı qətnamə mahiyyəti üzrə düzgün olsa da, bütün faktiki halların aydınlaşdırılmaması, bankın hüquqlarının məhdudlaşdırılması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də, aşağıda göstərilmiş əsaslar üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan əsas, faiz və cərimə borclarının məbləğlərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və iddia həmin hissələrdə tam təmin edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə əldə edilən Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 fevral 2020-ci il tarixli, 15/20 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 avqust 2020-ci il tarixli, 9/2765 nömrəli ekspert rəyinə əsasən cavabdehdən tutulmalı olan əsas və faiz borclarının məbləğlərini müəyyən etməklə düzgün qənaətə gəlməmişdir. Belə ki, həmin ekspert rəyində açıq hesab səhvləri və nöqsanlar aşkar edilmişdir ki, bu isə ekspert tərəfindən hesablamaların düzgün aparılmamasını və borc məbləğlərinin düzgün müəyy ən edilməməsini göstərir. Həmin açıq hesab səhvləri və nöqsanlar aşağıdakılardır: Cavabdeh tərəfindən 11/03/2019-cu il tarixədək banka ümumilikdə 620.00 AZN vəsait ödənilmişdir. 11/03/2019-cu il tarixinə kimi əsas borca ödənilən məbləğ ekspert rəyində qeyd edildiyi kimi 314.47 AZN deyil, 288.63-dür (fərq 25.84 AZN). 1. 11/03/2019-cu il tarixinə kimi faiz borca ödənilən məbləğ ekspert rəyində qeyd edildiyi kimi 305.53 AZN deyil, 276.06 AZN-dir (fərq 29.47 AZN).

2. Müştəriyə 429.30 AZN cərimə hesablanıb, ekspert rəyində bu barədə qeyd yoxdur.

3. Müştəri 55.80 AZN cərimə ödəyib ekspert rəyində bu barədə qeyd yoxdur. Cavabdeh ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanılmış 30/11/2018-ci il tarixli, 256292-1-31731 saylı “Nağd pul krediti” müqaviləsi üzrə faiz hesablanması 15/08/2019-cu il ta rixindən dayandırılıb. 15/08/2019-cu il tarixinə müştərinin borcu aşağıdakı kimidir: 4711,37 (dörd min yeddi yüz on bir manat otuz yeddi qəpik) AZN məbləğində əsas borc, 472,09 (dörd yüz yetmiş iki manat doqquz qəpik) AZN məbləğində faiz borcu, 373,50 (üç yüz yetmiş üç manat əlli qəpik) AZN. Bundan başqa ekspert tərəfindən hesablamalar aparılarkən tərəflər arasında bağlanmış 30.11.2018-ci il tarixli, 256292-1-31731 saylı “Nağd pul kredit müqaviləsi”nin şərtləri nəzərə alınmamışdır. Belə ki, həmin müqavilənin 7.2-ci bəndinə əsasən bu müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN görə 0,05 AZN məbləğində cərimə hesablanır və “Kredit alan” tərəfindən ödənilir. Cavabdeh tərəfindən ödənişlər aparılarkən gecikmələr b aş vermiş və məhz bu səbəbdən ona cərimə hesablanmış və cari hesabdan çıxarış məlumatlarından da göründüyü kimi 55,80 manat məbləğində pul vəsaiti cavabdehin cərimə borcuna silinmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin ekspert rəyi digər sübutlarla yanaşı qiymətləndirilməklə iş üzrə mötəbər sübut kimi qəbul edilməli idi. Ekspert rəyini o zaman mötəbər hesab etmək olar ki, orada ekspertin gəldiyi nəticə mübahisəsiz, aydın və həmçinin əsaslandırılmış olsun. Hazırki sözügedən ekspert rəyi isə mübahisəlidir və orada ekspert tərəfindən hesablamalar düzgün aparılmamışdır. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilənləri ümumiyyətlə nəzərə almamış, araşdırmamış və həmin sübutu digər sübutlarla yanaşı düzgün qiymətləndirməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi cava bdehdən tutulmalı cərimə borcunun məbləğinin də müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmiş və iddiaçı olan bankın iddia tələblərinin cərimə hissəsini heç bir əsas olmadan təmin etməmişdir. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozması, onları lazımınca icra etməməsi və aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində banka qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilmişdir. Lakin, buna baxmayaraq birinci instansiya məhkəməsi bankın cavabdehdən cərimə üzrə 373,50 (üç yüz yetmiş üç manat əlli qəpik) manat məbləğində pul vəsaitinin tutulmasına dair tələbini təmin etməyərək cərimə borcunun bankın xeyrinə tutulmaması barədə qətnamə qəbul etmişdir. Bu zaman məhkəmə qətnamədə bu qəna ətinin səbəblərini, əsaslarını, qətnamənin bu qənaətə hansı sübutların qiymətləndirilməsi nəticəsində gəlməsini göstərməmiş, yalnız qətnamənin əsaslandırıcı hissəsində “ekspert rəylərində təqdim olunmuş hesabdan çıxarış məlumatlarında cərimənin necə hesablandığı dəqiq göstərilmədiyindən cərimə pulu hesablanmaması qeyd olunmuşdur” qeyd etməklə kifayətlənmişdir. Apellyasiya şikayətinə qarşı heç bir etiraz daxil olmamışdır. İddiaçı təşkilat Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 17 fevral 2021-ci il və 16 aprel 2021-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına ərizə göndərərək mülki işə iştirakları olmadan baxıb, bankın apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə b axılmasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxmışdır. Belə ki, qeyd olunan maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası m əhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kollegiya ilk olaraq qeyd edir ki, apellyasiya şikayətində iddiaçının tələbi Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2020- ci il tarixli, 2(078)-39/2020 saylı qətnaməsinin 30.11.2018-ci il tarixli, 256292-1-31731 saylı kredit müqaviləsinə əsasən cavabdehdən tutulmalı olan əsas, faiz və cərimə borclarının məbləğlərinin müəyyən edilməsi hissələrində dəyişdirilərək həmin hissələrdə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsindən ibarətdir. İddiaçı təşkilat Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında 30 noyabr 2018ci il tarixdə 256292-1-31731 nömrəli kredit müqaviləsi bağlanması, Cavabdeh illik 22% ödəmək şərti ilə 36 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit götürməsi hazırki mülki işin mübahisəsiz halıdır. Mülki işin materiallarında işə baxan birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ilkin və təkrar ekspertizalar üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizas ı Mərkəzinin 17 fevral 2020-ci il tarixli, 15/20 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2020-ci il tarixli, 9/2765 nömrəli ekspert rəyləri mövcuddur. Həmin rəylərə əsasən 30 noyabr 2018-ci il tarixli, 256292-1-31731 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı "xxxx" (Azərbaycan) ASC-yə 15.08.2019-cu il tarixə əsas borcu 4685,53 (dörd min altı yüz səksən beş manat əlli üç qəpik) manat, faiz borcu 440,96 (dörd yüz qırx manat doxsan altı qəpik) manat təşkil edir. Hər iki ekspertiza rəyinə əsasən Cavabdeh cərimə borcu hesablanmadığı qeyd olunmuşdur. 17 fevral 2020-ci il tarixli, 15/20 nömrəli və 20 avqust 2020-ci il tarixli, 9/2765 nömrəli ekspert rəyləri ilə iddiaçının tərəfindən 20 may 2020-ci il tarixli və 13 oktyabr 2020-ci il tarixli vəsatətində və 13 yanvar 2021-ci il tarixli apellyasiya şikayətində qeyd olunan dəlillər arasında ziddiyyətlərin mövcudluğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Kollegiya qeyd olunan ziddiyyətin səbəbinin araşdırılması və aydınlıq gətirilməsi, qanuni və əsaslı qərarın qəbul edilməsi məqsədilə hazırki mülki iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi qənaətinə gələrək 25 fevral 2021-ci il tarixdə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi barədə qərardad çıxa rmış, təkrar ekspertiza üzrə başqa ekspert tərəfindən rəy verilməsi üçün ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 53 nömrəli, 11 mart 2021-ci il tarixli ekspert rəyi 12 mart 2021-ci il tarixdə mülki kollegiyaya daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 53 nömrəli, 11 mart 2021-ci il tarixli ekspert rəyinə görə, Cavabdeh tərəfindən "xxxx" ASCyə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları 30.11.2018-ci ildən 26.11.2020-ci ilədək dövrü əhatə etmişdir ki, bu dövr ərzində ümumilikdə banka ödənilən pul məbləğinin 55,80 manatı cərimə borcuna silinmiş və 0,94 manat məbləğində qalıq borc göstərilmişdir. Bu əsasda soruşulan dövrdə Cavabdeh ümumilikdə 56,74 manat cərimə hesablanmışdır ki, bu məbləğ xərclər, faiz borcları və əsas borcu silindikdən sonra silinir. 30 noyabr 2018-ci il tarixli, 256292-1-31731 nömrəli kredit müqaviləsinin şərtləri və yuxarıda göstərilənlər nəzərə alındıqda Cavabdeh "xxxx" ASC-yə 15 avqust 2019-cu il tarixə (maliyyə arayışı verildiyi tarixə) kredit üzrə əsas borcu 4685,02 (dörd min altı yüz səksən beş manat 02 qəpik), faiz borcu 440,91 (dörd yüz qırx manat 91 qəpik), cərimə 56,74 (əlli altı manat 74 qəpik) təşkil edir. Əvvəlki iki ekspert rəyindən fərqli olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 53 nömrəli, 11 mart 2021-ci il tarixli ekspert rəyində iddiaçı təşkilatın 15 avqust 2 019-cu il tarixə verdiyi maliyyə arayışına uyğun olaraq cavabdehin 56,74 (əlli altı manat 74 qəpik) manat cərimə borcunun olduğu müəyyən edilmişdir. Həmçinin, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş çıxarışdan müəyyən olunur ki, kredit verildikdən sonra tələb olunan tarixədək cavabdeh tərəfindən kredit borcu üzrə cəmi 620,49 manat vəsait ödənilmiş və bank tərəfindən həmin vəsaitin 28.01.2019-cu il tarixdə 94,27 (doxsan dörd manat iyirmi yeddi qəpik) manat, 18.02.2019-cu il tarixdə 97,81 (doxsan yeddi manat səksən bir qəpik) manat, 11.03.2019-cu il tarixdə isə 96,55 (doxsan altı manat əlli beş qəpik) manat olmaqla cəmi 288,63 (iki yüz səksən səkkiz manat altmış üç qəpik) manat hissəsi əsas borca, 03.01.2019-cu il tarixdən 11.03.2019-cu il tarixədək olan dövrdə isə hissə-hi ssə olmaqla ayrı-ayrı vaxtlarda cəmi 276,06 (iki yüz yetmiş altı manat altı qəpik) manat hissəsi faiz borcuna, qalan 55,80 manat hissəsi isə müxtəlif tarixlərdə cərimə borcuna silinmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2020-ci il tarixli, 15/20 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2020-ci il tarixli, 9/2765 nömrəli ekspert rəylərində ödənilmiş 620,0 manat vəsaitin 314,47 manatının əsas borca, 305,53 manatının isə faiz borcuna silinməli olduğu, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 53 nömrəli rəyində isə ödənilmiş 620,49 manat vəsaitin 314,98 manatının əsas borca, 305,51 manatının isə faiz borcuna silinməli olduğu qeyd edilmişdir. Y əni, ödənilmiş vəsaitin hansı borca silinməsi barədə iddiaçının təqdim etdiyi sənədlə ekspert rəyləri arasında fərq meydana gəlir. Üç dəfə ekspertiza təyin olunmasına baxmayaraq bu fərqin izah edilməsi mümkün olmamışdır. Kollegiya buna görə də əsas və faiz borcuna münasibətdə iddiaçının özünün təqdim etdiyi rəqəmlərin qəbul edilən, cərimə borcuna münasibətdə isə son ekspert rəyi ilə razılaşmalı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan t utulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublik asının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişə bilər. Kollegiya göstərilənlərə müvafiq olaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(078)39/2020 nömrəli qətnaməsi əsas, faiz və cərimə borcuna dair hissədə dəyişdirilməli, Cavabdeh əsas borca görə 4711,37 (dörd min yeddi yüz on bir manat otuz yeddi qəpik) manat, faiz borcuna görə 472,09 (dörd yüz yetmiş iki manat doqquz qəpik) manat və cərimə borcuna görə 56.74 (əlli a ltı manat yetmiş dörd qəpik) manat, cəmi 5240,20 (beş min iki yüz qırx manat iyirmi qəpik) manat məbləğində pul tutularaq Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ödənilməli, Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(078)39/2020 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq kollegiya q ə t e t d i: İddiaçı təşkilat Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(078)-39/2020 nömrəli qətnaməsindən iddiaçı təşkilat Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qi smən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(078)-39/2020 nömrəli qətnaməsi dəyişdirilsin. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30.11.2018-ci il tarixli, 256292-1-31731 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4711,37 (dörd min yeddi yüz on bir manat otuz yeddi qəpik) manat, faiz borcuna görə 472,09 (dörd yüz yetmiş iki manat doqquz qəpik) manat və cərimə borcuna görə 56.74 (əlli altı manat yetmiş dörd qəpik) manat, cəmi 5240,20 (beş min iki yüz qırx manat iyirmi qəpik) manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qət namə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar