Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-65/2024 12.06.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Q.N.Məmmədov) 09 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. İşin halları: İddiaçı nümayəndəsi vasitəs i ilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 300000 (üç yüz min) ABŞ dolları borc məbləğinin, ödənilmiş vəkil xərcinə görə 600 (altı yüz) manatın və 800 (səkkiz yüz) manat dövlət rüsumunun, ümumilikdə 300000 (üç yüz min) ABŞ dollarının və 1400 (min dörd yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-9 3/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı 2014-cü il tarixdən başlayaraq əvvəldən tanıdığı və dostluq etdiyi Cavabdeh müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 331000 (üç yüz otuz bir min) ABŞ dolları məbləğində pulu borc vermiş, cavabdeh isə ondan borc aldığı pulu qısa vaxt ərzində ona qaytaracağını öhdəsinə götürdüyü üçün borcun təminatı olaraq onunla cavabdeh arasında Bakı şəhəri 6 saylı Notariat Kontorunun xüsusi notariusu X6 tərəfin dən təsdiq edilmiş 08 dekabr 2016-cı il tarixli “Borcun etirafı haqqında” Müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən ikinci tərəfin (bundan sonra borclu) bu müqavilə ilə birinci tərəfə (bundan sonra borcverənə) 331000 (üç yüz otuz bir min) ABŞ dolları məbləğində borcunun olduğunu bəyan və tam etiraf etdiyini, həmin məbləği bu müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borcverənə tam həcmdə qaytarmasını öhdəsinə götürdüyünü, müqaviləyə əsasən borclu müqavilə ilə etiraf etdiyi borcu 08 yanvar 2017-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin müqaviləyə müvafiq olaraq borcundan müxtəlif vaxtlarda hissə-hissə ödəsə də, onu aldadaraq müxtəlif bəhanələrlə borcunu tam ödəməkdən yayındığına görən iddiaçı cavabdehin ona ödənməmiş qal an 300000 (üç yüz min) ABŞ dollar pul borcunun alınıb ona verilməsi üçün məhkəmədə hazırki iddianı qaldırmışdır. Məhkəmə isə hərtərəfli araşdırma aparmadan tam əsassız olaraq 3 illik iddia müddətinin ötürülməsi nəticəsinə gələrək iddianı təmin etməmişdir. Halbuki məhkəmə iddiaçının iddia ərizəsində və məhkəmədə verdiyi izahatında borclunun müxtəlif vaxtlarda borcundan ümumilikdə 31000 dollar ödəməklə iddia müddətinin ötürülməməsi barədə göstərdiyi xüsusatların araşdırılmasına, bu barədə sübutlarını məhkəməyə təqdim etməyə şərait yaratsaydı müəyyən olunacaqdı ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, Cavabdeh 08 yanvar 2017-ci il tarixdən sonra iddiaçıya borclu olduğu 331000 (üç yüz otuz bir min) ABŞ dolları olan puldan 2019-cu ildən başlayaraq 2023-cü il də daxil, hissə -hissə olmaqla 31000 (otuz bir min) ABŞ dolları pul qaytarmış və hər pul qaytaranda da borcunun qalan hissəsini yaxın vaxtlarda qaytaracağını iddiaçıya vəd etmişdir. Eyni zamanda borclu Cavabdeh onun məhkəməyə veriləcəyi təqdirdə ailəsinin dağılacağını, aralarında olan dostluğu nəzərə alıb onu məhkəməyə verməməsini iddiaçıdan xahiş etmişdir. Cavabdehin borcunu ödəyəcəyi barədə vədini və xahişini nəzərə alan iddiaçı onun ailəsinin dağılmaması üçün məhkəmədə iddia qaldırmamış, onun borcunu könüllü ödəməsini gözləmişdir. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə baxışında verdiyi izahatında 2019-cu ildə borclu Cavabdeh qardaşı Ayxan Salmanovun vasitəsi ilə ona 25000-30000 manat dəyərində bir ədəd avtomobil verdiyini, 2020-ci ildə Cavabdeh şəxsən ona 5000 manat verdiyini, 2021-ci ildə Cavab deh qardaşı Ayxanın iştirakı ilə borcundan ona 20000 manat qaytardığını, ona görə də iddiasında 331000 əvəzinə 300000 ABŞ dolları tələb yazdığını, hətta Cavabdeh qardaşı Ayxanın məhkəmədən qabaq ona məhkəməyə müraciət etməməsi üçün 200000 manat təklif etdiyini, razılaşacağı halda, evlərinin olduğunu, ******* manata sataraq borcunu qaytaracaqlarını bildirmişdir. Qeyd olunanlarla yanaşı iddiaçı, məhkəmədən cavabdehin ona 2019-2023-cü illərdə borcundan hissə-hissə qaytarmasını təsdiq edəcək sübutları, o cümlədən borcdan qaytarılmasının şahidi olmuş şəxslərin məhkəməyə dəvət edilib dindirilmələrini xahiş etsə də məhkəmə buna nəinki şərait yaratmamış, əksinə çəkişmə prinsipinin tələblərini pozaraq iş üzrə həqiqətin müəyyən edilib ədalətli qətnamə qəbul edilməsini təmin etmək üçün cavabdehin də məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının bu mülki iş üzrə iddia ərizəsində göstərilən dəlillərə münasibətini və mövqeyini, onun məhkəmədə 3 illik iddia müddətinin ötürülməməsi barədə gətirdiyi sübut və dəlilləri dinləsə də, həmin sübutları təqdim etməyə, habelə cavabdehin borc müqaviləsi üzrə vaxtaşırı ödəmələr etməsini təsdiq edəcək şahidlərini məhkəməyə dəvət edib dindirilməsinə şərait yaratmayaraq məhkəmə araşdırmasını tələm-tələsik bitirərək mahiyyəti üzrə natamam, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. İddiaçının cavabdehin 2023-cü il də daxil olmaqla ona hissə-hissə pul ödəməsi barədə gətirdiyi dəlillərə cavabdehin nümayəndəsi cavab verə bilmədiyinə görə cavabdehin məhkəmədə iştirak edərək həmin dəlillərə öz münasibətini bildirməli olduğu üçün məhkəmə onun məhk əmədə iştirakını təmin etməli idi. Məhkəmə isə bunu etmədən qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddiaçıya iddia müddətinin ötürülməməsi barədə məhkəməyə sübutlar təqdim etməyə şərait yaratmamaqla bu halın hərtərəfli araşdırılmasını təmin etməyərək öz mülahizələri əsasında əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi işə hərtərəfli, tam və obyektiv baxmadan, mühüm əhəmiyyətli olan faktiki halları aydınlaşdırmadan əsasız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi, yuxarıda qeyd etdiyi kimi, cavabdehin 2019-2023-cü illər ərzində qeyd olunan müqavilə əsasında iddiaçıya olan borcundan hisəhissə olmaqla ödəməsini bildirməyini və bu faktları təsdiq edəcək ş ahidlərin məhkəməyə dəvət edilib dindirilmələrinə, habelə digər sübutlar təqdim etməyinə şərait yaratmamış, bununla da əsassız olaraq iddia müddətinin ötürülməsi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələblərində göstərilən dəlillərin iş materiallı ilə tam sübuta yetirilməsinin təsdiq olunmasına baxmayaraq məhkəmə ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. Halbuki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd olunan maddələrin tələblərini pozaraq iddiaçıya iddia ərizəsində istinad etdiyi halları sübut etməyinə şərait yaratmamışdır. Birinci instansiya mə hkəməsində işə baxılarkən iddiaçı cavabdehin müqavilədə borcun ödənilməsinin son müddətindən sonra da onun iddiaçıdan dəfələrlə borcun ödənilməsinə möhlət verməsi barədə xahişlərinin olmasını, mütəmadi olaraq şahidlərin iştirakı ilə son vaxtlara kimi borcundan hissə-hissə ödəməsini bildirərək bu faktın təsdiq edilməsi üçün həmin şahidləri məhkəməyə dəvət edib dindirilmələri barədə vəsatət qaldırsa da, məhkəmə iddiaçının vəsatətini təmin etmədən, qəflətən məhkəmə araşdırmasını bitirib qətnaməni elan etdiyi üçün iddiaçı şahidlərinin məhkəmədə dindirilməsinə nail ola bilməmişdir. Bundan başqa, məhkəmə baxışından sonra iddiaçı borclu Cavabdeh istifadəsində olan 050 *** ** ** mobil nömrənin WhatsAppMessenger proqramı ilə iddiaçının istifadəsində olan 055 *** ** ** mobil nömrə arasında aparılmış yazışmaları araşdırarkən müəyyən edib ki, Cavabdeh 27 fevral 2023-cü il tarixdə özünə məxsus **********360849 saylı ABB bank kartından iddiaçının adına olan **********515813 nömrəli Rabitəbanka aid bank kartına, iddiaçıya olan 331000 ABŞ dolları borcundan 800 (səkkiz yüz) manat pul ödəmiş və qəbzin də surətini iddiaçıya göndərmişdir. Bu fakt Rabitəbank tərəfindən verilən RB00-12830/2024 saylı, 30 yanvar 2024-cü il tarixli arayışla da tam təsdiq olunur. Həmin arayışda göstərilir: “Yazıb bildirmək istəyirik ki, xx.xx.2023 il tarixində İddiaçı aid olan **********515813 nömrəli Rabitəbank kartına, **********360849 saylı kartdan İBA MOBİLE vasitəsi ilə 800 AZN vəsait mədaxil olunub”. Arayışın verilmə tarixi də təsdiq edir ki, iddiaçı həmin arayışı məhkəmə baxışından sonra əldə etdiyi üçün onu birinci instansiya məhkəməsinə təqdim edə bilməzdi. Artıq məhkəmə baxışı başa çatdığına və cavabdehin iddiaçıya borcundan özünə məxsus bank kartı vasitəsi ilə də pul ödəməsini unutduğuna görə həmin sübutu birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyi üçün həmin sübut apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməli və iddiaçının məhkəməyə müraciət etməyi üçün iddia müddətini ötürməməyinin sübutu kimi qiymətləndirilməlidir. Qeyd etdiyi sübut iddiaçının iddia müddətini ötürməməyinin birbaşa sübutu olduğu üçün iddiaçının həmin sübutu qəsdən birinci instansiya məhkəməsinə təqdim etməməyi nəticəsinə gəlinməməlidir. Göstərilənlərə əsasən Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-93/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə ye ni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, kollegiyadakı izahatında birinci instansiya məhkəməsinin iddia ərizəsində istinad etdiyi dəlillərə, təqdim etdiyi şahidlərə hüquqi qiymət vermədən tam ədalətsiz bir qərar qəbul etdiyini, iddiaçı tərəf olaraq məhkəmənin qəbul etdiyi qərarın hüquqlarını pozduğundan həmin qərardan apellyasiya şikayəti verdiyini, Cavabdeh uzun müddətdir ki, tanıdığını, aralarında yaxın dost münasibəti olduğunu, onun da, İbrahimin də Naxçıvanda işlədiklərini, sonradan onun işi ilə əlaqədar Bakı şəhərinə köçdüyünü, əlaqələrinin daim olduğunu, Bakıda yaşadığı müddətdə İbrahimin yanına gəlib getdiyini, onunla görüşdüklərini, dost kimi münasibətlərinin davam etdiyini, Cavabdeh iddia ərizəsində qeyd etdiyi məbləğdə pulu, yən i 331000 ABŞ dollarını ondan biznes adı ilə aldığını, həmin vaxt onun qayınatası V.X7 Məclisinin rəhbəri olduğunu, İbrahimin qayınatasının adından istifadə edərək rəhbərlik tərəfindən ona biznes qurması üçün müəyyən yollar açıldığını, bunun üçün ona pul lazım olduğunu bildirdiyini, beləliklə ondan həmin məbləğdə pulun alınmasına nail olduğunu, Cavabdeh ondan istədiyi pulun hamısını bir yerdə ona verməyə imkanı olmadığını, onun həmin məbləğdə pulu başqa dostlarından, tanışlarından və yaxınlarından alıb İbrahimə verdiyini, sonradan isə cavabdehin ona verdiyi vədlərin yalan olduğunu gördüyünü, onun etibarından Cavabdeh süni şəkildə istifadə etdiyini, onu aldadaraq pullarını aldığını, onun apellyasiya şikayətində yalnız öz qardaşının adını deyil, cavabdehin qardaşının və ortaq dostlarının da a dını qeyd etdiyini, çünki İbrahimlə aralarında olan borc məsələsindən onlarında məlumatının olduğunu, bəzi hallarda İbrahimə verdiyi pulları dostlarının yanında ödədiyini, 2016-cı ildən indiyə qədər prosesin uzanmağının səbəbi onun cavabdehin yalan vədlərinə inanması, kəsdikləri çörəyə hörmət edərək tamamilə insanlıq etməyindən qaynaqlandığını, Cavabdeh borcun qaytarılması üçün ondan vaxt istədiyini, hansı şəxslərin qohumu olduğunu ona bildirdiyini, borc məsələsinin bilinəcəyi təqdirdə onsuzda pis olan ailə-qohum münasibətlərinin bir az daha korlanacağını dediyini, onun da İbrahimə hər dəfə inanaraq vaxt verdiyini, İbrahimin ona borcu olduğu müddətdə də borcdan kənar İbrahimə köməklik etdiyini, dost necə olur bir növ onun bunu cavabdehə göstərdiyini, borcunu qaytarması üçün cavabdehi məhkə məyə vermədiyini, ona inanmaq istədiyini, İbrahim Salamnovun ona olan borcunu ödəmədiyindən cavabdehin istəyi və razılığı ilə 2016-cı ilin dekabr ayının 8-də Bakı şəhəri 6 saylı notariat kontorunda borcun etirafı haqqında müqavilə bağladıqlarını, həmin müqavilədə cavabdehin ona 331000 ABŞ dolları borcu olduğunu tam etiraf etdiyini, cavabdehlə aralarında borcun etirafı haqqında müqavilə bağlandıqdan sonra İbrahimin ona olan ümumi borcundan 31000 ABŞ dolları qaytardığını, hazırda Cavabdeh ona 300000 ABŞ dolları boru olduğunu, əlində İbrahimin ona 331000 ABŞ dolları borcu olması ilə bağlı notariat təsdiqli sənəd olduğunu, əgər insanlıq edib İbrahimin ona qaytardığı 31000 ABŞ dollarını etiraf etməsəydi, İbrahimin həmin məbləğdə borcu ona qaytardığını sübut edə bilməyəcəyini, buna baxmayaraq ca vabdeh tərəfin borcun etirafı haqqında müqavilənin bağlanmasından 6 ildən artıq bir müddət keçdiyini, həmin müqavilənin etibarsız olduğunu iddia etdiyini, lakin borcun etirafı haqqında müqavilə bağlandıqdan sonra cavabdehin ona olan ümumi borcundan hissə-hissə qaytardığını, nəticə etibarilə borc müqaviləsi üzrə nəzərdə tutulmuş 3 illik iddia müddətinin keçmədiyini, cavabdeh tərəfin ona olan borcdan qaytarmasını inkar etməsinin düşünülmüş bir addım olduğunu hesab etdiyini, İbrahimin onunla birlikdə notariat orqanına gedərək borcun etirafı barədə müqavilə bağlaması onun gələcəkdə cavabdehi borc tələbi ilə bağlı məhkəməyə müraciət etməkdən çəkindirmək məqsədi daşıdığını, İbrahimin hansısa vəkildən hüquqi yardım alaraq onu aldatmaq üçün belə bir addım atdığını düşündüyünü, hazırda cavabdehin o na olan borcundan 2019-cu ildə 30000 manat dəyərində “Yaquar” markalı maşın, 2020-ci ildə 5000 manat, 2021-ci ildə qardaşı Ayxanın iştirakı ilə birlikdə 20000 manat verməklə qaytardığını, 331000 ABŞ dolları məbləğində borcu cavabdehə bir yerdə vermədiyini, həmin məbləğdə olan pulu 2014-2016-cı illər ərzində cavabdehə hissə-hissə verdiyini, İbrahimin onu biznes adı ilə aldatdığını, onun da İbrahimin yalanına inandığını, sonradan İbrahimin heç bir iş görmədiyinin, heç bir tutulan malının olmadığının məlum olduğunu, malının olmadığını onun özünün də etiraf etdiyini, ona qarşı dələduzluq etdiyi üçün hüquq mühafizə orqanlarına müraciət edəcəyini İbrahimə bildirdiyini, cavabdehin isə ona ailəsi və ailəsinin qohumları ilə problemi olduğunu, borc məsələsini biləcəkləri təqdirdə aralarında olan müb ahisənin daha da böyüyəcəyini, bunun isə ailəsinin dağılması səviyyəsinə gətirib çıxaracağını bildirdiyini, onun da humanistlik edib İbrahimdən şikayət etmədiyini, İbrahimin imkanlarının məhdud olduğunu ona bildirdiyini, qardaşı Ayxanın öz dostu ilə razılaşdığını, dostunun “Yaquar” markalı maşınını alıb ona vermək istədiyini, maşının pulunu isə qardaşının dostuna hissə-hissə qaytaracağını ona bildirdiyini, “Yaquar” markalı avtomobilin ona 2019-cu ilin may-iyun aylarında verildiyini, 5000 manat pulu 2020- ci ilin sentyabr ayında İbrahimin özü Bakı şəhərində “Neftçilər prospekti” deyilən ərazidə qaytadığını, həmin məbləğdə pulu ona dollarla deyil manatla verdiyini, İbrahimlə danışaraq çətinliyi olduğunu ona bildirdiyini, daha sonra qardaşı Ayxanın İbrahimlə birlikdə 2021-ci ilin noyabr ayı nda ona 20000 manat qaytardığını, İbrahimin ona qaytardığı pulları ümumi olaraq qiymətləndirib cavabdehin ona olan borcundan 31000 ABŞ dolları ödədiyini nəzərə aldığını, ona qaytarılan pulların demək olar ki, hamısında cavabdehin qardaşı Ayxanın iştirak etdiyini, Ayxanın qardaşı İbrahimdən kiçik olmasına baxmayaraq həmişə özünü böyük qardaş kimi apardığını, İbrahimin qardaşı Ayxanın Naxçıvanda olan evlərini bir milyon manata satışa qoyduqlarını, evin satılmasından sonra onun öz payına düşən hissədən 100000 min manat, İbrahimin də öz payına düşən hissədən 100000 min manat olmaqla ümumilikdə 200000 min manat qaytamaqla bu məsələnin birdəfəlik qurtarmasını xahiş etdiyini, onun isə Ayxana Naxçıvan şəhərində belə yüksək qiymətə evin satılmasının ağlabatan olmadığını bildirərək sonda onunla razı laşdığını, ancaq bu günədək cavabdeh tərəfin ona bu məsələnin birdəfəlik qurtarması üçün vəd etdikləri pulu ödəmədiklərini bildirərək, apellyasiya şikayətinin təmin edilməsi və Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, kollegiyadakı izahatında apellyasiya şikayətinə münasibətdə birinci instansiya məhkəməsinin bu barədə qəbul etdiyi qətnaməsini qanunsuz və ədalətsiz hesab etdiyini, 2016-cı ildə iddiaçı ilə cavabdehin arasında olan münasibətləri tənzimləyən borcun etirafı haqqında müqavilənin bağlandığını, müqavilənin bağlanmasından sonra cavabdehin 331000 ABŞ dolları borcu olması ilə bağlı iddiaçı qarşısında öhdəlik götürdüyünü, cavabdehin 2019-cu ildən başlamaqla ilk əvvəl iddiaçıya 25-30 min manat dəyərində avtomobil, 2020-ci ildə 5000 manat, 2021-ci ildə 20000 manat qaytardığını, sonuncu dəfə isə kart ödənişi vasitəsilə 2023-cü ildə 800 manat ödədiyini, bu səbəbdən də iddia ərizəsində 331000 ABŞ dolları deyil, 300000 ABŞ dolları məbləğində tələb qoyduqlarını, borc pulun iddiaçı tərəfindən cavabdehə verilməsi və cavabdeh tərəfindən aldığı pulların bir qisminin iddiaçıya qaytarılması barədə şahidlərin olduğunu, həmin şahidlərin dindirilməsinə zərurət yarandığını, şahidlərin dindirilməsini borcun etirafı haqqında bağlanmış müqavilə üzrə 3 illik iddia müddətinin keçmədiyini müəyyən etmək üçün istədiklərini, hazırki öhdəliyə 3 illik iddia müddətini şamil etmə yin qanuni olmadığını, çünki borc müqaviləsi bağlandıqdan sonra cavabdeh tərəfindən iddiaçıya müəyyən məbləğlərdə borcun qaytarıldığını, Naxçıvan Şəhər Məhkəməsində işə baxılarkən məhkəmənin onlara işlə bağlı vəsatətlərini, şahidlərini təqdim etmək üçün lazımi şərait yaratmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilməsi və Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 2024cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, kollegiyadakı izahatında iddiaçı tərəfin apellyasıya məhkəməsinə nə ilə bağlı yığışdıqlarını unutduğunu, hazırki tələblə bağlı birinci instansiya məhkəməsində işə baxıldığını, bu barədə məhkəmənin qə rarının olduğunu, iddiaçı tərəfin Naxçıvan Şəhər Məhkəməsində işə baxılarkən hazırki iş üzrə şahidlərin məhkəməyə dəvət olunub dindirilməsini istəyirdisə, bununla bağlı məhkəməyə əvvəlcədən vəsatət vermilməsini zəruri hesab edib lazımi addım atmalı olduğunu, ancaq məhkəmənin hazırlıq iclasının keçirildiyini, işin məhkəmə baxışına təyin edilib bu barədə qərardad qəbul edilənədək iddiaçı tərəfindən məhkəməyə heç bir vəsatət daxil olmadığını, əgər birinci instansiyada işə baxılarkən iddiaçı tərəfin vəsatəti olubsa, onun da həmin vəsatətlə tanış olmaq istədiyini, tərəflər arasında borcun etirafı ilə bağlı müqavilə bağlandığını, həmin müqavilə üzrə yaranacaq hüquq münasibətini iddiaçı tərəfin özünün müəyyən etməli olduğunu, onun tərəfindən hazırki işə məhkəmədə baxılarkən iddia ərizəsinə etiraz olunması barədə vəsatət təqdim edildikdən sonra da iddiaçı tərəfindən heç bir addımın atılmadığını, müddətlə bağlı borc müqavilələrində bir çox problemlərin yarandığını məhkəmə kollegiyasının diqqətinə çatdırdığını, müddətin ötməməsi ilə bağlı sübut etmə yükünün iddiaçı tərəfin üstünə düşdüyünü, lakin iddiaçı tərəfin bunu sübut edə bilmədiyini, məhkəmə iclasında iştirak edib-etməməyin cavabdehin prosessual hüququ olduğunu, borc müqaviləsi bağlandıqdan sonra cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilmədiyini, əgər bununla bağlı iddiaçı tərəfin sübutu varıydısa, məhkəmədə işə baxılana qədər təqdim etmələrinin iddiaçı tərəfin vəzifəsi olduğunu, belə məsələlərin ümumiyyətlə olmadığını, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən iddiaçıya 31000 ABŞ dolları pulun qaytarılmadığını, borc un müqabilində “Yaquar” markalı avtomobil vermədiyini, bunun yalan olduğunu, 31000 ABŞ dolları məbləğində borcun kifayət qədər böyük məbləğ olduğunu, əgər cavabdehin həqiqətən bu məbləği iddiaçıya ödəmişdisə, bununla bağlı sənədi iddiaçı tərəfin iddia ərizəsinə əlavə edərək müddətin keçmədiyini göstərməli olduğunu, tərəflər arasında 331000 ABŞ dolları məbləğində öhdəlik olmadığını, notariat orqanı tərəfindən hazırki müqavilə pul məbləğinin müvafiq banka qoyulduqdan sonra notariat orqanına qəbz təqdim edilmirdisə bağlandığı andan etibarsız sayıldığını, bunların formal olaraq hər hansı bir sənədin göstərilməsi ilə bağlı olduğunu, əksinə isə iddiaçının cavabdehin vasitəsilə milyonlarca pul qazandığını ona bildirdiyini, onun notariat orqanında bağlanmış müqavilənin etibarsız müqavilə olduğunu hesab etdiyini, hazırki mülki işdə müddətin ötmə məsələsi qoyulmasadı belə, onun hansısa instansiya məhkəməsində müqavilənin etibarsızlığını qoyaraq iddia qaldıracağını zəruri hesab edəcəyini bildirərək, apellyasiya şikayətinin rədd olunması və Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə tapşırığı üzrə dindirilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2024-cü il tarixli, 2(108)65/2024 nömrəli qərardadı icra edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə cavabdeh məhkəmə tapşırığının icrası ilə əlaqədar məhkəmə iclasında iştirak etməmiş, 14 may 2024-cü il tarixli məlumatını m əhkəməyə təqdim edərək iddia tələbini və apellyasiya şikayətini qəbul etmədiyini bildirmiş və onun həmin məlumatı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 10(004)-10/2024 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. İddiaçı və Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən İddiaçı və Cavabdeh iştirakları olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təm in olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı nümayəndəsi vasitəsi ilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 300000 (üç yüz min) ABŞ dolları borc məbləğinin, ödənilmiş vəkil xərcinə görə 600 (altı yüz) manatın və 8 00 (səkkiz yüz) manat dövlət rüsumunun, ümumilikdə 300000 (üç yüz min) ABŞ dollarının və 1400 (min dörd yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin 33-cü vərəqində olan cavabdehin vəkili və nümayəndəsi Vəkil2 adından Naxçıvan Şəhər Məhkəməsinə ünvanlanmış imzasız iddia ərizəsinə etirazda İddiaçı ilə Cavabdeh arasındakı borc müqaviləsinin 2016-cı ildə bağlandığını, 08 dekabr 2016-cı il tarixli Borcun etirafı haqqında Müqaviləyə əsasən, borclunun bu müqavilə ilə etiraf etdiyi borcu 08 yanvar 2017-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, iddia ərizəsinə əsasən borclunun 6 il keçməsinə baxmayaraq bu günədək borcun qaytarılması ilə bağlı heç bir addım atmadığını, mülki qanunvericiliyə əsasən, iddia müddətinin axımının şəxsin öz h üququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlandığını, hazırki mübahisə üzrə şəxsin öz hüququnun pozulduğunu bildiyi vaxtdan, yəni 2017-ci ilin yanvar ayının 8-dən 2023-cü ilin noyabr ayının 2-nə qədər olan dövr üçün tələbi üzrə üç illik iddia müddətinin kifayət qədər keçdiyini, iddiaçının müvafiq tələblə məhkəməyə müraciət edərkən iddia müddətini xeyli ötürdüyünü, müddətin ötrülməsinin üzrlü hesab edilməsi üçün əsasların olmadığını, iddiaçı tərəfin cavabdeh tərəfindən ödəmələr edilməklə iddia müddətinin axımının dayanması ilə əlaqədar fikirlərinin sözdən ibarət olduğunu, məhkəməyə və cavabdeh tərəfə bu faktı təsdiq edən sübutlar təqdim etmədiklərini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddətinin üç il təşkil etd iyini, həmin məcəllənin 377.1-ci maddəsinə uyğun olaraq, iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlandığını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında iddia müddətinin əhəmiyyəti ilə əlaqədar, “birinci, o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır” qeyd edildiyini, “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar” qeyd etdiyini, cavabdeh tərəf olaraq iddia müddətinin tətbiq olunması ilə əlaqədar məhkəmə hazırlıq mərhələsində müraciə tlərini təqdim etdiklərini göstərərək, İddiaçı Cavabdeh qarşı 300000 (üç yüz min) ABŞ dolları borc məbləğinin, ödənilmiş vəkil xərcinə görə 600 (altı yüz) manatın və 800 (səkkiz yüz) manat dövlət rüsumunun, ümumilikdə 300000 ( üç yüz min) ABŞ dollarının və 1400 (min dörd yüz) manat pulun alınıb iddiaçının xeyrinə tutulmasına dair ərizədə iddia müddətinin keçməsini nəzərə alaraq iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsi 09 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsi ilə iddia müddətinin keçməsi nəticəsinə gələrək iddia tələbini rədd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul öd əməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında imzalanmış və Bakı şəhəri 6 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən reyestrdə 3M-1946 nömrə ilə qeyd edilmiş xx.xx.2016-cı il tarixli borcun etirafı haqqında müqavilədən görünür ki, “Borc alan” “Borc verənə” 331000 (üç yüz otuz bir min) ABŞ dolları məbləğində borcun un olduğunu bəyan və tam etiraf etmiş və “Borc alan” bu müqavilə ilə etiraf etdiyi borcu xx.xx.2017-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törə də biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbay can Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Kollegiya qeyd edir ki, qanunun yuxarıda sadalanan normasından da göründüyü kimi, məhkəmə tərəfindən iddia müddətinin keçməsi yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Hazırki işdə isə bu hallar mövcud deyil. Xüsusilə qeyd ol unmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Ona görə də iddia müddəti keçmiş olsaydı belə bu iş üzrə müddətin keçməsi əsasına görə birinci instansiya məhkəməsi iddiadan imtinada haqlı ola bilməzdi. Belə ki, iş vərəqə 33-36-da olan PDF formasında 11 dekabr 2023-cü ildə birinci instansiya məhkəməsinə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş və eyni zamanda elektron kabinetdə olan imzalanmamış “iddia ərizəsinə etiraz” qanunun yuxarıda sadalanan normasında göstərilən ərizə kimi qəbul edilə və “El ektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza hesab oluna və məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas ola bilməz. Həmin Qanunun 1.1.15-ci maddəsinə görə elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontent elektron sənəd hesab olunur. Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinin tələbinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 01 iyun tarixli, 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin İnformasiya sistemi istifadəçilərinin hüquqları və vəzifələrini müəyyən edən 10.1.4-cü bəndinə əsasən ərizə, şikayət və digər sənədləri məhkəməyə elektron qaydada göndərmək hüququnun olması müəyyən edilmişdir. X2 sisteminin fəaliyyətini təşkili edən 12.3-cü bəndinə əsasən İnformasiya sisteminə iştirakçı tərəfindən daxil edilən məlumatlar həmin şəxsin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməlidir. X2 sistemindən istifadə qaydasını müəyyən edən 13.6-cı bəndində Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, q əbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-1.2-ci maddələrində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 15 iyul 2019-cu il tarixli 17-N nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.4-cü bəndinə görə sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. İşin yuxarıda şərh olunmuş hallarından da göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi tərəfindən qanunun yuxarıda sadalanan normalarının tələblərinə əməl olunmamışdır. Kollegiya iddiaçının vəkili və nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi iddiaçının Cavabdehla aralarında Bakı şəhəri 6 saylı Notariat Kontorunda xx.xx.2016-cı il tarixdə bağlanmış borcun etirafı haqqında müqavilənin şərtinə əsasən borc alan Cavabdeh 331000 (üç yüz otuz bir min) ABŞ dolları məbləğində pulu xx.xx.2017-ci il tarixədək, yəni 1 il müddətinə qaytarmağı öhdəsinə götürməsini, cavabdehin isə borcunun bir hissəsini 2019-cu ildə qardaşı Ayxan Salmanovun vasitəsi ilə ona 25000-30000 manat dəyərində bir ədəd avtomobil verdiyini, 2020-ci ildə Cavabdeh şəxsən ona 5000 manat verdiyini, 2021-ci ildə Cavabdeh qa rdaşı Ayxanın iştirakı ilə borcundan ona 20000 manat qaytardığını, ona görə də iddiasında 331000 əvəzinə 300000 ABŞ dolları tələb yazdığını, hətta Cavabdeh qardaşı Ayxanın məhkəmədən qabaq ona məhkəməyə müraciət etməməsi üçün 200000 manat təklif etdiyini, razılaşacağı halda evlərinin olduğunu, ******* manata sataraq cavabdehin borcunu qaytaracaqlarını, cavabdehin borcunun 800 manatını xx.xx.2023-cü ildə ödəməklə iddia müddətinin axımının kəsilmədiyini, əksinə davam etdiyini, məhkəmənin işin bu halına düzgün hüquqi qiymət vermədiyini, buna görə də qətnamənin ləğv edilməli olması ilə əlaqədar apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyy ənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsi Plenumunun 2008ci il 8 may tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM- in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu p ozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı və onun vəkili və nümayəndəsi məhkəmədəki izahatlarında Cavabdeh müxtəlif vaxtlarda borca verdiyi pulun ümumi məbləğinin 331000 (üç yüz otuz bir min) ABŞ dolları məbləğində olduğunu, cavabdehin ondan borca aldığı pulu qısa vaxt ərzində özünə qaytaracağına söz verdiyini, bununla bağlı onunla cavabdeh arasında Bakı şəhəri 6 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfi ndən təsdiq edilmiş 08 dekabr 2016-cı il tarixli “Borcun etirafı” haqqında Müqavilə imzalandığını, Cavabdeh borclu olduğu 331000 (üç yüz otuz bir min) ABŞ dolları puldan 2019-cu ildə Cavabdeh qardaşının ona təxminən 25000-30000 manat aralığında dəyəri olan bir ədəd avtomobil verdiyini, 2020-ci ildə Cavabdeh şəxsən ona 5000 manat verdiyini, 2021-ci ildə Cavabdeh qardaşı Ayxanın ona 20000 manat verdiyini, yəni həmin borc məbləğindən 31000 ABŞ dollarını göstərilən müddətlərdə qaytardıqlarını buna görə də 300000 ABŞ dolları məbləğində pul tələb etmələrini göstərsələrdə cavabdeh və onun vəkili və nümayəndəsi tərəfindən iddiaçının və onun vəkili və nümayəndəsinin göstərdikləri bu dəlillərinə münasibətdə heç bir əlavə və etirazları olmamışdır. İşə baxan birinci instansiya məhkəməsi isə işin bu mü hüm hallarını ümumiyyətlə araşdırmayaraq yalnız cavabdehin vəkili və nümayəndəsinin iddia müddətinin keçməsini göstərməsi əsasına görə əsassız olaraq iddia tələbini rədd etmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin tələbinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Kollegiyada işin araşdırılmış halları və iddiaçının kollegiyadakı izahatı ilə tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan müqavilənin icrası müddətində cavabdehin 2019-cu ilin may-iyun aylarında 30000 manat dəyəri olan avtomobili verməsi, 2020-ci ilin sentyabr ayında Bakı şəhərində Neftçilər prospekti deyilən ərazidə 5000 manat və 2021-ci ilin noyabr ayında 20000 manat pulun manatla qaytarılması müəyy ən edilmişdir. Bundan əlavə kollegiyada işə baxılarkən apellyasiya şikayətinə əlavə edilmiş Rabitəbankın 30 yanvar 2024-cü il tarixli RB00-12830/2024 saylı məktubu və buna əlavə edilmiş müvafiq ödəmə sənədləri ilə müəyyən olunmuşdur ki, Cavabdeh adına olan Azərbaycan Beynəlxalq Bankının **********360849 saylı kartından İBA MOBİLE vasitəsilə İddiaçı adına olan Rabitəbankın **********515813 nömrəli kartına xx.xx.2023 tarixində 800 manat məbləğində pul köçürmüşdür. Həmçinin kollegiya qeyd edir ki, İddiaçı kollegiyadakı izahatında cavabdeh tərəfindən borcunun qarşılığında yuxarıda qeyd olunan və 2019-cu ilin may-iyun aylarında ona verildiyini göstərdiyi “Yaquar” markalı avtomobilin dəyərinə münasibətdə həmin avtomobilin qardaşı Elvin adlı şəxsin adına rəsmiləşdirilməklə satıldığını və avtomobi lin satışına görə 30000 (otuz min) manat məbləğində pulun borca münasibətdə ona verildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinin mənasına görə, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir və fasilədən sonra iddia müddəti yenidən başlanır. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən iddia müddətinin keçməsi nəticəsinə gəlməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Kollegiya belə hesab edir ki, cavabdeh müqavilənin icrası müddətində borc müqaviləsi üzrə borcu etiraf etməsini göstərən hərəkətlər etmiş və bu iş üzrə iddia müddətinin axımı kəsilməklə iddia müddəti keçməmişdir. Kollegiya iş üzrə Cavabdeh məhkəmə tapşırığının icrası ilə əlaqədar Bakı Şəhəri Yasam al Rayon Məhkəməsinə göndərdiyi 300000 ABŞ dolları məbləğində pulun alınması ilə əlaqədar iddianı qəbul etməməsinə dair məlumatına və cavabdehin vəkili və nümayəndəsinin kollegiyadakı izahatında həmin müqavilənin formal xarakterli müqavilə olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, iş vərəqə 9-da olan iddiaçı və cavabdehin Bakı şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirdikləri borcun etirafı haqqında 08 dekabr 2016-cı il tarixli müqavilənin 1.1-ci bəndində ikinci tərəf olan Cavabdeh birinci tərəfə, yəni İddiaçı 331000 ABŞ dolları məbləğində borcunun olmasını bəyan və tam etiraf etmiş və həmin məbləği müqavilədə müəyyən olunmuş müddətdə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür və qeyd olunan müqavilə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Kollegiya birinci instansiya məhkəməsinin iddia müddətinin keçməsi nəticəsinə gəlməsi əsası ilə iddianı təmin etməməsi ilə əlaqədar gəldiyi nəticəni əsassız hesab edir və belə nəticəyə gəlir ki, məhkəmənin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmamaqla qanuni və əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsin ə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsı MPM-in 217.4-cü maddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya belə nəti cəyə gəlir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkə məsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq iş ə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunaraq əsaslandırılmamış və işə düzgün nəticə verilməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci və 385.1.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətb iq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar hərtərəfli araşdırılmayaraq işə düzgün nəticə verilməmişdir. Qeyd olunanlara əsasən kollegiya belə hesab edir ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin iddia tələbinin rədd olunmasına dair qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddiaçının tələb etdiyi 300000 ABŞ dolları məbləğində puldan iddiaçının izahatında da etiraf etdiyi yuxarıda qeyd olunmuş cavabdeh tərəfindən borcunun qaytarılması məqsədi ilə 2019-cu ilin may-iyun aylarında ona verilmiş həmin avtomobilin satışı hesabına 30000 manat, 2020-ci ilin sentyabr ayında verilmiş 5000 manat və 2021-ci ilin noyabr ayında verilmiş 20000 manat məbləğində pul ABŞ dollarının Mərkəzi bankın müəyyən etdiyi manatın məzənnəsinə uyğun olaraq (30000+5000+20000=55000manat:1.7=32352.94$) və Cavabdeh adına olmuş Azərbaycan Beynəlxalq Bankının **********36 0849 nömrəli kartından İBA MOBİLE vasitəsilə İddiaçı adına Rabitəbankın **********515813 nömrəli kartına xx.xx.2023 tarixində köçürdüyü 800 manat (800:1.7=470.59$) məbləğində pul nəzərə alınmalı və borcun etirafı haqqında müqavilə üzrə olan ümumi borc (331000$-32823.53$ (55800 manat)=298176.47$) məbləğindən cavabdehin ödədiyi həmin məbləğlər çıxılmaqla iddia tələbi qismən təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı MPM-in 119.2-ci maddəsinə əsasən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 796.9 (yeddi yüz doxsan altı manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Аzərbаycаn Rеspublikаsı MPM-in 121.1-ci maddəsinə əsasən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndiri lməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməlidir. Kollegiya işin konkret hallarını və "xxxx" ASC-in Naxçıvan Şəhər İdarəsinin verdiyi 31 oktyabr 2023-cü il tarixli, 11937 nömrəli qəbzlə ödənilmiş 580 manat və 14271 nömrəli qəbzlə ödənilmiş 20 manat, ümumilikdə 600 (altı yüz) manat məbləğində vəkil xərcini ağlabatan məbləğ hesab edir. Ona görə də iddiaçının nümayəndəsi və vəkilinə ödədiyi həmin məbləğin cavabdehdən alınıb iddiaçıya verilməsi təmin edilməlidir. Kollegiya qeyd olunanlara əsasən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin bu iş üzrə qəbul etdiyi 09 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.2, 385, 392, 393, 402, 403, 404, 405.0.1 və 406-cı mаddələrini rəhbər tutaraq kollegiya qətеtdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil1 аpеllyаsiyа şikаyəti qismən təmin еdilsin. Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh qətnamənin icra olunduğu günə olan Аzərbаycаn Rеspublikаsı Mərkəzi Bankının müəyyən etdiyi manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq 298176.47 (iki yüz doxsan səkkiz min bir yüz yetmiş altı dollar qırx yeddi sent) ABŞ dolları, 796.9 (yeddi yüz doxsan altı manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 600 (altı yüz) manat vəkil xərci alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-65/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-65/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver