Məhkəmə qərarları › İş №2(108)-7/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-7/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-7/2025 05.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(080)-213/2024 nömrəli qətnaməsindən Cavabdeh vəkilinümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə 16 iyul 2024-cü il tarixdə Ordubad Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 6800 (altı min səkkiz yüz) manat pulun və 88 manat ödənilmiş dövlət rüsumunun alınıb ona ve rilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(080)-213/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 6800 (altı min səkkiz yüz) manat məbləğində pulun və 88 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh vəkili-nümayəndəsi Vəkil 21 oktyabr 2024cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Ordubad Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(080)-213/2024 nömrəli mülki iş üzrə qətnaməsini tamamilə ləğv edib iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil tərəfindən tərtib edilmiş apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “...İddiaçı iddia tələbinin məzmunundan da göründüyü kimi Cavabdeh torpaq sahəsinin satıcısı kimi özünü İddiaçı təqdim etməmişdir. Cavabdeh torpaq sahəsinin satıcısının Şahid olduğunu İddiaçı bildirmişdir. Torpaq sahəsinin qiyməti barədə razılaşdırılan məbləğ Şahid verilmişdir. İddiaçı torpaq sahəsinin alqı-satqısının rəsmiləşdirilməsi-sənədləşdirilməsi üçün Şahid adından onun adına müvafiq səlahiyyətlərin verilməsi barədə etibarnaməni qəbul etmişdir. Qeyd edilən faktiki hallardan göründüyü kimi iddiaçının hazırkı iddia tələbinə cavab verməli olan şəxs-əsl cavabdeh Şahid məhkəməyə verilməli idi. Mübahisənin müəyyən edilən bu kimi halları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməmiş, iddia tələbinə cavab v erməli olmayan şəxs Cavabdeh tərəfindən müvafiq məbləğin İddiaçı ödənilməsinə dair məhkəmə aktı qəbul edilmişdir. Cavabdeh qeyd edilən torpaq sahəsinin alqı-satqısına dair sövdələşmədə İddiaçıla torpağın mülkiyyətçisi satıcı Şahid arasında vasitəçi vəzifəsini icra etmişdir. Alıcı İddiaçı torpaq sahəsinin mülkiyətçisinin hansı şəxs olduğunu öncədən bilmiş və torpaq sahəsinin rəsmiləşdirilməsi üçün Şahid tərəfindən ona verilən müvafiq etibarnamə üzrə səlahiyyətlər çərçivəsində həyata keçirəcəyinə razı olmuşdur. İddiaçı ona təqdim edilən torpaq sahəsinin kiçik bir hissəsinin mübahisəli olması səbəbindən torpaq sahibi Şahid Cavabdeh vasitəsilə ödədiyi məbləği torpaq sahibindəntorpağın satışı üçün müvafiq məbləği əldə edən Şahid deyil, Cavabdeh qarşı iddia irəli sürərək tələb etməsi əsassız o lmuşdur.”. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı 16 dekabr 2024-cü il və 14 yanvar 2025-ci il tarixlərdə kollegiyaya teleqram vasitəsilə müraciət edərək məhkəmə baxışı iclaslarında səhhəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan ədalətli və düzgün baxılmasını kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə uyğun olaraq işə İddiaçı və Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şik ayətinin təmin edilməsini və Ordubad Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(080)-213/2024 nömrəli qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəli llərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, mülki iş üzrə işdə iştirak etmiş şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müq avilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Apellyasiya şikayətində qeyd edilən “İddiaçı torpaq sahəsinin alqı-satqısının rəsmiləşdirilməsi-sənədləşdirilməsi üçün Şahid adından onun adına müvafiq səlahiyyətlərin verilməsi barədə etibarnaməni qəbul etməsi, alıcı İddiaçı torpaq sahəsinin mülkiyətçisinin hansı şəxs olduğunu öncədən bilməsi və torpaq sahəsinin rəsmiləşdirilməsi üçün Şahid tərəfindən ona verilən müvafiq etibarnamə üzrə səlahiyyətlər çərçivəsində həyata keçirəcəyinə razı olması” dəlilinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarından da mübahisəsiz şəkildə aydın olur ki, iddiaçı şəxsi ev inşa etməsi məqsədilə t orpaq sahəsi satın almaq niyyətində olmuşdur. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə dir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Belə olan halda nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsinə dair etibarnamə verilərkən Şahid (təmsil olunan) İddiaçı bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək v ə İddiaçı özünün maraqları daxilində deyil, Şahid maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Yəni, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına uyğun olaraq həmin torpaq sahəsinin iddiaçı tərəfindən özünün mülkiyyətinə keçirilməsi yolverilməzdir. Bu isə özlüyündə bağlandığı iddia edilən torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin qanunauyğunluğunun şübhə altına alınmasına səbəb olur. Eyni zamanda, araşdırma zamanı mübahisəyə səbəb olmuş torpaq sahəsinin hər hansı bir çertyoju, çəkilmiş videoyazıları, fotoşəkillərı protokola əlavə edilməmişdir. Yəni, qeyd edilən etibarnamənin Şahid məxsus Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX Abşeron rayon Ərazi idarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş, MH ******* seriya nömrəli, ********* qeydiyyat nömrəli, **********52 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.857626 ha olan torpaq sahəsinin hansı 200(iki yüz) kv.m hissəsinə dair sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı, icarəyə verməyi, buna dair müqavilə bağlamağı, müqavilədə imza etməyi, lazım olduqda müqaviləni ləğv etməyi, ləğvinə dair saziş bağlamağı, notariusun depozit hesabından pulu qəbul etməyi və depozit hesabına pul qoymağı, rüsum və xidmət haqqı ödəməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi, imza etməyi və digər hərəkətləri etməyi etibar etdiyinin müəyyən olunması belə mümkün deyil. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə uyğun olaraq to rpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 10.2.2-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb olunan əsas sənədlərdən biri torpaq sahəsinin planı və ölçüsüdür. Qanunvericiliklə torpaq sahələrinin alqı-satqısı zamanı olması zəruri hesab edilmiş bu sənədlərin də ümumiyyətlə mövcud olmadığı mübahisəsiz şəkildə müəyyən olunur. Apellyasiya şikayətinin digər “Qeyd edilən faktiki hallardan göründüyü kimi idd iaçının hazırkı iddia tələbinə cavab verməli olan şəxs-əsl cavabdeh Şahid məhkəməyə verilməli olması, mübahisənin müəyyən edilən bu kimi halları prosessual qnunvericiliyin tələblərinə uyğun qiymətləndirilməməklə iddia tələbinə cavab verməli olmayan şəxs Cavabdeh tərəfindən müvafiq məbləğin İddiaçı ödənilməsinə dair məhkəmə aktı qəbul edilməsi, Cavabdeh qeyd edilən torpaq sahəsinin alqı-satqısına dair sövdələşmədə İddiaçıla torpaq mülkiyyətçisi satıcı Şahid arasında vasitəçi vəzifəsini icra etməsi, İddiaçı ona təqdim edilən torpaq sahəsinin kiçik bir hissəsinin mübahisəli olması səbəbindən torpaq sahibi Şahid Cavabdeh vasitəsilə ödədiyi məbləği torpaq sahibindən-torpağın satışı üçün müvafiq məbləği əldə edən Şahid deyil Cavabdeh qarşı iddia irəli sürərək tələb etməsinin əsassız olması” dəli linə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericili yə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Mülki Məcəllənin 405.1-ci maddəsinə müvafiq olaraq, tərəflər müqavilənin bütün mühüm şərtlə ri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dair əsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materialları ilə, həmçinin Cavabdeh məhkəməyə ünvanlandığı teleqramla və nəhayət cavabdehin vəkili-nümayəndəsi Vəkil məhkəmədə verdiyi izahatla mübahisəsiz şəkildə təsdiq olunur ki, İddiaçı ilə torpaq alqı-satqısı barədə razılığa gələn, bunun müqabilində 6800 manat pulu ondan qəbul edən, həmçinin torpaq sahəsini yerində ona göstərən və torpaq sahəsinin 200 kv.m hissəsi üzərində sərəncam vermək hüququ barədə mülkiyyətçi tərəfindən verilmiş etibarnaməni iddiaçıya təqdim edən Cavabdeh olmuşdur və İddiaçı torpaq mülkiyyətçisi Şahid ilə ümumiyyətlə görüşməmişdir. Həmçinin o da qeyd edilməlidir ki, birinci və apellyasiya instansiyalarında keçirilən çoxsaylı məhkəmə iclaslarında cavabdeh dəfələrlə lazımı qaydada xəbər dar edilməsinə baxmayaraq şəxsən iştirak etməyərək, nümayəndəsi-vəkili vasitəsilə təmsil olunmuşdur. Buna baxmayaraq cavabdehə nümayəndəsi-vəkili vasitəsilə istinad etdiyi dəlilləri, ən əsası İddiaçı aldığı, satılacaq torpaq sahəsinin dəyəri olan 6800 manat pulu Şahid verdiyini təsdiq edəcək sübutların məhkəməyə təqdim edilməsi ilə əlaqədar dəfələrlə təkliflər verilmiş və bunun üçün zaman verilməklə müvafiq şərait yaradılmasına baxmayaraq, cavabdeh bu dəlilləri təsdiq edəcək hər hansı bir mötəbər və legitim sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliy i baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında təsbit olunduğu kimi “...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi ). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndiril məsindən asılıdır...”. Kollegiya belə hesab edir ki, apellyasiya şikayətində qeyd olunan dəlillər yalnız cavabdehin özünün sözlərinə əsaslanan, başqa heç bir sübutla təsdiq olunmayan, subyektiv mülahizəsindən ibarətdir. Məhkəməyə isə subyektiv mülahizələr deyil, iş üzrə obyektiv faktlar təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməli dir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Mülki işin apellyasiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək hallar, həmçinin məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün çıxarılmış qətnamədir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və Cavabdeh vəkilinümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ordubad Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(080)-213/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Kollegiya onu da qeyd etməyi zəruri heab edir ki, Cavabdeh öz sübutlar ını əlavə etməklə torpaq mülkiyyətçisi Şahid qarşı reqress iddia ilə məhkəməyə müraciət etmək hüququna sahibdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(080)-213/2024 nömrəli qətnaməsindən Cavabdeh vəkilinümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ordubad Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(080)-213/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki koll egiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar