Məhkəmə qərarları › İş №2(108)-66/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-66/2022

13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-66/2022 13.05.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə Şərur Rayon Məhkəməsinin “iddia ərizəsinin geri qaytarılması” barədə e-2(110)282/2022 nömrəli 05 aprel 2022-ci il tarixli qərardadından mülki iş üzrə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı “"xxxx" ASC 01 aprel 2022-cu il tarixli iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək cəmi borcu 20301.34 (iyirmi min üç yüz bir manat, 34 qəpik) AZN-bundan 6560.45 ( altı min beş yüz altmış manat, 45 qəpik) AZN əsas, 6932,39 ( altı min doqquz yüz otuz iki manat, 39 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 960.96 ( doqquz yüz altmış manat, 96 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 150,91 (yüz əlli manat, 91 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin (sədrlik edən S.Ə.Qarayev) 05.04.2022-ci il tarixli, e2(110)-282/2022 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılma sı” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarılmışdır. Qərardaddan narazı qalan iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Şərur Rayon Məhkəməsinin 05.04.2022-ci il tarixli, e-2(110)-282/2022 saylı qərardadından Şərur Rayon Məhkəməsinə 14.04.2022-ci il tarixdə şikayət verərək Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 05.04.2022-ci il tarixli, e-2(110)-282/2022 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 14.04.2022-ci il tarixli şikayətdə bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara qərəzsiz, hərtərəfli və tam ba xdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində sübutlar siyahısını qeyd etməmiş, həmçinin iddia ərizəsinə kreditin verilməsinə dair kassa məxaric orderini əlavə etməmiş, bununla da Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cu maddəsinin tələblərini pozmuşdur. Qeyd olunan maddəyə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Hesab edi rik ki, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırmamış, əlavə olunan sübutlara tam baxmamışdır. Belə ki, iddia ərizəsinin qoşma hissəsinə nəzər salsaq görərik kı, orada aşağıdakı məzmunda sübutların siyahısı öz əksini tapmışdır: 1. iddia ərizəsi-02 nüsxədə, 2. 02 oktyabr 021T10170005 nömrəli Kredit Müqaviləsinin əsli-08 vərəqdə,

3. Ödəniş cədvəlinin əsli -01 vərəqdə, 4. 02 oktyabr 021T10170005 nömrəli Zaminlik Müqaviləsinin əsli-03 vərəqdə,

5. Kredit borcu haqqında 25.02.2022-ci il tarixli maliyyə arayışının əsli, 6.Kassa məxaric orderi, 7.Hesabdan çıxarışlar-19 vərəqədə, 8.**********907 saylı, 08.02.2022-ci il tarixli bildiriş məktublarının surətləri və poçt qəbzləri,

9. AR DİN-in BPQMİ-nin MAP Şöbəsi tərəfindən verilmiş arayışlar, 10.Cavabdehlərə məxsus şəxsiyyət vəs iqələrinin surətləri,

11. İddia ərizəsi üzrə imza səlahiyyətini təsdiq edən Vəkalətnamə,

12. İddia ərizəsi üzrə imza səlahiyyətli şəxsin əmək müqaviləsinə dair arayışı, 13."xxxx" ASC-nin ləğv olunması və ləğvedicinin təyın olunması barədə Bakı Apelyasiya Məhkəməsinin 27.12.2017-ci il tarixli qərarının surəti, 14. "xxxx" ASC-nin (ləğv prosesindədir) dövlət reyestrindən çıxarışının surəti,

15. AR Prezidentinin 14 may 2020-ci il tarixli sərəncamının surəti,

16. Əmanətlərin Sığortalanması Fondunun 10 sentyabr 2021 -ci il tarixli əmrinin surəti,

17. Etibarnamə,18. Dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzi. Göründüyü kimi, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların s iyahısı, iddia bır neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilmiş, bu Məcəllənin 149.2.3-cu maddəsinin pozuntusu olmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən 02 oktyabr 2017-cı ıl tarixli 059101 nömrəli kassa sənədinin təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə edilmişdir ki, həmin sənəddə də qeyd olunan tarixdə "xxxx" ASC-nin Xətai filialından Cavabdeh1 10.000 (on min) manat məbləğində pul vəsaitini qəbul etməsi göstərilmiş və bu Cavabdeh1 imzası, bankın möhürü ilə təsdiq edilmişdir. Lakin məhkəmə əlavə edilmiş sübutları tam araşdırmamışdır. Məhkəmə iddiaçının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsini pozduğunu əsas gətirərək hesab etmişdir ki, bu Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Bu məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Lakin hesab edirik ki, iddiaçı tərəfindən bu Məcəllənin 149-cu maddəsinin tələblərinə əməl olunmuşdur. Odur ki, iddia ərizəsinin bu Məcəllənin 152.1,1-ci maddəsi ilə geri qaytarılması əsassız olmuşdur. İddiaçı şikayətində Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 05.04.2022-ci il tarixli, e-2(110)-282/2022 saylı qərardadının ləğvi və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin (sədrlik edən S.Ə.Qarayev) 15.04.20 22-ci il tarixli, e2(110)-282/2022 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə iddia tələbinin geri qaytarılması haqqında Şərur Rayon Məhkəməsinin 05.04.2022-ci il tarixli, e-2(110)282/2022 saylı qərardadıından iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin verdiyi şikayət təmin edilməmiş və baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəl lənin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu nümayəndəsi vasitəsilə məhkəmə kollegiyasına göndərdiyi mülahizədə məhkəmənin iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırmadığını, əlavə olunan sübutlara tam baxmadığını, iddia ərizəsinin qoşma hissəsində sübutların siyahısının öz əksini tapdığını, siyahıda kassa məxaric orderi göstərildiyi kimi, sənədlərə də 02 oktyabr 2017-ci il tarixli, 059101 nömrəli kassa çeki olaraq əlavə olunduğunu, həmin kassa çeki sənədində q eyd olunan tarixdə "xxxx" ASC-nin Xətai filialından Cavabdeh1 10000 (on min) manat məbləğində pul vəsaitini qəbul etməsinin göstərildiyini, bunun Cavabdeh1 imzası, bankın möhürü ilə təsdiq edildiyini, məhkəmənin isə bu halları (siyahıya əlavə edilmiş sənədləri) tam və obyektiv araşdırmadığını, kassa çekinin oxunmamasının həmin sənədin siyahıya əlavə edilməməsi qənaətinə gətirib çıxarılmasına əsas olmadığını, həmçinin LPO "xxxx" ASC tərəfindən Elektron məhkəmə sisteminə yüklənmiş iddia ərizəsinə və ona əlavə edilmiş sənədlər siyahısına nəzər saldıqda, sənədlərə əlavə edilmiş 02 oktyabr 2017-ci il tarixli, 059101 saylı kassa çekinin üzərində qələmlə aparılan qeydlərin, Cavabdeh1 imzasının, bank möhürünün, kassa çekinin nömrəsinin, tarixi və s.-nin tam və aydın şəkildə oxunmasının müəyyən olu nduğunu göstərək Naxçıvan Muxtar Respublikasının Şərur Rayon Məhkəməsinin 05.04.2022-ci il tarixli, e-2(110)-282/2022 saylı qərardadından iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətin təmin edilərək Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 05.04.2022-ci il tarixli, e-2(110)-282/2022 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Kollegiya şikayətin dəlillərini və mülahizəni mülki işin materialları ilə əlaqəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmun una riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Şərur Rayon Məhkəməsinin e-2(110)-282/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərardadında iddia ərizəsinə kreditin verilməsinə dair kassa məxaric orderi əlavə edilmədiyi qeyd olunsa da, iş materiallarından kassa məxaric orderinin iş materiallarına əlavə edildiyi və 01.04.2022-ci il tarixdə Şərur Rayon Məhkəməsinin elektron ünvanına elektron qaydada göndərildiyi müəyyən olunur. Birinci instansiya məhkəməsi bu əsasla iddia ərizəsini qaytarmaqda haqlı olmamışdır. Ümumiyyətlə göstərilən qəbildən olan sənədlər əlavə edilmədikdə iddia ərizəsinin qaytarılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə sinin tələblərinə uyğun deyil. Eyni zamanda həmin kassa məxaric orderinin oxunaqlı olmaması da iddia ərizəsinin qaytarılması üçün əsas deyil. Çünki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində göstərilən əsasla iddia ərizəsinin qaytarılması nəzərdə tutulmamışdır. Şərur Rayon Məhkəməsinin e-2(110)282/2022 nömrəli 05 aprel 2022-ci il tarixli qərardadında iddia ərizəsinin qaytarılmasının digər əsası kimi iddia ərizəsində sübutlar siyahısını qeyd etmədiyi göstərmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahıs ı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, 149.2.5-ci maddəyə əsasən isə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Göründüyü kimi həmin maddələrdə “sübutların siyahısı” və “əlavə edilən sənədlərin siyahısı” kimi iki fərqli ifadədən istifadə olunmuşdur. Yəni ki, iddia ərizəsində iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı və iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısı ayrı-ayrılıqda göstərilməlidir. Lakin iddia ərizəsində iddiaçı ləğv prosesində olan "xxxx" ASC tərəfindən iddia ərizəsinə qoşulan (əlavə edilən) sənədlərin siyahısı göstərilsə də, ayrıca olaraq iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı qeyd edilməyərək iddia ərizəsinin məzmununa dair tələbə əməl edilməmişdir. İddia ərizəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən edilmiş məzmununa əməl edilməməsi isə iddia ərizəsinin qaytarılması üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən kоllegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə iddia ərizəsini qaytararkən nəticə etibarilə düzgün nəticəyə gəldiyinə görə şikayətdə göstərilmiş dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir, bu səbəbdən şikayət təmin edilməməli, Şərur Rayon Məhkəməsinin e-2(110)-282/2022 nömrəli 05 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saхlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kоllegiya qərar v e r d i: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması haqqında Şərur Rayon Məhkəməsinin 05.04.2022-ci il tarixli, e-2(110)-282/2022 saylı qərard adından iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şərur Rayon Məhkəməsinin e-2(110)-282/2022 nömrəli 05 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar