Məhkəmə qərarları › İş №2(108)-60/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-60/2024

14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-60/2024 14.03.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X2 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Şərur Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(110)-1091/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Şərur Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(110)-1091/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək, Şərur Rayon Məhkəməsinin 2(110)-390/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi və haz ırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 02 mart 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İşin halları: İddiaçı 06 noyabr 2023-cü il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(110)-390/2019 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 100 (bir yüz) manat məbləğində müəyyən edilmiş alimen tin miqdarının artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(110)-1091/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh 15 yanvar 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, Şərur Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(110)-1091/2023 nömrəli qətnaməsində alimentin miqdarının artırılması hissəsini ləğv edib Ailə Məcəlləsinin 76-cı m addəsinə əsaslanaraq 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsinin xx.xx.2019-cu il təvəllüdlü X1 üçün ondan alimentin tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İş üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şərur Rayon Məhkəməsi heç bir obyektiv araşdırma aparmadan, onun Sədərək Rayon Uşaq Yaradıcılıq mərkəzində bağban işləməyini və aylıq gəlirinin cəmi 349 manat olması barədə dəqiq məlumatının olduğu halda, əlavə gəlirlərinin olmadığını, özünün işə gedib qayıtmağı üçün 58 manat pul xərclədiyini, İddiaçı hərbi qulluqçu olaraq aylıq gəlirinin 1200 man at olmasını nəzərə almadan, iddiaçının yalan ifadəsi ilə şəhid ailəsi olduğunu, şəhid ailəsinin onun anası olduğunu və 600 manat prezident təqaüdü almağını, onun anası ilə ayrı təsərrüfat olduğunu, anasının isə şəkər və təzyiq xəstəsi olduğunu, ürəkdən əməliyyat keçirməsini, aldığı təqaüdü özünün ehtiyaclarına xərcləməsini, lazım olduqda anasına dərmanların alınması üçün Türkiyə Respublikasına keçdiyini və bundan heç bir qazanc əldə etmədiyini nəzərə almadan iddiaçının haqsız tələbinə əsaslanan bir qətnamə qəbul edilmişdir. Sədərək Rayon Uşaq Yaradıcılıq mərkəzinin arayışında göstərilir ki, onun aylıq gəliri cəmi 349 manatdır, özünün işə gedib qayıtmağı üçün 58 manat pul xərcləyir və o, hər ay 100 manat aliment olaraq İddiaçı xeyrinə ödəyir. Bir uşağın saxlanılması üçün 2024-cü ildə 235 ma nat məbləğində aliment müəyyən olunmuşdursa, həmin məbləğ tək ondan deyil, hər iki valideyndən tutulması nəzərdə tutulmuşdur. Hesab edir ki, məhkəmə yuxarıda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmə aparmadan qətnamə qəbul etmişdir. Şərur Rayon Məhkəməsi işə baxarkən bir sıra maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həmçinin İddiaçı 220 manat aliment tələbi ilə məhkəməyə ərizə verdikdə tələbini əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 76, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77-ci maddələrinə istinad edərək göstərilənlərin nəzərə alınmaqla Şərur Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(110)-1091/2023 nömr əli qətnaməsində alimentin miqdarının artırılması hissəsini ləğv edib Ailə Məcəlləsinin 76-cı maddəsinə əsaslanaraq 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsinin xx.xx.2019-cu il təvəllüdlü X1 üçün ondan tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında Sədərək Rayon Uşaq Yaradıcılıq Mərkəzində bağban işləməklə hər ay 349 manat əmək haqqı aldığını, əldə etdiyi məlumata görə məhkəmə tərəfindən qət edilmiş alimentin ödənilməsini aldığı əmək haqqının hissəsi kimi həyata keçirə biləcəyini, əlavə olaraq bildirir ki, gələcəkdə ailə quracağı təqdirdə ailənin saxlanılması, yaşadığı evin kommunal xərclərinin qarşılanması, işə gedib-gələrkən yola pul xərclənməsi ilə bərabər, məhkəmənin qətnaməsi əsasında müəyyən edilmiş 160 manat miqdarında aliment ödəməyi onun maddi imkanını daha da ağırlaşdıracağını, onun hər ay üçün övladının saxlanılmasına görə 100 manatdan artıq aliment ödəməyə sadəcə olaraq maddi imkanının çatmadığını, 2019-cu ildən indiyə qədər hər ay 100 manat aliment ödədiyini, ödədiyi aliment məbləğinin dəyişdirilməsini istəmədiyini, uşağın hazırda 5 yaşının olduğunu, rəsmi dövlət işindən əlavə təsərrüfatla məşğul olduğunu, hazırda təsərrüfatında 3 baş inəyi və 10 baş toyuğu olduğunu, Sədərək kəndində bir evdə anası və onun yaşadığını, anasının xəstəlikdən əziyyət çəkdiyini, atasının isə şəhid olduğunu, dövlət tərəfindən şəhid ailəsi kimi hər ay 600 manat müavinət ödənildiyini, həmin müavinəti anasının xəstəliyinin müalicəsində istifadə etdiyini, uşağın saxlanılması üçün ödədiyi aliment pulundan əlavə uşağa heç bir qayğı göstərmədiyini, məhkəmə tərəfindən müəyyən olunmuş 100 manat aliment pulunu vaxtlı-vaxtında ödədiyini bildirərək, apellyasiya şikayətinin təmin edilməsi və Şərur Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(110)-1091/2023 nömrəli qətnaməsində alimentin miqdarının artırılması hissəsini ləğv edib dörddə bir hissəsində X1 üçün aliment olaraq tutulub İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında məhkəmə tərəfindən övladının saxlanılması üçün tələbinin qismən təmin edilməsi ilə özünün qazancı çox cavabdehin qazancının isə az olduğundan, öz anasının xəstə olduğu kimi cavabdehin də anasının xəstə olmasına, həmçinin cav abdehin atasının şəhid olmasını başa düşüb razı olduğunu, məhkəmənin uşağın böyüdükcə təlabatlarının artdığını, aldığı əmək haqqının çox olmasına baxmayaraq kirayə mənzildə yaşadığını nəzərə alıb aliment müəyyən etdiyini, onun məhkəmənin hazırki qətnaməsinin dəyişdirilməsini istəmədiyini, onun cavabdehin maddi vəziyyətinin yaxşı olmadığını başa düşdüyünü, lakin övladının haqqını da tələb etdiyini, onun hər ay 1200 manat deyil, orta hesabla təxminən 700-800 manat civarında əmək haqqı aldığını, 200 manat kirayə verdiyini, kirayə mənzildə anasının, bacısının, onun və övladının yaşadıqlarını, əvvəllər Şərur rayonu, Cəlilkənd kəndində yaşayarkən işə gedib-gəlmək üçün hər ay təxminən 400-500 manat taksiyə pul ödədiyini, bu səbəbdən də iş yerinə yaxın yerdə, yəni Kəngərli rayonu, Qıvraq qəsəbəsin də kirayə mənzil tutub övladına baxsınlar deyə anasını və bacısını yanına apardığını qeyd edərək apellyasiya şikayətinin təmin olunmaması və Şərur Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(110)-1091/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilmə sinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(110)390/2019 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 100 (bir yüz) manat məbləğində alimentin miqdarının artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutulara q övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcə lləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərə findən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun valideynlərin hüquq və vəzifələrini müəyyən edən 19-cu maddəsində gö stərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinin mənasına görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Həmin Konvens iyanın 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi Sədərək Rayon Uşaq Yaradıcılıq mərkəzində bağban işləməsi, aylıq gəlirinin cəmi 349 manat olması, əlavə gəlirlərinin olmaması, işə gedib qayıtmağı üçün 58 manat pul xərcləməsi, İddiaçı hərbi qulluqçu olaraq aylıq gəlirinin 1200 manat olması, şəhid ailəsinin onun anası olması, 600 manat prezident təqaüdü almaması, anası ilə ayrı təsərrüfat olması, anasının şəkər və təzyiq xəstəsi olması, aldığı təqaüdü özünün ehtiyaclarına xərcləməsi, anasına dərmanların alınması üçün Türkiyə Respublikasına keçməsi və bundan heç bir qazanc əldə etməməsi ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, aliment ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ö dəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Kollegiya tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alaraq belə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin miqdarının müəyyən edilməsi hissəsinə dair gəldiyi nəticə əsaslı və qanunidir. Kollegiya Cavabdeh məhkəmənin qanuni tələbini nəzərə almaması, onun 160 (bir yüz altmış) manat məbləğində alimenti ödəmək imkanı olmadığından sabit pul məbləğində qət olunmuş alimentin miqdarının dəyişdirilib bir uşağın saxlanılması üçün qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin müəyyən olunması ilə əlaqədar apellyasiya şikayətində göstərdiyi dəlillərini işin araşdırılmış halları ilə əhatəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək, gələcəkdə məhkəmənin qətnaməsinin icrasının təmin olunmasının mümkün olmasını və real əsaslara sökənə bilməsini, həmçinin uşağın əvvəlki təminatının mümkün qədər maksimal saxlanılması əsaslarını nəzərə alaraq qət olunmuş alimentin tutulması qaydasının dəyişdirilərək qazancının və (və ya) başqa gəlirlərinin hissəsi kimi müəyyən edilməsinə dair dəlillərini əsassız hesab edir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valid eynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.6-cı yarımbəndində müəyyən edilmişdir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. İşin araşdırılmış hallarından da göründüyü kimi hazırda cavabdeh Şərur Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(110)-390/2019 saylı qətnaməsi ilə hər ay bir uşağın saxlanması üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment ödəyir və o, iddiaçıya qarşı alimentin miqdarının azaldılması tələbi ilə əlaqədar iddia qaldırmamış, birinci instansiya məhkəməsində işə baxılarkən izahatında iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin apel lyasiya şikayətində aylıq gəlirinin 349 manat olmasına istinad etməklə alimentin onun qazancının dörddə bir hissəsi miqdarında müəyyən olunmasına gəldikdə isə kollegiya qeyd edir ki, alimentin müəyyən hissə kimi tutulması iddiaçının mənafeyini əhəmiyyətli dərəcədə pozur və cavabdehin apellyasiya şikayətinin bu dəlili əsassız olmaqla hazırda onun ödədiyi alimentin miqdarından da aşağı məbləğdə alimentin qət olunması üçün qanuni əsas yoxdur. O cümlədən yuxarıda göstərilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.6-cı yarımbəndində müəyyən edilmiş Cavabdeh bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar mövcud deyil. Kollegiya iddiaçının hərbi qulluqçu olaraq aylıq gəlirinin yüksək olması barədə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilinə münasibətdə qeyd edir ki, göstərilən halın mövcud olması ilə əlaqədar cavabdeh hər hansı sübutunu məhkəməyə təqdim etməmiş və həmin halın mövcudluğu belə apellyasiya şikayətinin təmin olunmaqla qət edilmiş alimentin cavabdehin qazancının dörddə bir hissəsi miqdarında müəyyən edilməsinə əsas ola bilməz. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi İddiaçınin 220 manat aliment tələbi ilə məhkəməyə ərizə verdikdə tələbini əsaslandıracaq heç bir sübut təqdim etməməsi ilə əlaqədar dəlilini də ə sassız hesab edir. Belə ki, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu dedikdə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma nəzərdə tutulur. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Beləliklə uşaqlar üçün yaşayış minimumu uşaqların sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xid mətlərini ödəyir. Hazırki işdə uşaqların minimum dolanacaq xərclərindən əlavə hər hansı xərcin cavabdehdən tutulması tələb olunmur. Belə olan halda isə uşaqların zəruri ərzaq, geyim, tibbi preparat, təhsil və tərbiyəsi üçün çəkilməli olan xərclər və başqa xərcləri də uşaqların himayəsinə verildiyi iddiaçının üzərinə düşür. İddiaçı iddia ərizəsində göstərilən hallara istinad etməklə iddia ərizəsini kifayət qədər əsaslandırmış və işə baxan birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya Cavabdeh alimentin miqdarının qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi kimi müəyyən olunması na dair kollegiyadakı izahatına və apellyasiya şikayətində göstərdiyi digər dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, onun izahatında göstərdikləri və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392 və 402-ci mаddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(110)-1091/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar