Məhkəmə qərarları › İş №2(108)-63/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-63/2023

26.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-63/2023 26.05.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı X2 və cavabdeh Nümayəndə vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Şərur Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(110)-86/2023 nömrəli qətnaməsindən cavabdeh Nümayəndə vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Şərur Rayon Məhkəməsinin (sədrlik edən hakim S.Ə.Qarayev) 16 fevral 2023-cü il tarixli, 2(110)-86/2023 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı yaşayış və istifadə hüququnun təmin edilməsi t ələbi barədə iddiası təmin edilərək iddiaçı X3 haliyədə cavabdeh Nümayəndə mülkiyyətində olan Şərur rayon Ələkli kəndində yerləşən yaşayış sahəsindən istifadə hüququ verilməsi qət edilmiş, məhkəməyə müraciət etməsi ilə əlaqədar iddiaçı X5 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilmişdir. İşin halları: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1996-cı il tarixdə X10 ilə ailə qurduqdan sonra Şərur rayon Ələkli kəndində birgə yaşadıqları qayınatası Cavabdeh1 adına qeydiyyata alınmış fərdi yaşayış evində yaşayış və istifadə hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(110)-86/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkə mənin qətnaməsindən narazı qalan iş üzrə cavabdeh Nümayəndə vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-86/2023 nömrəli qətnaməsinin ləğv edilib iş üzrə icraata xitam verilməsi, kompensasiya ödəməklə cavabdeh Nümayəndə mülkiyyətində olan, Şərur rayon Ələkli kəndində yerləşən yaşayış sahəsindən iddiaçı X2 istifadə hüququna xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş cavabdeh Nümayəndə vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh Nümayəndə vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini onunl a əsaslandırmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi, cavabdeh Nümayəndə iddiaçıya iddiadan imtina etdiyi halda 6000 (altı min) manat kompensasiya təklif etmişdir. Digər Cavabdeh1 isə nümayəndəsi vasitəsi ilə məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçının iddiadan imtina etdiyi halda iddiaçıya Naxçıvan Muxtar Respublikasının istənilən rayon və kəndində 3 illik kirayə haqqını ödəmək öhdəliyini üzərinə götürməyə hazır olduğunu bildirmiş, əks təqdirdə iddiaçının onun ailə üzvləri və keçmiş həyat yoldaşı ilə həmin evdə yaşamasının mümkünsüz olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçini n məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarına əsasən birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bununla yanaşı, istinad edilən Qərarda göstərilmişdir ki, bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edə rkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehlərin kompensasiya təkliflərini, iddiaçının isə kompensasiya təklifini qəbul etməsini, lakin kompensasiyanın məbləği ilə razı olmamasını müzakirə etməmiş, ümumiyyətlə cavabdehlərin kompensasiya verməsi müqabilində iddiaçının yaşayış sahəsindən istifadə hüququna xitam verilibverilməməsinin mümkünlüyünə münasibət belə bildirməmişdir. Bununla da birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarının müddəalarına riayət etməmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən maddi hüquq normaları ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İstinad edilən prosessual normanın mahiyyəti onu deməyə əsas verir ki, məhkəmə özü sübut toplamamalı, tərəflərə sübutları təqdim etmək üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlm əlidir. Həmin Məcəllənin 88-ci maddəsi məhkəmənin üzərinə vəzifə qoyur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutları düzgün araşdırmamış və onlara düzgün qiymət verməmişdir. Belə ki, iddiaçı iki uşağı ilə evsiz qaldığını göstərsə də, uşaqlarının yetkinlik yaşına çatması ilə bağlı onunla yaşayıb-yaşamamasına dair məhkəməyə hər-hansı sübut təqdim etməmiş, məhkəmə isə bu halı araşdırmamışdır. Halbuki iddiaçının qızı ailə qurub iddiaçıdan ayrı öz ailəsi ilə yaşayır. İddiaçının oğlu isə atası ilə mübahisəli evdə yaşamaqda davam edir. Lakin məhkəmə işin bu hallarına qiymət verməmişdir. Eyni zamanda məhkəmə iddiaçının cavabdehdən 15.000 (on beş min) manat kompensasiya tələb etməsinin nə dərəcədə əsaslı olub-olmamasını araşdırmamış və qiymətləndirməmişdir. Həmçinin, məhkəmə iddiaçıya verilməli olan kompensasiyanın məbləğinin mübahisəli evdən istifadə hüququ olan şəxslərin sayından və evin ümumi dəyərindən asılı olmasına baxmayaraq, mübahisəli evin orta bazar qiymətinin müəyyən edilməsi ilə bağlı tədbir də görməmişdir. Bunlarla yanaşı, iddiaçı 2000-2003-cü illərdə torpaq sahəsi alıb ev tikərək, ailə üzvləri ilə həmin evdə yaşadıqlarını, 2003-cü ildə mübahisəli evin onlara verilməsi şərti ilə Cavabdeh1 ilə razılaşaraq, özlərinə məxsus evi torpaq sahəsi ilə birlikdə 5500 manata sataraq, cavabdeh Nümayəndə Bakı şəhərində özünə ev almaq ü çün verdiklərini bildirsə də, məhkəmə bu halın həqiqətə uyğun olubolmamasını araşdırmamışdır. Halbuki, Şərur rayon Ələkli kəndində iddiaçının və onun keçmiş həyat yoldaşının adına nə torpaq sahəsi, nə də fərdi yaşayış evi olmamış və onlar faktiki olaraq 2009-cu ildən cavabdeh X6 məxsus Ələkli kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Məhkəmə mübahisənin düzgün həllinə təsir edə biləcək digər halları da araşdırmamış və qiymətləndirməmişdir. Göstərilənlərə əsasən, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-86/2023 nömrəli qətnaməsinin ləğv edilib iş üzrə icraata xitam verilməsi, kompensasiya ödəməklə cavabdeh Nümayəndə mülkiyyətində olan, Şərur rayon Ələkli kəndində yerləşən yaşayış sahəsindən iddiaçı X2 istifadə hüququna xitam verilməsi barədə yeni qətnamə qəbul edil məsini xahiş etmişdir. Cavabdeh Nümayəndə vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında cavabdeh tərəf olaraq iddiaçıya yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun olub-olmamasını mübahisələndirmədiklərini, sadəcə olaraq yaşayış və istifadə hüququna kompensasiya yolu ilə xitam verilməsi üçün məhkəmə qətnaməsindən apellyasiya şikayəti verdiklərini, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman onun evi və torpaq sahəsi olması, evi satması, cavabdehə verməsi, cavabdehin də özünə ev almasını bildirdiyini, lakin bu deyilənlərin sözdən ibarət olması, iddiaçı və Şahin Abbasovun adına birgə mülkiyyət kimi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olmasına dair arayış olması, həmin torpaq sahəsinin də hal-hazırda mövcud olması, əmlakdan istifadə hüququna kompensasiya ödəməklə xitam verilə biləcəyini, kompensasiyanın isə əmlakdan verilməli olduğunu, lakin kompensasiya üçün də hər bir əmlakın dəyərinin olmasını, birinci instansiyada işə baxılarkən mübahisə olunan əmlaka baxış keçirilməsinin təklif olunduğunu, ancaq iddiaçının bunu qəbul etmədiyini, həmin əmlakın cavabdehin bildirdiyinə görə hazırda 20000 manat dəyəri olduğunu, iddiaçı həmin 20000 manatı versə, evin bütünlüklə ona veriləcəyini təklif etdiklərini, birinci instansiyada işə baxılarkən əmlakdan istifadə hüququna xitam verilməsi üçün iddiaçıya 6000 manat təklif etdiklərini, ancaq birinci instansiya məhkəməsinin buna münasibət bildirmədiyini, cavabdehin 10000 manat pulunun olmadığını, ona görə də kollegiyadan göstərdiklərinin nəzərə alınmasını bildirib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı X5 apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında 1996-cı ildə hazırda mübahisələndirilən evə köçən zaman hazırda Şərur Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(110)-86/2023 nömrəli qətnaməsi ilə ona yaşayış və istifadə hüququ verilmiş əmlakın qayınatasının adına olduğunu, mülkiyyət tələbinə dair Şərur Rayon Məhkəməsində 2 dəfə iddia qaldırdığını, qayınatasına qarşı qaldırdığı iddianın yaşayış hüququ ilə bağlı olduğunu, lakin qayınatası mart ayının 20-də dünyasını dəyişdiyindən, ona qarşı olan tələbinin baxılmamış saxlanıldığını, əgər qayınatasının əmlakını hansısa varisi qəbul etsə, iddiaçının tələbinin də həmin şəxsə qarşı yönəldiyini, ona Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə əmlakdan istifadə hüquq u verildiyini, ancaq cavabdeh tərəfin onun həmin əmlakdan istifadəsinə imkan vermədiyini, onun isə atasının evində qardaşının yanına sığınıb orada yaşadığını, başqa yerdə yaşamağa imkanının olmadığını, həmin ərazidə torpağın qiymətinin 10000 manat olduğunu, ona görə də başqa yerdə torpaq alıb ev tikməsinin mümkün olmadığını, cavabdehin isə real olaraq ona nə torpaq vermək nə də ev vermək fikrinin olmadığını, özünün heç bir yerdə işləmədiyini, qardaşına isə hər ay 80 manat pensiya verildiyini, onunla birlikdə 6 nəfər ailə üzvünün həmin 80 manatla dolandığını, onun da özünə başqa yerdə yaşayış sahəsi əldə etməsi üçün yaşayış və istifadə hüququ ilə bağlı iddianı qaldırdığını, ona təklif olunan kompensasiya məbləğinin çox aşağı səviyyədə olması və bunu qəbul etmədiyini, özünə torpaq ala bilməs i üçün heç olmasa cavabdeh tərəfin 10000 manat verməsini istədiyini bildirərək apellyasiya şikayətinin təmin olunmamaqla birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Nümayəndə işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilməsinə baхmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdeh Nümayəndə iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəs inə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPMnin 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 ilə xx.xx.1996-cı il tarixdə el adətənənələrinə uyğun olaraq rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını və qayınatası Cavabdeh1 Ələkli kəndində adına olan fərdi yaşayış evinə gəlin köçdüyünü, onların birgə nikahdan xx.xx.1997-ci ildə X4 və xx.xx.1998-ci ildə X7 adlı uşaqlarının doğulduğunu, birgə yaşadıqları müddətdə cavabdeh Şahin Abbasovla və onun valideynləri ilə münasibətlərinin yaxşı olduğunu, hər hansı bir mübahisələrinin olmadığını, ailə təsərrüfatını birgə idarə etdiklərini, ailə qurduqdan sonra 2001-ci ilədək Ələkli kəndində qayınatası Cavabdeh1 Ələkbər oğlunun adına Ələkli kəndində olan fərdi yaşayış evində birgə yaşadıqlarını, 2001-ci ildə isə Ələkli kəndində həyətyanı torpaq sahəsi alıb fərdi yaşayış evi tikərək 2003-cü ilədək həmin fərdi yaşayış evində cavabdehlə birlikdə valideynlərindən ayrı yaşamağa başladıqlarını, daha sonra qaynı Nümayəndə daimi yaşamaq üçün Bakı şəhərinə köçdüyünü, 2003-cü ildə onların həmin torpaq sahəsini fərdi yaşayış evi ilə birlikdə 5500 (beş min beş yüz) manata satıb, qayınatası Cavabdeh1 adına Ələkli kəndində olan fərdi yaşayış evini onların adına saldıracaqları barədə razılaşaraq həmin pulu Bakı şəhərində özünə ev alması üçün qaynı Nümayəndə verdiklərini, onların isə həmin vaxtdan yenidən ailəliklə qayınatası Cavabdeh1 adına olan evə köçərək evdə təmir-bərpa və əlavə tikinti işləri aparmaqla 02 iyul 2021-ci il tarixədək mübahisəsiz olaraq həmin evdə cavabdeh Şahin Abbasovun valideynləri ilə birlikdə yaşadıqlarını, xx.xx.2022ci il tarixdə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Şərur Rayon Məhkəməsinin 2(110)-76/2022 saylı qətnaməsinə əsasən cavabdeh X10 ilə aralarında bağlanmış nikah qeydinin pozulduğunu, cavabdehlə aralarında bağlanmış nikah qeydi xx.xx.2022-ci il tarixdə rəsmi olaraq pozulsa da onların xx.xx.2021-ci il tarixdən cavabdehlə ayrı yaşadıqlarını, onun Ələkli kəndində qardaşının yanında qaldığını, onun başqa qalacaq evinin olmadığını, 1996-cı ildə cavabdeh X10 ilə ailə quraraq atası Cavabdeh1 Şərur rayon Ələkli kəndində adına olan fərdi yaşayış evinə gəlin köçdüyünü və 2001-ci ilədək ailəliklə həmin fərdi yaşayış evində yaşadıqlarını, iki il 2001-2003-cü illərdə cavabdehin valideynləri ilə ayrı yaşadıqdan sonra yenidən ailəliklə qayınatası Cavabdeh1 adına olan fərdi yaşayış evinə köçərək cavabdehlə aralarında bağlanmış nikah qeydi pozulanadək mübahisəsiz olaraq həmin evdə yaşadıqlarını, ona g örə də Ələkli kəndində cavabdehlə birgə yaşadıqları qayınatası Cavabdeh1 adına Şərur rayon Ələkli kəndində Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış fərdi yaşayış evində ona istifadə hüququnun verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Nikah Evi tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli, AZ-İ № 401636 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X5 arasında olan nikah 25 iyul 2022-ci il tarixdə pozulmuş və nikahın pozulması haqqında akt qeydi kitabında 49 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Rüstəmova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin x x.xx.2022-ci il tarixli 03/428 nömrəli məktubundan görünür ki, Ələkli kənd sakini Cavabdeh1 adına Şərur rayon Ələkli kəndində 2107.6 m2 torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 75.76 kv.m olan 3 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08.2007-ci il tarixli ******* reyestr nömrəli Daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, Cavabdeh1 adına Şərur rayon Ələkli kəndində 2107.60 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 75.76 kv.m olan fərdi yaşayış evi mövcuddur. İş üzrə Cavabdeh1 tərəfindən Şərur rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022ci il tarixli ərizədə oğlu X10 ilə ailəli olan və hazırda boşanmış İddiaçı ilə ailəli olduqları müddətdə onun yaşadığı ünvand a yox, digər oğlu Fərhad Abbasova məxsus Ələkli kəndində olan fərdi evdə yaşadıqlarını, Fərhadın evi satdıqdan sonra isə onların müxtəlif yerlərdə başqalarına məxsus evlərdə yaşadıqlarını, hazırda isə onun kiçik oğlu Nümayəndə məxsus olan Ələkli kəndində olan fərdi evdə yaşadığını və oğlu X8 da onunla həmin evdə yaşadığını, oğlu Şahin Abbasovun onunla eyni evdə yaşadığı üçün keçmiş gəlini İddiaçı onun yaşadığı fərdi tikili evdə əsassız olaraq yaşayış və istifadə hüququnun təmin olunması barədə iddia qaldırdığını, İddiaçı onun yaşadığı evdə yaşayış və istifadə hüququnun təmin olunması barədə qərar qəbul edilərsə bunun ilkin növbədə qanunsuz və əsassız sayıla biləcəyini, ona görə ki, həmin mənzilin ona yox kiçik oğlu Nümayəndə məxsus olduğunu, ikinci cəhətdən cavabdehin onun yaşadığı evdə ya şayış və istifadə hüququnun təmin olunmasının onun səhhətinə ciddi zərər vura biləcəyini, ona görə ki, onun 82 yaşında olduğunu, oğlu Şahin Abbasovun da onunla eyni evdə yaşadığını, cavabdehin onun oğlu ilə eyni evdə yaşamasının qeyri-mümkün olduğunu, oğlu Şahin Abbasov və keçmiş gəlini İddiaçı arasında ailə münasibətlərinin tam pozulduğuna görə onların rəsmi qaydada boşandığını, hazırda isə onların eyni evdə, eyni həyətdə yaşamalarının qeyri mümkün olduğunu, lakin keçmiş gəlini İddiaçı onun yaşadığı evdə yox, digər yerlərdə Naxçıvan şəhərində, Şərur rayonunda və yaxud Şərur rayonun hər hansı kəndlərində kirayədə yaşamasını təmin etmək barədə qərar qəbul edilməsinə etirazının olmadığını, əgər keçmiş gəlini onun digər evlərdə yaşayışını təmin etməyini qəbul edərsə, onun 3 (üç) il müddətində kirayə pulunu onun tərəfindən qarşılanacağını bildirmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayonu İkinci Dövlət Notariat Kontorunda bağlanmış 28 sentyabr 2007-ci il tarixli müqavilədən aydın olur ki, Abbasov X9 MR DƏDR Xidmətinin ******* saylı, xx.xx.2007-ci il tarixli Çıxarışına əsasən ona məxsus olan və Ələkli kəndində 2107.60 kv.m torpaq sahəsində olan 3 otaqlı əsas yaşayış sahəsi 61,2 kv.m olan mənzili oğlu Nümayəndə, bağışlamış, Nümayəndə ona bağışlanılan mənzili və torpaq sahəsini hədiyyə qismində qəbul etmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli **********05-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, mübahisə predmeti olan Şərur rayon Ələkli kəndində 0.2108 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 75.76 kv.m olan fərdi yaşayış evi haliyədə Nümayəndə adına qeydiyyata alınmışdır. Kollegiya apellyasiya şikayətində göstərilmiş Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-86/2023 nömrəli qətnaməsinin ləğv edilib iş üzrə icraata xitam verilməsi barədə tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsində iş üzrə icraata xitam verilmənin əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: - iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; - eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qü vvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; - eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; - iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; - tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; - eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair, məhkəmə münsiflər məhkəməsinin qətnaməsinin məcburi icra olunması üçün icra vərəqəsi verməkdən im tina etdiyi və ya işi yenidən baxılmaq üçün qətnaməni qəbul etmiş münsiflər məhkəməsinə qaytardığı, lakin işə həmin münsiflər məhkəməsində baxılmasının mümkün olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; - iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; - işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; - məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə. Hazırki vəziyyətdə iş üzrə icraata xitam verilməsi üçün yuxarıda qeyd edilmiş əsaslardan hər hansı biri işdə mövcud olmadığından kollegiya belə hesab edir k i, məhkəmənin qətnaməsinin ləğv edilməklə iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Kollegiya cavabdehin vəkili və nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi iddiaçı iki uşağı ilə evsiz qaldığını göstərsə də, uşaqlarının yetkinlik yaşına çatması ilə bağlı onunla yaşayıb-yaşamamasına dair məhkəməyə hər hansı sübut təqdim etməməsi, məhkəmənin isə bu halı araşdırmaması, iddiaçının qızının ailə qurub iddiaçıdan ayrı öz ailəsi ilə, iddiaçının oğlunun isə atası ilə mübahisəli evdə yaşamaqda davam etməsi və məhkəmənin işin bu hallarına qiymət verməməsi ilə əlaqədar dəlillərini əsassız hesab edir. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı Sücayət Abbasova məhkəməyə təqdim etdiyi iddia ərizəsində özünə münasibətd ə Şərur rayonunun Ələkli kəndində qayınatası Cavabdeh1 adına Şərur rayon Ələkli kəndində olan fərdi yaşayış evində ona istifadə hüququnun verilməsini xahiş etmiş, iddiaçının cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı yaşayış və istifadə hüququnun təmin edilməsi tələbi barədə iddiası təmin edilərək haliyədə cavabdeh Nümayəndə mülkiyyətində olan Şərur rayon Ələkli kəndində yerləşən yaşayış sahəsindən istifadə hüququ verilməsi qət edilmiş və işə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən həmin halları araşdırmaqla işə düzgün hüquqi qiymət vermişdir. Kollegiya apellyasiya şikayətində göstərilmiş mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi, cavabdeh Nümayəndə iddiaçıya iddiadan imtina etdiyi halda 6000 (altı min) manat kompensasiya təklif etməsi, digər C avabdeh1 isə nümayəndəsi vasitəsi ilə məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçının iddiadan imtina etdiyi halda iddiaçıya Naxçıvan Muxtar Respublikasının istənilən rayon və kəndində 3 illik kirayə haqqını ödəmək öhdəliyini üzərinə götürməyə hazır olduğunu bildirməsi, əks təqdirdə iddiaçının onun ailə üzvləri və keçmiş həyat yoldaşı ilə həmin evdə yaşamasının mümkünsüz olması, birinci instansiya məhkəməsinin cavabdehlərin kompensasiya təkliflərini iddiaçının qəbul etməsini, lakin kompensasiyanın məbləği ilə razı olmamasını müzakirə etməməsi, ümumiyyətlə cavabdehlərin kompensasiya verməsi müqabilində iddiaçının yaşayış sahəsindən istifadə hüququna xitam verilib-verilməməsinin mümkünlüyünə münasibət bildirməməsi, həmçinin məhkəmənin iddiaçının cavabdehdən 15.000 (on beş min) manat kompensasi ya tələb etməsinin nə dərəcədə əsaslı olub-olmamasını araşdırmaması və qiymətləndirməməsi, iddiaçıya verilməli olan kompensasiyanın məbləğinin mübahisəli evdən istifadə hüququ olan şəxslərin sayından və evin ümumi dəyərindən asılı olmasına baxmayaraq, mübahisəli evin orta bazar qiymətinin müəyyən edilməsi ilə bağlı tədbir görməməsi ilə əlaqədar dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmadığından düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən həmin məsələyə hüquqi qiymət verməmişdir. Kollegiya eyni zamanda izah edir ki, Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin e tmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İş materiallarından da göründüyü kimi cavabdehin vəkili-nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi yuxarıda qeyd edilmiş dəlilləri birinci instansiya məhkəməsinin baxışının predmeti olmamışdır. Azərbaycan Respublikası MPM-in 372.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Ona görə də kollegiya hesab edir ki, cavabdehin vəkili-nümayəndəsinin ap ellyasiya şikayətində göstərdiyi kompensasiya ödəməklə cavabdeh Nümayəndə mülkiyyətində olan, Şərur rayon Ələkli kəndində yerləşən yaşayış sahəsindən iddiaçı X2 istifadə hüququna xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsinə dair tələbi birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmadığından göstərilən həmin tələblərlə bağlı dəlillərə hüquqi qiymət verilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən ol unmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən kollegiya cavabdehin vəkili-nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM- in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsı MPM-in 217.4-cü maddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya belə nəticəyə gəlir ki, cavabdehin vəkili və nümayəndəsi öz tələblərinin əsası kimi istinad etdiy i halları sübut edə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bi lməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi sübutetmə predmetinə daxil olan bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanmaqla sübutları qiymətləndirərək iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən cavabdeh Nümayəndə vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-ci mаddələrini rəhbər tutaraq kollegiya qətеtdi: Cavabdeh Nümayəndə vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş аpеllyаsiyа şikаyəti təmin еdilməsin. Şərur Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(110)-86/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar