Məhkəmə qərarları › İş №2(108)-63/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-63/2025

14.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-63/2025 14.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbi” nə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(078)-146/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Babək Rayon Məhkəməsinin 2(079)-302/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə müəy yən olunmuş alimentin miqdarının dəyişdirilərək (artırılaraq) Cavabdeh 07 yanvar 2022-ci il təvəllüdlü X3 və 07 yanvar 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit məbləğdə 235 (iki yüz otuz beş) manat olmaqla cəni 470 (dörd yüz yetmiş) manat aliment müəyyən edilərək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(078)-146/2025 nömrəli qətnaməsi ilə (sədrlik edən G.K.Əliyeva) iddianın qismən təmin olunması, Babək Rayon Məhkəməsinin e-2(079)-302/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə 07 yanvar 2022-ci il təvəllüdlü X3 və 07 yanvar 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, 20 noyabr 2024-cü il tarixdən hesablanmaqla, 07 yanvar 2022-ci il təvəllüdlü X3 və 07 yanvar 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutularaq uşaqların anası İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(078)-146/2025 nömrəli qətnaməsinin ləğv edil məsini, iddia tələbinin qismən rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində İddiaçı ilə nikaha daxil olmadan ailə münasibəti qurduqlarını, ailə münasibətində olduqları müddətdə 07 yanvar 2022-ci il təvəllüdlü X3, 07 yanvar 2022-ci il təvəllüdlü X6 2 nəfər əkiz övladlarının doğulduğunu, Naxçıvan MR Babək Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(079)-302/2022 nömrəli qətnaməsi ilə həqiqətən də uşaqların atası olduğunun müəyyən edildiyini, həmin məhkəmənin qətnaməsinə əsasən 25 may 2022-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 110 manat olmaqla cəmi birlikdə 220 manat məbləğində aliment tutulmasının qət edildiyini, özünün İİ qrup əlil olduğunu və heç bir yerdə işləmədiyini, əlilliyinə görə aylıq 327 manat pensiya aldığını, başqa heç bir yerdən gəlirinin və ya qazancının olmadığını, bundan əlavə rəsmi evliliyindən də 3 övladının olduğunu, onlardan 2-nin yetkinlik yaşlarına çatdığını, birinin Bakı şəhərində, digərinin isə Naxçıvan Dövlət Universitetində ödənişli bakalavr təhsili aldıqlarını, 3-cü övladının isə hələ orta məktəbdə oxuduğunu və təhsilinin daha yaxşı inkişaf etməsi üçün repetitor yanına hazırlığa getdiyini, Babək Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, e-2(079)-302/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimenti çətinliklə də olsa İddiaçı vaxtlı-vaxtında ödədiyini, hər ay aldığı 327 manat pensiya pulunun Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(078)-146/2025 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin ödənilməsinə bəs etmədiyini, qə t olunmuş alimentin məbləğinin onun aylıq pensiya məbləğindən çox olduğunu, borc yolu ilə qət olunmuş alimenti ödədiyi halda belə rəsmi nikahından olan 3 övladının və özünün ehtiyaclarını qarşılaya bilməyəcəyini, qeyd etdiyi kimi aylıq aldığı 327 manat pensiya pulundan başqa hər hansı bir başqa gəlir və ya qazan yerinin olmadığını, məhkəmənin sadəcə olaraq hazırki halda yaşayış minimum məbləğinin artmasını, yetkinlik yaşma çatmayan uşaqların mənafeyini, onların normal, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsillə bağlı xərclərini nəzərə alaraq alimentin miqdarını dəyişdirməyi zəruri saydığını, məhkəmənin qeyd etdiyi halların (sübutların) tam, hərtərəfli araşdırmadan digər ödənişli ali təhsil alan və repetitor yanına hazırlığa gedən uşaqların təl əbətlarnı nəzərə almadan onun ziyanına qətnamə qəbul etdiyini göstərmişdi. Cavabdeh apellyasiya şikayətininin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kollegiyada Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında Babək Rayon Məhkəməsinin qətnaməsi ilə hər uşaq üçün 110 manat məbləğində aliment müəyyən edildiyini, iddiaçının Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək aliment məbləğinin artırılmasını xahiş etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(078)-146/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, Babək Rayon Məhkəməsinin e-2(079)- 302/202 2 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə 07 yanvar 2022-ci il təvəllüdlü X3 və 07 yanvar 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 20 noyabr 2024-cü il tarixdən hesablanmaqla, Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin tutularaq uşaqların anası İddiaçı ödənilməsinin qət edildiyini, onun isə bu məbləğdə olan alimenti ödəməyə imkanı olmadığını, heç bir yerdə işləmədiyini, xəstə olduğunu, əlavə olaraq birinci evliliyindən 3 uşağının olduğunu, onlardan ikisinin artıq yetkinlik yaşına çatdığını, universitetdə və kollecdə ödənişli əsaslarla təhsil aldıqlarını, birinin isə orta mə ktəbdə oxuyub, repetitorların yanına getdiyini, ailəni bərpa edib, barışdığını, 327 manat pensiya aldığını, hal-hazırda isə müəyyən bir məbləğdə artımın olduğunu, adında bir köhnə avtomobil olduğunu, onu da etibarnamə ilə satdığını, əlavə olaraq da kənddə 3 sot torpağının olduğunu, 440 manat miqdarında alimenti ödəyə bilmədiyini, əvvəlcə bazarda işlədiyini, hazırda anasının aldığı 380 manat pensiya ilə dolandıqlarını, uşaqlara ödədiyi 220 manat alimenti anasının pensiyasından ödədiyini, qalan pulla məcburi olaraq ötüşdüklərini, əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, hal-hazırda iddiaçıya bir uşağa 160 manat olmaqla cəmi 320 manat miqdarında aliment ödəməyə imkanı çatdığını göstərdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında Cavabdeh qarşı iddia ərizəsi ilə Nax çıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, Babək Rayon Məhkəməsinin 2(079)302/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək (artırılaraq) Cavabdeh 07 yanvar 2022-ci il təvəllüdlü X3 və 07 yanvar 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit məbləğdə 235 (iki yüz otuz beş) manat olmaqla cəni 470 (dörd yüz yetmiş) manat aliment müəyyən edilərək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(078)-146/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, Babək Rayon Məhkəməsinin e-2(079)- 302/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə 07 yanvar 2022-ci il təvəllüdlü X3 və 07 yanvar 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, 20 noyabr 2024-cü il tarixdən hesablanmaqla, Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinin qət edildiyini, cavabdehin də bundan apellyasiya şikayəti verdiyini, cavabdehin alimenti ödəməyə maddi imkanı olduğunu, əks halda bu iddianı qaldırmayacağını, cavabdehin öz adına heç nəyin olmadığını, əmlaklarını ona verməsin deyə ancaq qardaşının, bacısının adına saldırdığını, cavabdehin onu aldatdığını və nikaha düşmədiyini, cavabdehin əmlaklarının, gəlirlərinin olması barədə hər hansı bir sübutun olmadığını, alimentin uş aqlarının haqqı olduğunu, ona görə də ödənilməsini tələb etdiyini, uşaqlarının maddi ehtiyaclarını qarşılaya bilmədiyini, nəzərdə tutulmuş alimenti cavabdeh ödəməyəcəksə barəsində qanunvericiliklə tədbir varsa tətbiq edilməsini, 440 manat cavabdeh üçün böyük məbləğ olmadığını, cavabdeh onu da işdən çıxararaq, lazım deyil dediyini, özünün hal-hazırda işləmədiyini, əvvəl uşaq bərpa mərkəzində işlədiyini, 2021-ci ilin iyun ayında cavabdehlə ayrıldıqlarını, cavabdehlə ailə quranda onun 3 uşaq atası olduğunu bildiyini, qarşı tərəfin bu müddət ərzində əvvəlki ailəsini bərpa etdiyini, onun maddi vəziyyətində artım baş vermədiyini, ona alimentin az müəyyən edildiyini, təkrar müraciət etdikdə, artırılacağına görə artımla bağlı müraciət etdiyini göstərdi. İşin faktiki və mübahisəsiz halları bundan i barətdir ki, iş üzrə tərəflərin 07 yanvar 2022-ci il təvəllüdlü X9 və 07 yanvar 2022-ci il təvəllüdlü X15 adlı övladları doğulmuş, Babək Rayon Məhkəməsinin e-2(079)-302/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh, anası İddiaçı olan 07 yanvar 2022-ci il təvəllüdlü Əliyeva Dəniz və 07 yanvar 2022-ci il təvəllüdlü Əliyev Arazın atası olması müəyyən edilmiş və Cavabdeh hər ay sabit məbləğində bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə iki uşağa görə 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutularaq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı ödənilməsi qət edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfin dən verilmiş 28 oktyabr 2022-ci il tarixli, AZ-İV seriyalı, 785349 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 07 yanvar 2022-ci il təvəllüdlü X9 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli, AZ-İV seriyalı, 785348 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 07 yanvar 2022-ci il təvəllüdlü X15 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Babək Rayon Məhkəməsinin e-2(079)-302/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh, anası İddiaçı olan 07 yanvar 2022-ci il təvəllüdlü Əliyeva Dəniz və 07 yanvar 2022-ci il təvəllüdlü Əliyev Arazın atası olmasının müəyyən edilməsi, 25 may 2022-ci il tarixdən hesablanmaqla, 07 yanvar 2022-ci il təvəllüdlü X11 və 07 yanvar 2022-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə iki uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub uşaqların anası İddiaçı ödənilməsinin qət edilməsi aydın olur. Babək Rayon Məhkəməsinin e-2(079)-302/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesind ə mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsində təqdim etdiyi etiraz ərizəsinə əlavə olunmuş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2024-cü il tarixli, AZ-İİ seriyalı, 515572 nömrəli nikah haqqında şəhadətnamənin surətindən X12 i lə Cavabdeh arasında 10 oktyabr 2024-cü il tarixdə Babək rayon qeydiyyat şöbəsində nikahın bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 59 nömrə ilə qeyd edilməsi aydın olur. Cavabdeh tərəfindən etiraz ərizəsinə əlavə olunmuş və Naxçıvan “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 dekabr 2024-cü il tarixli, 4202, 4201, 4200 nömrəli arayışlardan X13 ilə Cavabdeh birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X7 adlı, xx.xx.2007-ci il təvəllüdlü X5 adlı, xx.xx.2009-cu il təvəllüdlü X16 adlı övladlarının olması aydın olur. Cavabdeh tərəfindən etiraz ərizəsinə əlavə olunmuş və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Vətəndaş Qəbulu Şöbəsi tərəfindən verilm iş 06 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan İİ qrup əlilliyə görə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əmək pensiyası alır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış Cavabdeh gəlir məlumatlarından görünür ki, Cavabdeh hər ay İİ qrup əlilliyə görə 357.24 (üç yüz əlli yeddi manat iyirmi dörd qəpik) manat pensiya alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan v ə əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat m əsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Mə cəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddə sinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. G öründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Yuxarıda sadalanan qanunvericiliyin normalarından da aydın olduğu kimi, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən val ideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Babək Rayon Məhkəməsinin 2(079)-302/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək (artırılaraq) Cavabdeh 07 yanvar 2022-ci il təvəllüdlü X3 və 07 yanvar 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit məbləğdə 235 (iki yüz otuz beş) manat olmaqla cən i 470 (dörd yüz yetmiş) manat aliment müəyyən edilərək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh tərəfindən mübahisələndirilən qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 82/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il t arixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Babək Rayon Məhkəməsinin e-2(079)-302/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə hər ay bir uşağa 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşaqların böyüdükcə artan tələbatlarını, sosial-iqtisadi göstəricilərin dəyişilməsini, bu müddət ərzində cavabdehin hər ay bir uşağa 110 (bir yüz on) manat olmaqla, iki uşağa 220 (iki yüz iyirmi) manatdan başqa iddiaçıya uşaqların tələbatlarının ödənilməsi üçün əlavə yardım etməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay bir uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, iki uşaq üçün 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, cavabdehin də alimentin artırılmasına razı olduğunu bildirməsini, cavabdehin pensiyasının məbləğinin artmasını, uşaqların iddiaçının yanında qalmasını, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının ç əkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (235 manatın) yarısından çoxunun – hər ay sabit pul məbləğində bir uşağa 190 (bir yüz doxsan) manat olmaqla, iki uşağa görə cəmi 380 (üç yüz səksən) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq saymışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 1, 1.2 və 1.2.1.-ci bəndlərindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynl ərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8ci bənd üzrə 8.4-cü bəndə “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alime nti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)” məzmununda 8.4-1-ci yarımbəndin əlavə edilməsi qərara alınmışdır. Həmçinin xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən rayon (şəhər) məhkəmələrinə göndərilmiş məktubda qeyd olunmuşdur ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqv im ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, uşaqların saxlanılması üçün müəyyən edilmiş sabit məbləği dəyişdirilməklə aliment minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun hesablanmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Kollegiya Cavabdeh apellyasiya şikayətində “özünün İİ qrup əlil olduğunu və heç bir yerdə işləmədiyini, əlilliyinə görə aylıq 327 manat pensiya aldığını, başqa heç bir yerdən gəlirinin və ya qazancının olmadığını, bundan əlavə rəsmi evliliyindən də 3 övladının olduğunu, onlardan 2-nin yetkinlik yaşlarına çatdığını, birinin Bakı şəhərində, digərinin isə Naxçıvan Dövlət Universitetində ödənişli bakalavr təhsili aldıqlarını, 3-cü övladının isə hələ orta məktəbdə oxuduğunu və təhsilinin daha yaxşı inkişaf etməsi üçün repetitor yanına hazırlığa getdiyini, Naxçıvan MR Babək rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, e2(079)-302/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimenti çətinliklə də olsa İddiaçı vaxtlı-vaxtında ödədiyini, hər ay aldığı 327 manat pensiya pulu Naxçıvan Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(078)-146/2025 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin ödənilməsinə bəs etmədiyini, qət olunmuş alimentin məbləğinin onun aylıq pensiya məbləğin dən çox olduğunu, borc yolu ilə qət olunmuş alimenti ödədiyi halda belə rəsmi nikahından olan 3 övladının və özünün ehtiyaclarını qarşılaya bilməyəcəyini, qeyd etdiyi kimi aylıq aldığı 327 manat pensiya pulundan başqa hər hansı bir başqa gəlir və ya qazancın yerinin olmadığını” dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, bu dəlillər apellyasiya şikayətin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən nikahın p ozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Yuxarıda göstərilənlərə qiymət verərək kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuni və əsaslı olması nəticəsinə gəlir və hesab edir ki, Cavabdeh göstərdiyi dəlillər həmin şikayətin təmin edilməsi üçün əsas sayıla bilməz. Cavabdeh mülki işin baxılması zamanı kollegiyaya təqdim etdiyi 14 aprel 2025-ci il tarixli ərizədə iddiaçı X2 ona qarşı alimentin miqdarının tələbinə dair mülki iş üzrə Naxçıvan şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(078)-146/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyini, iddiaçı ilə mübahisəni öz aralarında məhkəmədən kənar razılığa gəlib həll etdiklərini, hal-hazırda 14 aprel 2025-ci il tarixdən hesablanmaqla uşaqları üçün hər bir uşağa 160 manat olmaqla iki uşaq üçün cəmi 320 (üç yüz iyirmi) manat ödəməyə razı olduğunu göstərərək, nəzərə alınmasını xahiş etdi. İddiaçı X4 mülki işin baxılması zamanı kollegiyaya təqdim etdiyi 14 aprel 2025-ci il tarixli ərizədə onun Cavabdeh qarşı aliment miqdarının tələbinə dair mülki iş üzrə Naxçıvan şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(078)-146/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyini, cavabdeh ilə mübahisəni öz aralarında məhkəmədən kənar razılığa gəlib həll etdiklərinini, hal-hazırda 14 aprel 2025-c i il tarixdən hesablanmaqla uşaqları üçün hər bir uşağa 160 manat olmaqla iki uşaq üçün cəmi 320 (üç yüz iyirmi) manatın cavabdeh tərəfindən ödənilməsinə razı olduğunu göstərərək, nəzərə alınmasını xahiş etdi. Kollegiya tərəflərin təqdim etdiyi ərizələrini müzakirə edib onlara qiymət verərək hesab edir ki, Cavabdeh və iddiaçı X2 Naxçıvan şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(078)-146/2025 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti ilə bağlı mübahisəni öz aralarında məhkəmədən kənar razılığa gəlib həll etdikləri nəzərə alınmaqla, cavabdeh tərəfindən 14 aprel 2025-ci il tarixdən hesablanmaqla hər bir uşağa 160 manat olmaqla iki uşaq üçün cəmi 320 (üç yüz iyirmi) manat alimentin ödənilməsi məqsədəuyğun hesab olunmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi P lenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 1, 1.2 və 1.2.1.-ci bəndlərindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8-ci bənd üzrə 8.4-cü bəndə “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləği ndə müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmun unda ifadə etməlidir)” məzmununda 8.4-1-ci yarımbəndin əlavə edilməsi qərara alınmışdır. Həmçinin xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən rayon (şəhər) məhkəmələrinə göndərilmiş məktubda qeyd olunmuşdur ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, uşaqların saxlanılması üçün müəyyən edilmiş sabit məbləği dəyişdirilməklə aliment minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun hesablanmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əm ək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Kollegiya onu da qeyd edir ki, Cavabdeh hər bir uşağa 160 manat olmaqla iki uşaq üçün cəmi 320 (üç yüz iyirmi) manatın tərəfindən ödənilməsi ilə bağlı iddiaçı X4 ilə razılığa gəldiyindən Naxçıvan Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(078)-146/2025 nömrəli qətnaməsi dəyişdirilməli və tərəflərin əldə etdiyi razılığa uyğun olaraq alimentin tutulma şərtləri müəyyən edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmi n Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. G östərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbi”nə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(078)-146/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 07 yanvar 2025ci il tarixli, 2(078)-146/2025 nömrəli qətnaməsi Cavabdeh tərəfindən mübahisələndirilən hissədə dəyişdirilməlidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə uyğun olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna olunduğundan həmin qət namədən də kassasiya şikayəti verilə bilməz. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.3, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(078)-146/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(078)-146/2025 nömrəli qətnaməsi Cavabdeh mübahisələndirdiyi alimentə dair hissədə dəyişdirilsin. 14 aprel 2025-ci il tarixdən hesablanmaqla, 07 yanvar 2022-ci il təvəllüdlü X3 və 07 yanvar 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçü n ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 20 (iyirmi) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar