Məhkəmə qərarları › İş №2(108)-62/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-62/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-62/2023 21.08.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və X1 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Sədərək Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2(088)-2/2023 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğve dicisi Əmanətlərin Sığortalanması Fondu elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 noyabr 2016-cı il tarixli, KM051T11160065S01 hesab nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixə cəmi borcu 10475.84 (on min dörd yüz yetmiş beş manat, 84 qəpik) AZN, bundan 3740.54 (üç min yeddi yüz qırx manat, 54 qəpik) AZN əsas, 3841.97 (üç min səkkiz yüz qırx bir manat, 97 qəpik) AZN faiz, 2374.89 (iki min üç yüz yetmiş dörd manat 89 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 518.44 (beş yüz on səkkiz manat 44 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 121.43 (yüz iyirmi bir manat 43 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənil məsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sədərək Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2(088)-2/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 3740.54 (üç min yeddi yüz qırx manat, əlli dörd qəpik) manat əsas borcun alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, Cavabdeh 43.36 (qırx üç manat otuz altı qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun dövlət rüsumu olaraq ödədiyi 78.07 (yetmiş səkkiz manat yeddi qəpik) manatın onun özünə aid edilməsi, iddia tələbinin qalan hissəsin in təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi ilə razılaşmayan iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu nümayəndəsi vasitəsilə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Sədərək Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2(088)-2/2023 nömrəli qətnaməsinin qismən - iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş aşağıda qeyd edilən halları qəbul etmirlər və mübahisələndirirlər: Belə ki, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, "Ləğv prosesində olan İddiaçı ASC-nə cavabdehin olan borcu azaldılmamış və restrukturizasiya olunmamışdır." "Əsas kredit borcu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır." Apellyator bildirmişdir ki, Cavabdeh həmin kredit müqaviləsi üzrə yaranmış əsas borcunun qalıq məbləği 3740.54 manat təşkil etsə də, həmin borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməmişdir. Belə ki, aşağıdakı şərtlərin hamısına cavab verən kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunur: > 2012-ci il 1 yanvar tarixindən sonra verilmiş: > 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan; > xa rici valyutada əsas kredit məbləği 10 000 (on min) ABŞ dollarından, milli valyutada isə 17 000 (on yeddi min) manatdan çox olmayan kreditlər. Qeyd olunmalıdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinin yalnız bağlanma tarixi və məbləği Fərmanın yuxarıda qeyd olunan şərtlərinə uyğun gəlir. Lakin kredit borcu yuxarıda qeyd olunan şərtlərdən digərinə, yəni 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən cavabdehin adı müvafiq siyahıda olmamışdır. Əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına, 360 gündən az, yəni 156 gün təşkil etdiyi MKR-dən çıxarışda öz əksini tapır. (Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarış və MKR-dən çıxarış apellyasiya şikayətinə əlavə edilir). Bu səbəbə görə əsas kredit borcunun restrukturizasiya olunması cavabdehə təklif olunmamış, həmin kredit borcu üzrə cavabdehlə Bank arasında hər hansı güzəştli kredit müqaviləsi bağlanmamışdır. Məhkəmə əsas kredit borcunun 3740.54 manat təşkil edən qalıq məbləğinin restrukturizasiya olunması təklif olunan kredit olduğunu ehtimal edərək əsas kredit borcunun Cavabdeh alınaraq iddiaçıya qaytarılması qənaətinə gəlmiş və bununla da əsassız qətnamə qət etmişdir. Bundan başqa qeyd etmək istəyirlər ki, həmin Fərmanın heç bir maddəsində fərmanın təsiri dairəsinə düşən və məhkəmələr tərəfindən restrukturizasiya olunmayan kredit müqavilələrinin faiz, cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci madd əsinə uyğun olaraq hesablanmış faiz məbləği borclarının silinməsi səlahiyyətləri verilməmişdir. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, cavabdehin Ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu azaldılmamışdır. Belə ki, problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışdan aydın olur ki, cavabdehin LPO İddiaçı ASC-yə olan kredit borclarına cəmi 4894.44 (764.80+4129.63) manat kompensasiya hesablanmışdır. Həmin kompensasiyanın 1796.88 manat məbləği xx.xx.2019-cu il tarixə əsas kredit borcu 5537.42 manat təşkil edən qalığına yönəldilərək azaldılmışdır. Bundan başqa portaldan çıxarışdan o da aydın olur ki, cavabdehin LPO İddiaçı ASC-yə olan müvafiq kredit üzrə qalıq borcunun məbləği 3740.54 manat təşkil etsə də, həmin borc məbləği restrukturizasiya olunması təklif oluna n kreditlər siyahısında olmamışdır. İddiaçı qaydalarla müəyyən olunan vəzifələrini həyata keçirmiş, cavabdehin borcuna dair məlumatı aidiyyəti quruma təqdim etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin iddiaçıya müvafiq kredit müqaviləsi üzrə cəmi borcunun məbləği 10475.84 manat (əsas, faiz, cərimə və illik 5% hesablanmaqla) təşkil edir. Məhkəmə qətnaməsi isə işin hallarına və konkret sübutlara istinad edilməklə, tərəflərlə müzakirə olunub tədqiq edilməklə əsaslandırılmayıb. Bildiririk ki, iş materiallarında iş üçün əhəmiyyətli olan və faktı təsdiq edən kifayət qədər sübut vardır və tərəflər həmin faktın mövcudluğunu mübahisəsiz şəkildə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 445, 449, 465-ci maddələrinə əsasən iddiaçıya kreditor olaraq bir çox hüquqlar verilmişdir. Bu hüquqlara istinad edərək cavabdehdən faiz, cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borc tələb olunmuşdur. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh hazırki vaxtadək banka olan borcunu ödəmək üçün heç bir tədbir görməmişdir. Buradan da görünür ki, cavabdeh açıq şəkildə öhdəliyini icra etməkdən boyun qaçırır. Məhkəmə isə qətnamədə cavabdehin banka olan kredit borcunun restrukturizasiya olunması təklif olunan kredit borcu olduğunu zənn edərək iddiaçı nın qanunvericiliklə müəyyən olunmuş hüquqlarını kobud şəkildə pozmuş, cavabdehin bundan sonra bank qarşısında olan öhdəliklərinin həyata keçirməməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində qeyd olunur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sədərək Rayon Məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara düzgün şəkildə diqqət yetirməmişdir. Belə ki, problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışda cavabdehlə bank arasında bağlanmış müvafiq kredit müqaviləsi üzrə 3740.54 manat (əsas borc) məbləğindəki borcunun restrukturizasiya olu nması təklif olunan kreditlər siyahısına düşmədiyi, eyni zamanda kompensasiya məbləğləri və qalıq borcunun məbləğləri barədə məlumatlar öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları düzgün aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəmə li olmasına dair vəzifələrini tam yerinə yetirməmişdir. Apellyator sonda apellyasiya şikayətinin təmin edilərək, Sədərək Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2(088)-2/2023 nömrəli qətnaməsinin qismən iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 445, 449, 465-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 385.1.1 və 385.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına və Azərba ycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na istinad edilmişdir. Mülki iş apellyasiya şikayətlərinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iş üzrə iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nüma yəndəsi 18 avqust 2023-cü il tarixdə məhkəmənin ünvanına elektron qaydada ərizə göndərərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilərək apellyasiya şikayətlərinin tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə müvafiq olaraq mülki işə iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin, eyni zamanda Cavabdeh və onun nümayəndəsi X5 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahi sənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011 -ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsi ni şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi verdiyi apellyasiya şikayətində Sədərək Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2(088)-2/2023 nömrəli qətnaməsinin qismən-iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Bunu nəzərə alan kollegiya İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlamışdır. Kollegiya Sədərək Rayon Məhkəməsinin mübahisələndiri lən 28 fevral 2023-cü il tarixli, e-2(088)-2/2023 nömrəli qətnaməsinin əsaslılığını və qanuniliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli şəkildə tədqiq edərək, mübahisənin hüquqi həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmır və hesab edir ki, mübahisənin həllində mülki işin mühüm əhəmiyyətli olan bütün faktiki halları kifayət qədər araşdırılmamış və iddia tələbinin rədd olunmuş hissəsində əsassız nəticəyə gəlinmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, apellyasiya şikayəti ilə bağlı iş materialları kollegiya tərəfindən tədqiq olunarkən müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh arasında bağlanmış 510 1 nömrəli (Hesab №: KM051T11160065S01) 09 iyun 2015-ci il tarixli Kredit Kartın verilməsi və istifadəsi üzrə Müqaviləyə əsasən cavabdeh üçün 12 (on iki) ay müddətinə 7000 (yeddi min) ABŞ dolları məbləğində kredit xətti açılmış, bu müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair pul öhdəliyi olmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh arasında 1 nömrəli (Hesab №: KM051T11160065S01) 17 iyun 2016-cı il tarixli Əlavə Saziş bağlanmış, əlavə Sazişin 1.1. bəndinə əsasən M üqavilənin adında olan “Kredit Kartın verilməsi və İstifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Əlavə Sazişin 2.1. bəndinə əsasən Kreditor Borcalana 6046.87 (altı min qırx altı dollar 87 sent) USD məbləğində 24 ay müddətinə kredit vermiş, kreditin istifadəsinə görə Borcalan Kreditora illik 15 faiz ödəmə müəyyən olunmuşdur. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5101 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsindən və həmin müqaviləyə əlavə olan xx.xx.2016-cı il tarixli əlavə sazişdən görünür ki, Cavabdeh həmin müqavilə üzrə bank qarşısında kredit öhdəliyinin qalığının 5232.79 ABŞ dolları məbləğində borcu təşkil etdiyi və həmin məbləğ konvertasiya edilməklə 9357.80 manat təşkil etməsi və restrukturizasiy a edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsinin 25 faiz təşkil etməsi və restrukturizasiya edilmiş kreditin müddətinin xx.xx.2019-cu il tarixədək uzadılması barədə tərəflər razılığa gəlmişlər. 25 avqust 2022-ci il tarixli maliyyə arayışında qeyd olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, KM051T06160044S01 saylı kredit müqaviləsi üzrə əlavə sazişə əsasən Cavabdeh 18 avqust 2022-ci il tarixinə 3740.54 manat əsas borcu, 3841.97 manat faiz borcu, 2374.89 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 518.44 manat olmaqla, cəmi 10475.84 manat borcu mövcuddur. Eyni zamanda iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh 16 dekabr 2022-ci il tarixdə məhkəməyə vəsatət göndərərək əsas b orca hesablanmış faiz, faizə əlavə olaraq əsassız cərimə və faizdən faiz borcunun hesablanmasının qanunsuz olduğunu və buna görə də ləğv edilməli olduğunu bildirərək mülki işin ədalətli və ətraflı araşdırılması, bu sahədə xüsusi bilik tələb olunan sualları izah etmək üçün mühasibatlıq ekspertizasının keçirilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmiş, cavabdehin vəsatəti təmin olunaraq Sədərək Rayon Məhkəməsinin icraatında olan e-2(088)-107/2022 saylı mülki işin ekspertizaya təqdim edilməsi, ekspertizanın keçirilməsinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi, iddiaçı “LPO “"xxxx"” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işin icraatınin ekspertizanın rəyi Sədərək Rayon Məhkəməsinə təqdim edilənədək da yandırılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 12 yanvar 2023-cü il tarixli, 33 nömrəli rəyində təqdim olunmuş hesabdan çıxarış məlumatları, 09 iyun 2015-ci il tarixli, kredit müqaviləsinin və 25 noyabr 2016-cı il tarixli 2 nömrəli əlavə saziş şərtlərinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit üzrə xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 3740,54 (üç min yeddi yüz qırx) manat, faiz borcu 1748,23 (bir min yeddi yüz qırx səkkiz) manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu (illik 5%) 505,99 (beş yüz beş) manat təşkil etdiyi, təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla Cavabdeh cərimə hesablanmadığı nəticəs inə gəlinmişdir. Sədərək Rayon Məhkəməsi tərəfindən 28 fevral 2023-cü il tarixdə yuxarıda qeyd olunan qətnamə qəbul olunmuşdur. İddiaçı təşkilatın nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən-iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsinə dair dəlillərində “...Cavabdeh həmin kredit müqaviləsi üzrə yaranmış əsas borcunun qalıq məbləğinin 3740.54 manat təşkil etsə də, həmin borc məbləğinin restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşmədiyi, belə ki, 2012-ci il 1 yanvar tarixindən sonra verilmiş, 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan və xarici valyutada əsas kredit məbləği 10 000 (on min) ABŞ dollarından, milli valyutada is ə 17 000 (on yeddi min) manatdan çox olmayan kreditlər şərtlərin hamısına cavab verən kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunmasının təklif olunduğu, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinin yalnız bağlanma tarixinin və məbləğinin Fərmanın yuxarıda qeyd olunan şərtlərinə uyğun gəldiyi, lakin kredit borcu yuxarıda qeyd olunan şərtlərdən digərinə, yəni 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən cavabdehin adının müvafiq siyahıda olmadığı, əsas borc üzrə gecikmə günlərinin sayının 2019-cu ilin mart ayına, 360 gündən az, yəni 156 gün təşkil etdiyi MKR-dən çıxarışda öz əksini tapdığı, bu səbəbə görə əsas kredit borcunun restrukturizasiya olunmasının cavabd ehə təklif olunmadığı, həmin kredit borcu üzrə cavabdehlə Bank arasında hər hansı güzəştli kredit müqaviləsi bağlanmadığı, məhkəmənin əsas kredit borcunun 3740.54 manat təşkil edən qalıq məbləğinin restrukturizasiya olunması təklif olunan kredit olduğunu ehtimal edərək əsas kredit borcunun Cavabdeh alınaraq iddiaçıya qaytarılması qənaətinə gəlməklə əsassız qətnamə qət etməsi, bundan başqa həmin Fərmanın heç bir maddəsində fərmanın təsiri dairəsinə düşən və məhkəmələr tərəfindən restrukturizasiya olunmayan kredit müqavilələrinin faiz, cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış faiz məbləği borclarının silinməsi səlahiyyətləri verilmədiyi, problemli k redit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışdan cavabdehin LPO İddiaçı ASC-yə olan kredit borclarına cəmi 4894.44 (764.80+4129.63) manat kompensasiya hesablandığının aydın olduğu, həmin kompensasiyanın 1796.88 manat məbləğinin xx.xx.2019-cu il tarixə əsas kredit borcu 5537.42 manat təşkil edən qalığına yönəldilərək azaldıldığı, bundan başqa portaldan çıxarışdan cavabdehin LPO İddiaçı ASC-yə olan müvafiq kredit üzrə qalıq borcunun məbləğinin 3740.54 manat təşkil etsə də, həmin borc məbləğinin restrukturizasiya olunması təklif olunan kreditlər siyahısında olmamasının aydın olduğu, məhkəmənin qətnaməsinin isə işin hallarına və konkret sübutlara istinad edilməklə, tərəflərlə müzakirə olunub tədqiq edilməklə əsaslandırılmadığını” göstərmiş və məhz bu qeyd olunan əsaslara görə a pellyasiya şikayətinin təmin edilərək, Sədərək Rayon Məhkəməsinin 28 fevral 2023cü il tarixli, e-2(088)-2/2023 nömrəli qətnaməsinin qismən-iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya apellyatorun şikayətində qeyd etdiyi bu dəlillərlə qismən razılaşır və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Yuxarıda da qeyd olunduğu kimi, iddia ərizəsinin məzmununa əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Sədərək Rayon Məhkəməsinə müraciət edə rkən 25 noyabr 2016-cı il tarixli, KM051T11160065S01 hesab nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixə cəmi borcu 10475.84 (on min dörd yüz yetmiş beş manat, 84 qəpik) AZN, bundan 3740.54 (üç min yeddi yüz qırx manat, 54 qəpik) AZN əsas, 3841.97 (üç min səkkiz yüz qırx bir manat, 97 qəpik) AZN faiz, 2374.89 (ikimin üç yüz yetmiş dörd manat 89 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 518.44 (beş yüz on səkkiz manat 44 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 121.43 (yüz iyirmi bir manat 43 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Sədərək Rayon Məhkəməsinin 28 fevral 2023 -cü il tarixli, e-2(088)-2/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 3740.54 (üç min yeddi yüz qırx manat, əlli dörd qəpik) manat əsas borcun alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, Cavabdeh 43.36 (qırx üç manat otuz altı qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun dövlət rüsumu olaraq ödədiyi 78.07 (yetmiş səkkiz manat yeddi qəpik) manatın onun özünə aid edilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi həmin qətn amənin məzmunundan aydın olur ki, məhkəmə bu nəticəyə gələrkən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanın müddəalarını və iddiaçı təşkilat tərəfindən iddianın faiz, cərimə və əldən çıxmış fayda borcuna münasibətdə mötəbər sübutlarının təqdim olunmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillərlə bağlı ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019- cu il tarixli Fərmana müvafiq olaraq 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Sözügedən Fərmanın icrası məqsədilə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiqlənmişdir. Qaydanın 6.16-cı bəndində fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi xx.xx.2019-cu il nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentin in “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 0 00 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəf indən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. İddiaçı təşkilatın istər iddia ərizəsinə əlavə etdiyi sübutlardan (müqavilə, əlavə saziş, maliyyə arayışı, hesabdan çıxarışlar və.s iş səh.12-34), istərsə də apellyasiya şikayətinə əlavə etdiyi problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan və MKR-dən çıxarış (iş səh. 175-183) məlumatlarına əsasən Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinin yalnız bağlanma tarixi və məbləği Fərmanın yuxarıda qeyd olunan şərtlərinə uyğun gəlir. Lakin kredit borcu yuxarıda qeyd olunan şərtlərdən digərinə, yəni 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecik məsi olan şərtinə cavab vermədiyindən cavabdehin adı müvafiq siyahıda olmamışdır. Əsas borc üzrə gecikmə günlərinin sayı Fərmanda qeyd olunan 2019-cu ilin mart ayına 360 gündən az, yəni 156 gün təşkil etdiyi təqdim olunan sübutlarla öz təsdiqini tapmış və belə olan halda da bu hissədə Fərmanın əhatə dairəsinə düşməmişdir. Beləliklə kollegiya tərəflər arasında mövcud olan hazırki mübahisənin Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşmədiyi qənaətinə gəldiyindən apellyatorun şikayətdə qeyd etdiyi əsas borca hesablanacaq faiz, cərimə və gecikdirilmiş vaxt üçün faiz məbləğinə münasibətdə dəlillərinə Mülki Məcəllənin tələbləri baxımından qiymət vermişdir. Q eyd olunduğu kimi, iddiaçı təşkilat iddia tələbində əsas borca hesablanmış 3841.97 (üç min səkkiz yüz qırx bir manat, 97 qəpik) AZN faiz, 2374.89 (ikimin üç yüz yetmiş dörd manat 89 qəpik) AZN cərimə, kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 518.44 (beş yüz on səkkiz manat 44 qəpik) AZN faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda da qeyd olunduğu kimi, birinci instansiya məhkəməsində işə baxılarkən Sədərək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(088)-107/2022 qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edil mişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 12 yanvar 2023-cü il tarixli, 33 nömrəli rəyində təqdim olunmuş hesabdan çıxarış məlumatları, 09 iyun 2015-ci il tarixli, kredit müqaviləsinin və 25 noyabr 2016-cı il tarixli 2 nömrəli əlavə saziş şərtlərinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit üzrə xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 3740,54 (üç min yeddi yüz qırx) manat, faiz borcu 1748,23 (bir min yeddi yüz qırx səkkiz) manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu (illik 5%) 505,99 (beş yüz beş) manat təşkil etdiyi, təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla Cavabdeh cərimə hesablanmadığı nəticəsinə gəlinmişdir. Kollegi ya apellyasiya şikayətinin tam, hərtərəfli və obyektiv araşdırılmaqla, tərəflər arasında əmələ gəlmiş hazırkı mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə kredit müqaviləsinə əsasən yaranmış faiz borcu, cərimə borcu və borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün hesаblаmаlаrın düzgünlüyünün xüsusi biliyə mаlik olаn ekspert vаsitəsilə müəyyən edilməsi qənaətinə gələrək 19 may 2023-cü il tarixdə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilməsi barədə qərardad çıxarmış, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 5101 nömrəli Kredit Kartının verilməsi və İstifadəsi üzrə müqavilənin (i ş səh.12), 5101 nömrəli, 09.06.201-ci il tarixli Taksid Kartın verilməsi və İstifadəsi üzrə müqaviləyə 01 nömrəli, 17 iyun 2016-cı il tarixli əlavə sazişin(iş səh.15) və KM051T06160044S01 saylı, 17 iyun 2016-cı il tarixli Kredit müqaviləsi üzrə 25 noyabr 2016-cı il tarixli əlavə sazişin (iş səh.21) şərtlərinə, eyni zamanda iş materiallarında olan (apellyasiya şikayətinə əlavə edilmiş məlumatlar da nəzərə alınmaqla) təqdim olunmuş hesabdan çıxarış və maliyyə sənədlərinə əsasən Cavabdeh müqavilənin bitdiyi xx.xx.2019-cu il tarixə hansı məbləğdə faiz borcu mövcud olmuşdur?.

2. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 5101 nömrəli Kredit Kartının verilməsi və İstifadəsi üzrə müqavilənin (iş səh.12), 5101 nömrəli, 09.06.201-ci il tarixli Taksid Kartın verilməsi və İstifadəsi üzrə m üqaviləyə 01 nömrəli, 17 iyun 2016-cı il tarixli əlavə sazişin (iş səh.15) və KM051T06160044S01 saylı, 17 iyun 2016-cı il tarixli Kredit müqaviləsi üzrə 25 noyabr 2016-cı il tarixli əlavə sazişin (iş səh.21) şərtlərinə, eyni zamanda iş materiallarında olan (apellyasiya şikayətinə əlavə edilmiş məlumatlar da nəzərə alınmaqla) təqdim olunmuş hesabdan çıxarış və maliyyə sənədlərinə əsasən Cavabdeh müqavilənin bitdiyi xx.xx.2019-cu il tarixə hansı məbləğdə cərimə borcu mövcud olmuşdur?.

3. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 5101 nömrəli Kredit Kartının verilməsi və İstifadəsi üzrə müqavilənin (iş səh.12), 5101 nömrəli, xx.xx.2015-ci il tarixli Taksid Kartın verilməsi və İstifadəsi üzrə müqaviləyə 01 nömrəli, 17 iyun 2016-cı il tarixli əlavə sazişin (iş səh.15) və KM051T06160 044S01 saylı, 17 iyun 2016-cı il tarixli Kredit müqaviləsi üzrə 25 noyabr 2016-cı il tarixli əlavə sazişin (iş səh.21) şərtlərinə, eyni zamanda iş materiallarında olan (apellyasiya şikayətinə əlavə edilmiş məlumatlar da nəzərə alınmaqla) təqdim olunmuş hesabdan çıxarış və maliyyə sənədlərinə əsasən Cavabdeh müqavilənin bitdiyi xx.xx.2019-cu il tarixdən maliyyə arayışının verildiyi xx.xx.2022-ci il tarixə hansı məbləğdə gecikdirilmiş vaxt üçün hesablanmış faiz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%) borcu mövcud olmuşdur?. 24 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2023-cü il tarixli, 9/4099 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuş, həmin ekspert rəyi nə əsasən Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli 2104/1-1 saylı kredit kartın verilməsi və istifadəsi müqaviləsinin və xx.xx.2016-cı il tarixli sonuncu Əlavə Sazişin şərtləri nəzərə alınmaqla, müqavilə dövründə illik 25%-lə müqavilə dövründən sonra illik 5%-lə faiz borcu hesablanmaqla Cavabdeh xx.xx.2019-cu il tarixə banka olan illik 25%-lə faiz borcu 1748,23 manat məbləğində və xx.xx.2022-ci il tarixə banka olan illik 5%-lə faiz borcu 505,99 manat məbləğində müəyyən edilmiş, o cümlədən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən kredit ödənişlərinin gecikdirilməsinə görə Cavabdeh cərimə hesablanmadığı nəticəsinə gəlinmişdir. Göründüyü kimi, hazırki mülki iş üzrə verilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 12 yanvar 2023-cü il tarixli, 33 nömrəli rəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2023-cü il tarixli, 9/4099 nömrəli ekspert rəyi eynilik təşkil etmiş, hər iki rəydən aydın olur ki, tədqiqat aparılarkən iddiaçı təşkilat tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər (kredit müqaviləsi, ödəniş cədvəli, hesabdan çıxarış və.s) əsasında geniş araşdırma aparılmış və ekspert rəyləri kifayət qədər hərtərəfli əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılarkən mülki işin yuxarıda s adalanan halları hərtərəfli araşdırılmamış, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 yanvar 2023-cü il tarixli, 33 nömrəli ekspert rəyinə və təqdim olunan digər sübutlara istinad edilməməklə səhv nəticəyə gəlinmiş, iddia tələbi yalnız əsas borca münasibətdə təmin edilmiş, iddia tələbinin qalan hissələri isə rədd edilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində qeyd olunur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Kollegiya hesab edir ki,birinci instansiya məhkəməsi mülki iş üzrə təqdim olunmuş sübutları qiymətləndirərkən Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən veril miş 12 yanvar 2023-cü il tarixli, 33 nömrəli ekspert rəyini digər iş üzrə təqdim olunmuş sübutlarla əlaqəli yoxlamalı və həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməli idi. Lakin iddiaçı təşkilat tərəfindən iddia ərizəsinə əlavə edilmiş sübutlar birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən diqqətlə araşdırılmamış, qəbul olunmuş qətnamədə həmin sənədlərin adları sadəcə sadalanmaqla mülki prosessual məcəllənin sübutların qiymətləndirilməsinə dair tələbləri pozularaq onlara işin hallarını özündə əks etdirən mötəbər sübut növü kimi qiymət verilməmişdir. Apellyasiya baxışı zamanı əqdim olunmuş ekspert rəyləri kollegiya tərəfindən iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, rəylərin mötəbərliyini şübhə altına alan hər hansı bi r hal olmadığından belə qənaətə gəlinmişdir ki, rəylər mübahisənin obyektiv hallarını özündə əks etdirdiyindən mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutların qiymətləndirilməsi baxımından Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 12 yanvar 2023-cü il tarixli, 33 nömrəli rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2023-cü il tarixli, 9/4099 nömrəli ekspert rəyi mübahisənin hallarını özündə əks etdirən mötəbər sübut növü kimi qəbul etmişdir. Kollegiya həmin rəyləri mötəbər sübut növü kimi qəbul edərkən ekspertiza keçirilməsi zamanı prosessual qaydalara əməl edilməsini, tədqiqat üçün təqdim olunmu ş mülki iş materiallarının tam və hərtərəfli araşdırılmasını, rəylərdə gəlinmiş nəticənin ekspert qarşısında qoyulmuş suallara uyğunluğunu və rəylərin əsaslandırılmış olmasını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olm alıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazım ınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqd arda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Kollegiya qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı təşkilat cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə və sazişlər üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı təşkilat cavabdehə faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Kollegiya qeyd edir ki, iddiaçı təşkilat iddia ərizəsində cavabdehdən əsas borca hesablanmış faiz məbləğinin 3841.97 (üç min səkkiz yüz qırx bir manat, 97 qəpik) AZN olduğunu bildirsə də, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 12 yanvar 2023-cü il tarixli, 33 nömrəli rəyi və Azərbaycan Respublikası Ədli yyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2023-cü il tarixli, 9/4099 nömrəli ekspert rəyi ilə Cavabdeh xx.xx.2019-cu il tarixə banka olan faiz borcunun 1748,23 manat məbləğində olduğu müəyyən olunmuşdur. İddiaçı təşkilatın iddia tələbində qeyd etdiyi gecikdirilmiş vaxt üçün faiz məbləğinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2009-cu il 9 iyul tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “...digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.” KM-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bə zi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir.......icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pu l məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Konstitusiya Məhkəməsinin bəhs olunan qərarından d a göründüyü kimi borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yəni hazırki mübahisə üzrə iddiaçı təşkilatın gecikdirilmiş vaxt üçün tələb hüququ Mülki Məcəllənin və Konstitusiya Məhkəməsinin adıçəkilən qərarının tələblərindən irəli gəlir. İş üzrə iddiaçı təşkilat tərəfindən iddia tələbində cavabdehdən tutulmalı olan gecikdirilmiş vaxt üçün faiz məbləğinin 518.44 (beş yüz on səkkiz manat 44 qəpik) manat olduğu göstərilsə də, mülki işin araşdırılması zamanı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2023-cü il tarixli, 33 nömrəli rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiz ası Mərkəzinin 06 iyul 2023-cü il tarixli, 9/4099 nömrəli ekspert rəyi ilə Cavabdeh xx.xx.2022-ci il tarixə banka olan illik 5%-lə faiz borcu 505,99 manat məbləğində müəyyən edilmişdir. Əsas borca hesablanacaq cərimə məbləğinə gəlincə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı təşkilat tərəfindən iddia tələbində cavabdehdən cərimə (dəbbə) pulu olaraq 2374.89 (ikimin üç yüz yetmiş dörd manat 89 qəpik) manat tutulması tələb olunmuşdur ki, yuxarıda qeyd olunan norma baxımından kollegiya hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə pulu tənasübsüz olduğundan azaldılaraq, 150 (bir yüz əlli) manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmi yyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası apellyasiya baxışı zamanı şikayətin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş ü zrə Sədərək Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2(088)-2/2023 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Sədərək Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2(088)-2/2023 nömrəli qətnaməsi qismən-faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcuna və cərimə borcuna münasibətdə ləğv edilməli, iddia tələbi həmin hissələrdə qismən təmin edilməli, Cavabdeh 1748,23 (bir min yeddi yüz qırx səkkiz manat, iyirmi üç qəpik) manat məbləğində faiz, 505,99 (beş yüz beş manat, doxsan doqquz qəpik) manat kredit müqaviləsi bitdikd ən sonra hesablanmış faiz borcu və 150 (bir yüz əlli) manat cərimə olmaqla, ümumilikdə 2404,22 (iki min dörd yüz dörd manat iyirmi iki qəpik) tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, iddia tələbi faiz, gecikdirilmiş vaxt üçün faiz borcu və cərimə borcuna münasibətdə qalmış hissədə rədd olunmalı, Sədərək Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2(088)-2/2023 nömrəli qətnaməsi qalmış hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddiaçı təşkilat tərəfindən iddia qaldırılarkən xx.xx.2022- ci il tarixdə X8 vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 121.43 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 71 (yetmiş bir) manat hissəsi iş üzrə Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qaytarılmalı, dövlət rüsumunun qalmış hissəsi iddiaçı təşkilata aid edilməlidir. Kollegiya həmçinin iş üzrə keçirilmiş mühasibatlıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manat ekspertiza xərcinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin məhkəmə məsrəfləri adlanan 115-ci maddəsinə əsasən iş üzrə ekspertlərə verilməli olan məbləğ işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Buna görə də Cavabdeh 200 (iki yüz) manat məbləğində e kspertiza xərci tutularaq büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, Kodu-210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, S.W.İ.F.T BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************-ə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə uyğun olaraq “Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan,..... az olan iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..” Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Sədərək Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2(088)-2/2023 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sədərək Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2(088)-2/2023 nömrəli qətnaməsi qismən-faiz, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcuna və cərimə borcuna münasibətdə ləğv edilsin. İddia tələbi həmin hissələrdə qismən təmin edilsin. Cavabdeh 1748,23 (bir min yeddi yüz qırx səkkiz manat, iyirmi üç qəpik) manat məbləğində faiz, 505,99 (beş yüz beş manat, doxsan doqquz qəpik) manat kredit müqaviləsi bitdikdən sonra hesablanmış faiz borcu və 150 (bir yüz əlli) manat cərimə olmaqla, ümumilikdə 2404,22 (iki min dörd yüz dörd manat iyirmi iki qəpik) tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia tələbi faiz, gecikdirilmiş vaxt üçün faiz borcu və cərimə borcuna münasibətdə qalmış hissədə rədd olunsun. İddia qaldırılarkən X8 vasitəsilə xx.xx.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 121.43 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 7 1 (yetmiş bir) manat hissəsi iş üzrə Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qaytarılsın və dövlət rüsumunun qalmış hissəsi iddiaçı təşkilata aid edilsin. Sədərək Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2(088)-2/2023 nömrəli qətnaməsi qalmış hissədə dəyişdirilmədən saxlanılsın. Mülki iş üzrə keçirilmiş mühasibatlıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, Kodu-210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, S.W.İ.F.T BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************-ə keçirilsin. Qətnamədən kassasiya şika

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar